|

Sevinc Əliyevanın “Azərbaycan Xalq Gümhuriyyəti və Şimali Qafqaz Dövlətləri müstəqillik illərində. 1918-1920” azərbaycan və rus dillərində dərc olunub

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Mayın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Ümumi tarix və tarixin tədrisi texnologiyasi» kafedrasının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının dəstəyi ilə Respublika Günü münasibətiləvideokonfrans formatında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfransda ADPU-nun “Ümumi tarix və TTT” kafedrasının müdiri t.e.d., dos. Sevinc Əliyevanın “Azərbaycan Xalq Gümhuriyyəti və Şimali Qafqaz Dövlətləri müstəqillik illərində. 1918-1920” və “Азербайджанская Демократическая Республика и Государства Северного Кавказа” kitablarının təqdimatı olub.

Kitabın redaktoru  Azərbaycan Dövlət Pedagoji Universitetinin rektoru, professor, tarix üzrə elmlər doktoru Cəfər Cəfərov  kitabın önsözündə bunları vurğulayıb:

«Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin qu­rul­ma­sı və müs­tə­qil­li­yi­nin bey­nəl­xalq aləm­də rəs­mi ta­nın­ma­sı­nın 100 il­li­yi  öl­kə­miz, ta­ri­xi­miz və xal­qı­mız üçün əla­mət­dar ha­di­sə­dir.

Çox çə­tin bir za­man­da möv­cud və­ziy­yə­ti də­yər­lən­di­rən qa­baq­cıl ic­ti­mai-si­ya­si xa­dim­lər ta­ri­xi qə­rar qə­bul edə­rək, döv­lət­çi­lik tə­fək­kü­rü və yük­sək si­ya­si yet­kin­lik tə­ləb edən mə­sə­lə­lə­ri həll edə bil­di­lər.

Bu və­tən­pər­vər, elm­li, yük­sək in­tel­lek­tua­la ma­lik şə­rəf­li in­san­lar, ta­ri­xi və həl­le­di­ci mə­su­liy­yə­ti üzər­lə­ri­nə gö­tür­mə­yi öz­lə­ri­nə borc bi­lə­rək, müx­tə­lif si­ya­si par­ti­ya­la­rın üzv­lə­ri ol­ma­la­rı­na bax­ma­ya­raq döv­lət qu­ru­cu­lu­ğun­da yek­dil­lik­lə iş­ti­rak et­di­lər.

Döv­rü­nün qa­baq­cıl mü­tə­fək­kir li­der­lə­ri olan mil­li eli­ta sa­yə­sin­də 1918-ci il­də, qı­sa müd­dət ər­zin­də ha­ki­miy­yət və döv­lət qu­rum­la­rı ya­ra­dıl­dı. Bu gün hər bir azər­bay­can­lı­nı­nın yad­da­şı­na həkk olan və döv­lət­çi­lik ta­ri­xi­miz­də si­lin­məz iz­lər bu­ra­xan       Əli­mər­dan bəy Top­çu­ba­şov, Mə­həm­məd Əmin Rə­sul­za­də, Fə­tə­li xan Xoys­ki, Nə­sib bəy Yu­sif­bəy­li, Məm­məd Hə­sən Ha­cıns­ki və on­la­rın di­gər həm­fi­kir­lə­ri və məs­lək­daş­la­rı öz xalq­la­rı­nın döv­lət­çi­lik ta­ri­xi­nin ya­ra­dı­cı­sı ol­du­lar. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti və Qaf­qaz­da­kı di­gər döv­lət­lə­rin ta­ri­xi gös­tər­di ki, Qaf­qaz­da­kı mü­səl­man­lar müs­tə­qil döv­lət qur­maq­la ya­na­şı, da­xi­li ni­za­mı və sa­bit­li­yi tə­min edə­rək döv­lət iş­lə­ri apa­rır və di­gər öl­kə­lər­lə də əmək­daş­lıq edə bi­lir­lər. Qı­sa möv­cud­luq müd­də­tin­də, res­pub­li­ka­lar de­mok­ra­tik si­ya­si kurs­la­ra da­ir bir sı­ra va­cib ad­dım­lar at­dı­lar. Öz mil­lət­lə­ri­nin və xalq­la­rı­nın gə­lə­cək­də­ki in­ki­şaf­la­rı­nın da əsa­sı­nı məhz bun­lar qoy­du. So­vet­ləş­mə­dən bir müd­dət son­ra si­ya­si sis­tem də­yiş­sə də, Azər­bay­can SSR, Da­ğıs­tan Mux­tar SSR, Dağ­lı Mux­tar SSR (da­ha son­ra Ru­si­ya Fe­de­ra­si­ya­sı da­xi­lin­də bir sı­ra mux­ta­riy­yət­lə­rə çev­ril­di) və di­gər­lə­ri, 1918-ci il­də­ki uzaq­gö­rən mil­li li­der­lə­rin elan et­dik­lə­ri və qur­duq­la­rı bu döv­lət­lə­rin va­ris­lə­ri ol­du­lar.”, deyə Cəfərov bildirib.

1991-ci il­də SSRİ da­ğıl­dıq­dan son­ra, Azər­bay­can ye­ni­dən müs­tə­qil­li­yi­ni elan et­di və bu gün də Cüm­hu­riy­yə­tin (1918-1920) 100 il­li­yi­ni qeyd et­mək şə­rə­fi­nə sa­hib­dir. Kə­nar­dan təz­yiq­lə­rə və da­xi­li mü­xa­li­fə­tin mü­qa­vi­mə­ti­nə bax­ma­ya­raq, möv­cud­luq və müs­tə­qil­li­yi qo­ru­maq, an­caq, o döv­rün ira­də­li, şə­rəf­li və seç­kin li­der­lə­ri­nin ana və­tən­lə­ri­nin ta­le­yi ilə bağ­lı dü­şün­cə­lə­ri sa­yə­sin­də müm­kün ol­muş­dur. Məhz bu cür ge­niş dü­şün­cə­lə­rə ma­lik ol­maq di­gər gənc res­pub­li­ka­lar­la da mü­na­si­bət­lər qur­ma­ğa im­kan ve­rir­di. Öz da­xi­li və hər­bi cəb­hə­lər­də­ki çə­tin­lik­lə­ri­nə bax­ma­ya­raq, Azər­bay­can hö­ku­mə­ti və ic­ti­ma­iy­yə­ti, ta­ri­xi-mə­nə­vi və de­mok­ra­tik gə­lə­cə­yə ba­xış va­hid­li­yi üçün müs­tə­qil­lik uğ­run­da mü­ba­ri­zə­də, Qaf­qaz xalq­la­rı­na hər cür kö­mək və dəs­tək gös­tər­di.

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin 1918-ci ilin okt­yab­rın­da Dağ­lı Res­pub­li­ka­sı ilə or­taq mü­da­fiə sis­te­mi­nin qu­rul­ma­sı­nı və qar­şı­lıq­lı iq­ti­sa­di si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tan ra­zı­laş­ma­nı qeyd et­mə­mək müm­kün de­yil. 1919-cu il­də Azər­bay­can-Gür­cüs­tan ara­sın­da­ki hər­bi mü­qa­vi­lə və Qaf­qaz Xalq­la­rı Kon­fe­de­ra­si­ya­sı la­yi­hə­lə­ri, həm­çi­nin Pa­ris sülh konf­ran­sın­da di­gər bey­nəl­xalq nü­ma­yən­də he­yət­lə­ri ilə AXC he­yə­ti­nin da­nı­şıq­la­rı, mü­qa­vi­lə­lə­ri və əmək­daş­lıq la­yi­hə­lə­ri­ni də vur­ğu­la­maq la­zım­dır. Bu­nun­la bir­lik­də, Azər­bay­ca­nı və Qaf­qa­zın di­gər res­pub­li­ka­la­rı­nı bir­ləş­di­rən de­mok­ra­tik in­ki­şaf yo­lu­nun se­çil­mə­si də qeyd edil­mə­li­dir (On­lar ara­sın­da­kı de­mok­ra­tik mə­də­niy­yə­tin fərq­li sə­viy­yə­lə­ri, so­si­al-iq­ti­sa­di və hü­qu­qi əla­qə­lə­rin in­ki­şa­fı, si­ya­si təş­ki­lat­la­rın yet­kin­ləş­mə­si ki­mi mə­sə­lə­lə­ri də qeyd et­mə­li­yik).

Sö­zü­ge­dən dövr­də xal­qın qa­baq­cıl və mü­tə­fək­kir  nü­ma­yən­də­lə­ri, və­tən­daş möv­qe­yi və si­ya­si yet­kin­lik nü­ma­yiş et­dir­di­lər. Bu, hər bir Azər­bay­can və­tən­da­şı­nın öy­rən­mə­li ol­du­ğu mək­təb və ör­nək­dir. Cə­miy­yə­tin fərq­li so­si­al və yaş qrup­la­rı­nın ic­ti­mai şüu­ru, bu mək­təb sa­yə­sin­də for­ma­la­şır. Və­tən­pər­vər­lik və mil­li şüu­run for­ma­laş­ma­sın­da ən va­cib amil­lər ki­mi mil­li ta­ri­xin, mə­də­niy­yə­tin, in­cə­sə­nə­tin və təh­si­lin tə­si­ri əsas­dır. Bu gün Azər­bay­can döv­lət­çi­li­yi­nin ta­ri­xin­dən bəhs edər­kən biz, mü­əl­lim­lər, ilk növ­bə­də və­tən­pər­vər­lik tər­bi­yə­si və və­tən­pər­vər­lik şüu­ru­nun for­ma­laş­ma­sı­na əhə­miy­yət ve­ri­rik.

Tə­əs­süf ki, müa­sir qlo­bal­la­şan dün­ya­da və dəb­də olan kos­mo­po­lit ic­ti­mai şü­ur­da la­qeyd­li­yin, eqo­ist­li­yin, fər­di­li­yin ön pla­na çə­kil­mə­si­nin, so­si­al ins­ti­tut­la­ra say­ğı­sız mü­na­si­bə­tin, mil­li də­yər­lə­rə ma­ra­ğın azal­ma­sı­nın şa­hi­di olu­ruq.

Bu ba­xım­dan öl­kə­mi­zin ta­ri­xi­nin şan­lı sə­hi­fə­lə­ri­nə mü­ra­ci­ət bö­yük tər­bi­yə­vi əhə­miy­yə­tə ma­lik­dir. Və­tə­nin dərk edil­mə­si və se­vil­mə­si, və­tən­pər­vər­lik və əc­dad­la­rı­mız­la bağ­lı qü­rur his­si­ni güc­lən­di­rir və əbə­di­ya­şar edir. Bu da öz növ­bə­sin­də ümum­mil­li və­tən­pər­vər­lik kim­li­yi və və­tə­nə qar­şı şü­ur­lu bir sev­gi­yə çev­ri­lir.

Bu­na gö­rə də Azər­bay­can xal­qı­nın ümum­mil­li li­de­ri, mi­sil­siz si­ya­si tə­fək­kü­rə və müd­rik­li­yə ma­lik gör­kəm­li döv­lət xa­di­mi Hey­dər Əli­yev, AXC döv­rü­nü Azər­bay­can xal­qı­nın gə­lə­cə­yi­nin, müs­tə­qil­li­yi­nin, azad­lı­ğı­nın, su­ve­ren­li­yi­nin əsa­sı­nı qo­yan ta­ri­xi bir mər­hə­lə ad­lan­dı­ra­raq, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin öy­rə­nil­mə­si­nə bö­yük əhə­miy­yət ver­miş­dir.

Gə­lən il bü­tün öl­kə Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­nin 30 il­li­yi­ni qeyd edə­cək. Bu ta­rix ey­ni za­man­da Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin də 100 il­lik yu­bi­le­yi­nə tə­sa­düf edir. Bu mü­na­si­bət­lə ta­rix elm­lə­ri dok­to­ru, AD­PU-nun Ümu­mi Ta­rix və Ta­ri­xin Təd­ri­si tex­no­lo­gi­ya­sı ka­fed­ra­sı­nın mü­di­ri Se­vinc Əli­ye­va­nın ya­yım­la­nan ye­ni mo­noq­ra­fi­ya­sı, şüb­hə­siz ki, bü­tün ta­rix­çi­lər və və­tən­lə­ri­nin ta­ri­xi ilə ma­raq­la­nan hər kə­sin diq­qə­ti­ni çə­kə­cək­dir. Ən əsa­sı da, bu əsə­rin mü­əl­lim­lər üçün yax­şı təd­ris ma­te­ria­lı ki­mi xid­mət edə­cə­yi­ni vur­ğu­la­ma­ğı zə­ru­ri he­sab edi­rəm.

Be­lə əsər­lər və­tən­pər­vər­lik, dip­lo­ma­ti­ya, xal­qın ən yük­sək mil­li mə­nə­vi də­yər­lə­ri (əmək­daş­lıq, fə­da­kar­lıq, mər­hə­mət), və­tə­nə sə­da­qət ki­mi key­fiy­yət­lə­ri önə çə­kir və nü­mu­nə gös­tə­rir. Se­vinc Əli­ye­va­nın mo­noq­ra­fi­ya­sı, gənc nə­sil­də yük­sək və­tən­pər­vər­lik şüu­ru­nun for­ma­laş­ma­sı­na, və­tə­nə sə­da­qət his­si­nin aşı­lan­ma­sı­na, öz ta­ri­xi və mə­nə­vi ide­al­la­rı uğ­run­da gös­tə­ril­miş qəh­rə­man­lıq­la­ra gö­rə qü­rur his­si­nin oyan­ma­sı­na xid­mət edir. Bu, cə­miy­yə­tin bir­ləş­mə­si üçün də vacibdir. Çünki, bir dəfə yüksələn bayrağın taleyi bizim böyüyən nəslin əlindədir.»

Leave a Reply