|

Qubadlı. Etnolinqvistik məsələlərə dair (I hissə)

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 7)
Загрузка...

 Azərbaycan — Qədim Şərqin tərkib hissəsidir.  Buranın əhalisi, əsasən də yerli türklər dünya mədəniyyətinə çoxlu tövhələr vermişdir. Qismətimizdən Azərbaycanın zəngin təbii sərvəti və coğrafi-strateji mövqeyi, iqlim şəraiti həmişə qonşularımızın və düşmənlərimizin diqqət mərkəzində olmasına səbəb olmuşdu. Zaman-zaman Azərbaycan torpaqıarı Dünya imperiyalarının özəyini təşkil edir və yerli hökmdarlar və dövlət başçıları öz saraylarnda dünya siyasətinə təsir edə bilən qərarlar qəbul edirdi.  Lakin Səfəvi və Osmanlı imeriyaları  Qərbin onlara məharətlə sırıdığı “sünnü-şiə” ədavətlərini ayırd etdiyi və gerilədiyi bir vaxtda, Avropa ölkələrinin çoxu kapitalist münasibətlərinə qədəm qoyaraq, Şərq torpaqları uğrunda mübarizəyə başladılar. II Yekaterina tərəfindən yaradılan “Şərq məsələsi”, Avropada baş qaldıran “avropamərkəzçilik” və de Qobino və Çemberlen tərəfindən yaradlan irqi (mavi qan, ari üstünlüyü – müəllif) nəzəriyyələr, müxtəlif qondarma “tarixi köç” haqqında uydurmalar, burada “fələstin, kürd, erməni” problərinin yaranmasına şərait yaratdı. Həmin siyasətin nəticəsidir ki,  bizim torpaqlar üçün indiyə qədər ağrılı problemlər yaradan 1828/29-cu illər Türkmənçay-Ədirnə müqavilələri imzalandı və türklərin qədimdən yaşadıqıarı ata-baba torpaqlarında əvvəlcən Göyçə ilə İrəvan arasında 10 min km2   sahəsi olan “Erməni vilayəti”, sonra yenə də bizim torpaqlar hesabına “Erməni dövləti” [1] yaradıldı. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, XVIII əsrdə dörd bəylərbəyliyinin ümumi ərazisi 421,6 min km2 olan Azərbaycanımızın hazırda ümumi sahəsi cəmi 86,6min km2  təşkil etdi. Onun da 20% hazırda ermənilərin  işğalındadır.

Əlbəttdə ki, Rus və Sovet imperiyaları dönəmində alimlərimiz xalqımızın uzaq “dünənindən” bu günə qədər baş verən hadisələri daha yaxşı işıqlandırmaq üçün geniş  tədqiqatlar aparmış, düzü əyridən ayırmağa çalışmış, ulu babalarımızın günü-güzaranını açıqlaya bilən əsl həqiqəti onların bu gün yaşayan nəvə-nəticələrinə çatdırmaq istəyirdilər. Lakin biz yenə də təəssüflə qeyd etməliyik ki, rus (sovet) höküməti və onların həmişə himayə etdikləri ermənilər müxtəlif uydurma “nəzəriyyələr” vasitəsi ilə ardıcıl olaraq bizim torpaqların işğalı üçün şərait yaratdıqları halda, yerli “nəzəriyyəçilərimiz” onlara tutarlı cavab verməkdən çəkinmiş, həmin ideologiyaya “xidmət” edən tədqiqatlar aparmış və dövrə uyğun olaraq, müdafiə taktikasını seçmişdilər. Yalnız Y.B.Yusifov və Z.M.Bünyadovun tətqiqatlarından sonra həmin probləmlərin işıqlandırılmasında müəyyən canlanmalar başlandı. Sovet hökümətinin apardığı “beynəlmiləl” siyasətin nəticəsidir ki, XX əsrin 20-ci illərində itirdiklərimiz Göyçə və Zəngəzur mahallarına əlavə olaraq, ermənilər həmin əsrin sonunda Dağlıq Qarabağdan başqa Laçın, Kəlbəcər, Qubadlı, Fizuli, Cəbrayıl, Zəngilan və Ağdamı tutaraq, Azərbaycanın 20% torpaqlarını işğal etdib,  bu torpaqları hələ də nəzarətlərində saxlayırlar. 1991-ci ildə müstəgilliyimizi bərpa etdikdən sonra biz Azərbaycan tarixinin düzgün işqlandırılması üçün əlverişli imkanlar qazanmışıq. Buna baxmayaraq yənə də elə qüvvələr tapılır ki, bizim tariximizin düzgün işıqlandırılmasına manelər törədirlər[2] .

Deyildiyi kimi, hazırda da işğal olunan torpaqlarımız arasında Azərbaycanımızın dilbər güşələrindən biri də Qubadlıdır. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə indi “Ermənistan” adladırdığımız “dövlət”-lə həmsərhəddir. Qubadlı ərazisindən Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları axır.

Göründüyü kimi, qədim zamanlardan türk yurdu olan Qubadlı ərazisi Azərbaycanımızın digər qədim bölgələri olan Qarabağla Zəngəzurun kəsişdiyi bir yerdə yerləşir və öz təbii xüsusiyyətlərinə görə daha çox Qarabağa meylidir.

Məsələn, Qubadlı adının yaranması və etimologiyası ilə bağlı bir necə fərziyyə vardır. Hətta “Vikipediya” saytında yerləşdirilən məlumatlara əsasən həmin ad qubadlı tirəsindən yaranıb. Lakin həmin tirə nə vaxt, necə yaranıb və həmin ad nədən alınıb – burada ona izahat verilmir və bu cür yanaşma ortaya  bir çox suallar qoyur.

Həmin saytda yerləşdirilən fərziyyələrin digərinə görə Qubadlı  adı Sasani şahı Qubadın adından alınmadır. Lakin bu fərziyyədə özünü doğruldmur, çünki Sasanlı sülaləsinin hakimiyyəti dövründə hunların şimaldan  yürüşlərinin qarşısını almaq məqsədi ilə onlar tərəfindən tikilən bir sıra qalalar, o cümlədən möhtəşəm Dərbənd qalası imperiya hökmdarlarının adı ilə tanınmadığı halda, XX əsrə qədər balaca bir kənd olan Qubadlının İran şahının adı ilə tanınması heç cür ağlabatan deyil.

Fərziyələrin birinə  əsasən Qubadlı adı ilk dəfə İkiçayarası bölgəsində mixi yazılarda yad edilir. Onun məlumatına görə İkiçayarası ərazisində yerləşən Qubadlı hazırda Beybaxan adlanır. Müəllif yazıır ki: “Bu ad  türk mənşəlididr. Aşşurbanipal Anşan çarı Tuman-Humban-İnşuşinakın ölümündən sonra onun əmisi oğlu Ortaq İnşuşinakın kiçik oğlu Tummurati Qubadlı şəhərinə hakim qoyulmuşdur. Azərbaycandakı Qubadlı toponiminin və İkiçayarası Qubadlı şəhərinin adındakı eynilik onların eyni köklü olduğunu göstərir”[3]. Lakin burada da  müəllif tərəfindən Qubadlı adının izahı verilmir.

Digər heç bir elmi əsası olmayan qənaətə görə isə “Qubadlı” adı kürd mənşəlidir. Əlbətdə bu mülahizələr maraqlıdır, lakin tarixi qaynaqlarda “kürd” adı ilə tanınan etnonimin daşıyıcıları  haqqında danışdıqda bilməliyik ki, onlarda qeyd edilən tayfa çox vaxt heç də indi biz “kürd” adlandırdığımız irandillilərə aid deyil. Bu problem çox dolaşıqdır və şübhəsiz bu düyünü açmadan, bizə “Qubatlı” adının mənşəyini müəyyən etmək mümkün olmayacaq.

Əvvəla onu xüsusi qeyd edək ki, Qubatlı ərazisi Babəkin başçılığı ilə cərəyan edən xürrəmilər hərəkatının əsas ərazilərdəndir. Bizim tədqiqatlar isə onu göstərir ki, Babəkin başçılıq etdiyi qoşunun əsası vaxtı ilə kaspi, kadusi və alanların yaşadıqları ərazilərin əhalisindən toplanmışdı, və həmin türk  tayfaları[4]  həmişə bütün yazılı qaynaqlarda öz döyüşkənliyi ilə fərqləniblər. Bu Qubadlı əhalinin türk olmasına işarə edən birinci və danılmaz faktlardandır. Öz növbəsində bu fakt bizə həmin adın məhz türk arealında axtarmasına imkan yaradır.

“Qubadlı” adının bura qızılbaş-şahsevənlərlə birlikdə gəlməsi haqqında da mülahizələr var[5]. Qaynaqlara əsasən onların gəlişi bura I Şah Abbas dövründə baş vermişdir. Həmin vaxt şahsevənlər Azərbaycanın hər iki hissəsində, əsasən də Muğan çölündə yaşayırdılar. Tədqiqatçıların qənaətinə görə həmin vaxt şahsevənlər üç qola bölünmüşdülər. Birincisi Yunsur paşanın başçılığı ilə sərxanlı, qocabeyli, bəndəlibeyli, poladbeyli,  quzatbeyli bölmələrdən ibarət idi. Kürd bəyin üç oğlu, şahsevənlərin məşhur nəslin başçıları Polat-bəy, Dəmir-bəy və Kozlat-bəyindı adları ilə Polatlı, Dəmirçi və Kozlatlı boyları adlandı. Bundan  əlavə Kürd bəyin başçılığı ilə ikinci qol talış-mikayıllı, xəlfəli, muğanlı, udullu, zərgər və digərlərindən ibarət idi.  Nəhayət, Yunsur-paşanın başçılğı ilə olan üçüncü qol da iraqlı, pirheybətli, korabbaslı, bərguşad, pusian, milli tayfalardan ibarət idi. M.V.Vəliyev (Baharlının) yazdığına görə isə həmin şahsevən tayfalarına tezliklə Türkiyədən gələn iki tərəkəmə-səlcuqlu nəsli də qoşuldu. Bunlar bəkdli və ipollı nəsilləri idi. Bəkdili nəslindən də sonra Cilovlu, Çaxarlı və Kobadlı oymaqları yarandı[6]. Məlumatdan aydın olduğu kimi, burada yad edilən bütün tayfalar türk “-lı/-li/-lu” mənsubiyyət şəkilçisi ilə istifadə olunmaqdadır.

Burada “talış-mikayıllı”-lar haqqında bir neçə söz deməliyik. Yazlılı qaynaqlar “talış”  adını türk arealına bağlayır. Həmin etnonimin daşıyıcıları ilə bağlı toponimik adlar hazırda biz “talış” adlandırdığımız iran dillilərin yaşadıqları ərazilərindən daha uzaq ərazilərdə yayılmasına baxmayaraq,  bəzi müəlliflər tarixi “talış” adını indi də biz “talış” adlandırdığımız etnosa bağlamaq istəyir. Birincisi, “talış” adı hazırda daha çox türk soylular arasında yayılıb /Şəmkir, İsmayıllı, Quba, Ağsu və sair/ və burada iran dillilərin türklər tərəfindən assimilyasiya olunması fikri tədqiqatçılar tərəfindən qəbul olunmur. Məsələn, Azərbaycan ərazısındə Şirvanda indi də irandilli tatlar yaşayırlar və onlar indiyə kimi assimilyasiya olunmayıb. Əgər indiyə kimi ayrı-ayrı irandilli və qafqazdilli tayfalar (lahıclar, tatlar, ləzgilər, qırızlar və sair)  yerli tüklər tərəfindən assimilyasiya edilməyiblərsə, həmin tayfaların tarixin hansısa mərhələsində bu cür proseslərə məruz qalması haqqında fikirlər absurddur.  İkincisi, “talış” adı ilk dəfə XIII-XIV əsrlərlə bağlı Hafiz Əbrunun əsərində əmir Çobanın böyük oğlu Həsənin oğlu kimi göstərilir[7] . Məsələn, Hafiz Əbru “talış” adının yaranması haqqında belə yazırdı: “Əmir Çobanın doqquz oğlu var idi: onlardan böyüyü Həsən Xorasan, Mazandaran və Əbu Səidin şərqində yerləşən (torpaqlarla) idarə edirdi. Onu /öz növbəsində/ üç oğlu var idi: Talış, oğlanlarından böyüyü, İsfahan, Fars və Kermanın idarəsi ona məxsus idi… “[8] .  Beləliklə, göründüyü kimi, talış-mikayıllılar türk soyludular.

Təqdim olunan tayfalar arasında yalnız bərgüşad pusian tayfalarının adları türk mənsubiyyət suffiksi  “-lı/-lu” olmadan istifadə olunub. Bərgüşad adına gəldikdə hətta  “Vikipediya” saytında da onu türk arealı ilə əlaqələndirirlər. Bizim tədqiqatlarımız isə sübut edir ki, istər Həkəri, istərsə də Bərgüçad çaylarının adları sırf türk düşüncə tərzinin məhsuludur, hətta ermənilər özləri də bilmədən Bərgüşüd adını “Vorotan” kimi verməklə, onun ilkin türk formasını qorumuşdular[9].

Maraqlıdır ki, bərgüşadlıları və pusianlıları müasir kürdlərlə əlaqəndirmək istəynlər də var. Bərgüşadlılar və pusianlılar tayfalar türk-kolanlılarla birlikdə qaraçorlu tayfa birliyinə daxil idi və qaynaqların müqayisəsi onu sübut edir ki, qaraçorlular xəzərlərin bir qoludur[10]. Ərəb qaynaqlarındakı  məlumatlara əsasən xəzərlər iki qola bölünürdülər – ağ xəzərlər və qara xəzərlər. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə “qaraçur” idi[11].

O ki, qaldı “pusian”-lara, tarixi araşdırmalar onu göstərir ki, bu söz tarixi qaynaqlarda “pasian, pasan, pesen” adı ilə tanınan “peçeneq”-lərə aiddir[12]. Göründüyü kimi “kürd” adı ilə bağlı məlumatlar tarixçilər tərəfindən çox yerdə dolaşığa salınıb. Məsələn, adı çəkilən Q.Qeybullayev bir yerdə qaraçorluları və bərgüşadları (şad adı vasitəsi ilə) türklərlə əlaləndirir, digər yerdə isə onları  indi “kürd”  adlandırdığımız xalqla eyniləşdirir[13] . Ola bilməz ki, eyni tayfa bir yerdə türklərə,digər yerdə isə kürdlərə aid edilsin.

Nəhayət, deyildiyi kimi, mənbələrdə istifadə onunan “kürd” / cəmi “əkrad”/ heç də o demək deyil ki, burada biz indi biz “kürd” adlandırdığımız xalq nəzərdə tutulur. Məsələn, XVIII əsrin 80-ci illərində Ağrı dağın ətəyinə səyahət edən alman səyyahı Gildenşted və onun əsərini rus dilinə tərcümə edən German adlı şəxs  orada yaşayan türk “qurdları” ”kürdlərlə” eyniləşdirərək yazırdılar ki, həmin əhali əsasən türk-tatar dilində danışır və tərəkəmə həyat tərzi keçirirdilər[14]. Ona görə də qaynaqlarda Gəncədə X-XI əsrlərdə hakimiyyətdə olan və ”Şəddadi” adı ilə tanınan sülaləni kürd hesab etmək nə qədər düzgündür? Bir də ki, sülalənin başqa bir xalqdan olması heş də dəmək deyil ki, yerli xalq da onların təmsilçiləridir. Məsələn, 1761-ci ildə Rusiyanı “Romanov”-lar adı ilə əslən alman “Holştin” ailəsinin nümayəndələri idarə edirdilər. Bu isə heç də Rusiya əhalisinin alman olmasını sübut etmir.

Bəzi dəqiqləşdirilməmiş məlumatlara görə kürdlərin bir dəstəsi, məsələn görus tayfası, Azərbaycana İran və Türkiyə ərazisindən XV-XVI, daha doğrusu 1598-ci ildə köç etmişdir.1807-ci ildə kürddlərdən 600 ailə Qarabağ xanlığının ərazisinə gəlmişdi. 1820-ci ildə bu torpaqlara mahrızlılar,1820-ci ildəisə zilanlılar köç etmişlər[15] .

Şərəf-xan Bidlisinin osmanlı-səfəvi müharibəsi dövründə osmanlı sərkərdəsi Fərhad-paşanın yürüşü ilə bağlı belə bir məlumat var: “Həmin il (1587-88 illər) Fərhad-paşa Gəncə və Bərdəni qaytarmaq məqsədi ilə yürüşə başladı. Həmin vilayyəti tabe etdikdən sonra, o, qacarlardan balaca iyirmidörd adlı bir xalqı və tərəkmənləri qovur”[16] . Bildiyimiz kimi, Qarabağda say adı ilə tanınan digər türk-tərəkəmə tayfası “otuzikilər” idi. “İyirmidördlər”  adı isə tərəkəmələrlə birlikdə çəkilir və  bu məlumat da Gildenştedin yuxarıda misal gətirdiyimiz məlumatı ilə tam uzlaşır. Qaynaqlarda türklər arasında say adlı bir yaranan çox tayfalar qeydə alınıb. Yunan və slavyan qaynaqları türklər arasında digər say adlı nəslin də adını çəkirlər – yetibiçi (yeddi oymaq). XIX əsrin əvvəlində Talış ətrafında “Yeddi oymaq” türk nəsli qeydə alınmışdı[17]. Uyğur xaqanlığını yaradan oğuzlar doqquz-oğuz boyu idi.

Lakin yuxarıda qeyd etdiyimiz həmin məlumatı şərh edən fransız Frank Bernard Şərəf-xan Bidlisinin qacar kimi təqdim olunan türk mənşəli “iyirmidörd” tayfanın adını özünə bu adı götürmüş kürd tayfası kimi tədim etmək istəyir. Sonralar isə A.Bukşpan həmin faktlara istinadən kürdlərin buradakı qədim tarıxı haqqında həqiqətə uyğun olmayan mülahizələr irəli sürür[18]. Təəsüflə qeyd etmək lazımdır ki, əgər əvvəllər tariximizə qarşı bu cür ideloji təhribatlar “bukşpan”  kimilər tərəfindən aparılıbsa, sonra həmin cirkin əməlləri “şnirelman”-lar həyata keçirməyə başladılar və indi də davam edirlər[19]

Mənbələrin təhlili nəticəsində Kobatlı/Qubadlı adının bəkdili nəsli ilə əlaqələndirməsi bu torpaqların bilavasitə türk yurdu olmasını bir daha təsdiqləyir, çünki Bəkdili Oğuz xanın Yıldız xandan olan nəvəsidir[20] Bu, türk tayfası haqqında yazan Fəzlullah Rəşidəddin isə Xarəzmşahlar sülaləsinin əsasını qoyan Ənuştəkini məhz bu nəsldən olmasını göstərir[21].

Qeyd olunmalıdır ki, hazırda Azərbaycan ərazisində  “kürd” adı ilə  yaranan toponimlər elə yerlərdə qeydə alınıb ki (Kürdəxanı, Kürdivan, Kürdəmir,  Kürdmaşı” və sair), oranın yerli əhalisi hazırda sırf türkdür və orada indi də “kürd” adlandırdımız etnosla bağlı heç bir əlaqəsi yoxdur. Lakin Qubadlı ərazisində Kürd Mahrızlı, daha doğrusu Kürd Mafruzlu, kürdlərin özlərini “kür(d)maçı” adlandırması və ən nəhayət adı cəkilən ərazidə birdən-birə “Gürcülü” toponiminin olması ərazidə “kürd” adı altında türk “qurd” adının olmasını müşahidə etməyə imkan verir ki, dövrün tələblərinə uyğun olaraq adı çəkilən türk mənşəli zoonim təhrif olunaraq “kürd” kimi səsləndi. Tədqiqatçılar marağlanmırlar ki, bəs necə oldu ki, kartvel (indiki “gürcülər”) etnosunun etnik sərhədlərindən bu qədər uzaq məsafədə, türk kəndlərinin əhatəsində birdən-birə “Gürcülü” toponimi haradan peyda oldu? Gürcülərin sonralar buradan köçüb getməsi yaxud da assimilyasiya uğrayaraq öz adlarını bu kəndə verməsi haqqında fikirlər inandırıcı olmaz. Müasir gürcü siyasəti sübut edir ki, əksinə, onlar özləri başqa xalqlara qarşı assimilyasiya siyasətini yeridirlər və bu da onların tədqiqatlarında da çox qabarıq şəkildə əks olunur. Kifayətdir ki, bu məsələdə D.Musxelişvilinin tədqiqatlarına nəzər salaq[22] .

Bu cür dəyişmələr bilavasitə İslamın yayılmasından sonra baş verdi və “qurda” olan tərif “köpəy oğlu”, İslamın yayılması ilə söyüş formasını qazandı. Amma qaynaqlarda türklərdə “N” qədər Qurd/İtlə bağlı səxsi adlar qeydə alınıb (İt Barak, İtlər, Qancıq/Кончак, İtlər və sair)[23]. Məsələn, türk Koroğlu və türk qızı Möminə Xatunun oğlu Həsən dastanda birdən-birə “Kürd oğlu” olur. Yaxud da muğamımızada istifadə olunan “Qurdu, Bayatı qurd” təhrif olunaraq “Kürdü, Bayatı Kürd” kimi tələffüz edildi. Bu analogiyanın aparılmasında bizə “Kür(d)man(çı) – Gürcülü” və “Qırdman/Qardman/Qardabani – Gürcü (qurd+çi→gürcü)/Kartli (qurt eli) ” adlarının analoji qarşılı əlaqələndirməsi yardımçı olur[24] . Xorenli Musanın məlumatına görə Girdman Uti  əyalətinin yeddi vilayətlərindən biridir və Partav (Bərdə) onun paytaxtıdır[25].

 

 



[1] İndiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqları olduğuna görə, burada həmin “dövlətin” müasir adlandırılması dırnaq içində verilir — müıllif

[2] Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Sosial bilgilər. № 1. Bakı. 2004. ss.3-20;

Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Журнал «Азербайджан и Азербайджанцы», Президиум НАН Азербайджанской Республики,№1-2, Vol 105-106, c.46-63

 

[3]Sadıq İslam Eyni adlı şumer-türk toponimləri // Azərbaycan Tarix Qurumu. Tarix və Gerçəklik, 2010, 1-ci cild, 9

[4] Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010, c. 395-405

[5]Зейдлиц Н. Исторический обзор Бакинской губении. Тифлис.1870; История Азербайджана под ред. А.Гулиева, т.1.Баку.1957. c.287

[6] Велиев (Бахарлы) М.В. Азербайджан. Физико-геграфический очер. Баку.1921, c.36-37

 

[7] Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010, c. 395

[8] Абру Хафиз Зайл-и джами ат-таварих-и Рашиди. Перевод с персидского, предисловие, комментарий, примечания и указатели Э.Р.Талышхановой. Баку.2007, c.133

[9] “Bərgüşad və Həkəri çay adlarının məəyi haqqında”  adlı məqaləmiz Tarix İnstitunun “Elmi əsərlər” toplusunun növbəti cildində çapa hazırlanır – Ələkbərov Ələkbər. Bərgüşad və Həkəri çay adlarının məəyinə dair // AMEA, Tarix İnstitutu. Elmi əsərlər. 34/2010, ss. 59-66

[10] Гейбуллаев Г.А. Топонимия  Азербайджана. Элм. Баку. 1986, c.46-73

[11] Артамонов М.И. История хазар. Изд. Государственного Эрмитажа. Ленинград..1962, c.400

 

[12] Rzayev Firudin Naxçıvanda miladdan öncə və sonra yaşayan tayfaların etnogenezməsələsi// Naxçıvan: Tarix, gerçəklik, müasirdurum, inkişaf perspektivləri. 9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpozimun materialları. Naxçıvan. 2006.c.352

[13] Гейбуллаев Г.А. Топонимия  Азербайджана. Элм. Баку. 1986, c.110,111,112

[14] Məmmədova İradə Ağrı dağı və yaxın çevrəsinin əhalisi rus dilli müəlliflərin əsərlərində (XVIII – XİX əsrinbirinci yarısı)// Orta əsrlər Şərqinin və mənbəşünaslığı – Azərbaycam Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumun Materialları. Bakı. 7-8 may 2012-ci il. Bakı. 2012. C.355-357

[15] Гейбуллаев Г.А. Топонимия  Азербайджана. Элм. Баку. 1986, c.110,111,112

 

[16] Букшпан А Азербайджанские курды. Баку.1932. c.57

[17] Гейбуллаев Г.А. Топонимия  Азербайджана. Элм. Баку. 1986, c.70

[18] Букшпан А Азербайджанские курды. Баку.1932. c.57

[19] Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Sosial bilgilər. № 1. Bakı. 2004. ss.3-20;

 Алекперов Алекпер Еще раз об этносе-разрушителе или о чем звенит колокольчик В.А.Шнирельмана (рецензия на книгу В.А.Шнирельмана «Войны памяти. Мифы идентичность и политика в Закавказье. М. 2003) // Журнал «Азербайджан и Азербайджанцы», Президиум НАН Азербайджанской Республики,№1-2, Vol 105-106, c.48-63

[20] Gökalp Ziya Türk medeniyyet tarihi. İstanbul.1976, s.192

[21] Буниятов З.М. Государство Хорезмшахов-Ануштегинидов (1097-1231). М.1986, c.6

[22] Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.387-419

[23] Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, s.387-419

[24] Алекперов Алекпер. Кадусии, как древнейший тюркский этнос Азербайджана // Dirçəliş XXI əsr, 147-148/2010, c. 385-404; Алекперов Алекпер Этимология некоторых названий тюркско-албанкого происхождения// Dirçəliş XXI əsr, 158-159/2011, ы.387-419

[25]Хоренский Моисей История Армении. М.1863, с.294  

 

Tarix üzrə fəlsəfə doktoru

                                        Ələkbər Ələkbərov

Leave a Reply