|

Sosial«meşə»

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Meşə —  bioloji cəhətdən qarşılıqlı əlaqədə olan, bir-birinə təsir göstərən bitkilər, heyvanlar, mikroorqanizmlərinvə mühitin cansız təbiət amilləri – işıq, temperatur, rütubət, torpaq və havanın vəhdətidir. Meşə təbiət qanunları ilə idarə olunur.Kənar müdaxilə olmadığı halda 1000 illər boyu bir meşə massivi dəyişməz qalır (əyər hər hansı kataklizm olmazsa).Hər bir meşəni vahid  bir qanun idarə edir. Bu qanun həm ümumidir, həm də lokal xarakterəmalikdir.Məkanıdan asılı olaraq dəyişir.Məsələn tayqa və ekvatoryal meşələri arasındakı fərqlər kimi.

İnsan-təbiətin bir hissəsi olsada, hələ əminliklə demək olmaz ki, insan onun ən ali üzvüdür.Insan heç vaxt meşəyə aid olmayıb və olmayacaq. İnsan ya meşəni məhf edə bilər və ya özü meşədə məhfəməhkumdur.Meşə qanunları insana kənardan nə qədər qarışıq görsənsədə bir o qədər də,dəqiq və dəyişməzdir.

İnsanı bu qanunauyğunluğu dəyişib meşəni özünə ram edə bilməz.Bu mümkünsüzdür.Və bu mümkünsüzlüyü dərk edən insan sırf özünə məxsus bir meşə yaratdı-Sosial meşə (sosial şəbəkələr). Ancaq sırf meşə qanunları üzərində.Zatən insan təbiət və təbiət qanunlarından xaric nəsə yarada bilməz.Yaratdığı büsbütün təbiət qanunları daxilində mövcud olacaq.Bioloji qanunlar istər ilkin formada, istərsə də, fərqli formada hər zaman öz təsirini göstərcək.

Sosial«meşə» tədricən kütlənin yaşam tərzinə çevrilir və onsuz toplumun mövcudluğu, müasir durumu sual altında qalır. Təbi meşəni qıran zaman orda olan canlıların normal yaşam tərzi kəskin pozulduğu kimi, insanlar da sosial «meşəsiz»  artıq normal həyat tərzi yaşaya bilmirlər.

Bu meşənində sakinləri bildiyimizdən heç fərqlənmir. Meşələrin ot və kollar ilk baxışdan önəmsiz görünsədə, ancaq ümumi qida zəncirində böyük rol oynayır. Eləcə də sosial «meşənin»  adi istifadəçiləri önəmli bir fəaliyyətlə məşğul olmasalar da, ancaq ümumi balansın nizamlanmasında böyük rol oynayırlar.

Təbii meşədə gün necə başlayır? :Günəşin doğuşu ilə ətraf aləm canlanır, heyvan və quşların səsləri bütün meşəni bürüyür. Gecə isə tədricən sakitlik çökür. Sosial şəbəkələrdə səhərin açılışı ilə canlanır. Statuslar, rəylər baş alıb gedir. Sosial «meşənin»  də “aslanı”, “ayısı”,“tülküsü”, “çaqqalı” var.“Ceyranları”,“cüyürləri”,“maralları” da ümumi bioloji qanunauyğunluğa bənzər bir qayda ilə idarə olunur.Gündüz və ya gecə həyat tərzi keçirənlər də, meşədə olduğu kimidir.Ova çıxanları var, ov olanları var. Bizlər nə qədər sosial şəbəkələr, sosiallaşma və s.deyərək fərqlilik yaratmaq istəsəkdə, ancaq daxildən meşə qanunları ilə idarə olunan bir toplum yaradırıq.

 

Sosial meşə də öz-özlüyündə bir biosenoz formasıdır. Bu biosenozdasosiallaşma adı altında sırf qida zənciri formalaşıb.Meşə biosenozunda üzvü maddələr yaradan produsentlərdir (bitkilər). Eləcə də, sosiallaşmış meşənində öz produsentləri var. Onlar hazır ideyyalar, yeni fikirlər və.s yaradır.Hər gün gündəmdə qala bilirlər.Konsumentlər(əsasən yırtıcı heyvanlar) isə hazır üzvü maddələrlə qidalandığı kimi, sosial meşənin də hazır məlumatları mənimsəyib istifadə edənləri var.Eləcə də, sosial “bakteriya”, “köbələk”, “soxulcan” və “peyin böcəkləri” mövcuddur. Onlar mövcud ideyyaları, fikirləri ya dəyişər, ya da, təkrar formada yenidən gündəmə gətirə bilirlər. Biosenozda bunlara redusentlər deyilir.

 

Meşə populyasiyası (lat. populus – xalq, əhali) — müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupudur.Sosial şəbəkələrdə də, özünə məxsus populyasiyalar – qruplar, səyfələr mövcuddur. Diqqət etsək bu qruplar sırf bioloji populyasiyalar kimi idarə olunur və tənzimlənir. Qruplar sayın çoxalmasına meyillidir və qrup populyasiya kimi areal -əhatə dairəsinə malikdir.

Artıq insanın formalaşmasında ənənəvi “mühitin rolu”anlayışı tədricən öz yerini sosial şəbəkəyə verir. Müasir mühit artıq internetdə formalaşır.Ancaq gizlin bir bioloji qanunlar əsasında formalaşmış mühit.Və bu internet mühitində insan formalaşır. İnsan nə qədər sosiallaşsada yenədə təbiət qanunlarından, bioloji düzəndən kənara çıxa bilmir.

Namik Man-taş.

 

Leave a Reply