|

Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

20151112_150714Noyabrın 12-də  Kapellhausda  Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr olunmuş Bülbül adına orta ixtisas musiqi məktəbinin Bəstəkarlıq şöbəsi şagirdlərinin konserti olub. 

Konserti giriş sözü ilə açan Bülbül adına məktəbin  direktor müavini  Aytən Əhmədova Ü.Hacıbəylinin yubiley tədbirləri  çərçivəsində silsilə tədbirlərin keçirildiyini deyib.  Onun sözlərinə görə, tədbirlərdə Azərbaycanın musiqi təhsil ocaqlarının şagird və tələbələrinin çıxışından alınan təəssüratlar incəsənətin bu sahəsinin ləyaqətlə davam etdirən gənglərin yetişdiyini  deməyə əsas verir.

Daha sonra Bülbül adına musiqi məktəbinin nəzəriyyə şöbəsinin müdürü Pikə Axundova Üzeyir bəyin irsinin itmədiyni , gənc nəslin bir neçə ildən sonra artıq Azərbaycanı dünyada tanıda biləcəklərini bildirib.20151112_155150

Konsertdə Bülbül adına məktəbin müəllimləri Pikə Axundova, İlham Abdullayev və Ayaz Qəmbərlinin şagirdləri çıxış edib.

Konserti  məktəbin kiçik xoru «Gözəl, xoşbəxt Azərbaycan» mahnısı ilə açıb. Mahnının musiqisi Cəfərova Nərgizin, sözləri N.Cəfərovanındır.  Xorun bədii rəhbəri və dirijoru Gülnarə Ağakişiyevadır. Mahnıdakı vətənpərvərlik notları, emosional çalarlar Ü.Hacıbəylinin Azərbaycan xalqının musiqi yaddaşında dərin iz buraxdığını bir daha təsdiqləyir.

Proqramda  simli alətlər, fotepiano, fleytra və klarnet  üçün yazılmış  parçalar, eyni zamanda kamera musiqisi səsləndi.

Diqqət çəkən digər bir amil isə gənc bətəkarların öz müəllimlərini unutmaması idi.  Afaq Xaqanqızı klarnet və fortepiano üçün «Maraqlı bir insan haqqında povest» silsiləsindən birinci hissəni müəllimi Ayaz Qəmbərliyə, Saleh Nəzərov isə klarnet, violin və fortepiano üçün yazdığı trionu müəllimi Pikə 20151112_151404Axundovaya həsr edib.

«Aşıqsayağı», «Prokofyevsayağı» kimi musiqi parçaları ciddi əsərlər yaza biləcək gənclərin yetişdiyini  östərir.

Quliyeva Leyla, Cəfərov Əli, İbrahimova Özləm, Rəsul Zülfüqarlı, Zülfüzadə Müjgan, Ruslan daşdəmirov, Arzu Sadıqova, Elnarə Əliyeva, Nigar Süleymanova,Nərmin Abdullaeva, Tofiq Rzayev, Cavanşir Rüstəmbəyli, Aytac İbrahimli, Ərol Rzayev, Leyla Zəkiyeva, Afaq Xaqanqızı, Zərifə Alxasova, Saleh Nəzərov.20151112_162422

Bu adlara diqqətlə baxaq. İndi onlar bizə heç nə demir. Amma gələcəkdə məhz onlar Azərbaycanın  klassik musiqisini dünyanın aparıcı səhnələrinə çıxaracaq və ölkəmizi dünyada tanıdacaq.

 

 

 

 

Leave a Reply