|

Yunanıstanın optimist gələcəyi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 

GÜLNARA İNANC

 

İqtisadi cəhətdən inkişaf edən Azərbaycanın getdikcə nəinki bölgədə, o cümlədən dünyada statusu və etibarlığı güclənir. Partnyorlar Azərbaycanla təkcə enerji sahəsində deyil, bir sıra sferalarda çoxşaxəli əməkdaşlığa can atırlar. Əlaqələrin get-gedə genişləndiyi ölkələrdən biri də Yunanıstandır. Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaxas iki ölkə arasında münasibətlərin əsas istiqamətlərini belə şərh edir.

 

— Yunanıstanda iqtisadi böhranla mübarizədə hazırkı vəziyyət necədir?

— Bu ilin iyununda keçirilmiş seçkilərdən sonra Yunanıstanda yeni koalisiya hökuməti formalaşdı. Yeni hökumətdə parlamentdə üstünlüyə malik 3 partiya iştirak edir. Məqsəd böhranın öhdəsindən gəlmək üçün bütün lazımı tədbirləri görməyi, əvvəlki hökümətlərin üzərinə götürdüyü öhdəlikləri həyata keçirməyi və ölkə iqtisadiyyatını dayanıqla inkişaf yoluna çıxarmağı prioritet olaraq təyin edildi.

Yunanıstandakı ressesiya həmçinin Avrozonada və dünyanın digər ölkələrində mövcud olan qeyri-münbit şərait bu tapşırığın həyata keçirilməsini çətinləşdirir. Buna baxmayarar bu istiqamətdə cəhdlərə start verildi. Hazırkı hökumətin həll etməyə çalışdığı ən başlıca vəzifələrdən biri vergidən yayınmanın qarşısını almaq və ictimai sektorla bağlı qaçılmaz islahatları həyata keçirməkdir. Kənd Təsərrüfatı Bankının özəlləşdirilməsi də pozitiv addımlardan sayılır. Bütün bunlara görə biz gələcəyə yalnız optimist  baxa bilərik.

— Azərbaycanla Yunanıstan arasında siyasi münasibətlər hansı səviyyədədir? Yaxın vaxtlarda hər hansı səfər gözlənilirmi?

— Siyasi münasibətlət yaxşı səviyyədədir. 2009-cu ildə Prezident İlham Əliyev Yunanıstana rəsmi səfər edib, ötən il isə onun yunan həmkarı Karolos Papoulias Azərbaycanda rəsmi səfərdə olub. Son illər nazirlər səviyyəsində qarşılıqlı səfərlər daha da intensivləşib. Xeyli razılaşmalar imzalanıb və icra edilir, dörd Yunanıstan-Azərbaycan biznes forumu keçirilib. Bu ilin əvvəlində ölkələrimiz arasında ikitərəfli diplomatik münasibətlərimizin 20-ci ilini qeyd etdik. Səfərlərə gəlincə, Yunanıstan yeni hökumətinin formalaşması prosesi yekunlaşmayanadək hər hansı səfərin baş tutacağına inanmıram.

— Ticarət sahəsində əlaqələri necə dəyərləndirirsiniz?

— 2011-ci ildə Yunanıstandan Azərbaycana ixrac 11,02 milyon ABŞ dollar olub, Azərbaycandan Yunanıstana isə bu rəqəm təxminən 161,92 milyon dollardır. Ümid edirəm ki, bu ilin yekununda ticari əlaqələrin həcmi daha çox olacaq. Biz azərbaycanlı turistləri ölkəmizə cəlb edilməsinə böyük önəm veririk və vurğulamaq istərdim ki, Yunanıstan dünyanın ən yüksək və təhlükəsiz turist məkanlarından biri olaraq qalmaqdadır.

— İki ölkənin iş adamlarının qarşılıqlı sərmayə yatırmaq imkanları nə dərəcədədir?

— Yunanıstanda bir çox sektorlar azərbaycanlı investorlar üçün cəlbedici ola bilər. Bu mənada, daşınmaz əmlak və turizm sektoru daha maraqlıdır. Enerji sektoru uzunmüddətli investisiya axtarışında olan insanlar üçün geniş imkanlar vəd edir. Sərfəli qiymətlər, yüksək peşəkarlar və modern həyat standartları bizə deməyə əsas verir ki, böhrana baxmayaraq Yunanıstan investorlar üçün əlverişli məkandır.

— TAP layihəsi ilə bağlı Yunanıstanın mövqeyi nədən ibarətdir?

— TAP layihəsinə Yunanıstan da daxildir. Şahdəniz konsorsiumu bu layihəni seçsə, onda Azərbaycan qazının Avropaya nəqli aktuallaşacaq ki, nəticədə Azərbaycan və Yunanıstan vacib tərəfdaşa çevriləcəklər. Bu isə iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində daha bir mühüm addım deməkdir. Bu seçim eyni zamanda iki ölkə arasında ikitərəfli iqtisadi münasibətlərin çiçəklənməsinə də təkan verəcək.

 

Mənbə — Baku Post

 

Leave a Reply