|

Qubada mədəniyyətlərarası dialoqa həsr olunmuş konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İyulun 17-18-də Qubada «Mədəniyyətlərarası əlaqələrin inkişafında Azərbaycan təcpübəsi» mövzusunda benəlxalq konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans «Stmeqi» fondunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq institutunun , Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, Rusiya Elmlər Akademiyası, Rusiya Fəlsəfə Cəmiyyəti və İsrailin Ariel Universitetinin  təşkilati dəstəyilə baş tutub.

 

Konfransı giriş sözü və təbriklə Quba rayon icra başçısı Mübariz Ağayev açdı.

 

MM deputatları Yevda Abramov, Vahid Əhmədov, İsrailinin Azərbaycandakı səfirliyinin ikinci katibi Ronen Krauz, «Stmeqi» fondunun prezidenti German Zaxaryayev konfrans iştirakçılarını təbrik etdilər.

 

Konfransda Azərbaycanda yaşayan tatar, kürd, ukrayna, rus, bolqar, alman, yəhudi icmalarının nümayəndələri iştirak edirdilər.

 

Y.Abramov Azərbaycanın etnik və dini tolerantlığının dünyaya nümunə olduğuna xüsusi vurğuladı. O, ölkədə etnik azlıqları birləşdirəcək koordinasiya mərkəzinin yaradılmasının önəmindən danışdı.

 

German Zaxaryayev çıxışında Azərbaycandan etnik və milli azlıqların mədəniyətlərinin qorunub saxlanmasının beynəlxalq normalara əsaslandığını, iqtidar tərəfindən dəstəkləndiyini, lakin etnik və milli azlıqların haqlarının qorunması dövlətin sərhəd bütövlüyünə hörmətə əsaslandığını bildirdi.

 

Avrasiya yəhudiləri konqresinin vitse-prezidenti Matvey Yelizarov yəhudi teatrının yaranması və Qubada «Stmeqi» fondunun filialının açılmasının vacibliyini qeyd etdi.

 

Azərbaycanın tanınmış yazıçıları Anar , Çingiz Abdullayev, publisist Nazim İbrahimov çıxışlarında diqqəti Azərbaycanda antisemitizm anlayışının olmamasına, ölkədə etnik dözümlülük faktının qonşu ölkələrdən daha üstün səviyyədə olmasına diqqət ayırdılar.

Yəhudi xalqının dünya, o cümlədən Azərbaycan mədəniyyəti və elmində xidmətləri xüsusi qeyd olundu.

 

Ziyalılar həmçinin xalqımızın Dağlıq Qarabağ münaqişəsinə cəlb olunması ilə ona məxsus olmayan aqressivliyə itələndiyini, amma azərbaycanlıların nifrət və dözümsüzlük psixologiyasını daşımadıqlarını qeyd etdilər.

 

Rusiyadan, İsraildən və Azərbaycandan olan etnoqraf alimlərin, sosioloqların müzakirələri xüsusi maraqla qarşılandı.xəssislərin çıxışında etnik azlıqların mədəniyyətlərin qorunması, etnik şüurun yaranma və inkişaf mərhələləri, siyasi millət şüurunun formalaşması, dialoq mədəniyyəti və mədəniyyətin dialoqu məsələləri müzakirə olundu.

 

Konfransın ikinci günü qonaqlar yəhudilərin kompakt yaşadığı Qırmızı Qəsəbədə olmuş, orada yerləşən Soyqırım muzeyilə, tarixi abidələrlə,  «Azərbaycan yəhudiləri» sərgisilə tanış olublar .

Leave a Reply