RUHUN TƏKAMÜLÜ VƏ VEGETERİANLIQ
Bu yaxınlarda İnternetdə belə bir şey oxudum: «Əsrin sonlarında bütün insanlar vegeterian olacaq». Niyə məhz vegeterianlıq?
Tarixin ilk dövrlərində mağarada yaşayan ilk insanlar insan əti ilə qidalanırdılar və bu onlar üçün heç bir problem yaratmırdı. Ancaq hazırki dövrdə kannibalizmi qeyri-insani bir hərəkət sayırlar. Bunun da səbəbi insanların həssaslıq səviyyəsinin artması və onların mənəvi inkişafıdır. Insanların əksəriyyətində həssaslıq səviyyəsi artanda və heyvanların onların təkamüldəki (həm fiziki, həm mənəvi) yaxın qardaşları olduğunu dərk edəndə, artıq onların ətini yeməyəcəklər (öldürməyəcəklər, onları incitməyəcəklər, onlarla əylənməyəcəklər və s.).
Bəs » təkamüldəki yaxın qardaşları» nə deməkdir? Bu suala cavab verməmişdən qabaq belə bir suala cavab verək: ruh ilk dəfə olaraq harda maddiləşdi və o necə təkamül etdi?
Ruhun ilk maddiləşməsi (mənəvi varlıq məhələsində, belə ki bu mərhələdə Ruhdan söhbət gedə bilməz) iki dünyada baş verir. Bu iki dünya ən aşağı təkamülə malik şarşəkilli maddi kosmik obyektlərdir. Bu dünyalar haqqında hazırda planetimizdə yaşayan insanların heç bir təsəvvürü yoxdur. «Ruhun» (mənəvi varlığın) maddiləşmək üçün daxil olduğu forma heç bir şəkildə Yer kürəsinə bənzəmir. Bu dünyalar bərk formadadır və onlarda həyat 2 min Yer şir. ən çox olan mineralda maddiləd-3cmi 100 mən çox sürür. Sonra Ruh həilindÇünki daş (mineral) Ruhun təkamülünün ilk mərhələlərindən biridir. Mineralın təkamülü Proqramda müəyyənləşdirilmiş uyğun proseslər və mexanizlərdən keçir (müəyyən təkamül səviyyəsinə qədər təkamül Proqram əsasında baş verir). Belə ki, mineralın təkamülü hər 10 min ildə bir avtomatik olaraq dəyişən Proqram əsasında baş verir (karma yoxdur). Kamilləşmə (təkamül) insan kimi, ancaq təbii ki, öz inkişaf səviyyəsinə uyğun olaraq, düşüncə (fikir) prosesi vasitəsilə (daş düşünə və fikirləşə bilir) baş verir. Belə ki, daş (mineral) hərəkət vəziyyətindədir və d
şüncə prosesi daş üçün əsas hərəkət formasıdır. Daşın ruhu insanda oldugu kimi, martisdir, ancaq bu mərhələnin sonunda bu matris demək olar ki, bütün Ruhlarda boşdur. Ruhlar (mənəvi varlıqalar) öz təkamüllərinin ilkin mərhələlərində öyrənmələrinə və inkişaf etmələrinə (qeyri-iradi, düşünülmüş olmadan) baxmayaraq, mövcudluqlarını dərk etmirlər.
Beləliklə, gələcək maddiləşmə (dünyaya gəlmə) sıfırdan deyil, qabaqki maddiləşmələrdə qazanılmış biliklərlə (Ruhun bunu dərk etməməsinə baxmayaraq) başlanır.
Mineraldakı təkamül mərhələsi birdikdən sonra Ruh (gələcək insan Ruhu) daha yüksək səviyyələrdə maddiləşir. Başqa sözlə desək, bitkilərdə. Ancaq bütün bitkilərdə deyil. Mənəvi varlıqlar (gələcək insan Ruhu) minerallardakı inkişaf mərhələsini bitirdikdən sonra ancaq ağaclarda maddiləşir. Gələcək insan Ruhu göyrüş, sərv, şam, palıq və sidr ağaclarında maddiləşir. Ruhun təkamülü ağaclarda da seçimsiz proqram üzrə, başqa sözlə desək, variantsız (icbari) Proqram əsasındadır. Daha yüksək səviyyəli növdə maddiləşmək üçün gələcək insan Ruhunun təkamülü bitki səviyyəsində də mərhələli olub hər bir maddiləşmədə bir az daha inkişaf edir.
Bitkidə zəruri olan təkamül səviyyəsinə çatandan sonra mənəvi varlıq (gələcək insan Ruhu) daha yüksək inkişaf səviyyəsinə keçir. Belə ki, Ruh inkişaf etdikcə o daha mürəkkəb maddi cisimlərdə maddiləşməlidir (əks halda təkamül olmaz). Buna görə də bir sonraki təkamül mərhələsi (yaxud bir sonraki maddi bədən) heyvan mərhələsidir. Ruh insan formasında maddiləşməmişdən bilafasitə qabaq kərtənkələ, meymun, delfin, it, at və pişik mərhələlərindən keçir (yəni bu heyvanlara qədər başqa heyvanlarda da madiləşmə olur, ancaq çelleninqlərdə bu heyvanlara işarə edilmir və ancaq insanda maddiləşmədən bilafasilə qabaqki heyvanda maddiləşmələrdən bəhs edilir). Ruhun bitki aləmindəki maddiləşməsi müddəti bitdikdən və insanda maddiləşmədən bilafasilə qabaq kərtənkələdə (evdə yaşayan kərtənkələ) maddiləşir. Növbəti maddiləşmə meymunda (qibbon, oranqutan, şimpanze) baş verir. Sonra delfində, itdə, atda və pişikdə. Ruh bu heyvanların hər birində bir neçə dəfə maddiləşir və hər dəfə də inkişaf edərək insan mərhələsində maddiləşməyə daha çox yaxınlaşır. Yəqin ki, İnternetdə tanış ola biləcəyimiz çoxsaylı hadisələr buna yaxşı sübut ola bilər.
Burada mövzudan kənara çıxıb, mühasirədə olan Leninqradda yaşayan bir pişiyin əhvalatını danışmaq istiyirəm. Mənə elə gəlir ki, bu əhvalat yuxarıda haqqında danışılanların ən parlaq (və indiyə qədər eşitdiyimiz bütün əhvalatların ən təsirlisidir).
Bu pişik bütün mühasirə dövründə sahibini və onun qızını «yedizdirmişdir». Hər axşam pişik evdən çıxır və bir neçə saat sonra dişlərində bir siçanla, bəzən də yağlı bir siçovulla gəlirdi. Qadın siçanların içalatından şorba, «ətindən» də «axşam yeməyi» bişirirdi. Gecələr ev sahibi ilə qızının arasında yatırdı ki,
bədəninin hərarəti ilə onları qızdırsın. Hava hücumundan çox qabaq qeyri-adi səslər çıxarırdı. Qadın tələsik su və başqa zəruri şeylər götürürdü və birlikdə sığınacağa tərəf qaçırdılar. Onlar sığınacağa çatanda hava hücumu siqnalı verilirdi. Qadın bütün qışı çörək qırıqlarını yığırdı, yaz da isə pişikə birlikdə quş «ovuna» çıxırdılar. Qadın çörək qırıqlarını yerə səpirdi. Quş uçub gələndə isə pişik onun üstünə atılırdı. Ancaq aclıqdan zəifləmiş pişiyin onu saxlamağa gücü çatmırdı və bu vaxt sahibi ona «köməyə» gəlirdi. Müharibədən sonra pişik uzun müddət yaşayır. Ölümündən sonra sahibi onu adi qəbristanlıqda dəfn edir və qəbri dağıtmasınlar deyə üstündə insan adı və familiyası yazır. Qızı öz anasını (pişiyin sahibini) pişiyin qəbrinin bir yanında basdırır. Onun nəvəsi də anasını (pişiyin sahibinin qızını) qəbrin o biri tərəfində dəfn edir (hadisəni pişiyin sahibinin nəvəsi nağıl edir).
Şübhəsiz, bu qəbildən olan hadisələr çoxdur. Bu hadisələr heyvanların bizi «yaxın təkamül qardaşlarımız» olduğunu aydın bir şəkildə sübut edir.
Bu mərhələnin sonunda heyvanın insan Ruhu səviyyəsinə qədər inkişaf etmiş Ruhu hansı bir mərhələdəsə insan şəklində maddiləşir. Ancaq bu maddiləşmə ara növlərdə çoxsaylı maddiləşmələrdən sonra baş verir. Yuxarıda qeyd edildiyi kimi, mənəvi varlıqlar öz təkamüllərinin ilkin mərhələlərində öz mövcudluğunu dərk etmir, ancaq buna baxmayaraq o inkişaf edir və bu inkişaf Ruh daha inkişaf etmiş mərhələyə çatana qədər qeyri-iradi (dərk edilməmiş) baş verir. Fiziki mərhələdə baş verən təkamül üçün Ruha maddi həyatın bütün təzahürlərində — ən sadə formalardan başlamış ən mürəkkəb formalara qədər, təcrübəyə malik olması zəruridir. Təkamülün bütün mərhələlərindən keçmək lazımdır.
Yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olar ki, nə vaxtsa bütün insanlar heyvan olub və deməli, indiki heyvanlar da nə vaxtsa insan olacaqdır. Bu da o deməkdir ki, heyvanlar öz inkişaf səviyyələrinə görə insanlara yaxındır, başqa sözlə desək, həm fiziki və həm də mənəvi baxımdan «yaxın təkamül qardaşlarımızdır». Ancaq günümüzdə insanlarda hələ də həssaslıq və ruhsallıq səviyyəsi kifayət qədər inkişaf etmədiyindən onlar «öz qardaşlarının» ətini yeyir, onları öldürür, onların dərisini geyinir, elmi-tədqiqat müəssisələri və laboratoriyalarında onlara əzab verirlər və s. Ancaq insanlar da inkişaf edir. Dolça erasında təkamülün sürəti artır və insanlıq ruhsal baxımdan inkişaf etdikcə özlərinin heyvanlarla olan yaxın əlaqələrini dərk edir və təbii olaraq da vegeterianlıq artaracaqdır. Insanlar heyvanların hüquqlarına hörmət edəcək, onlara acıyacaq və mənəvi inkişafda onlara kömək edəcəklər (çünki insanlarla
yaşayan heyvanlar daha çox inkişaf edir). Dolça erası insanı (ruhsal baxımdan inkişaf etmiş insan) üçün heç bir şübhəsiz, heyvan əti yemək insan əti yemək (həmçinin öldürmək, incitmək, onlarla əylənmək və s.) kimi iyrənc və qeyri-insani olcaqdır. Buna görə də gələcəkdə bütün bəşəriyyət bitkilərlə qidalanacaqdır, başqa sözlə desək, hamı vegeterian olacaqdır.
Mövzu ilə bağlı təklif olunan ədəbiyyat:
1. И.Любимова. Строение земных форм (İlahi İyerarxiyanın 42-ci səviyyə İyerarxının cavabları).
2. В.Гильем. Закон Любви. Духовные законы. (İsayya adlı varlığın cavabları).
3. Л.Секлитова, Л.Стрельникова. Душа и тайны ее строения (Ali Kosmik Ağılla əlaqələr).
4. Л Секлитова, Л.Стрельникова. Энергоструктура человека и материи (Ali Kosmik Ağılla əlaqələr).
Sevgi və İşıq arzusu ilə
GÜLZAR.