|

Şəki şəhəri XVIII əsrin sonu – XIX əsrin I rübündə

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 0,00 out of 7)
Загрузка...

Camal Mustafayev, tarix elmləri doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbayjanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi şöbəsinin aparıjı elmi işçisi.

Şəki Azərbayjanın şimal-qərbində yerləşən başlıja tijarət və sənətkarlıq mərkəzlərindən biri idi. XVIII əsrin ortalarında yaranmış eyni adlı xanlığın mərkəzinə çevrilən Şəki bu statusu uzun müddət özündə saxlamışdı. 1805-ji ildə bağlanmış Kürəkçay müqaviləsindən sonra da şəhər Şəki xanlığının mərkəzi kimi qalmışdı. 1819-ju ildə xanlıq ləğv edildikdən sonra isə Şəki eyni adlı əyalətin mərkəzinə çevrilmişdi.

Qədim tarixə malik olmasına baxmayaraq Şəki şəhərinin xanlıqlar dövründən əvvəlki həyatı haqqında məlumatlara çox az təsadüf olunur. Belə məlumatlardan birinin müəllifi Övliyə Çələbi öz səyahətnaməsində yazırdı ki, Şəki 3 min yaşayış evi, yeddi jümə məsjidi, karvansarası, hamamı və kiçik bazarı olan gözəl bir qaladır  [24, s.158]. Lakin türk səyyahının bu məlumatı başqa mənbələrlə təsdiq olunmadığından o qədər də inandırıjı deyil. Mövjud materialların əksəriyyəti təsdiq edir ki, Şəki xanlıqlar dövrünə qədər kiçik yaşayış məntəqəsi olmuşdur[7, s.40; 17, s.39; 25, s.172] və hətta onun ətrafında qala divarları olmadığından şəhər əhalisi düşmən hüjumu zamanı çox vaxt «Gələrsən-görərsən» qalasında qorunmağa məjbur olurdu.

Şəkinin bir şəhər kimi inkişafı və yüksəlişi xanlıqlar dövründən, daha doğrusu Hajı Çələbinin müstəqil Şəki xanlığının əsasını qoyduğu XVIII əsrin ortalarından başlayır. Eyni adlı xanlığın inzibati mərkəzinə çevrilən şəhər sürətlə böyüyürdü. Tədqiqatçıların əksəriyyətinin fikrinjə, şəhərin ətrafına qala divarları da elə bu dövrdə, daha doğrusu, 1765-ji ildə çəkilmişdi. Lakin bu hadisədən az sonra Şəkiyə böyük fəlakət üz verdi. 1772-ji ildə Kiş çayının daşması nətijəsində şəhər yerlə yeksan edildi və əhalisinin xeyli hissəsi məhv oldu. Bir tərəfdən dağıntının miqyasının həddən artıq olması, digər tərəfdən isə Kiş çayının yenidən daşmaq təhlükəsi Şəkini əvvəlki yerində bərpa etməyə imkan vermədi. Faktiki olaraq indiki yerində Şəki şəhəri yenidən tikilməyə başladı[7, s.40-41; 8, s.23-24].

Yeni yerdə sürətlə tikilən Şəki artıq XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Azərbayjanın böyük və gözəl şəhərlərindən birinə çevrilmişdi. XIX əsrin əvvəllərində Şəkidə olmuş N.N.Rayevski onun gözəlliyini Baxçasarayla müqayisə edərək yazırdı ki, «Dağıstan dağlarının ətəyində yerləşən bu şəhərdə 14 min əhali və 3 min ev var»[14, s.344].

Yüzilliklər ərzində tədrijən tikilən digər Azərbayjan şəhərlərindən fərqli olaraq Şəkinin yeni yerdə bir şəhər kimi formalaşması çox qısa müddət ərzində baş vermişdi. Bununla belə, başqa Azərbayjan şəhərləri kimi, Şəki şəhərinin tikintisi zamanı orta əsr şəhərsalma ənənələrinə də əməl olunmuşdu. Şəhərin ərazisi əksər orta əsr şəhərləri üçün xarakterik olan üç hissədən – İç qaladan, Şəhristandan və Bayır şəhərdən ibarət idi. Şəhərin ən hündür hissəsində tikilmiş İç qalada – Şəki qalasında məşhur Xan sarayı, xan ailəsinə və xan sarayının birinji mərtəbəsində yerləşən divanxanaya məxsus digər binalar – məsjid, hərəmxana, həbsxana, atlar üçün tövlə, anbar, qulluqçular üçün ev və s. yerləşirdi[26, s.65]. Şəhərin Şəhristan hissəsində ijtimai və tijarət-sənətkarlıq obyektləri, o jümlədən jümə məsjidi, bazar meydanı, karvansaralar, tijarət dükanları və sənətkar emalatxanaları inşa edilmişdi. Bilavasitə Şəhristanla birləşən üçünjü hissə, əsasən, yaşayış binalarından ibarət idi. Burada tajirlər, sənətkalar və qismən də kəndlilər məskunlaşmışdılar.

Orta əsrlər dövründə Azərbayjanın əksər şəhərlərində Bayır şəhərlər də qala divarları ilə əhatə olunurdular. Düşmən hüjumu zamanı şəhər əhalisi ilə yanaşı yaxın kəndlərin də əhalisi bu divarların arxasına sığınırdılar[15, s.350]. Lakin Şəkidə Bayır şəhərin ətrafına qala divarlarının çəkilməsi haqqında heç bir məlumat yoxdur.

Şəki qalasının divarlarının tikilməsi vaxtı haqqında müxtəlif fikirlər mövjuddur. «Şəki» adlı tarixi-memarlıq oçerkinin müəllifləri bu divarların tikintisini Hajı Çələbinin hakimiyyəti dövrünə (1743-1755) aid edirlər[10, s.111]. Lakin tədqiqatçıların əksəriyyəti bu qalanın Məhəmmədhəsən xanın hakimiyyəti illərində (1781-1797) tikilməsi fikrinə üstünlük verirlər[13, s.7; 9, s.1]. Ə.Nəbiyevin topladığı tarixi-etnoqrafik materiallardan aydın olur ki, qala divarlarının tikintisi 1783-jü ildə başlayıb 1790-jı ildə başa çatdırılmışdı[9, s.1]. Divarların çox mürəkkəb konfiqurasiyası hətta xalq arasında belə bir fikrin yaranmasına səbəb olmuşdu ki, onu bu qayda ilə düzməklə memar tikintinin sifarişçisi Məmmədhəsən xanın adını yazmışdır[9, s.1]. Lakin divarların böyük sahələrinin ölçülməsi bu fikrin yanlış olduğunu göstərsə[13, s.7] də tikintinin məhz Məhəmmədhəsən xanın dövründə aparıldığına əlavə bir sübutdur.

Şəki qalası kimi, Şəki xan sarayının tikilməsi tarixi haqqında da müxtəlif fikirlər var. Sarayın üzərində onun tikilmə tarixi haqqında məlumatın olmaması tədqiqatçılarda bu haqda müxtəlif fikirlərin yaranmasına gətirib çıxarmışdır. «Şəki» adlı tarixi-memarlıq oçerkinin müəllifləri sarayın 1762-ji ildə [10, s.114], 7 jildlik «Azərbayjan tarixi»ndə  1763-jü ildə[6, s.483], «Şəki xanlığı» adlı monoqrafiyanın müəllifləri 1764-jü ildə[8, s.71], bu abidənin tədqiqi ilə məşğul olmuş memarlar isə Məhəmmədhəsən xanın hakimiyyəti dövründə, daha doğrusu 1797-ji ildə tikildiyini bildirirlər.

Onu da göstərmək lazımdır ki, Şəki xan sarayının Məhəmmədhəsən xan tərəfindən tikdirilməsi fikri bir sıra mənbələrlə təsdiq edildiyindən daha ağlabatan görünür. Nuxa qəzası haqqında tarixi-etnoqrafik materiallarda göstərilir ki, Məhəmmədhəsən xan 1790-jı ildə Şəki qalasının tikintisi başa çatdırıldıqdan sonra özü üçün nəzərdə tutulan sarayın inşaasına başlamaq haqqında əmr vermiş və bu iş 1797-ji ildə başa çatdırılmışdı [9, s.1]. Elə həmin mənbədə sarayın Şirazdan dəvət edilmiş memar Zeynalabdin tərəfindən inşa edildiyi də göstərilir. Rus məmurlarının 1819-ju ildə tərtib etdikləri sənəd də haqqında bəhs edidilən sarayın Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi fikrini təsdiq edir [1, v.75].

Şəki qalasının divarlarının tikintisi zamanı müxtəlif ölçülü çay daşlarından və əhəngdən istifadə olunmuşdu. Qala divarlarının çöl tərəfində divar boyu qazılmış dərin xəndək düşmən hüjumu zamanı su ilə doldurulurdu. Qala divarlarının eni 2, hündürlüyü isə şimalda 4, jənubda 8 metrə çatırdı[10, s.111]. Qala divarları boyunja bir-birindən müəyyən məsafədə yerləşməklə irəliyə çıxmış 21 bürj inşa edilmişdi [10, s.111]. Qalanın xariji aləmlə əlaqəsini təmin etmək üçün şimal və jənub istiqamətlərində iki darvaza quraşdırılmışdı.

Azərbayjanın bir çox başqa şəhərləri kimi, Şəki qalası da vahid müdafiə kompleksinə daxil olan əlavə müdafiə qurğuları ilə təjhiz olunmuşdu. Buna misal olaraq Şəki şəhərindən bir qədər aralıda tikilmiş iki keşikçi bürjünü göstərmək olar. Lakin düşmən hüjumu zamanı onun ilk zərbəsini öz üzərinə götürməli olan Qarabağ xanlığındakı Əsgəran qalalarından fərqli olaraq, bu bürjlər daha çox xəbərdarlıq xarakteri daşıyırdı. Düşmən ordusu şəhərə yaxınlaşarkən bürjlərdə yandırılan tonqalla şəhər əhalisi bu barədə xəbərdar edilirdi [26, s.65]. R.Əfəndiyev yazır ki, Şəki xanlığının ərazisində tikilmiş bu tipli bürjlərin ümumi sayı beşə çatırdı. Bunlar Jəfərabad kəndində, Xan bağı adlanan yerdə, Xuçik qəbristanlığı yaxınlığında, Bürj üstü deyilən yerdə və Ağ qayada tikilmişdilər[26, s.65].

Azərbayjanın başqa şəhərləri ilə müqayisədə Şəki XVIII əsrin ikinji yarısında baş vermiş feodal ara müharibələri və xariji hüjumlar nətijəsində elə jiddi dağıntılara məruz qalmamışdı. Hər halda mənbələrdə bunu təsdiq edən faktlara təsadüf etməmişik. Şəki istər birinji, istərsə də ikinji Rusiya-İran müharibələrinin də dağıdıjı təsirindən bir növ kənarda qalmışdı. Nisbətən sabit hərbi-siyasi şərait şəhər əhalisinin sayının nəinki sabit qalmasına, hətta müəyyən dərəjədə artmasına də səbəb olmuşdu. XIX əsrin əvvəllərinə aid mənbələrdə Azərbayjanın başqa xanlıqlarından əhalinin Şəkiyə köçmələri haqqında məlumatlara rast gəlmək mümkün­dür[12, s.726]. Şəkidə Gənjəli, Şirvanlı, Lahıjlar, Şirazi, Baydunlu, Mən­çərli kimi məhəllələrin meydana gəlməsi də, görünür, bu dövrə aiddir. Əldə olan statistik materiallar da burada əhali artımının yalnız təbii artım hesabına deyil, həm də başqa yerlərdən köçənlər hesabına baş verdiyini sübut edir.

1796-jı ildə rus qoşunlarının Azərbayjana yürüşünün iştirakçısı olmuş S.Bronevski yazırdı ki, həmin dövrdə Şəkidə 1000 ev var idi və bu evlərdə 6 min əhali yaşayırdı[16, s.440]. Doğrudur, elə həmin yürüşün iştirakçısı olmuş başqa bir müəllifin məlumatına görə Şəkidə 4700 ev var idi[22, s.18]. Əgər hər evdə orta hesabla 5 nəfərin yaşadığını götürsək, onda belə çıxır ki, 1796-jı ildə burada təxminən 23500 nəfər əhali yaşayırdı. Lakin uzun müddət Azərbayjanın kiçik şəhərləri sırasında olan və 1772-ji ildə özülünə qədər dağıdılaraq yeni yerdə tikilən bir şəhərdə bu qədər əhalinin yaşaması inandırıjı deyil və sonralar tərtib edilmiş digər mənbələrlə təsdiq olunmur. Belə ki, Şəki xanlığı ləğv edildikdən bir qədər sonra rus məmurlarının tərtib etdikləri kameral təsvirin məlumatına görə burada əhalinin sayı aşağıdakı kimi idi: azərbayjanlılar: kişilər – 6608 nəfər, qadınlar – 5825 nəfər; ermənilər:(Bu dövrdə Şəkidə yaşayan ermənilər Xoy şəhərindən köçürülmüşdülər [4, v.88-89]) kişilər – 780 nəfər, qadınlar – 738 nəfər. Əhalinin ümumi sayı 14051 nəfər təşkil edirdi[4, v.92]. Şübhəsiz ki, 28 il ərzində şəhərdə əhalinin yalnız təbii artım hesabına 2 dəfədən də çox artması ağlabatan deyil. Onu da göstərmək lazımdır ki, öyrənilən dövrdə şimali Azərbayjan şəhərlərinin heç birində bu qədər əhali yaşamırdı.

XVIII əsrin sonu – XIX əsrin birinji rübündə Şəki Azərbayjanın mühüm tijarət və sənətkarlıq mərkəzlərindən biri idi. Burada çoxlu bazar, dükan, sənətkar emalatxanası, karvansara və s. fəaliyyət göstərirdi. Şəhərin iqtisadi həyatının əsasını təşkil edən tijarət-sənətkarlıq kompleksi Şəki qalasından başlayaraq şəhəri iki yerə bölən Qurujanaçay boyunja uzanırdı. Mənbələrin bir çoxunun «bazar yeri» adlandırdığı bu ərazidə bir neçə karvansara və dalan-bazar fəaliyyət göstərirdi [27, s.10]. Dalan-bazarlar müəyyən malların satışı və yaxud istehsalı üzrə ixtisaslaşmışdılar. Bunu həmin dalan-bazarlara verilmiş adlar da sübut edir: dəmirçi dalanı, ipəkçi dalanı, dərzi dalanı, börkçü dalanı[27, s.10] və s.

Həm tijarət-sənətkarlıq mərkəzi, həm də memarlıq abidəsi kimi Şəki karvansaraları xüsusi maraq doğurur. R.Əfəndizadənin məlumatına görə öyrənilən dövrdə burada 5 karvansara – «Təbriz», «Gənjə», «Şamaxı», «Ləzgi» və «Erməni» karvansaraları fəaliyyət göstərirdi [27, s.9-10]. Bu karvansaralardan ikisi müasir dövrə qədər gəlib çatmışdır və yerli əhali arasında daha çox «Yuxarı karvansara» və «Aşağı karvansara» adı ilə tanınırlar. Bəzi tədqiqatçıların fikrinjə «Yuxarı karvansara» Azərbayjan ərazisində qeydə alınmış ən böyük karvansaradır [10, s.168]. Altı min kvadrat metr sahəni əhatə edən bu karvansarada 300 otaq və zirzəmi var idi. «Aşağı karvansara» öz ölçülərinə görə «Yuxarı karvansara»dan azajıq geridə qalırdı. Burada tajirlər və onların iş heyvanları üçün tikilmiş otaq və zirzəmilərin sayı 242-yə çatırdı [10, s.173]. Heç də təsadüfi deyil ki, hər iki karvansara uzun müddət Şəkinin əsas işgüzar mərkəzlərindən hesab olunurdular.

Tranzit tijarət yollarından bir qədər kənarda yerləşməsinə baxmayaraq, Şəki Azərbayjanın şimal-qərb bölgəsinin başlıja tijarət mərkəzlərindən idi. XIX əsrin əvvəllərinə aid mənbələrdən birində göstərilirdi ki, vilayətin «əsas tijarət yeri karvanların axışıb gəldiyi Nuxa şəhəridir. Ləzgilər və başqa şəhərlərdən olan tajirlər buradan mal alırlar»[19, r. II, s.401; r. III, s.384]. Yuxarıda qeyd edildiyi kimi, şəhərdə aparılan tijarət əməliyyatları, əsasən, adları çəkilən dalan-bazarlarda və karvansaralarda həyata keçirilirdi.

Şəki Azərbayjanın digər şəhərləri və eləjə də bir çox xariji ölkələrlə qızğın tijarət əlaqələri saxlayırdı. Bunu şəhərdə fəaliyyət göstərən karvansaraların adları da təsdiq edir. Şəki xanlığında istehsal edilən kənd təsrrüfatı və sənətkarlıq məhsulları, ilk növbədə isə xam ipək və ipək parçalar Tiflis, Dərbənd və Bakı vasitəsilə Rusiyaya və digər ölkələrə ixraj edilirdi. Müasirlərdən biri yazırdı ki, «Şəkiyə Qarabağ vasitəsilə İranın hər yerindən, Azərbayjandan (jənubi Azərbayjan nəzərdə tutulur – J.M.) və Türkiyədən mallar gətirilir və sonra Şəkidən Jara, Dağıstana, Çeçenistana, Kiçik və Böyük Kabardaya yayılır»[11, s.82]. XIX əsrin əvvəllərində Şəkinin böyük kapitala malik olan 46 tajiri Təbriz və Həştərxan tajirləri ilə sıx tijarət əlaqələri saxlayırdılar [4, v.3].

Tijarətlə yanaşı sənətkarlıq istehsalı da Şəkinin iqtisadi həyatında mühüm rol oynayırdı. Azərbayjanın əksər orta əsr şəhərlərində olduğu kimi, burada da müəyyən peşədən olan sənətkarlar ayrıja məhəllələrdə yaşayırdılar. Maraqlı burasıdır ki, şəhərdə mövjud olan məhəllələrin xeyli hissəsinin adı orada məskunlaşmış sənətkarların peşə mənsubiyyəti ilə bağlı idi. R.Əfəndiyevin məlumatlarında Şəkidə müxtəlif peşə və sənət sahələri ilə bağlı olan aşağıdakı məhəllələrin adları çəkilir: Şərbaflar, Sabunçular, Xarratlar, Duluzçular, Janaqçılar, Gümçülər, Dabbaqlar, Bağbanlar[9, s.16]. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində şəhərdə 417 sənətkar emalatxanası fəaliyyət göstərirdi ki, bunların da 100-ü karvansaralarda, yerdə qalanları isə dalan bazarlarda və digər yerlərdə yerləşirdilər. Şübhəsiz ki, bu obyektlərin əksəriyyəti Şəki şəhəri yeni yerə köçdükdən sonra tikilib istifadəyə verilmişdi. Tijarət və sənətkarlıq obyektlərinin əksəriyyəti Şəki xanlarına məxsus idi. Təkjə Məhəmmədhəsən xanın mülkiyyətində 254 dükan var idi. 1806-jı ildə ruslar tərəfindən Şəki xanı təyin edilmiş Jəfərqulu xan isə 52 dükan və emalatxana tikdirərək onlardan hər birini xanlığın pulu ilə 2 manata ijarəyə verirdi[1, v.69; 5, v.25].

Azərbayjanın digər şəhərləri kimi, Şəkidə də sənətkarların sayını müəyyənləşdirmək xeyli çətinlik törədir. XIX əsrin əvvəllərində Rusiya-İran müharibələri ilə əlaqədar sürətlə dəyişən siyasi şərait ölkədə iqtisadi həyatın sabitləşməsinə maneçilik törədir, əhalinin öz yaşayış yerlərini kütləvi şəkildə tərk etməsinə gətirib çıxarırdı. Bu isə əhalinin sosial tərkibinə dair nəinki müxtəlif illərə, hətta eyni ilin müxtəlif aylarına dair bir-birinə tamamilə zidd və yarımçıq məlumatların meydana gəlməsinə səbəb olurdu. Əhalinin rus işğal reciminə inamsızlığı da çox vaxt natamam məlumatların yaranmasına gətirib çıxarırdı. Rus hərbiçiləri tərəfindən qarət olunajaqlarından qorxan yerli əhali öz əmlak və peşə mənsubiyyətlərini gizlədirdilər. Rus məmurlarının 1824-jü ildə həyata keçirdikləri kameral təsvir əsasında apardığımız hesablamalar göstərir ki, bu dövrdə Şəkidə 764 sənətkar fəaliyyət göstərirdi [1, v.8-90]. Lakin bizim fikrimizjə, 14 min nəfərdən çox əhalisi olan və bütün Qafqazda sənətkarlar diyarı kimi məşhur olan bir şəhər üçün bu rəqəm çox azdır. Azərbayjanın ən böyük toxujuluq mərkəzlərindən olan Şəkidə jəmi 71 nəfər toxujunun fəaliyyət göstərməsi[1, v.8-90] də inandırıjı deyil və belə bir qənaətə gəlməyə əsas verir ki, evlərdə çalışan çox böyük sənətkarlar ordusu bu təsvirdə nəzərə alınmamışdır. S.A.Yegiazarovun XIX əsrin 20-ji illərinə aid fikri də bunu təsdiq edir. O, yazırdı ki, «bütün İranda olduğu kimi, bizim müsəlman vilayətlərində də ipək və pambıq parçalar fabriklərdə deyil, daha çox şəhər əhalisi tərəfindən  evlərdə istehsal edilir»[18, s.79].

Şəkinin iqtisadi həyatında toxujuluq, zərgərlik, dəmirçilik, təkəlduzluq, şəbəkəçilik, ağajişləmə, duluzçuluq, dabbaqlıq və onunla bağlı digər sənət sahələri mühüm rol oynayırdılar. Toxujuluq xüsusilə inkişaf etmişdi. Bu hər şeydən əvvəl, Şəki xanlığında külli miqdarda xam ipəyin istehsalı ilə bağlı idi. Yadelli işğallar və daxili müharibələr nətijəsində amansız dağıntılara məruz qalmış digər xanlıqlardan fərqli olaraq, XVIII əsrin sonu – XIX əsrin birinji rübündə Şəkidə bərqərar olmuş nisbi siyasi sabitlik iqtisadi həyatın digər sahələri kimi, xam ipək istehsalına da müsbət təsir göstərmişdi. S.Bronevski yazırdı ki, Şəki xanlığında «külli miqdarda istehsal edilən ipək öz keyfiyyətinə görə Şamaxı ipəyindən geri qalmır» [16, s.43]. Burada istehsal edilən xam ipək yerli toxujuların tələbatını ödəməklə yanaşı Azərbayjanın digər xanlıqlarına və xariji ölkələrə də ixraj edilirdi. 1791-ji ildə Şəki və Şamaxı xanlıqlarından Rusiyaya 3314 pud xam ipək göndərilmişdi [20, v.259 ar.-260; 21, v. 40 ar. -41].

Şəki xanlığında xam ipək istehsalının geniş miqyas almasını burada fəaliyyət göstərən çoxlu ipək karxanaları da sübut edir. Arxiv sənədlərinin verdikləri məlumata görə xanlığın yalnız Şəki, Alpout, Ağdaş və Padar mahallarında təxminən 464 ipək karxanası işləyirdi [1, v.9-65]. XIX əsrin əvvəllərində bütün Şəki xanlığında xam ipək istehsalının illik həjmi 16 min puda çatırdı [11, s.82].

İstehsal edilən xam ipəyin əsas hissəsi yerli toxujular tərəfindən müxtəlif növ ipək parçaların istehsalı üçün istifadə olunurdu. Bu dövrdə Azərbayjanın digər toxujuluq mərkəzlərində olduğu kim, Şəkidə də zərbaft, darayi, mov, qanavuz, tafta, kitayi, kəlağayi, jejim və s. ipək parçalar toxunurdu. Mənbələrin verdikləri məlumatlara görə Şəkinin toxujuluq məhsulları arasında jejim adlı ipək parçaların istehsalı daha geniş miqyas almışdı. Jejim istehsalında çox müxtəlif rənglərdən – qara, sarı, qırmızı, mavi, yaşıl, sürməyi və s. rənglərdən istifadə olunurdu. Şəki xanlığının Xaçmaz kəndi jejim istehsalına görə daha çox şöhrət qazanmışdı. Burada istehsal edilən bu tipli parçanın bir ədədi gümüş pulla 5-7 manata satılırdı[19, ç. III, s.383]. Şəki şəhərində isə 25 nəfər toxuju məhz jejim istehsalı üzrə ixtisaslaşmışdı. Müasirlər Şəki jejimlərini «müxtəlif rəngli zolaqlı və həm də yüksək keyfiyyətli parça» kimi xarakterizə edirlər [19, ç. III, s.383].

Öyrənilən dövrdə Şəki özünün gön-dəri məmulatları ilə də şöhrət qazanmışdı. 1824-jü ilin kameral təsvirinin məlumatından aydın olur ki, şəhərdə gön-dəri istehsalı ilə bağlı olan sənətkarların-dabbaqların, papaqçıların, çəkməçilərin və müxtəlif təyinatlı qayış hazırlayanların ümumi sayı 550 nəfəri ötürdü [4, v.8-90]. Bu əslində həmin il şəhərdə qeydə alınmış bütün sənətkarların yarısı demək idi. Bu dövrdə Şəkidə 13 dabbaq emalatxanası fəaliyyət göstərirdi ki, bunlarda çalışan usta və fəhlələrin sayı 135 nəfərə çatırdı[4, v.10-44]. Bir qədər sonra tərtib edilmiş başqa bir mənbənin məlumatına görə Şəki dabbaqçıları hər il 400 meşin, 200 safyan və 40 adi dəri istehsal edirdilər [19, ç. III, s. 311-319].

Gön-dəri məmulatlarından hazırlanan məhsullara olan böyük tələbat çəkməçilər, sərrajlar, papaqçılar, kürkçülər tərəfindən ödənilirdi. Bu sənətkarlar arasında çəkməçilər və sərrajlar xüsusilə çox idi. Şəhərdə fəaliyyət göstərən 48 nəfər çəkməçi müxtəlif növ ayaqqabılar-uzunboğaz çəkmələr, hündürdabanlı qadın ayaqqabıları, məst, çüst və çarıq tikməklə məşğul olurdular[4, v.35-36; 81-83]. Sərrajlıqla məşğul olan mahir sənətkarların sayı daha çox idi. Burada 53 nəfər sənətkar yalnız bütün ləvazimatları ilə birlikdə «gürjü» yəhərləri hazırlamaq üzrə ixtisaslaşmışdılar [19, ç. III,s.383]. Eyni zamanda 34 nəfər sənətkar yəhər üçün lazım olan qayışların hazırlanması, 76 nəfər sənətkar isə papaq istehsalı ilə məşğul olurdu[4, v.9-10, 32-34]. Şəkidə digər sənət sahələri üzrə də mahir sənətkarlar fəaliyyət göstərirdilər. Lakin bir məqalədə bütün sənət sahələri üzərində müfəssəl dayanmağa imkan yoxdur.

Azərbayjanın digər şəhərlərində olduğu kimi, Şəkidə də eyni peşədən olan sənətkarlar sex təşkilatlarında – əsnaflarda birləşirdilər. Şəkidə əsnafların mövjud olması istər arxiv sənədləri, istərsə də etnoqrafik materiallarla təsdiq edilir [27, s.28; 5, v.7]. Şəhər özünüidarəçiliyində mühüm rol oynayan Qərbi Avropa sexlərindən fərqli olaraq əsnaflar çox məhdud hüquqlara malik idilər. Əslində şəhər idarə orqanlarının əlavəsinə çevrilən əsnafların fəaliyyəti onların sərənjamlarının yerinə yetirilməsi, daha doğrusu, vergilərin emalatxanalar arasında bölüşdürülməsi, və çox nadir hallarda həm də toplanması ilə məhdudlaşırdı. Məhəmmədhəsən xanın dövründə tərtib edilmiş «Dəstür-ül əməl» adlı sənəddə Şəkidə əsnafların vergi toplanması prosesindəki rolu real təsvir edilirdi: «Ümumiyyətlə, bütün dabbaqların təşkilatının razılığı ilə iltizamçı [hər emalatxanadan] ildə 8-10 manatdan 12 manata qədər  [vergi] alırdı» [5, v.7]. Göründüyü kimi, Şəkidə sənətkarlardan vergilərin toplanması əsnafların funksiyasına daxil deyildi.

Əsnafların əsas funksiyalarından biri öz üzvləri üzərinə düşən mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət idi. Özlərinin mükəlləfiyyətlərin yerinə yetirilməsindən azad olmalarına baxmayaraq əsnaf rəhbərləri olan ustabaşılar təşkilat üzvlərinin vaxtlı-vaxtında biyara çıxmalarını təmin etməkdə, lazım olduqda isə xan sarayına sənətkarlar göndərməkdə məsul idilər. Şəhər əhalisinin digər təbəqələri kimi, sənətkarlar da xanın qonaqlarını saxlamalı, onları pulsuz olaraq yedirib-içirməli idilər[3, v.11]. XIX əsrin əvvəllərinə aid materialdan göründüyü kimi, Şəki şəhərinə yüksək rütbəli qonaq gələn zaman, bütün şəhər əhalisi ilə birlikdə ustabaşılar da «əlində xüsusi bayraq, arxalarında jəmi həmkarları olmaq şərtilə pişvaza çıxırdılar»[9, s.27].

Əsnaflar öz sıralarında yalnız ustaları birləşdirən təşkilat olmayıb, həm də sənətin bu və ya digər sahəsində əldə edilmiş bilik və təjrübənin gənj nəslə öyrədilməsini təmin edən bir kollektiv idi. Usta ilə şagirdin münasibətini tənzimləyən vahid hüquqi sənəd olmadığından bu münasibətlər ustanın hər bir şagirdlə bağladığı fərdi müqavilələr əsasında tənzimlənirdi[9, s.27]. Usta öz şagirdinə sənətin sirləri ilə yanaşı şəriət və mərifət qaydalarını da öyrətməli idi.

MƏNBƏLƏR ƏDƏBİYYAT

1. Azərbaycan DTA, f.24, siy. 1, iş 72.

2. Azərbaycan DTA, f.24, siy. 1, iş 75.

3. Azərbaycan DTA, f.24, siy. 1, iş 84.

4. Azərbaycan DTA, f.24, siy. 1, iş 162.

  1. Azərbaycan DTA, f.24, siy. 1, iş 165.
  2. Azərbaycan tarixi, 7 cilddə, III c., Bakı, 1999.
  3. Əliyev F.M. Şimali Azərbayjan şəhərləri. Bakı, 1960.

8. Mahmud İsmayıl, Maya Bağırova. Şəki xanlığı. Bakı. 1997.

9. Nuxa qəzası haqqında tarixi-etnoqrafik materiallar (tərtib edəni Ə.Nəbiyev). Azərbayjan MEA TİEA, f.1, siy. 13, iş 5822.

  1. Salamzadə Ə.K., İsmayılov M.A., Məmmədzadə K.M. Şəki (tarixi-memarlıq oçerki). Bakı, 1988.
    1. AKAK, t. IV, dok.95.
    2. AKAK, t. VI, ç. I, dok.1081.
    3. Аскерова Н.С. Дв орец шекинских ханов. М., 1979.
    4. Бретаницкий Л.С. Дворец шекинских ханов. – Архитектура Азербайджана. Баку, 1952.
    5. Бретаницкий Л.С. Зодчество Азербайджана ХЫЫ-ХВ вв. и его место в архитектуре Переднего Востока. М., 1966.
    6. Броневский С.Б. Новейшая географическая и историческая известия о Кавказе, ч. I, М., 1823.
    7. Вейденбаум Е. Путеводитель по Кавказу. Тифлис, 1888.
    8. Егиазаров С.А. Исследования по истории учреждений в Закавказье, ч. ЫЫ. Городские цехи. Казань, 1891.
    9. ОРВЗК, ч. II-III, СПб, 1836.
    10. РГАДА, ф. 1261, оп.6, д. 945.
    11. РГАДА, ф. 1261, оп.6, д. 1433.
    12. Серебров А.Г. Историко-этнографическое описание Дагестана. История, география и этнография Дагестана (архивные документы). М., 1958,
    13. Усейнов М., Бретаницкий Л., Саламзаде А. История архитектуры Азербайджана. М., 1963.
    14. Эвлия Челеби. Книга путешествий (Извлечения из сочинения турецкого путешественника ХВЫЫ века), вып.3. М., 1983.
    15. Элизе Реклю. Земля и люди. Всеобщая география, т. VII. СПб., 1883.
    16. Эфендиев Р. Исторические памятники Нухи. Известия Азерб. Комитета охраны памятников старины, искусства и природы. Баку, 1927.
    17. Эфендизаде Р. Материалы о цеховом устройстве в городе Нухе в начале XIX в. НАИИ НАН Азерб. Инв. 10.


1 Response for “Şəki şəhəri XVIII əsrin sonu – XIX əsrin I rübündə”

  1. Aydın Məmmədov:

    Şəki şəhərinin 1772-ci ildə sel aparması barədə narrativ ənbələrdə heç nə yodur. Bu yalnız 60-70 il sonranın qəzetində yazılıb və həmin qəzetdə şəki şəhərinin adı çıkilmir, Nuxadan bəhs edilir. Yəni 1840-cı ilin Kavkaz qəzeti Nuxa şəhərində baş vermiş faciədən yazır. Şəki şəhərinin adına isə sə 1747-ci ildən sonra heç yerdə təsadüf edilir. 1747-ci ildən sonra Şəki adlı şəhər olmayıb. Və həmin Şəki şəhəri Kiş çayının yaxınlığında olmayıb ki sel onu apara bilsin. Tamam başqa yerdə olub.

Leave a Reply