|

Siyasətdən ayrilan din yalnız ibadətdən ibarətdir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

Dünyada siyasi islamın genişləndiyi bir tarixi mərhələdə əhalisinin böyük əksəriyyətinin ənənəvi müsəlman olan Azərbaycanda da müəyyən təsirlər buraxır. Dindarlar bir necə mərkəz ətrafında birləşsə də hələ ki, bunlardan hec biri İslamın vəhdət ocaşına cevrilməyib. İslam partiyasının Azərbaycanın ictimai-siyasi həyatında rolu, dindarlarla siyasi İslam arasında münasibətlər mövzusunu İslam partiyasının təşkilati məsələlər üzrə müavini Hacı İnqilab Əhədli İslamınsəsi.az portalı üçün şərh edir.

 

 

-İslam Partiyasının Azərbaycan istimai , siyasi həyatında yerini necə görürsünüz? 

 

-Bismillahir rəhmanir rahim. Əvvəla, qeyd edim ki, İslam partiyasının Azəribaycanın ictimai- siyasi həyatında ,fövqəladə və əvəz olunmaz bir yeri var. Fikrimi əsaslandırmaq üçün bir az keçmişə qayıtmaq istərdim. Bilirsiz ki, Azərbaycan oktyabrın 18-də müstəqilliyini əldə etməsinii 21 illiyini qeyd etdi.

Müstəqilliyin əldə olunmasının tarixi 1980- ci illərdə, Azəribaycanda xalq hərakatının başlanması ilə qoyulub.

Müstəqilliyimiz xalq hərakatı, xalqımızın zəhmətləri hesabına bu günə qədər gəlib çıxıb. Xalq hərakatının başladığı dövrlərdə Sovet İttifaqı 70 illik bir tarixini yaşayırdı. Azərbaycanın müsəlman xalqı Sovet diktaturasının hakimiyyəti altında yaşayırdı. Xalqın milli və mənəvi dəyərləri qəsb olunmuşdu. Xalq bu cür şərtlər icində yaşadığı bir şəraitdə xalqın fitrətində olan azadlıq ruhu oyandı və bu gün qürur duyduğumuz müstəqilliyi qazandı. Müstəqillik illərində Müsavat partiyasından sonra rəsmi qeydiyyyatdan keçən ikinci siyasi partiya Azərbaycan İslam partiyasıdır (AİP).

Azərbaycan müstəqilliyini qazanadan sonra İslam partiyası Ölkənin ictimai-siyasi həyatında öz yerini tapdı və sovet dövründə milli-mənəvi dəyərəlrə vurulan yaralara hələ də  məlhəm qoymaqdadır . AİP bu mənada ictimai-siyasi proseslərdə önəmli rol oynayır.

 

-Azərbaycanda dindarların İslamın siyasiləşməsinə münasibəti necədir?

 

-Quran, İslam dini başdan- ayağa  siyasətdir. Siyasət sözünə cəmiyyətdə çirkin anlam verilir.

Siyasət sözünün mənası idarə etmək deməkdir. Yəni, xalqı və dövləti düzgün idarə etmək, düzgün yol göstərmək. Quran bütünlüklə insanı, cəmiyyəti idarə etməkdən, yəni siyasətdən danışır.

Bu mənada İslam dini siyasiliyi baxımından siyasi partiyaların və qurumların fövqündə dayanan bir amil olmalıdır . Bəzən din və İislam düzgün anlaşılmayanda onu siyasətdən uzaqlaşdırırlar.  Bu isə həmişə İslam düşmənlərinin işi olub və bu gün də həmin proses davam edir .

Dini siyasətdən, yəni idarəetmədən ayırsan , o zaman din yalnız  ibadətən, ayinlərdən,mərasimlərdən ibarət olar.

 

Azərbaycanın daxilində və xaricdə də İslamı bu şəklə salmaq istəyənlər var. Din belələrini özünə həmişə müxalif və düşmən bilir.

-Azərbaycan islamçılarını necə xarakterizə edərdiniz?

 

-Azərbaycan islamçıları sözünün bir bünövrəsi var . Bu bünövrə AİP yarandığı gün formalaşıb.

Sovetlər sistemində dindar ifadəsi belə yox idi. SSRİ-də namaz qılanlara xalq icərisində mövhumatcı deyirdilər.

Həmin dövrdə hec mövhumat sözünün mənasını anlamırdıq. Onu İslama aid olan yaxşı bir şey bilirdik.Amma mövhumat sözünün mənası «puçluğ», « heçlik» deməkdir .

20 il əvvəl İslam partiyası yaranandan sonra Azərbaycanda islamçılar ifadəsi yaranib. «İslamçılar» sözünün banisi AİP Azərbaycana siyasi islamı gətirdi, İslamı puçluq cərçivəsindən şıxarıb siyasi müstəviyə gətirdi.

 

-Azərbaycandakı İslam mərkəzləri arasında vəhdət varmı?

 

-Cox gözəl qeyd etdiniz. İslama  xidmət ,milli və mənəvi dəyərlərimiz naminə, ümumi işin xatirinə vəhdət güclü olmalıdır. Hamımız    bir ipdən yapışmalı, pərakəndə olmamalıyıq ki, düşmən bizim pərakəndəliyimizdən isdifadə edib başqalarının adı ilə aramıza təfriqə salmasın,pərakəndəlik yaratmasın. Nəticədə, şərri baxımdan məsuliyyət düşmən tərəfin deyil, bizim üzərimizə düşür.

-Sizcə, İslam partiyası Azəribaycanda İslam vəhdətitin mərkəzi ola bilərmi?

-Bəli, İslam partiyası Azəribaycanda İslam vəhdəditin mərkəzi ola bilər. Mən bunu bütün məsuliyyətilə təsdiqləyirəm. Bu günlər AİP-in yaranmasınının 20 yaşı tamam oldu. Partiyanın 20 illiyi ilə bağlı kitab nəşr etmək niyyətimiz var. İslam partiyası 20 illik təcrübəsi, çəkdiyi məşəqqətləri, verdiyi şəhidləri və məhbusların sayı ilə bunu təsdiqləyir. Belə bir məsəl var: «Görünən kəndə bələdçi lazım deyil».

AİP bu mənada nəinki vəhdətin mərkəzi olmağa iddialıdır, hətta, deyərdim ki, artıq vəhdətin mərkəzidir. Son dövlər partiyanın ətrafında cərəyan edənlər və ölkədəki ictimai-siyasi-dini proseslərə xidmətilə AİP Azərbaycanda İslamın mərkəzi olduğunu təsdiqləyir.

 

Hər hansı bir dövlətdə kafirlik, yaxud zalımlik yer alarsa, həmin ölkədə yaşayan müsəlmanların öhdəsinə hansı vəzifə düşür?

 

-Məlum məsələdir ki,beə bir dövlətdə yaşayan hər bir müsəlmanın vəzifəsi zalima qarşı öz etirazını bildirməkdir. Bu məktəbi bizə Quranımız və Əhli-beytimiz qoyub. İmam hüseyn əleyhissəlam Kərbəlada zalım hakimiyyyətlərə qarşı şıxdı. Daha əvvəl onun atası İmam Əli əleyhissalam  zalim rejimin təzyiqlərinə məruz qalsa da 25 il evdə oturub İslamın vəhdəti naminə səbr etdi.

 

25 illik sukut dövrinün zahiri əlamətlərini kənara qoyub, batilinə varanda həmin dördə İslamın inkişaf etdiyini görürük. Tarixdə İslama qarşı olan təzyiqlərə, təhdidlərə  baxmayaraq,  bu gün dünyada 1 milyon 500 mindən çox müsəlman yaşayısr. Bu isə, Əli ibni Əbutalib Əleyhissalamın 25 il evində guşənişin oturmasının nəticəsidir.

ƏliƏleyhissalamın 25 il evdə oturub səbr etməsi nəticədə İmam Həsənin Müaviyə ilə müqaviləsi və İmam Hüseynin Kərbəla döyüşü ilə nəticələndi.  Zaman-zaman övliyalar və dindarlar şəraitə müafiq olaraq zəmanənin zalım diktatorlarına qarşı müqavimət göstəriblər. Müsəlman hətta salamı ilə belə də olsa ədalətsizə öx münasibətini bildirməlidir. Çünki insan salamının vermə tərzi, soyuq münasibəti, üzünün ifadəsi ilə də etirazını bildirə bilər.

Hakimiyyə kafirlk həddinə çatarsa, müsəlman etiraz etməlidir. Müsəlman  ölkəsində isə dindar ona qarşı olan təzyiqlərə həmin dövlətin qanunlarına uyğun olaraq etirazını mütləq bildirməlidir. Çünki haqsızlığa etiraz Allahdan hər kəsində boynuna düşən bir vəzifədir.

Ülkər Səbuhi

 

Leave a Reply