|

Professor Yusif Yusifovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

ADPU-da professor Yusif Yusifovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Dekabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə professor Yusif Yusifovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfr

ansda universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və professor Yusif Yusifovun ailə üzvləri iştirak edib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, Yusif Yusifov görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis, toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdəndir. Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoyub, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələri

nə işıq saçıb və yeni istiqamətdə əvəzsiz rol oynayıb. 1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri, fakültə dekanı vəzifələrində çalışmış, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir. Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik ol

an Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini — ali məktəblər üçün «Qədim Şərq tarixi» dərsliyini nəşr etdirmişdir.Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S.Kərimovla birlikdə dərsliyin müəllifidir. Yusif Yusifovun maraq dairəsi Azərbaycan tarixinin demək olaraq ki, dörd min illik (e.ə. III min. – b.e. I min.) dövrünü əhatə edirdi. O, ali məktəblərdə fundamental elmi vəsait olan “Azərbaycan tarixi” dərsliyinin redaktoru (akad. Z.Bünyadovla birlikdə) və müəlliflərindən olub.
Sonra ADPU-nun Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Rəcəb Əliyev “Professor Yusif Yusifovun elmi nailliyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan tarixşünaslığında Yusif Yusifovun elmi töhfəsi”, Bakı Dövlət Universitetinin Arxeologiya kafedrasının professoru Qüdrət İsmayılzadə “Uşaqlıq dostu, ömür dostu”, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin müdiri Allahverdi Alımirzəyev “Yusif Yusifovun Azərbaycan tarix elminə gətirdiyi yeniliklər”, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Arzu Məmmədova “Yusif Yusifovun tədqiqatlarında etnogenez”, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Ülviyyə İbrahimova “Unudulmaz müəllim, böyük alim” mövzularında məruzələr ilə çıxış ediblər.
Daha sonra AMEA-nın müxbir üzvü, ADPU-nun professoru Vəli Əliyev, Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov, UNEC-in baş müəllimi Nailə Yusifova Yusif Yusifovla bağlı fikirlərini bölüşüb və maraqlı məlumatlar veriblər.
Konfransda Yusif Yusifovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tags:

Leave a Reply