|

VARŞAVA ÜSYANINDAN 70 İL ÖTÜR

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Varşava Üsyanının 70-ci il dönümü xüsusi olaraq təntənəli qeyd olunacaqdır. Bununla bağlı ilk tədbirlər artıq iyul ayında keçirilmişdir. Onlar oktyabr ayınadək davam edəcəkdir.

Varşava Üsyanı ikinci dünya müharibəsi zamanı 1939-cu ildə Polşanın paytaxtını zəbt etmiş alman ordusuna qarşı yönəlmiş və Milli Ordu tərəfindən təşkil olunmuş üsyandır.1 avqust tarixində başlamış və üsyançıların zəif silahlanmasına baxmayaraq 63 gün, yəni 3 oktyabra qədər davam etmişdir. Komunizm zamanı (1945-1989) üsynaın iştirakçıları Polşa Xalq hakimiyyəti tərəfindən represiyalara məruz qalmışdır. 1989-cu ildən etibarən, xüsusi ilə Varşavada, şəhərin qəhrəman müdafiəçiləri kimi tanınırlar.

Mərasimlər üsyançıların iştirakı ilə 30 iyul tarixində başlayacaqdır. Səhər Varşava Üsyanı Muzeyinin qarşısında yerləşən Azadlıq Parkında Varşavanın prezidenti Hanna Qronkeviç – Valtz və Polşa Respublikasının prezidenti Bronislav Komorovski onlarla görüş keçirəcəkdir. 1944-cü il hadisəsinin həyatda olan bütün iştirakçıları dəvət olunmuşdur. 3400-dən çox şəxs müharibədən sonra paytaxt məskunlaşmış və ya burada qalmışdır, bir çoxu isə digər istiqamətləri seçmişdir. 400 üsyançı dünyanın ən ucqar guşələrindən gələcəkdir: Braziliya, Argentina, Avstraliya, Yeni Zelandiya, İsveç, İsveçrə, Rusiya, İsrail, Qvatemala.

Bir tək Kanada nümayəndə heyəti onlarla şəxsdən ibarətdir. Birləşmiş Ştatlardan Boleslav Byeq, „Kilinski” batalyonunun əsgəri, Böyük Britaniyadan 1944-cü ildə üsyançılara kömək çatdıran pilot Larri Toft da iştirak edəcəklər.

Mərasimlərin ən vacib günü, „W saatı (polyak dilindən “Walka” („Döyüş”), „Wybuch” („Partlayış”), „Wystąpienie” („Çıxış”) – 1 avqust 1944-cü il saat 17:00-da Varşava Üsyanının başlanğıc saatıdır. Bu saatda hər il Polşanın bir çox yerində üsyançıları bir dəqiqə ərzində yad etmək məqsədi ilə həyacan siqnalları, kilsə zəngləri çalınır, piyada və avtomobil hərəkatı dayandırılır.

Tədbirdə ölkənin ən vacib şəxsləri və xarici qonaqlar iştirak edəcəklər. Ənənəvi olaraq, Varşava Üsyanı Höyüyündə (Höyük Varşava şəhərinin qalıqlarının tökülməsi ilə yaranıb) məşəl yandırılır. Məşəl 63 gün ərzində, yani üsyanın təslim olunma günü 3 oktyabr tarixinədək yanır. Gecə yarısı tanınmış aktrisa və rejissor Krıstına Yanda Yeji Satanovskinin musiqisi fonunda, Miron Byaloşevskinin “Varşavı Üsyanı Gündəliyi” əsasında qurulmuş tamaşanı nümayiş etdirəcəkdir.

fotolar   Mariuş Çeşevski/Polska.pl”

Leave a Reply