|

Xalq Mucahidləri İrana hardan gələcək?

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 

 

 

Gülnara İnanc, Etnoqlobus  (ethnoglobus.az) Beynəlxalq onlayn informasiya analitik mərkəzinin direktoru, Amerika-türk Türkişnews.com saytının rus bölməsinin redaktoru

 

Periodik olaraq İran rəsmiləri ABŞ və İsrailin İslam rejiminə müxalif olan «İran Xalq Mücahidlərin»ə (İXM) Azərbaycanda sığınacaq verilməsinin mümkünlüyündən narahatlığını bildirib.

 

İran XİN sözcüsü Ramin Mehmanpərəst Azərbaycana qarşı olan bu idialardan birində qonşuların rəsmi Tehranın bu məsələdə həssaslığını nəzərə alacağını, əks halda cavabın sərt olacağını da vurğulayıb. Bəyanatların şəkli və ardıcıllığı mövzunun ortaya atılmasının təsadüfi olmadığını göstərir.

 

Qərb və İsrail İranda qarışıqlıq yaratmaq, hakimiyyəti laxlatmaq üçün Güney Azərbaycandankı milli məsələ, daxildə və xaricdə mövcud olan rejimə müxalif qüvvələrdən istifadə etdiyindən bəyanatın səhih faktlara deyil, «mümkünlüyə» dayanması Tehranın önləyici addımlar atdığına işarədir.

 

İXM-nə can verilməsi hələ 2009-cu ildən Avropa Birliyinin terrorçular siyahısından çıxarıldığı zaman başlanılıb.  ABŞ-da isə İXM ölkə hərbi bazalarında 2005-ci  ildə başlayan məşqləri də 2009-cu ildə bitib.

 

Aprel ayında bir qrup amerikalı siyasətçilər İXM-in terrorçular siyahısından çıxarmağı təklif edib. Proseslərin axarı bu təklifin Ağ Ev tərəfindən qəbul ediləcəyinə işarə edir.

 

Azərbaycan Milli Elmlər Akademiyasın Şərqşünaslıq institutunun elmi işçisi, tarix elmləri namizədi Sübhan Talıblı  İXM İran iqtidarına qarşı təsirli qüvvə olduğunu deyir :

 

«Tehran hökuməti İXM-dən ehtiyatlanır. Bu təşkilat Şah Pəhləvi tərəfindən özünə yaxın qüvvə kimi yaradılıb. Təşkilat ideya deyil, maraqlar üzərində qurulduğundan sonradan o, öz mövqeyini dəyişib. İXM-in İran daxilində və xaricdə güclü dayaqları və nüfuzu var. Bu təşkilat təkmildir, yaxşı formalaşıb. O, millətçi qurum olmadığından İranda siyasi hakimiyyətin devrilməsi üçün Qərbin maraqlarına uyğundur».

 

İXM-nin ABŞ-dan yayımlanan media qurumları var. Bir müddətdir TV yayımı dayandırılsa, da İran iqtidarına qarşı siyasi təzyiq üçün fəaliyyətin yenidən bərpa olunmasını gözləmək lazımdır.

 

 

2012-ci ilin aprel ayında Amerikanın The New Yorker jurnalı  İXM yaraqlılarına kriptoqrafiya, kiçik dəstəllərlə hərəkət taktikası, rabitə vasitələri və silahdan istfiadə öyrədildyiiyni xəbər verib. Bu metodika isə İXM-in silahlı dəstələrinin təlimlərinin məqsədi İranda terror törətməyə yönəldiyini deyir. İXM ABŞ-ın Nevada hərbi bazasında təlim keçib.

 

İXM dəstələrinin İrana sirayəti üçün onların qonşu ölkələrin ərazilərindən keçməsi lazımdır. Amma bunun üçün qonşu ölkələrin buna icazə verməsi vacib deyil. Onlar terroçuların istifadə etdiyi üsullarla müxtəlif adlarla bu ya digər ölkəyə daxil olaraq oradan gizlin yolla İrana gedə bilərlər.

 

Yaxşı təşkilanlanmış, silahlı təlim görmüş qrupların Azərbaycan ərazisində yerləşdirilməsi ölkədəki stabilliyin pozulması və dövlətçilik baxımından təhlükəli haldır. Elə isə, Azərbaycanın özü İXM-nin yaraqlılarının ölkəyə buraxılmaamsı üçün İranla əməkdaşlıq etməkdə maraqlı olmalıdır.

 

 

Arayış — İran Xalq Mücazidləri (İXM)1965-ci ildə Tehran Universitetinin tələbələri tərəfindən yaradılıb. Məqsəd İranda sosialist respublikasının yaradılması olsa da, Tövhid cəmiyyətinin qurulmasını təklif edirdilər.

 

İXM 70-ci illərdə İran ərazisində terrorlar törədib, İran-İraq savaşında İrana qarşı vuruşub. İslam inqilabından sonra təşkilat yeni rejimi qəbul etsə də sonradan onlara qarşı terror və işgəncələrdən sonra İXM islamçılara qarşı müxalif pozisiyaya keçiblər. Təşkilatın hərbiləşdirilmiş qolu İranın Milli azadlıq ordusu adlanır. Lideri Məsud Rəcaidir.

New Baku Post

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply