|

Əsir və girovlar haqqında filmin çəkilişlərinə başlanılır

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Mən itkinəm, mən əsirəm, mən girovam” adlı filmin çəkilişlərinə başlanılıb. İnformator.az xəbər verir ki, film Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanır. Film Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş və ermənilər tərəfindən əsir, girov götürülmüş Azərbaycan vətəndaşlarından bəhs edir.

Filmin çəkilməsində məqsəd erməni təcavüzünün Azərbaycan cəmiyyətinə vurduğu zərbə, yaratdığı humanitar fəlakəti geniş ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə, hazırlanmış film ingilin dilində altyazılarla təqdim ediləcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ərazilərimizin işğalı, maddi, mənəvi və fiziki itkilər haqqında arxiv materialları əsasında məlumat veriləcək. Filmdə obrazlar vasitəsilə münaqişə qurbanlarının əsir və girov götürülən zaman başına gətirilən əməllər cəmiyyətin diqqətinə çatdırılacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktlar, əsir və girov götürlmüş şəxslərlə bağlı statistik məlumatlar da veriləcək. Film hazırlandıqdan sonra təqdimat mərasimi keçiriləcək və ictimaiyyətin diqqətinə çatdırılacaq.

Tags:

Leave a Reply