|

Suriyanın qonşuları aldanıblar

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Gülnara İnanc, Etnoqlobus (ethnoglobus.az) Beynəlxalq informasiya-analitik mərkəzinin və Rusiyanın “Lev Gumilyov” (gumilev-center.az) mərkəzinin Azərbaycandakı nümayəndəliyinin direktoru,

 

Azərbaqcan və İranı yalnız sərhədlər deyil , tarixi-mədəni , etnik-dini  amillər birləşdirir. Ötən il ölkələr arasındakı sürtünmələrin  gərgin fazaya keşməsi ilə davam etdi.

 İran İslam Respublikasınin  Azərbaycandakı səfiri Möhsün Pak Ayinin  ölkələrimiz arasında münasibətlər, Yaxın Şərq prosesləri barədə islamınsesi.az portalına  eksklüziv müsahibəsi. 

-Azərbaycan-İran münasibətlərindəki gərginliyin ara-sıra avazımasına baxmayaraq, qalmasının səbəbi nədir?

-Düşünürəm ki, İran-Azərbaycan münasibətlərində heç bir böhran yoxdur. Bir ailə içində də  anlaşılmazlıq ola bilər, amma bunu böhran adlandırmaq olmaz.  İki qonşu ölkə arasında gediş-gəliş məsələlərində və əlaqələrdə bəzi anlaşılmazlıq ola bilər, lakin onlar diplomatik yolla həll olunur və axarı ilə gedir.

 

Nəzərə almalıyıq ki, müştərək məqamlarımız anlaşılmazlıqdan daha çoxdur. Dəfələrlə deyilməsinə baxmayaraq təkrar etməliyəm ki, bu müştərəklik mədəni, tarixi, dini, etnik amillərdə təzahür edir. Azərbaycan və İranın xeyli əhalisi eyni dildə danışır. Bir-birinə bu qədər yaxınlığı olan başqa iki dövlət tapa bilmərik.

 

 İki ölkə rəhbərləri və siyasətçilərinin iradəsilə bu əlaqələr get-gedə inkişaf edir. İkinci və üçüncü ünsürlər və alimlər bəzi məsələri ortaya atıb şişirtməyə çalışır, lakin bunlar bizim üçün əsas  deyil.
Ölkə rəhərlərinin bütün məsələlərdə anlaşması əsasdır. Belə bir baxışla mən münasibətlərimizin gələcəyini parlaq görürəm.

 

Ölkə rəsmilərinin ötən il İranda və Azərbaycanda baş tutan görüşləri ikitərəfli  münasibətlərin müsbət istiqamətə doğru getdiyini göstərir.

 

-Milli Məclis Azərbaycan-İran sərhəddinin  40 km. məsafədə yaşayan vətəndaşların vizasız rejimdən istifadəsi barədə razılaşmanı ləğv edib. Bu qərar yeni gərginliyə yol açmayacaq ki?

Parlamentdə  millət vəkilləri xalqın nümayəndəsidir. Onlar məsləhətləşmələrlə  qanun qəbul edirlər. Biz də onların qərarına hörmətlə yanaşırıq. Yalnız öz  vətəndaşlarımızın deyil, Azərbaycan vətəndaşlarının da qardaş ölkə ərazisində hərəkətinin məhdüdiyyətini aradan qaldırılmasını daha doğru sayırıq. Viza rejiminin asanlaşdırılması ticarətin inkişafına, xalqlar arasında ünsiyyətin istiləşməsinə və genişlənməsinə səbəb olur. Həmçinin nəzərə almalıyıq ki, İran və Azərbaycanda çoxsaylı qohumluq və dostluq əlaqələri var.

 

Bundan əlavə, vizasız rejim turizmin və hər iki xalqın qarşılıqlı inkişafına gətirəcək. Elə buna görə də, İran tərəfi Azərbaycan vətəndaşları üçün vizanı birdəfəlik və birtərəfli şəkildə ləğv edib. Bir gün Azərbaycanın da İran vətəndaşları üçün viza rejimini ləğv edəcəyinə ümid edirik.

 

-Rəsmi Bakı bunu İrandan Azərbaycana düşmən qüvvələrin keçməsinin qarşısının alınması üçün etdiyini bidirir…

-Həftədə 5 min İran vətəndaşı Azərbaycana səfər edir. Onların arasında Azərbaycanın daxili işinə siyarət etmək cəhdinə rast gəlinməyib. Onlar Azərbaycanla tanış olur, insanlarla ünsiyyət qurur, ticarət edib geri qayıdırlar.
Təbii ki, qaçaqçılarla mübarizə və təhlükəsizliyin öz prisnipləri var. Əgər biz təhlükəsizlik məsələsinə görə vətəndaşların hərəkətinin qarşısını alsaq, turist nazirliyi gərək işləməsin. Münasibətlərimizə mənfi baxışları aradan qaldırmağa çalışmalıyıq.

 

 Məgər Azərbaycan vətədaşları arasında heç qanun pozuntusu yoxdur? Amma bunu bütün Azərbaycan xalqı üçün deyə bilmərik. Qanunları pozanlarla xüsusi qurumlar məşğul olurlar.  Cinayətkara viza lazım deyil, o sərhəddi keçmək yolu tapacaq.

 

-Ötən ilin sonunda Azərbaycan-İran sərhədindəki ərazilərdə Azad ticarət zonasının (ATZ) yaradılması barədə müzakirələr başlanılıb. ATZ-in perspektivləri  nədər ibarətdir?

-ATZ-nin yaradılması iki ölkə arasında əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Belə bölgələr vergidən tam azad olur, bu isə malların qiymətinin enməsinə gətirir, insanların alıcılıq qabiliyyəti artır.  Artıq Şərqi Azərbaycan vilayətinin ostandarı və Azərbaycanın İrandakı səfiri bu ətrafda müzakirələr aparır. İranın 15 qonşusu var. Qonşularımzla ATZ yaratmışıq və müsbət nəticələrini görürük.
Azərbaycan tərəfdən viza rejiminin saxlanılması ATZ-nin fəaliyyətinə mane olmayacaq. Azərbaycan vətəndaşları  İrana  gəlib alver edə bilərlər. İran vətəndaşlarının Azərbaycana gəlişi üçün vizasız rejimin tətbiqi prosesləri aktivləşdirər və qarşılıqlı etimad yaranmasına əsas verər.

— Məncə, qarşılıqlı etimadsızlığın başlıca səbəbi etnik məsələdir. İranda türkdilli azərbaycanlılar və Azərbaycanda isə fasrdilli talışlar yaşayır. Sizcə, bu məsələ münasibətlərə necə təsir edir?

-Nə İran, nə də Azərbaycan xalqlarınında separatist fikirlər görmürəm. Bu məsələ xalqlarımızdan  çox uzaqdır. Azərbaycanda azərbaycançılıq,  İranda isə irançılıq milli şüuru  formalaşıb. Hər iki ölkədə milli azlıq mövzusunun qabardılması əhəmiyyət daşımır. Düşünmürəm ki, bu məsələ münasibətlərə təsir etsin.

 

-İran ətafındakı proseslər, Suriyadakı qarşıdurmalar, Türkiyədə «Patriot» qurğularının yerləşdirilməsi bölgədə gərginliyi artırır…

-Suriyadakı hadisələrin «Ərəb baharına» dəxli yoxdur.  Ərəb dünyasında , xüsusilə Şimali Afrikada baş verən dəyişikliklərə İslam oyanışı adlandırırıq. Bu ölkələrdə  xalq iqtidarların əleyhinə çıxış etdi, yeni hakimiyyətlərini seçdi.

 

 Suriyadakı hadisələr isə xarici ölkələrin müdaxiləsi nəticəsində yaranıb. Qərb ölkələri Əl-Qaidəni silahlandırıb Bəşər Əsədə qarşı yönəldirlər. Əl-Qaidəçilər isə terror əməliyyatları ilə öz həmvətənlərini öldürürlər. Belə hallar nə Tunisdə, nə Misirdə, nə də Yəməndə müşahidə etməmişik.

Bu xalqların başlıca şüarları Qərb və İsrailin ölkələrinin daxili işlərinə qarışmasının əleyhinə idi. ABŞ rəsmən Suryia müxalifətinə dəstək verdiyini bildirib. ABŞ Konqresi Suriyada müxalif qrupları silahlandırmaq üçün qərar qəbul edib.

 Təssüflər olsun ki, Suriyanın qonşuları, o cümlədən ərəb ölkələri  aldandılar, amma artıq geri qayıtmaq gecdir. Onlar Suriyada islahat arxasınca getdiklərini düşünürdülər, lakin terrorizmi dəstəklədiklərini gördülər. İslahatı zorla xaricdən gətirmək olmaz.

 

İnsanları öldürə də bilərlər, hətta B.Əsədi devirə də bilərlər, amma bununla Suriyaya islahat gətirməyəcəklər.  Suriyada baş verənləri nə İslami oyanış, nə də «Ərəb baharı» adlanlıra bilərik.
 Suriya İsraillə mübarizədə ön cərgədədir. Onların fikrincə, bunun üçün Suriyanıın iqtidarını dəyişmək lazımdır.

 

-Lakin «İslami oyanış» adlandırdığınız proseslər sələfiliyin bölgəyə yayılmasının yolunu açdı…

 -Biz Suriyanın müxalifətini yaxşı tanıyırıq. Onların  əksəriyyəti islahatın tərəfdarıdır, yalnız az bir qismi terrorçudur. Birincilər  islahatların baş verməsini istəyir, amma bunu silah yolu ilə deyil, seçkilərlə etməyi dəstəkləyirlər.
Sələfiləri  hamı tanıyır – onlar Əl-Qaidə terrorçularıdır. ABŞ rəsmən Taliban və Əl-Qaidəni yaratdığını və bu təşkilatların rəsmi Vaşinqtonun  maraqlarını həyata keçirdiyini elan edib. Niyə buna göz yummalıyıq.
Terrorist ünsürləri İslami oyanış adlandıra bilmərik. İslam minlərlə günahsız insanların öldürülməsinə, məscidlərin dağıdılmasına müxalifdir. Biz İslam adı altında cinayətlərə haqq qazandıra bilmərik.

 

— Hərənin öz ədaləti var. İran da Suriya iqtidarın yardım etdiyni rəsmən bildirib…

-İran hər bir dəyişikliyin camaatın səsi ilə olmasının tərəfdarıdır. Əgər hakimiyyətlərin silah yolu ilə xarici dövlətlərin rəhbərliyi ilə devrilməsi bir adətə çevilsə, heç bir prezident özünü təhlükəsiz hiss edə bilməz.
 Suriyada xarici müdaxiləyə qarşı dayanan qüvvələrə yardım edirik. İslahat adı ilə iqtidarların dəyişilməsi kimi  bir qələtin adətə çevrilməsini istəmirik.

 

 

Leave a Reply