|

Qüds, Azərbaycan və Dağlıq Qarabağ

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

 


Gülnara İnanc , «Etnoqlobus» Beynəlxalq onlayn inforimasiya analitik mərkəzinin direktoru (ethnoglobus.az),  www.turkishnews.com   amerikantürk saytının rus böldməsinin redaktoru

 

Gülnara İnanc , «Etnoqlobus» Beynəlxalq onlayninforimasiya analitik mərkəzinin direktoru(ethnoglobus.az),  www.turkishnews.com   amerikan-türksaytının rus böldməsinin redaktoru

 

Hər il Ramazan ayının son cümə günü qeyd olunan və fələstinlilərlə həmrəylik nümayiş etdirən “Qüds günü” İran islam inqilabının rəhbəri İmam Homeyninin təşəbbüsü ilə 1982-ci ildən qeyd olunur.

İslam inqilabının yayılması İmam Homeyninin vəsiyyətlərində İran İslam Respublikasının xarici siyasətinin aparıcı xətti kimi irəli sürülüb. «Qüds günü» isə bu siyasətin yayılma qollarından biri kimi xüsusi əhəmiyyət daşıyır.

Keçən 30 il ərzində keçmiş Sovet məkanında və Ərəb dünyasında baş verən siyasi dəyişikliklər İslamın yayılması və bu siyasətinin bir istiqaməti olan «Qüds gününün» keçirilmə coğrafiyasının və ideyasının genişlənməsinə səbəb olub.

 

«Qüds gününün» keçirilməsində məqsəd dünya ictimaiyyətinin fikrini işğal olunmuş torpaqlara, o cümlədən Fələstinə yönəltməkdir. Sovet sisteminin dağılması ilə işğal olunmuş torpaqlar sırasında Azərbaycanın 20% ərazisi və Dağlıq Qarabağ da daxil olub.

Son illər «Qüds gününün» keçirilməsinin fəallaşması və yeni bir can almasına səbəb Ərəb ölkələrində hakimiyyət dəyişiklikləri və islami qüvvələrin iqtidara gəlməsidir.

 

Rəsmi Tehran «Ərəb baharı» adlanan proselsər nəticəsində bölgədə təsirinin artması üçün yaranmış münbit şəraitdən «Qüds gününü»nün spektrini genişləndirərək müsəlmanların zalım hakimlərdən azad olunması istiqamətini də improvizə edir və müsəlmanların himayəçisi ideyasınının daha geniş yayılmasına  və dünya müsəlmanlarının simpatiyasını qazanmağa çalışır.

 

«Ərəb baharı» Dağlıq Qarabağ münaqişəsinə Qərbdə olduğu kimi Şərq ölkələrinin də yanaşmasını dəyişdirib. Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Xaled Ben Saud Ben Xaledin « hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyətin Yerevana təzyiqi artırmağının vacibliyi” barədə bəyanatı bunu təsdiqləyir.

İran İslam lideri Əli Xamneyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatı da diqqət çəkir: “ Qarabağ İslam torpağıdır … İran parlamentində Qarabağı və oranın Azərbaycana, İslama aid olması güclü müdafiə ediləcək.

Qarabağda seçki keçirməklə onun Azərbaycana və İslam torpağına aid olması yaddan çıxarılsın. Nə qədər zaman keçsə də, nə qədər il ötsə də, Qarabağ İslam torpağı olması həqiqətini yadın çıxarmayacağıq. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək ”.

Şərqdə Dağlıq Qarabağ münaqişəsinə diqqətin artmasının digər səbəbi isə Azərbaycanın yalnız yerləşdiyi coğrafiyada deyil, beynəlxalq aləmdə də siyasi və iqtisadi təsirə malik olmasıdır. İsrail uzun illər Azərbaycanın təsir gücünün artmasına və Yaxın Şərqdə müsəlman ölkəsi simasında tərəfdaş qazanmağa çalışıb. Azərbaycan İslam Konfransı Təşkilatına üzv olmaqla yanaşı İsraillə də yüksək səviyyədə əlaqələrə nail olaraq, bir çox əhəmiyyətli beynəlxalq məsələlərdə yəhudi lobbisinin dəstəyini qazana bilib. Azərbaycan Fələstinin müstəqilliyni dəsiəklədiyi üçün rəsmi Bakının İsraillə sıx əlaqələri başlıca olaraq İranın narazılığına səbəb olur.

Beləliklə, Azərbaycanın Yaxın Şərqdə nüfuzunun artmasından İsraildən başqa aparıcı ərəb ölkələri və İranın da yaranmış situasiyadan yararlanması üçün imkan yaranıb. Azərbaycanın marağını cəlb etmək üçün isə ilk növbədə Dağlıq Qarabağ problemi ilə bağlı real fəaliyyəti mümkün təkliflərin və dəstəyin irəli sürülməsidir.

 

İran bu məqsədlə «Qüds günü» çərçivəsində Dağlıq Qarabağın və digər qəsb olunmuş Azərbaycan torpaqlarının işğalçılardan azad oluması məsələsini də gündəmə gətirmək və dünya müsəlman ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir. Əli Xamneyinin Dağlıq Qarabağla bağlı son bəyanatını da bu müstəvidə şərh etmək lazımdır.

 

Rəsmi Bakı Fələstinin dövlət müstəqilliyi və Qüdsü onun paytaxtı kimi tanıyır. Dağlıq Qarabağ münaqişəsinin Qüdslə paralel olaraq islam aləminə çıxarılması şərtilə Azərbaycan BMT-də Fələstinin dövlət kimi tanınmasının dəstəkləyə və əvəzində Dağlıq Qarabağ münaqişəsində islam ölkələrinin simapatiyası və dəstəyini qazana bilər.

Ərəb dünyasındakı proseslər, bölgə üzərində kontrolu saxlamaq üçün bölgə və böyük dövlətlərin sərt mübarizəsi Qafqazdakı münaqişələrin, o cümlədən erməni-Azərbaycan konfliktinin nəzarətdən çıxması üçün şərait yaradır. Son aylar Qarabağ cəbhəsində Ermənistanın atəşkəsi davamlı şəkildə pozması və əsgərlərimizin həlak olması 20 il çətinliklə də olsa saxlanılan atəşkəsin pozularaq hərbi əməliyatların bərpası təhlükəsini yaradır. Ərəb ölkələrində yaşayan erməni icmalarının erməni lobbisi vasitəsilə həmin dövlətlərin siyasətinə təsir etməsi imkanını nəzərə alaraq hərbi əməliyyatların başlaya biləcəyi təqdirdə islam ölkələrinin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi belə bir şəraitdə əhəmiyyətli xarakter alır.

Belə bir şəraitdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinini islam dünyası vasitəiliyi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda maraqlı olmalıdır.

Leave a Reply