|

» Şirvanşahar Azərbaycan Dövlətçiliyinin Gen Yaddaşıdır,, kitabı nəşr olunub

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Tanınmış tədqiqatçımız Adıgözəl Məmmədovun oxucularımıza təqdim etdiyi » Şirvanşahar Azərbaycan Dövlətçiliyinin Gen Yaddaşıdır,, 2019 — cu il Nəsimi ili çərçivəsində nəşr edilmişdir.Xüsusi ilə onu qeyd etmək istəyirəm ki, təqdim olunan kitab bu günə qədər bir çox yazarların uydurduğu ictimai-siyasi əhəmiyyəti olmayan təxəyyül məhsullarından fərqli olaraq çox ciddi tədqiqat əsəridir. Təəssüflər olsun ki, bizə sırınan və həqiqətləri əks etdirməyən təxəyyül yalanlarından yaxa qurtarmaq üçün, bu gün ciddi tədqiqatçılarımız tarixi keçmişimizlə bağlı faktları zərrə-zərrə toplayıb, ona yeni baxış nöqtəsini yaratmağa məcburdular. İkinci bir tərəfdən rus yazarı Vladimir Fyodoroviç Minorskinin ingilis dilində olan uydurma »Şirvanşahlar tarixi və Bab Əl Abvab,, bu ərazilərdə ermənilərin və erməni dövlətinin olmasını qeyd etməsi ilə Şirvanşahlar tariximizə ən böyük vurulmuş zərbədir. Təsadüfü deyil ki, V.F. Minorskinin bu yalanla dolu Şirvan tarixini tez bir vaxtda erməni tarixçisi Q.Q.Melkonyan rus dilinə tərcümə edərək, sovet tarixşunaslığında dövriyəyə buraxdı. Bizimdə bir çox yazarlarımız bu uydurulmuş tarixin toruna düşərək (bir — neçə tədqiqatçılrımızı çıxmaq şərti ilə , onların başında Sara xanım Aşurbəyli gəlməklə ) və biraz da təxəyyüllərə söykənərək azərbaycan xalqına bağlı olmayan uydurma tarixlər yaratdılar. Bu üzdən iraq ədiblərimiz elə bir vəziyyət yaratdılar ki, oxucuda sual yaranırdı ki, yaxşı bu dövlət hansı xalqa məxsus idi? Qafqaz-albanlarına, ərəblərə, farslara, yoxsa Türklərə? Bu dövlətin xalqımızın inkişafına nə kimi təsiri olmuşdur? Əslində söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvanşahlar dövlətindən gedir. Bu suallara cavab tapmağın çətinliyi təkcə Şirvanşahlar dövlətinin qədimliyi ilə bağlı deyil. Həm də bu çətinlik onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə izah oluna bilər.

Bu və digər suallara cavab vermək üçün , ktabın içərisində ilk dəfə Mirzə Kazım bəyin,Sank-Peterburqda 1851-ci ildə nəşr etdirdiyi “Dərbəndnamə”si (Dərbənd qədim Şirvan şəhəridir və kitab Şirvan tarixi ilə bağlıdır) doğma dilimizə tərcümə edilərək Azərbaycan oxucusuna təqdim edilir. Kitabda təqdim olunan Mirzə Kazım bəyin tərcümə əsərində isə bir dənə də ermənilərlə bağlı bir kəlməyədə rast gəlmirsən. Çünki, o dövrdə Şirvan-Azərbaycan torpaqlarında bir dənə də, nə erməni, nədə erməni icması yaşamamışdır. Eyni zamanda da , son zamanlar qədim Şirvan- Azərbaycan dövlətçilik tarixinin öz tarixi keçmişi kimi göstərmək istəyən qonşularımızın(iran və gürcü) iddialarına son qoymaq üçün bu kitab xüsusi əhəmiyyət daşıyır.Bu baxımdan kitab ilk olaraq öz doğma dilimizdə sonra isə Azərbaycan milli dövlətçiliyinin daha qədim olmasının sübut edilməsi baxımından, bu kitabıın ingilis dilinə tərcümə edilərək yayılması nəzərdə tutulur.

Tags:

Leave a Reply