|

Şumer-türk əlaqələrinə baxış

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Şumer-türk əlaqələri — tarix boyu bunun inkarını, yaxud təsdiqini sübut etməyə ,çox çalışıblar. Hesab edirəm ki, müasir tarix elmində mövcud  tabuları yıxmaq üçün böyük cəsarətə və səyə ehtiyac duyulur.

 

Türk-şumer yaxınlığının rəsmən qəbul edilməməsinin çox sadə və aydın səbəbləri var. Avropa alimləri dünya tarixinin şumerlərdən başlandığını qəbul ediblər, ancaq türk faktorunun buraya daxil olmasını heç cür sakitcə seyr etmək istəməyiblər. Onlar biliblər ki, əgər qəbul edərlərsə, o zaman  indiyə kimi türklər haqqında yazdıqları cızma-qaraları da inkar etmiş olarlar. Nəticədə isə türklərin rəsmi yaşı eramızdan əvvəl  IV minilliyə gedib çıxar. Qərbin və rusların alimləri dəfələrlə və israrla sübut etməyə çalışıblar ki, türklər tarix səhnəsinə çox gec çıxıblar.Türklərin, o cümlədən Azərbaycan türklərinin şumerlilərlə bağlılığı barədə minlərcə tutarlı və təkzibedilməz faktlar olsa da, təəssüf ki, dünya bu həqiqət qarşısında susur. Ancaq bir çox alimlər bu barədə çox dəyərli fikirlər söyləyib və əsərlər yazıblar. Hommel, N.Marr, T. Heyerdald, C. Matlok və başqa tarixçilərin əsərlərində yetərincə bu mövzu geniş təhlil olunub.

 

Türklərin şumer mənşəli olması fikrinə əks olan: tarixdə ilk geniş miqrasiyanın qərbdən şərqə deyil, şərqdən qərbə doğru olması barədə yanlış ideyadır. Bu yazıda  söylənilən fikirlərə, həm də başqa məqamlara yer ayıracağıq.İlk maraqlı fikirlərdən biri şumerlərdə işlədilən “Dinqir” sözü ilə bağlıdır. Mənası “tanrı”,”səma” olan bu söz həm formaca, həm də mənaca eyni şəkildə türklərdə də işlənilir: «tenqir», «teqri», «danqir», «tenqri». Bu barədə qazax yazıçısı Oljas Süleymanov geniş tədqiqat aparıb və 60 şumer-türk sözlərinin müqayisəsini verib. Diqqət çəkən digər məqamda var. Hazırda bütün türk xalqlarında eyni məna daşıyan “din” sözü əslində “Dinqir” sözünün dəyişilmiş formasıdır. Düzdü, «din» sözünün kökünün arami, ibrani, fars və ərəb dilində olması fikri də mövcuddur. Fars dilindən gələn “din” sözünün mənası «yol», «üslub» deməkdir. Ancaq türk dillərində “din”  və “dindar” sözü qədim şumerlilərin “dinqir”indən çox az fərqlənir və məna baxımdan da eyniyyət kəsb edir. Tanrıya inanmaq, ilahi qüvvəni qəbul etmək sonda həmin  kəsin “dinqir” və ya “dindar” adlanması ilə nəticələnməsi kimi anlaşıla bilər. Eləcə də yaradıcıya ibadət sistemi və həyat tərzi formasını “din” sözü ilə ifadə olunması.

 

Qədim Şumerdə hər il mart-aprel ayında, daha dəqiq desək, yaz gündönümü günü — 21 martda Akitu bayramı keçirilirmiş.10 gün davam edən bu bayramın mahiyyəti yeni gün, yeni il mənası daşıyırmış. Mifoloji baxımdan Akitu Yerdə anunnakilər (gəlmələr) tərəfindən ilk müasir insanın yaradılışının qeyd edilməsidir. Müasir dövrdə Akitunu bütün xalqların bayramları ilə eyniləşdirilir. Əsas da yəhudilərin apreldə qeyd etdikləri Pesax bayramı və xristiyanların Yeni ili ilə. Ancaq nədənsə kimsə Akitu bayramını  türklərin martın 21-də qeyd etdikləri Bahar (Novruz) bayramı ilə müqayisə etmirlər. Şumer əfsanələrinə görə, səkkiz guşəli ulduz Yerin və Göyün hökümdarının — Ananın (Anu) simvolik işarəsidir.  Bilirik ki, bir çox türk respublikalarının bayraq və gerblərində səkkiz güşəli ulduz yer alır. Fərqli mənalar daşısa da sonda türk xalqları belə ulduz formasını müqəddəs hesab edirlər. Yeri gəlmişkən, qədim şumerlərin işlətdiyi «Ana» sözünün müasir türk dilinə nə tərcümə etməyə, nə də ki, izahat verməyə lüzum yoxdur.Şumerdə olan şəhərlərin və hakimiyyətdə olan çarlarının adları da diqqət çəkir. Məşhur Kiş şəhəri ilə Şəki rayonunda yerləşən Kiş kəndinin adı arasında eynilik, eləcə də İssin dinastiyası dövründə hakimiyyətdə olmuş Su-İlisu və Damik-İlisu çarlarının adları bizə Qax rayonunda yerləşən İlisu kəndini, həmçinin Orta Asiyada yerləşən İli çayının adını xatırladır.

 

Şumer mətnlərində olan bəzi mifoloji fikirlərə diqqət yetirsək, aydın olar ki, onlar ilk yaradılan insanı Lulu adlandırıblar. Bu anlayış bizlərə də yad deyil. Həm tarixən Azərbaycan ərazisində mövcud olmuş Lulubi dövləti, lulubeylər (lulubilər) tayfası, həm də müasir dövrdə kişilərə, oğlanlara Lulu adının və  ya ləqəbinın verilməsi bu oxşarlığın heç də təsadüf olmadığına bir işarədir.Əslində biz şumer-türk əlaqələrindən daha çox faktlar söyləyə bilərik. Təkrarçılıq olmasın deyə, burada fikirlərimi yekunlaşdırmaq istərdim. Ancaq hesab edirəm ki, yekunda başqa bir fərqli nəticəni də desəm, yersiz çıxmaz.İndiyə kimi şumer-türk əlaqələrinin iki istiqamətdə şərh ediblər; Ya bu məsələ büsbütün inkar edilib, ya da türkləri şumerlərlə ünsüyyətdə olmasını, eyni ərazidə qonşu olduğunu isbat etməyə çalışıblar. Amma düşündürücü bir məqam da var: iki çay arasında mövcud olmuş xalqların hamısı bir-bir öyrənilib, onların gələcəkdə hansı xalqlara başlanğıc verdikləri müəyyənləşdirilib. Akkadlar, assurlar, xaldeylər, arameylər və digər milli azlıqlar zərgər dəqiqliyi ilə öyrənilmiş və rəsmi nəticəyə gəlinib. Bir tək ən qədim sivilizasiyanın sahibləri-şumerlər sirr olaraq qalıb? Onlara verilmiş ad belə şərtidir. Hardan gəldikləri, hara getdikləri sirr olaraq qalıb. Nədən belə bir yüksək mədəniyyətə məxsus xalq izsiz-soraqsız yoxa çıxıb? Bütün tayfa birləşmələrinin dil mənsubiyyətləri önə çıxdığı halda bir tək bu ərəzinin əsas sahibləri “naməlum” qalıb? Məsələyə yenə də morfologiyadan başlayaq. Şumer yazılarından məlumdur ki, başqa planetdən (Nibiru) gələn dingirlər və annunakilər yerdə genetik təcrübələr əsasında meymundan ilk agıllı insanı (Lulu) yaradıblar. Onlara ümumilikdə «qarabaşlar» deyiblər. Bu qarabaşlar dinqirlərə xidmət göstərmək, qızıl mədənlərində annunakiləri əvəz etmək üçün yaradılıbmış. Maraqlıdır ki, türk dillərində «qarabaş» sözünün mənası “xidmətçi”,”qulluqçu”,”kəniz “deməkdir. Şumer mədəniyyətinin yaradılması üçün lazımi informasiya qarabaşlara ötürülübmüş. Bu informasiya ilə yanaşı başqa bir görəv də verilibmiş: Dünyanın şəklinin dəyişdirılməsi, dunyada inkişafın sürətləndirilməsi. Bu görəv onlara ilk yaradılışdan DNK vasitəsilə ötürülüb. Şumer sivilizasiyası tədricən bütün dünyaya ötürülməli və zamanla dəyişərək daha yüksək formaya keçməli idi. Zatən hər bir inkişaf hərəkətlə bağlıdır. Ona görə də o xalqı hər zaman hərəkət etməyə, yer dəyişməyə “məhkum “ ediliblərmiş. Sanki bu “elçinin”  informasiya daşıyıcısı kimi bütün planeti dolanması bəşəri borcu idi. Və bunu bacardılar.Onlar dünya tarixini yaradırdılar. Bu yolçuluq çox uzun sürüb: Sak, Etrusk, Quti, Lulubey, Skif, Kenger, Hun, Qıpçaq, Oğuz və s.adlar altında bu yolçuluq davam edəb və hesab edirəm ki, indiki zamanda «türk» adı ilə gəlib günümüzə çatıb. Kimyada  reaksiyanın sürətini artıran, çox enerji sərf edilmədən sonda kimyəvi reaksiyada əvvəlki quruluşunu saxlayan maddələrə katalizatorlar deyirlər. Türklər əslində bəşəriyyətin katalizatorlarıdır. Dəyişməzliyin bir nümunəsini söyləyək: Türk dili başqa dillərdən fərqli olaraq son 1500 ildə heç dəyişməyib. Bu “kataliz reaksiyaları” Avropada (həm də iki dəfə), Asiyada, Afrikada, Amerikada baş verib. Kimyəvi reaksiyların formulunda  reaksiyada iştirak edən maddələr və yeni yaranan maddələr yazılır, katalizator isə göstərilmir. Tarixdədə bu belə olub. Türklər (katalizatorlar) isə ortalıqda görsənməyib. Sonda fikrimi amerikalı tədqiqatçı Ceyn Matlokun sözləri ilə yekunlaşdırıram: “Ey insanlar, hamınız türksünüz”.

 

Namik Man-Taş.

 

Leave a Reply