|

UNESCO tədqiqatçı alim Corc Papanikolaunun (1883-1962) ölümünün 50-ci ildönümünü qeyd edir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 

Corc Papanikolaunun tibb sahəsində göstərdiyi aparıcı rolunu yüksək qiymətləndirərək UNESCO 2012-ci ildə tanınmış həkimin ölümünün 50-ci ildönümünü qeyd etməyə razılıq vermişdir. Papanikolau sitologiya həmçinin qadınlar arasında geniş yayılmış xərçəngin tez aşkar edilməsində əvəzsiz olan “Pap-test”i ixtira etmişdir. Məhz bu test nəticəsində qadınlarda uşaqlıq boynu xəstəliklərində xərçəngi ilkin mərhələsində aşkar edilir, bununla da dünyada milyonlarla qadın xilas edilir.

 

Təhsilini Yunanıstanda alan Papanikolau sonradan elmi tədqiqatlarını Almaniya və ömrünün axırınadək Amerika Birləşmiş Ştatlarında  davam etdirmişdir. Karyerasının ilk illərində “Dr.Pap” kimi çağrılan Corc Papanikoaunun həyat amalını onun məşhur “Mən həyata xidmət etmək üçün yaşayıram” ifadəsi ehtiva edir.

 

“Pap test” bü gün də bu sahədə qabaqlayıcı diaqnozun qoyulması üçün mübahisə olunmaz sınaq kimi qalmaqdadır. Statistika göstərir ki,  “pap test”in aşkar edildiyi gündən bu vaxtadək keçən 60 il ərzində uşaqlıq boynu xəstəliyi qadınlar arasında ölümə səbəb olan xəstəlilklər siahısında 1 nömrəli səbəbdən 13-cüyə düşmüşdür.

 

Dr. Corc Papanikolau 150 məqalənin müəllifi olmuş, 50-yədək mükafat və medallara sahib olmuşdur.

Leave a Reply