|

Prezident Həsən Ruhaninin İran iqtisadiyyatının sanksiyalardan sonrakı dövrü üçün proqramı vardır.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

mohsun-pak-ayinİran islam Respublikasının Azərbaycandakı səfiri cənab Möhsün Pakayinin «Etnoglobus»a eksklyüziv müsahibəsi:

 

İranın üzərindən iqtisadi sanksiyaların götürülməsi ölkənin daxili və xarici bazarına necə təsir edib?

-Prezident Həsən Ruhaninin İran iqtisadiyyatının sanksiyalardan sonrakı dövrü üçün proqramı vardır. Bu proqrama əsasən İranın neft gəlirlərindən asılılığı azalacaq, daxili istesal və ixracat artacaq. İdxal isə məqsədyönlü şəkildə aparılaraq istehlak mallarının yerinə daha çox ölkəyə lazım olan texnologiyanın gətirilməsinə yönələcək.

 

Sanksiyaların ləğvi İranın  Avropaya ,Azərbaycanın isə Fars körfəzinə çıxışına yeni imkanlar açdı. Sizcə bunun hansı real nəticələri olacaq?

-İranla dünyanın aparıcı ölkələri arasında əldə olunan hərtərəfli razılıq və İrana qarşı tətbiq edilən ədalətsiz və qeyri-qanuni sanksiyaların tamamilə aradan qaldırılması ilə İran üçün Avropa və region ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından, eləcə də Tehran-Bakı arasında yeni müxtəlif sahələrdə, o cümlədən tranzit, ticarət və enerji sahələrində əməkdaşlıqlar üçün yeni-yeni potensiallar yaradacaq. İranla Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində prioritetlər çoxdur və sanksiyaların ləğvi bu əlaqələri yeni bir mərhələyə daxil edəcək. Hal-hazırda biz mövcud imkanlardan yararlanaraq neft-qaz, negt-kimya, istehsal və investisiya sahələrində əməkdaşlıqları genişləndirmək niyyətindəyik.

 

Azərbaycan-İran münasibətlərinin praqmatik mərhələyə keçdiyi müşahidə olunur. Azərbaycan-İran münasibətləri iqtisadi bağlarla bağlandıqca Azərbaycanı xüsusi narahat edən Tehran-İrəvan əlaqələri necə dəyişəcək?

Qonşu ölkələrlə münasibətlər qurmaq İran İslam Respublikasının xarici siyasətinin əsas priotetlərindəndir. İranın Ermənistanla əlaqələri də bu çərçivədədir. Düşünürəm ki, Azərbaycanın müdrik xalqı İranın Ermənistanla münasibətlərinin səbəbini dərk edirlər. Biz Ermənistanla əlaqələrinə rəğmən heç vaxt Azərbaycanın Qarabağ münaqişəsindəki ədalətli mövqeyini dəstəkləməkdən çəkinməmişik. Bizim Ermənistanla əlaqələrimiz heç vaxt Azərbaycanın əleyhinə olmayıb. Bu ölkə ilə münasibətə malik olmağımıza rəğmən daim beynəlxalq təşkilatlarda və qurumlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləmişik.

 

Azərbaycan-İran əlaqələrində hər iki dövlətin milli təhlükəsizliyinə zərbə olan etnik separatizm (Azərbaycanda talış, İranda Azərbaycan türkləri) və İran İslam  modelinin Azərbaycanda yayılması dövlətlərarası münasibətlərdə hazırki mərhələdə necə tənzimlənir?

İran azərbaycanlıları separatçı deyillər və onlar daim özlərini böyük İran xalqının bir hissəsi hesab ediblər. Azərbaycan Respublikasında da hər hansı bir etnik qrupun separatçılıq iddiasında olduğuna sübut yoxdur. Qeyd etdiyiniz məsələlər iki ölkə münasibətlərinə kölgə salmağa çalışanların gerçək olmayan təsəvvürləridir.

 

İran radikal İslam təriqətlərinin Azərbaycanın cənub sərhədləri vasitəsilə ölkəyə və dünyaya yayılmasının önündə durur. Ölkələrimiz radikal islami təriqətlərlə birgə fəaliyyət göstərirmi?

Tehran və Bakı radikallığın və terrorizmin əleyhinədirlər və müxtəlif vaxtlarda bu regional təhlükə ilə birgə mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.

 

Bununla yanaşı son hadisələr Rusiya-İran əməkdaşlığı ilə yanaşı məlum səbəblərdən unudulmuş Türkiyə-İsrail –Azərbaycan  işbirliyini gündəmə qaytardı.  Bu amildən Fars körfəzi və Xəzər dənizi hövzəsində hansı geosiyasi dəyişiklikləri gözləyə bilərik?

Çətin ki, gələcəkdə Fars körfəzi və Xəzər dənizi hövzəsində hən hansı geosiyasi dəyişiklik baş versin.

 

 Başqa bir diqqət çəkən koalisiya isə  bir neçə ərəb dövləti və Türkiyənin DAİŞ-ə qarşı birləşməsidir. Bu birlikdə İran yoxdur. İranı kənara qoymaq bölgədə radikal islami terrorun qarşı çıxmaq üçün koalisiya gücünü zəiflətmirmi?

İran ciddi şəkildə terrorizmlə mübarizə aparmaqda qərarlıdır və bunu öz əməlləri ilə sübut edib. Buna görə də ölkəmiz yalnız terrorizmlə mübarizədə qərarlı olan ölkələrlə əməkdaşlıq edir.

Leave a Reply