|

Əsrimizin imamı Həzrəti Məhdi(ə.f)nin mübarək mövludu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Islaminsesi.az-ın verdiyi xəbərə görə, əsrimizin imamı Həzrəti Məhdi(ə.f)nin mübarək mövludu günü AİP-in təşəbbüsü ilə bayram mərasimi təşkil edildi. Mərasimdə tanınmış ruhanilər, siyasi xadimlər və inanclı şəxslər iştirak edirdi. Bayram tədbirinin açılışı Hacı Ruslanın ifasında Qurani-Kərimin tilavəti ilə başladı.

 

Məclisin aparıcısı Hacı Ramin çıxış üçün ilk sözü AİP sədr əvəzi Hacı Elçin Manafova verdi. Hacı Elçin bütün  qonaqları salamlayaraq AİP-in həbsdə olan sədri Hacı Mövsüm Səmədovun təbriklərini  çatdırdı. O bu mənəvi mərasimin  ruhumuzda təsir qoymasını və dualarımızın müstəcab olmasını arzuladı. Həbsxanada olan dindar məhbusların tezliklə  azadlığını və cəmiyyətdə fəaliyyətlərini davam etdirmələrini dilədi.

 

Biləsuvar rayonundan gəlmiş ruhani alim Kərbəlayi Hüseyn Qasımov İmam Zamanın(ə.f) kainatın əsl sahibi olduğunu qonaqlara xatırladaraq, belə mərasimlərin ev sahiblərinin isə  Xanım Fatimeyi Zəhra(s) və Xanım Nərgiz(s) kimi mənəvi şəxsiyyətlər olduğunu bildirdi.

 

Natiq Maidə surəsinin 54-cü ayəsində İmamın əsgərlərinin  əlamətlərinə toxundu və möminlərin Allaha sevgisinin, dindarlara mərhəmətli, kafirlərə isə sərt olmalarının vacibliyini, Allah yolunda cihadın mühüm əhəmiyyətini vurğuladı.

 

ADP-nin sədri Sərdar Cəlaloğlunun şiəliyin fələsəfəsi haqda fikirləri qonaqların marağına səbəb oldu. ADP sədri bütün imamların həyat yolunun bizim üçün bir işarə olmasını bildirdi.  O, İmamın qeybi haqqında fəlsəfi baxışlarında insanın dünyanı özündə yox etməsi, dünya nemətlərindən uzaqlaşaraq daha cox dünyəvi və mənəvi elmin ardınca getməsinin vacibliyini qeyd etdi. 

Söz ruhani alim  Hacı Sərdar Hacıhəsənliyə verildi. Hacı Sərdar Məhdi(ə.f) zuhürünun intizarı fəlsəfəsini və Məhdəviyyət düşüncəsini açıqladı. İmamın gəlişinin ona layiq olmayan adamlar tərəfindən ləngidilməsini xüsusi vurğuladı.

 

 

Daha sonra ”Vətən” blokunun  icraçı katibi Mayis Güləliyev qonaqları təbrik etdi və Azərbaycan xalqının özünüdərkində, İntizar mədəniyyətinin formalaşmasında İmama sonsuz  sevginin rolunu diqqətə çatdırdı. O bildirdi ki, intizar mədəniyyətində ədalət, inam, intizarın bəxş etdiyi enerji və səbr özünü ehtiva edir.

QHT sədri Akif Nağı, ”Milli  Mənəvi Saflığa Dəvət “ ictimai təşkilatının sədri Elşən Mustafaoğlu, İlahiyyatçı alim Zəfər Cəfərzadə öz təbriklərini çatdırdılar.

Qonaqlardan Hacı Əli Behişti çıxışına dualarla  başlayaraq, mömin və möminələri təbrik etdi.

İmamın Fərəc duasından sonra, balaca qonaqlardan Zeynəb, Raziyyə, Bətul, Rüqəyya və Həsən dini şerlər və hədislər söylədilər.

Məclis “Mərhəmət” ilahi nəğmələr qrupunun ifasında dini surudlarla daha da rəngarəng oldu.

 

Leave a Reply