|

Qubadlı. Etnolinqvistik məsələlərə dair (II hissə)

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

Birincisi, bu həmin bölgələrin bir biri ilə sərhəd olmasıdır, yəni hər iki bölgə tarixi Azərbaycan (Qafqaz) Albaniyanın vilayətləri kimi yanaşı yerləşir, həmsərhəddilər. Faktlar həmin dövrün qaynaqları ilə təsdiqlənir. Məsələn, Musa Kalankatuklu Cavanşirin xəlifə ilə görüşündən sonra vətənə qayıdışından bəhs edərkən yazırdı ki, o, “ … Ayrarat vilayətinə  gəldikdə onu Mamikonyan nəslindən olan Qriqor və onun əyaları qarşılaşdılar. … Cavanşir yoluna davam edərək təmtəraqla Qirdman vilayətinə gəldi … “[1]. Bundan başqa Ananiya Şirakasi yazılırdı ki, “Sünik (Sisakan) Ayraratın şərqində yerləşir”. Digər yerdə məlumatı  dəqiqləşdirərək həmin müəllif qeyd edir ki, albanlar ermənilərdən “Şikaşen, Qardman, Kolt və Zave” əyalətlərini aldılar”[2]. Məhz bu torpaqlar sonralar Qardabani adı ilə tanındı ki, bu da “Qardman/Qirdman” adının sinonimi idi. Daha sonrakı gürcü inzabati bölgüsünə görə bu torpaqlar “Kvemo-Kartli (Aşağı Kartli)”  adlandırıldı[3] .

Hazırda Qubadlı ərazisi tarixi Albaniyanın tərkib hissəsi olduğuna görə albanların soy kökünü öyrənmədən də bu mürəkkəb məsələnin açıqlanması çətin olacaq. Buna görə də Qırdman/Girdman/Qardabani etnoniminin mənasını açıqlayanda şübhəsiz biz qaynaqlara, bilavasitə Musa Kalankatuklunın albanların mənşəyinə dair məlumatlarına da nəzər salmalıyıq. Bütün təhriflərə bamayaraq alban tarixçisi albanların türk olmasını bir neçə dəfə özü təsdiqləyir. Birincisi, Musa Kalankatuklu bunu albanların Sisak nəslindən olmasını göstərərək, bəzi tarixçilərin albanların güya “qafqaz dilli” olmaları haqqında bütün fikirlərini alt-üst edir. Qubadlı və ətraf  bölgərədə “Qafqaz dili”-nə aid bir dənə belə olsun toponimik nümunə yoxdur.  Alban tarixçisinin adı çəkilən tayfanı “keturian”-lara aid etməsi isə adı çəkilən məsələdə sonuncu nöqtəni qoyub, bütün digər yanlış fikirləri qapadır [4].

Türklər həmişə öz şəcərələrinə diqqət yetirib və onu öyrənmişdilər. Bizə çatan bütün məlumatlardan göründüyü kimi türklərin ən çox hörmət bəslədiyi heyvanlar “Öküz/Buğa”, “Qurd/Kurt” və “Bars/Arslan” idi. Bu obrazların azərbaycan mifologiyası və simvolikasında birlikdə istifadə olunması da təsadüfü deyil. Məsələn, hər bir Azərbaycan muğamının başlanğıcı “maye — cövhər/substansiya” şöbəsi ilə başlayır ki, bu da “Buğa — Bay/Baq/Бог ” sözünün sinonimidir. Yaxud, məsələn, Rast dəstgahının ardıcıllığına nəzər salsaq, “maye” şöbəsindən sonra “Qurdu (qurdun nəğməsi)” / təhrif olunaraq “kürdü (“kürdün nəğməsi”)/ və “şikəste-i bars (barsın nəğməsi)” /təhrif olunaraq  (“farsın nəğməsi”)/  şöbələri gəlir[5]. Yaxud bu da təsadüfü deyil ki, Səfəvi bayrağında Qurt iki Öküzün (sığırın) başları üzərində təsvir edilib[6]. Buğa və iki aslan Bakının Qoşa Qala Qapısı üzərində təsvir edilib.

İslamın yayılmasından sonra bu dinin Təkallahkıq fəlsəfəsi “Boz qurd” ideyası ilə uzlaşmadığına görə o, tədricən tələffüz baxımından dəyişərək, əvvəlki mənasını itirir. Həmin təhriflərin nəticəsidir ki, türk mənşəli Koroğlu və dərbəndli türk qızı Möminə xatunun oğlu Həsən dastanda “Kürdoğlu”, “Qurdəmir” “Kürdəmir”, “Qurdxanə” “Kürdəxanı”, “Qurdu” “Kürdü” kimi səsləndi[7]. Buna görə də demək olar ki, Qubadlının Qurd Mahrızlı (Mafruzlu) kəndinin adı sonralar həmin ənənəyə əsasən təhrif olunaraq “Kürd Mahrızlı” oldu. Bu səpkidə Cavanşir qəzasındaki Kürd-Əfəndilər, Kürd-Mahmudlu, Kürd-Çapıq, Cavanşir qəzasında Kürd-Barak, Şuşada Kürd-Qaradağlı, Şirvanda Kürdivan həmin təsirə məruz qalaraq təhrif olmuşdular.

Gürcü salnaməsi “Gürcü” adının məşəyini Türk dünyası ilə bağlayır və bunu bir daha Vaxtanqın “Qurqusar/ Qurd başlı” kimi adlandırılması ilə təsdiqləyir[8]. Təsadüfü deyilk “Vaxtanq” adı türk dili əsasında “Buğa+Dan+k(antropomorf suffiks) vasitəsi ilə yaranıb ki, bunun da rus dilində sinonimi “Богдан»-dır. Gürcü qaynaqlarında “Kartli” adınınin Albaniyanın “Qardabani/Girdman/Qardman” əyaləti üçün istifadə edilməsi isə “Kartli” xoroniminin meydana gəlməsi isə azərbaycan-türk dilindəki “Gürcü” adının sinonimi olmasını göstərir. Hər iki  ad isə türkün “qurd/Tanrıçılıq/” fəlsəfəsindən irəli gəlir – Qurd+çi (Gürcü) – Qurt+eli (Kartli/Kartil)[9]. Bütün bunlar “Qırdman-Gürcülü-Kartli” və ”kürd” adlarının eyni kökdən qidalanmasının gösticisidir[10].

Burada başqa maraqlı faktlar da üzə çıxır. Bu da “gilan” və “gorus” adları ilə yaranan mübahisələrdir. Araşdırdığımız faktlar isə bir daha bu ərazinin qədimdən türk yurdu olmasını təsdiqləyir. Məsələn, Makedoniya sülaləsindən olan Bizans imperatoru VII Konstantinin Porfirogenetin (Κωνσταντίνος  Πορφυρογέννητος) (17/18 may 9059 noyabr 959) yazdığından aydın olur ki, Dneper çayı ətrafında yaşayan peçeneq boylarından biri də “gil” –lar idi ki, onların da başçısı Qorqud adlanırdı[11].  Həmin dövrün müsəlman müəllifi Yaqutun yazdıqlarından isə aydın olur ki, Mada (Maday) və Gel qardaşdılar[12] [1. 282]. Bütün təhriflərə baxmayaraq, qaynaqlarda Madayların türk olmasını bir çox faktlar təsdiqləyir[13]. Məsələn, V-VI əsr xristian müəllifi Pavel Oroziy “Bütpərəstlər əleyhinə tarix” əsərində Midiya hökmdarı “Deyokun/Kiaksar — ?” adını  “Diokl” kimi istifadə[14]  etməsi onun türk məşəli olmasına işarədir. Maraqlıdır istər suriya, istərsə də erməni qaynaqlarında[15]  Kiaksar “Ərbak”, yəni türkcə “Ərbuğa” adlanır. Məhz “Diokl” adı midiyalı/madaylarda zərdüştlükdən əvvəl türk “Tanrıçılıq” ideyası əsasında formalaşmış və türk dilində “Allah oğlu” demək idi. Bu fəlsəfə prinsipi sonralar “Məzdək” və “Babək” adlarında əks olunmuşdu ki, hər iki ad “Allah ~ İnsan” fəlsəfəsini əks edir. Məhz bunun da əsasında sonralar yunanlarda “Herakl”, xristianlarda isə “Xristos — Allah~İnsan” obrazı yaranır. Əlbəttə ki, bütün bu məsələlər ayrı məqalənin tədqiqatıdır[16]. Amma oxucumuz bilməlidir ki, bunlar BİZİM tariximizdir! “Midiya”-nı “Azərbaycan tarixi” dərsliklərindən uzaqlaşdıranlar isə böyük səhvə yol verirlər.

Biz yuxarıda türk-kadusi tayfasının adına da qeyd etmişdik. Maraqlıdır ki, roma tarixçisi Böyük Plininin “Təbii tarix” əsərində yazılır ki, Azərbaycanda, o cümlədən Albaniya ərazisində, yaşayan kadusilərin adlarından biri də “gel” idi[17]. Qeyd etmək olar ki, qədimdə tayfa adlarının yaranmasında antiteza (qarşılıqlı fərq, inkar) qaydası əsasında “güzgü/palindrom”, yəni sözlərin tərsinə oxunuşu prinsipindən istifadə olunurdu[18], məsələn türklərdə “kab (həcm)” “bak” kimi istifadə edildi. Məhz bunun nəticəsdir ki, həmin qayda əsasında qaynaqlarda “gel” “leq” kimi əks olundu. Buna çoxlu misallar göstərmək olar, məsələn lulu→ulu(l); sak→kas; as→se, tuxar→ketur/katiar/kutiqur və sair.

Amma gellərin və leqlərin mənşəyi haqqında indi də müxtəlif fikirlər vardır. Məsələn, “Midiya tarixi”-ndə İqrar Əliyev  Albaniya tayfaları haqqında yazırdı ki, gellər və leqlər  qeyri ariyanı tayfaları idi[19]. Burada müəllif “gelləri”  and-didoy dilləri vasitəsi ilə qafqaz-hurri dil qrupunun nümayəndələri kimi təqdim etmək istəyirdi. Lakin artıq növbəti kitabında İ.Əliyev əvvəlki mövqeyini dəyişərək gelləri və onlarla bağlı Gilan adını iran dillilərlə bağlayır [20]. Oxucu burada özü nəticə çıxarsın.

İ.Əliyevdən fərqli, F.Məmmədova qəti olaraq gelləri və leqləri qafqaz dilli hesab edir[21] . Lakin Strabon yazırdı ki, gellər və leqlər iskit mənşəlidirlər (Strabo, XI, 5, 1). Bu fakt isə özlüyündə adı çəkilən tayfaların  güya qafqaz dilli olmaları haqqında bütün fərziyələrini alt-üst edir. Bütün tarixi saxtakarlıqlara baxmayaraq, Azərbaycanda padşahlıq yaradan İskitlər məhz türk mənşəlidir[22]. Albanların mənşəyindən və onların dillərindən danışan Musa Kalankatuklu isə gel və leglərin dilindən yox, gərgərlərin dilindən danışarkən, onların dilinin boğaz səsləri ilə zəngin olması haqqında danışır. Albanların Sisak nəslindən olması faktı isə onların heç cürə qafqaz dilli ola bilməməsini təsdiqləyir. Yeri gəlmişkən, Musa Kalankatuklu gərgərlərdən danışaraq onları abdal-eftalitlərlə yanaşı Makedoniyalı İskəndər tərəfindən köçürülməsi haqqında danışır[23]. Burda isə haşiyə çıxaraq deməliyik ki, bu fakt albanları qafqaz dilli görmək istəyən alimlərimiz üçün növbəti rebus yaradır – əgər utilər qafqazdilli olublarsa,  bəs necə oldu ki, hazırda udinlərin Nicdəki mərkəzi məhəllərindən biri həmin eftalitlərin adı ilə — “Abdallu” adlanır? Deməli belə çıxır ki, müasir udinlərin əcdadları sayıla bilən utilər[24] türk dillilərdir və onlar da xınalıqlılar kimi[25] tarixim hansısa mərhələsində yalnız öz türk adlarını (xunlu+k (antropomor suffiks) qoruyaraq, qafqaz dilli oldular.

Yazılı qaynaqlarda gərgərlər türk noqaylılarla eyniləşdirilir. XVIII əsrdə əslən alman səyahətçisi  olan Tunmann isə noqaylar haqqında belə yazırdı: “O ki qaldı noqayların dilinə onlar (osmanlılar ) üçün çətin anlaqlıdır, çünki onlar çox tələsik və boğaz səsləri ilə zəngin danışırlar[26]. Bu da qaynaqlarda alban-gərgərlərin dili haqqında məlumatı ilə tam uzlaşır.

Bütün təqdim olunan faktlar, yəni gellərin türk mənşəli olması, bir daha “Gilan”, “Görus/(G)Orus/Aruz” və “Zilan/(G)ilan” adlarının türk “gel”-lərlə bağlı və türklərdən alınmasını sübut edir. Bunlara əsaslanaraq deməliyik ki,  hazırda “Zilan”-lı adı ilə tanınan tayfa kürd dilini mənimsəmiş türk tayfasıdır. Ola bilsin ki, sonralar türk-gellər hansısa mərhələdə hazırda ”kürd” adlandırdığımız xalqın dilində danışmağa başladı və “iranlılaşdı”. Bu cür prosessləri Qarabağda yaşayan, və hazırda qriqoriyalaşan və erməniləşən türklərin və iranlılaşan türk-talışların timsalında müşahidə edirik.

Yuxarıda göstərdiyimiz kimi, əgər biz  kürdlərin bura köçməsi haqqında məlumatlara inansaq,  kürd-goruslar bu ərazilərə yalnız XVI əsrin 80-ci köç etmişlər. Lakin “Gorus”adına gəldikdə, onu kürdlərlə bağlamaq olmaz, çünki qaynaqların məlumatına görə 821-ci  Arsax hakimi Varaz-Trdat Sünik hakimi Nerseh tərəfindən öldürüldükdən sonra, onun qohumlarından biri, Əbuləsd kömək üçün Babəkə müraciət edir. M.Kalankatuklu yazır ki, Əbüləsədin qətlindən sonra üsyançılar  “Qoroz” qalasına sığınaraq, on iki ay ərzində Babəkə müqavimət göstərdilər[27]. Göründüyü kimi “Görus” adı burada yuxarıda göstərilən tarixdən 700 əvvəl çəkilir. Bir də ki, nəzərə almalıyıq ki, türk dil xüsusiyyətlərinə uyğun olaraq bir çox hallarda bu dildə sözün əvvəlinə “h/x/k/q” hərfləri proteza (əlavə) olunur, məsələn, aş→xaş: indi→h(a)indi; utiqur→kutiqur; Abdulla→Qabdulla və sair. Beləliklə, bütün bu nəticələr əsasında göründüyü kimi “Gorus” adı altında türk Aruz adı sezilir ki, məhz  Xorasan və Araz çayının adları da bu səpgidə öyrənilməlidir. Bütün bunlar bunu deməyə tam əsas verir ki, türklər buranın avtoxton əhalisi olduğuna görə, bütövlüklə Azərbaycanın, əsasən də onun qərbinin  toponimikası yalnız türk təfəkkürü əsasında şərh olunmalıdır.

Nəhayət, o ki qaldı “Qubadlı” adına burada el qəhrəmanı, əslən Qubadlının Aşağı Mollu kəndindən olan Qaçaq Nəbi haqqında xalq mahnısından olan sözlərə nəzər salaq:

Boz at, səni sər tövlədə bağlaram

And içirəm səni məxmər çullaram.

Boz at, məni bu davadan qurtarsan,

Qızıldan, gümüşdən səni nallaram.

Yuxarıda gördüyümüz kimi şahsevənlərin yerləşdirilməsi ilə bağlı məlumatda Kozatlı və Kobatlı/Qubadlı tayfalarının adlarının burada yanaşı işlədilməsidir. Türk tayfaları arasında eyni tayfanın adı qaynaqlarda fərqləndirici “k” və “b” ön qoşması ilə istifadə olunur. Məsələn, türk-bulqar utiqur tayfasının adı bir yerdə “kutiqur” digər yerdə isə “bitoqur” kimi yad edilir. Buna əsaslanaraq demək olar ki, “Kozatlı” adı elə “Bozatlı” deməkdir[28] ki, bu da məşhur “Qaçaq Nəbi” adlı xalq mahnısında öz əksini tapıb.

“At” türklərdə “murad, namus” rəmzidir ki, qədim türk qanunlar toplusu “Törə”-yə görə at oğrusu (!!! -) cəmiyyət tərəfindən qəbul edilmir və həmin şəxs qatil və zina edən kimi edam olunmalı idi. At oğruluğu türk xasiyyətinə xas olan bir keyfiyyət deyil!!!

Biz burada “Qubadlı” adının mənasını “quba+d/t (cəm şəkilçi) + (mənsubiyyət suffiks) kimi də şərh edə bilərdik. Lakin tərəkəmə həyat tərzi və türkün məişətində atın hansı yer tutduğunu nəzərə alaraq qəti olaraq deməliyik ki, “Qubadlı” adı bilavasitə həmin tərəkəməlikdən yatanan bir toponimdir. B.Ögəlin yazırdı ki, əski türkcədə “quba/kuba” sözü ata aid olunan bir addır[29] . “Quba/Kuba” sözü qədim türk dili lüğətində qırmızı ilə sarı  arasında rəngi bildirir[30]. Mahmud Kaşğari  isə yazırdı ki, kuba at al ilə duru rəng arasında olan bir atdır [31]. Beləliklə, Qubadlının adı türk dilində “quba at + lı /mənsubiyyət suffiksi/ ifadələrindən yaranan bir toponimdir. 

Ədəbiyyat siyahısı

1 Azərbaycan tarixi.İ.Əliyevi redaktəsi ilə . c. I. Bakı. 2007,

1a.Gökalp Ziya Türk medeniyyet tarihi. İstanbul.1976

2.Kalankatuklu Moisey Albaniya tarixi; Qoş Mxitar Alban salnaməsi. Bakı. Elm.1993

3.Kaşğari Mahmud  Divanü lüğat-it-Türk. Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər. , c.IV, Bakı.2009.

4.Məmmədova İradə Ağrı dağı və yaxın çevrəsinin əhalisi rus dilli müəlliflərin əsərlərində (XVIII – XİX əsrinbirinci yarısı)// Orta əsrlər Şərqinin və mənbəşünaslığı – Azərbaycam Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumun Materialları. Bakı. 7-8 may 2012-ci il. Bakı. 2012.

5.Ögel Bahəddin Türk mifolojisi. Ankara. 1989.  c. I

6.Rzayev Firudin Naxçıvanda miladdan öncə və sonra yaşayan tayfaların etnogenezməsələsi// Naxçıvan: Tarix, gerçəklik, müasirdurum, inkişaf perspektivləri. 9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpozimun materialları. Naxçıvan. 2006.

7.Sadıq İslam Eyni adlı şumer-türk toponimləri // Azərbaycan Tarix Qurumu. Tarix və Gerçəklik, 2010, 1-ci cild

8.Абру Хафиз Зайл-и джами ат-таварих-и Рашиди. Перевод с персидского, предисловие, комментарий, примечания и указатели Э.Р.Талышхановой. Баку.2007

9.Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Sosial bilgilər. № 1. Bakı. 2004. ss.3-20;

 10Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Журнал «Азербайджан и Азербайджанцы», Президиум НАН Азербайджанской Республики,№1-2, Vol 105-106,

11.Алекперов Алекпер Кадусии  как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147/148.2010.

12.Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.270-311

13.Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанского происхорждения //Dirçəliş XXI əsr. 158-159/2011,  

14.Алиев Играр Очерки истории Атропатены. Баку. 1989,

15.Армянская география VII по Р.Х. (приписываемая Моисею Хоренскому). Изд. К.Патканова. СПб.1877

16.Артамонов М.И. История хазар. Изд. Государственного Эрмитажа. Ленинград..1962,

17.Буниятов З.М. Государство Хорезмшахов-Ануштегинидов (1097-1231). М.1986,

18.Букшпан А Азербайджанские курды. Баку.1932.

19.Велиев (Бахарлы) М.В. Азербайджан. Физико-геграфический очер. Баку.1921,

20.Гейбуллаев Г.А. Топонимия  Азербайджана. Элм. Баку. 1986

21Древнетюркский словарь. Л.1969.

22.Зейдлиц Н. Исторический обзор Бакинской губении. Тифлис.1870

23.Каланкатуаци Мовсес История  страны Алуанк. Пер. Ш.Смбатяна. Ереван.1984

24.История Азербайджана под ред. А.Гулиева, т.1.Баку.1957.

25Мамедова Фарида Кавказская Албания и албаны. Баку.2005

26.Mедведская И.Н. Древний Иран накануне империй (IX-VI вв. до н.э.) История Мидийского царства. Изд.Петербургское востоковедение. СПб. 2010.

27.Орозий Павел История против язычников // http://www.e-reading-lib.org/bookreader.php/143248/Oroziii_-Istoriya_protiv_yazychnikov.html

28.Хоренский Моисей История Армении. М.1863,

 


[1] Kalankatuklu Moisey Albaniya tarixi; Qoş Mxitar Alban salnaməsi. Bakı. Elm.1993, s.135; Каланкатуаци Мовсес. История страны Алуанк. Ереван.1984, с.105

[2] Армянская география VII по Р.Х. (приписываемая Моисею Хоренскому). Изд. К.Патканова. СПб.1877, c.40-41, 47-48

[3] Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010, c. 385-404; Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.387-419

[4] Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010, c. 385-410; Aлекперов Алекпер. Тюрки Aзербайджана. Баку. 2011, c. 373-400

 

[5]Aлекперов Алекпер. Тюрки Aзербайджана. Баку. 2011, c. 308-336; Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.405

[6] Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.405

[7] Aлекперов Алекпер. Тюрки Aзербайджана. Баку. 2011, c.270-311

[8] Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.387-419

 

[9] Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.414-415

[10] Müqayisə et – Şirvan →Bars (aslan) eli, yaxud da İtaliya → İt eli [Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.283-289]

[11] Алекперов Алекпер Кадусии  как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147/148.2010.c.393

[12] Azərbaycan tarixi.İ.Əliyevi redaktəsi ilə . c. I. Bakı. 2007, s.282

[13] Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.308-442

[14] Mедведская И.Н. Древний Иран накануне империй (IX-VI вв. до н.э.) История Мидийского царства. Изд. Петербургское востоковедение. СПб. 2010., c.26; Орозий Павел История против язычников XIX:V // http://www.e-reading-lib.org/bookreader.php/143248/Oroziii_-Istoriya_protiv_yazychnikov.html

[15] Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.354, 414

 

[16] Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.355-361

[17] Алекперов Алекпер Кадусии  как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147/148.2010.c.392

[18] Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.354, 430-431

[19] sit. Мамедова Фарида Кавказская Албания и албаны. Баку.2005, 103

[20] Алиев Играр Очерки истории Атропатены. Баку. 1989, c.16

[21] Мамедова Фарида Кавказская Албания и албаны. Баку.2005, 380

[22]Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.148-226

[23] Каланкатуаци Мовсес История  страны Алуанк. Пер. Ш.Смбатяна. Ереван.1984.60

[24]Musa Kalankatukluda  Alabaniyanın vilayətlərində biri Utidir, Udin deyil ki, bunun əsasında bütün albanlar qafqazdilli hesab olunsun!

[25] Алекперов Алекпер Тюрки Азербайджана. Изд. Şərq-Qərb. Баку с.436

[26] Алекперов Алекпер Кадусии  как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147/148.2010. c.393

 

[27] Kaşğari Mahmud  Divanü lüğat-it-Türk. Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər. , c.IV, Bakı.2009., s.195

[28] Q (k)/b hərf dəyişməsi, məsələn, başqa faktla da təsdiqlənir, çünki “qoz” ağacının  meyvəsi  özü “boz” rəngdədir.

[29] Ögel Bahəddin Türk mifolojisi. Ankara. 1989.  c. I, s.575

[30] Древнетюркский словарь. Л.1969. c. 462

[31]Kaşğari Mahmud  Divanü lüğat-it-Türk. Tərcümə edən və nəşrə hazırlayan Ramiz Əskər. , c.IV, Bakı.2009. s.337 

 

 

Tarix üzrə fəlsəfə doktoru

                                        Ələkbər Ələkbərov

 

Mənbə : “Dirçəliş XXI əsr” jurnalı

 

Leave a Reply