|

Yeni era və uşaqlar

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Uşağın sağlamlığı, inkişafı və gələcəyi həmişə cəmiyyətin əsas problemlərindən biri olmuşdur. Xüsusilə uşağın gələcək inkişafı, cəmiyyətdəki mövqeyi və rolu, eləcə də cəmiyyət üçün yararlı ola  bilməsi aparıcı meyarlar olmuşdur. Bu xüsusda çoxsaylı tədqiqatlar və nəzəriyyələr mövcuddur. Hətta bildiyiniz kimi, perinatal dövrdə hamiləlik zamanı   uşağın inkişafı və təlim-tərbiyəsi ilə məşğul olmaq gərəkdiyi haqqında da fikirlər mövcuddur. Yəni əslində indiyə qədər aparılan tədqiqatlarda uşağın inkişafı və təlim-tərbiyəsi fiziki-maddi dünya aspekində nəzərdən keçirilir, proses maddi dünya dəyərlərinə uyğun olaraq həyata keçirilir və mənəvi dünyanın təsiri və rolu nəzərə alınmayaraq tamamilə bir kənara qoyulur.

Əslində uşağın psixi formalaşması və inkişafının əsası mənəvi dünyada qoyulur. Bu proses mənəvi dünyada formalaşaraq uşağın dünyaya gəlməsi ilə maddiləşir. Yəni aldıqlarını və yaxud qazandıqlarını (hazır proqramı)özü ilə bu dünyaya gətirir və gələcəyi bunlar əsasında formalaşır. Bu baxımdan da uşağın doğulmadan sonrakı tərbiyə və inkişafı ondakı mövcud proqramı nəzərə almadan mümkün deyildir. Eyni müəllimdən dərs alan, eyni ata-ananın tərbiyə elədiyi, lakin hər cəhətdən tamamilə bir-birindən fərqlənən uşaqlar kimi. Bunlar ən ibtidai misallardır. Bunları daha qlobal səviyyədə göstərsək, mövcud dövlət siyasətlərinə qarşı çıxanlar, ədəbiyyat və incəsənətdəki səpkiləri dəyişdirənlər, inqilablar edənlər və s. işarə etmək olar (yəni bu insanlar görməli olduqların işlərin hazır proqramları ilə doğulmuşdur). Bununla bağlı psixoloqlar Brayn L.Veyssin və M.Nyutonun xəstələti üzərində apardıqları şəxsi tədqiqatlarının nəticələri olaraq yazdıqları kitablarında geniş məlumat vardır.

Göründüyü kimi, məsələ fikirləşdiyimizdən daha mürəkkəbdir. Belə ki, formalaşma mənəvi dünyadan başlayır. Uşağın ruhu hamiləlikdən bir il qabaq ananın aurasına daxil olur. Sonra hamiləlik başlayır. Bu iki dövr, yəni uşağın ruhunun ananın aurasında olduğu dövr və uşağın ruhunun ananın bətnində olduğu dövr onun inkişafında aparıcı rol oynayır. Əlbəttə, qoyulmuş proqramlar xaricində. Daha dəqiq desək, uşağın ananın ruhu ilə qeyri-fəal (aura vasitəsilə dolayısıyla) və fəal (ana bətni vasitəsilə birbaşa) əlaqəsi dövrləri uşağın gələcəyinə kifayət qədər çox təsir göstərir. Psixoloji ədəbiyyatdan da məlum olduğu kimi, hamiləlik dövründə əsəbilik keçirən, stressdə olan, hər hansı bir şeylə bağlı qorxu hissi keçirən analar balansı olmayan psixikaya malik, əsəbi, müxtəlif qorxuları olan, stres alqoritmləri yüksək uşaqlar dünyaya gətirirlər. Yəni doğumdan iki il qabaq ananın keçirdiyi bütün hislər, narahatlıqlar, stresslər, emosiyalar, etirazlar və bir çox başqa şeylər uşağın inkişafında öz əksini tapacaqdır. Yəni əgər ana atrıq fəza ilə deidenfikasiya vəziyyətinə girmişsə,onun davranışı, fəzaya münasibəti kifayət qədər təbii bir şəkildə harmonik  vəziyyətə gətirilməlidir. Əks halda uşaqda anada olan etiraz, müqavimət, inkar etmə, düşmənçilik və s. formalaşacaqdır ki, bu da onun dünyaya gələrkən özü ilə gətirdiyi proqramı lazım olduğu şəkildə reallaşdırmağa mane ola bilər.

 

Göründüyü kimi, əsas məsələ anadakı enerji balansıdır, onun enerjetik stabilliyidir. Burada eyni zamanda harmoniya, yaxın adamların məhəbbəti, ananın təbiətlə olan əlaqəsi (dəqiq olaraq meşə, dəniz, su, quşların oxuması və s. kimi. Çünki təbiət öz-özlüyündə su, ekologiya, həmiz hava vasitəsilə bu balansı olduqca tez bir zamanda tənzimləyir) mühümdür. Ana əgər şəhər şəraitindədirsə, texnoqen konstruksiyalar, informasiya fəzası, qohumlarla münasibət, iş şəraiti, nəqliyyat və s. məcburi şəkildə ondan destruktiv sistemin xeyrinə böyük enerji miqdarı ayırır, enerji balansını pozur, mənfi enerji yaradır.

Gülzar Bayati

 

Əgər hamiləlik ananın ərzaq məhsulları, ayrı-ayrı şəxsiyyətlərlə (kim olduğundan asılı olmayaraq) deidentifikadiyası anaında, yaxud onun maliyyə, narkotik maddə və s. eqreqorlardan asılılğı halında baş vermişdirsə, təbii olaraq bütün bu hallar uşağın  formalaşmasında rol oynayacaqdır (əlbəttə karma, yaxud qoyulmuş proqramla yanaşı). Belə ki, ananın vəziyyəti uşaq üçün gələcək xarici dünyanı əks etdirən ekrandır və sonra uşağın şüur sistemində, dünyaya və maddi dünyada olan bir çox şeylərə baxışının formalaşmasında rol oynayacaqdır və artıq heç bir tərbiyə forması şüura qoyulmuş proqramları (mənəvi, ictimai, siyasi, maliyyə və s.), hazır konstruksiyaları  silməyə qadir olmayacaqdır. Uşağın gələcəkdəki fəaliyyət və davranışları davamlı olaraq mövcud  hazır bacarıq, davranış, istedad,  iş, münasibət və s. proqramların və konstruksiyaların təsiri altında olacaqdır. Yəni ananın fəzaya münasibəti uşağın ruhunda öz əksini taparaq onun gələcək həyatında həyata keçirməli olduğu proqramı  yönləndirəcəkdir. Bu baxımdan da uşağın ana ilə fəal və qeyri-fəal əlaqəsi dövründə ananın dünyagörüşü sistemi və bu dünyagörüşünün doğurduğu bütün hislər, duyğular, emosiyalar, bacarıqlar, fikirlər, yanaşmalar uşağın sonrakı formalaşması və inkişafına (ilk növbədə mənəvi dünyasının), xüsusilə də bu formalaşma və inkişafın əsasında duran şüur sisteminə (qoyulmuş proqram da daxil olmaqla), təsirsiz qalmayacaqdır. Əgər doğrusunu etiraf eləsək, bu təsir dağıdıcı olacaqdır. Çünki əslində ananın kainatın qanunlarına uymayan dağıdıcı dünyagörüşü sistemi (dünyagörüşü sistemi kainatın qanunlarına uyduqda yaradıcıdır, yəni bağışlamaq, sevmək,  hər şeyi olduğu kimi qəbul etmək, kin, niftət və bu kimi neqativ hislərdən qaçmaq, müsbət emosiyalarla yaşamaq, allahın iradəsini qəbul eləmək, allaha təvəkkül eləmək, ətraf aləmə konstruktiv münasibət bəsləmək və s. kainatın qanunlarına uymaqdır) uşaqda da oxşar dünyagörüşü sistemi formalaşdıraraq onun qoyulmuş proqramı düzgün və ən optimal şəkildə həyata keçirməsinə kömək etmək əvəzinə ona pozucu təsir göstərcəkdir.

 

 

Dünyanın 2014-cü ildə yeni müstəviyə — Dolça erasına keçməsi ilə bağlı vəziyyət müəyyən qədər dəyişmişdir. Çünki yenicə daxil olduğumuz müstəvinin öz tələbləri və alqoritmlər sistemi vardır. Ona görə də belə bir sual maraq doğurur:  dünyanın yeni vəziyyətinə uyğun olaraq bu mövzu ilə bağlı hansı dəyişikliklər vardır? Sözsüz ki bütün qadınlar yeni müstəviyə keçməmişdir və onların əksəriyyətində hələ də destruktiv təcrübə mövcuddur (analarından keçmiş olan). Eyni zamanda bütövlükdə destruktiv təcrübə, destruktiv sistemin özü, sivilizasiyalar, insanın şüuru hələ də dünyada baş verən (bəzi hallarda artıq baş vermiş olan) dəyişikliklərə adaptasiya ola bilməmişdir. Bu dəyişikliklər iradəmiz xaricində vaş verdiyindən və kainat və görünməz dünya qanunlarına tabe olduğundan bizim bu dəyişikliyə çatmamız və özümüzü bu yeni müstəvidəki (fəzadakı) yeni dərketmə sisteminə, yeni insan münasibətləri sisteminə, yeni dünyagörüşü sisteminə uyğunlaşdırmamız lazımdır. Bu isə uzun zaman tələb edən bir prosesdir. Çünki bütün bu daşlaşmış yığını birdən götürüb atmaq və yeni çoxsahəli və çoxrəngli yeni eraya məxsus təcrübə ilə əvəz etmək mümkün deyil. Bu hazırki müstəviyə uyğun uşaqlar dünyaya gətirə bilmək üçün ananın özünün bu müstəviyə adaptasiyası lazımdır. Ancaq digər tərəfdən uşaqlar yeni müstəviyə uyğun doğulmalı olduqalarından (yəni anadan aldıqları alqoritmlərlə yanaşı, dəyişmiş müstəvidə yaşamalı olduqlarından, bu müstəvinin inkişafında müəyyən rola malik olmalı olduqlarından) yeni kainat qanunlarına, yeni fəzaya uyğun tələbləri – şüur-struktur dəyişiklikləri, mənəvi dəyər komplekslərindəki dəyişikliklər, yeni yaradıcılıq tipləri, yeni günyagörüşü alqoritmləri, yeni şüur alqoritmləri də olacaqdır (əks halda yeni müstəvinin olması və davam etməsi sual altına alınar). Buna görə də köhnə sistemdə dünyaya gələn uşağın etirazları özünü göstərir. Belə bir şəraitdə əvvəlcə destruktiv təcrübə qazanan uşaq sonra bu destruktiv sistemi bütövlükdə rədd edir, başqa bir qütbə çəkilir, bu sistemə marağını itirir. Ruh hiss qütvlərini bağlayır. Sanki o acı və xoşagəlməz bir şeyə reaksiya verir. Bu uşağın təbii bir vəziyyətidir. Çünki uşaq yeni energetik strukturla (müstəvinin tələblərinə uyğun olan enerji və alqoritmlərlə) doğulmuşdur və onun energetik strukturu tamamilə başqa bir şey (hələ də tam formalaşmamış yeni müstəvi) üçün yaradılmışdır. Yəni onunla fəza (müstəvi) arasında əsaslı bir fərq vardır. Bu fərqi silmək zəruridir. Xüsusilə də perinatal dövrdə. Həm də bu yalnız harmoniya yaratamaqla bitmir. Çünki yalnız bu fərqlər aradan götürüldükcə (müstəvinin ünerjisi onun enerjisi ilə üst-üstə düşdüyündə, yəni müstəvidəki ruhlar yeni müstəvinin alqoritmlərini mənimsədikdə) uşaq yeni müstəviyə uyğun inkişaf edəcəkdir. Burada uşağa fantaziya sistemi haqqında da mümkün olduğu qədər çox informasiya vermək mühümdür. Bu fantaziyanı bütövlükdə fəzaya münasibətdə, xüsusilə ananın şüuruna münasibətdə vermək lazımdır. Çünki qadınların əksəriyyəti müəyyən şablonlar əsasında yaşayırlar: dəbdə olanı geyirlər, ətrafdakıların təriflədiyi yeməkləri yeyirlər, informasiya fəzasının dediklərini danışırlar, əlçatanlıq sistemindən ( gerçək mövcud olandan) istifadə edirlər. Çox nadir hallarda öz fantaziyalarından, öz yaradıcılıqlarından yararlanırlar. Mənəvi dünyalarını inkişaf etdirmək haqqında düşünmürlər, hətta əksər hallarda belə bir işin lazım olduğunu və hətta belə bir şeyin olub-olmaması haqqında təsəvvürləri belə yoxdur.

 

Təbii ki, fəzanın (müstəvinin)  gələcək vəziyyəti üçün  doğulmuş uşaq hətta destruktiv inkişaf çərçivəsində belə, onun bu fəzadakı gələcək vəziyyətinin analoqu kimi məhz ananın yaradıcılığında maraqlıdır. Bu  vəziyyətdə təbii olaraq, bunu başa düşmək zəruridir ki, qadın nə qədər çox fantaziyaya qapılsa, yaratsa, müxtəlif musiqilərə qulaq assa, sənət əsərlərinə baxsa və bunları gələcək yeni dünyanın prototipi kimi təkrarlasa, mənəviyyatını inkişaf etdirmək haqqında fikirləşsə və bununla bağlı müəyyən işlər görsə, bu uşaqda yaratmaq istedadı kimi, mənəvi baxımdan daha kamil insan olmaq kimi, yeni dünyagörüşünə sahib olmaq kimi öz əksini tapacaqdır. Onun yaradanla əlaqə qura bilməsi və bu əlaqənin formalarına təsir göstərəcəkdir.  Yeni eranın tələblərinə daha uygun olacaqdır. Bütün varlığa münasibəti dəyişəcəkdir.  Allah doğru aparan müstəvi pilləkənlərində irəliləmək ruhları allaha doğru aparır. Çünki son nəticədə ruh inkişaf edərək onu Yaradana, yəni  bütövə qoşulmalıdır. Sufilərin dediyi kimi, biz haqqa qovuşub haqq olacağıq.

 

Bu halda dünyaya gələn uşaq daha az müqavimət göstərir, fəzanı daha az rədd edir. O özü bu fəzada yenini axtarmağa başlayır, o özü fantaziya eləməyə başlayır, onlar müstəqil olmaqla yanaşı, tez öyrənir, daha çox şəxsi inkişafları ilə məşğul olurlar (bunun bəzi nümunələri hazırki uşaqlarda görmək mümkündür). Əslində əgər diqqət etsək, uşaqda fəzanın daxili tərkib hissəsi olan yaradıcılıq elementlərini həm erkən yaşlarında başlayır, həm də uşaq öz fəzasını artıq bir illüziya kimi ortaya qoyur,varlığın qismən inikası (ata-anasına münasibətdə, cizgi filmlərinə münasibətdə) kimi deyil. Müstəvinin tələblərinə uyğun olaraq yeni doğulan uşaqlar fəzanı kifayət qədər böyük bütöv bir kateqoriya, öz qayda-qanunları olan qapalı bir sistem olaraq yaradır.  Mənəviyyata daha çox bağlı olduğundan bu qayda-qanunları o özü formalaşdırır və qavrayış fəzasının (maddi dünyanın) ona verdiyi oriyentasiyadan əsla istifadə etmir.

 

Diqqəti çəkən başqa bir sual da kainatın yeni şəraitində ailə münasibətlərinin uşağın inkişafına necə təsir etməsidir. Içində yaşadığımız müstəvidə sevgi və gözəl olan hər şey, allahla əlaqənin güclənməsi ön planda durur. Hislərlə yeni fəza arasında nisbət dəyişir, ailənin emosional konstruksiyası dəyişir. Məlum olduğu kimi, evlənmək üzərə olan aadamlarda hissi-emosional fon dəyişir. Emosional qütblər harmoniyada olur. Əslində bu məhəbbətlə bağlı olmayıb, dünyanı, fəzanı, gerçəkliyi qavramasıyla bağlıdır (həmin anda məhəbbət hissi güclü olduğundan ətrafa məhəbbət saçır, hər şeyi məhəbbət işığı içində görür). Evlənmədən sonra mosional qütblər harmoniyada olduqda (yəni evlənmədən sonra bu məhəbbət hissi qaldıqda)  münasibətlər stabil qalır, ərlə-arvad bir-birini dəyərləndirir və əslində bu dəyərləndirmə bütün ömür boyu sürür. Əks halda boşanmaya gətirib çıxarır. Yəni hazırki dünyamızda ailə məhəbbət əsasında qurulmalıdır və başqa heç bir meyar olmamalıdır. Yalnız sevgiyə əsaslanan ailə yeni müstəvidə ailənin stabil qalmasına, ailə üzvlərinin, xüsusilə də uşaqların, yeni müstəviyə uyğun yetişməsinə imkan yarada bilər. Eyni zamanda qarşı tərəfin dünyaya gələrkən yerinə yetirməli olduğu vəzifə, karma və s. nəzərə alınmalıdır. Eqoistcəsinə yalnız özümümzü düşünməməliyik. Yaranmış problemlərə ilahi tələblər bucağından dəyərləndirməli və uşaqlarımızın gələcək inkişafını düşünməliyik.

 

Hər kəsə mənəvi kamillik arzusu ilə

GÜLZAR BAYATİ

Leave a Reply