|

Yunus Emre mərkəzi və «Etnoqlobus» mərkəzi «Azərbaycan və Türkiyə münasibətlərində dil amili» mövzusunda konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

19 fevral Bakı Dövlət Universitetində Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyi Beynəlxalq onlayn informasiya analitik mərkəzi «Etnoqlobus» (ethnoglobus.az) təşkilatçılığı ilə «Azərbaycan Trükiyə münasibətlərində dil amili» mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Milli akademiyasının Dilçilik institutu, Nazirlər Kabineti yanında Tərcümə mərkəzi BDUnun Türkologiya kafedrasının mütəxəssisləri iştirak edib.

Konfransı giriş sözü ilə açan Yunus Əmrə mərkəzinin rəhbəri Ali Cura ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə, o cümlədən dil mədəniyyət sahəsində strateji xarakter daşıdığını bildirib. «Dil amili dövlətlərimizin xalqlarımızın yaxınlaşması qarşılıqlı mədəni dil inteqrasiyası üçün əhəmiyyətli rol oynayır. Dil mədəniyyətin ölkələrarası siyasətlərdə , xalqlararası münasibətlərdəki rolunu nəzərə alaraq bu sahədə diqqət ayrılmalı olan məsələlərin üzə çıxarılması vacibdir», —deyib Ali Cura.

A. Cura həmçinin «Yunus Əmrə» institutunun yaradılması qarşısında duran planlar haqda danışıb.

«Etnoqlobus» mərkəzinin direktoru Gülnara İnanc öz növbəsində 2008-ci ildən bəri fəaliyyət göstərən mərkəzin Azərbaycandakı etnik siyasət, mədəniyyətlər barədə məlumatların ölkə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gördüyü işlərdən danışıb. «Anadolu türkcəsində Vzərbaycan tükrcəsində ylnız etnik türklər deyil, bu coğrafiyada yaşayan başqa xalqların da danışdığını nəzərə almaq lazımdır. Dil etnik psixologiyaya, insanların düşüncə tərzinə təsir edən vacib amillərdən biridir. Belə ki, alınma sözlər vasitəsilə insanların şüur təfəkkür tərzində dəyişikliklər baş verir», deyə G.İnanc bildirib.

Akademik , tanınmış türkoloq, professor Tofik Hacıyev orta əsrlərdə Fizuli,Nəvai, Bakinin əsərlərini bütün türk xalqlarının eyni şəkildə başa düşdüyünə diqqət çəkib.

«Türk dillərindən birini öəyrnəməklə nəhəng bir coğrafiyada tərcüməsiz hərəkət etmək, elmi ədəbi mübadilə etmək mümkündür. Amma daha sadə anlaşıqlı , mürəkkəb ibarələrdən uzaq olan bir dil ümumi türk coğrafiyası üçün vahid ola bilər. Diqqət versək, görərik kitürkdilil aşıqların dili çox sadədir hər kəs onu anlayır. Mətbuat TV dili isə daha mürəkkəbdir», deyib Tofiq müəllim.

BDU türk folkloru şöbəsinin kafedra müdiri, professor Rüfət Rüstəmov deyib ki,  hələ Mahmud Kaşğarinin bütün türk dilləri arasında linqvistik yaxınlığı göstərib. Alim həmçinin bildirib ki, Anadolu türkcəsində danışıq etiketi formalaşdırılıb, bunun şərtlərini bilmədən Türkiyədə ünsiyyət çətinliyi yaranır.

«Türkiyə Azərbaycanda rəsmi sənədləşdirilmələrin dilini inkişaf etdirmək lazımdır. İkitərəfli danışıqlarda ya tərəflər Azərbaycan, ya da türkcə danışmalı, ya da tərcüməçidən istifadən etməlidirlər. Əks halda böyük qüsurlar ortaya çıxır», deyib R.Rüstəmov.

AMEA Nəsimi adına dilçilik institutunun Müasir Azərbaycan şöbəsinin müdiri, fəlsəfə üzrə filologiya elmləri doktoru İsmayıl Kazımov Anadolu türkcəsi Azərbaycan türkcəsinin  müxtəlif xalqların ümumi dili olduğuna diqqət çəikb.

«Türk dili Dünyada işlənən 7 böyük dildən biridir. Buna görədə türk dilinin BMT işlənən dillərdən biri olması məsələsi ortaya çıxır. Bu dil Türkiyə türklərinin danışdığı türk dili ola bilər. Digər təərfdənsə ortaq türk dili axtarışlarına da münasibətlər müxtəlifdir. Alimlərdə belə bir fiikr var ki, ortaq türk dili yaradılmaqla müxtəlif türk xlqlarının özünəməxsus dili aradan çıxıcaq. Bu səbəbdən mövzunun güncəlləşməsinə inkişaf etdirişlməsi ehtiyac var», deyə alim qey edib.


BDU
Şərqşünaslıq fakultəsinin baş müəllimi Şamil Alməmmədov bildirib ki, Azərbaycan müstəqil olandan sonra dövlət sənədlərinin protokollarının hazırlanması üçün Türkiyə dövlətinə müraciət olunub. Hər iki dilin qrammatik qaydaları eyni olduğu üçün kargüzarlıq işləri tezliklə yoluna qoyulub. Ş.Əlməmmədov bu iki qohum dildə fərqliliklər bənzərliklər mövzusunun da geniş müzakirəyə çıxarılmasının önəmini vurğulayıb.

 

Nazirlər Kabineti yanında tərcümə mərkəzinin mütəxəssisi, filologiya üzrə fəlsəfə doktuoru Kəmalə Ələkbərova Azərbaycanın bütün tükr dünyasının mərkəzində durduğunu   türkologiyanın mərkəzi olduğunu qeyd edib. «Atatürk latın dilinə keçməmişdən əvvəl bu qrafikanın Azərbaycanda özünə yer tapacağını gözləyib. Bildiyimiz kimi M.F.Axundov Azərbaycan dilinin latın qrafikasına keçməsini hələ Çar Rusiyası dövründə təklif etmişdi», deyib Kəmalə xanım.

Natiq türk dilindən olan tərcümələrdə qüsurların da mövcudluğuna diqqət çəkib.

«Dillərimiz birbirinə təsir edir. KİV türkiyə türkcəsi Azərbaycan türkcəsinə təsir edirsə, Azərbaycan türkcəsi mahnılar vasitəsilə Anadolu türkcəsinə təsir edir. Bu faktorları savadlı, diqqətli şəkildə işlətmək lazımdır ki, dilllərimiz ziyan görməsin», deyə K.Əlkbərova vurğulayıb. Natiqlər bu səpkidə konfransların mütəmadi keçirilməsinə ehtiyac olduğunu dilə gətiriblər.

Konfransın sonunda  Yunus Əmrə İnstitutunun Türk dili kurslarını biirmiş tələbələrinə sertifikatlar təqdim olunub.

Leave a Reply