|

Neft, Azərbaycan və dünya gücləri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

Mahir İbrahimov

 АМЕА А.А. Бакыханов адына Тарих Институтунун диссертанты

 

Qədim tarixə, zəngin mədəniyyətə, tükənməz yeraltı və yerüstü təbii sərvətlərə malik olan Azərbayjan keçmiş dövrlərdən neft səltənəti kimi tanınmışdır. Tarix boyu yunanlar və romalılar, ərəblər və monqollar, ruslar və ingilislər ölkənin digər maddi və mənəvi sərvətləri ilə yanaşı, zəngin neft yataqları da onları özünə jəlb etmişdir. XX əsrin əvvəlində Rusiya imperiyasında çıxarılan neftin 95%-i, dünya neft hasilatının isə yarıya qədəri (ildə təxminən 11 milyon ton) Bakının payına düşürdü. İkinci Dünya müharibəsi illərində Bakı SSRİ-nin hərbi texnikasının 60-70, aviasiyasının isə 85-90 faizini yanajaqla nefti təmin edirdi.

Sonrakı illərdə SSRİ-nin müxtəlif regionlarında – Volqa­bo­yunda, Tatarıstan, Tümen, Qazaxıstan və Türkmənistanda nəhəng neft-qaz yataqlarının kəşfi ilə Azərbayjan SSR-də neft hasilatı uzun müddətli fasiləsiz istismardan sonra aşağı düşməyə başladı. 1990-jı ildə SSRİ-nin neft hasilatında Azərbayjanın payı 2 faiz təşkil edirdi. 1960-jı illərin əvvəllərindən başlayaraq, Azərbay­janın neft sənayesinə vəsait ayrılması təxminən 3 dəfə azaldılmışdı [1.səh.139].

1970-ji illərin sonunda artıq Şimal dənizində və Meksika körfəzində neft yataqlarının istismarına başlansa da, sovet sənayesinin texniki imkanları öz ölkəsində bu problemi həll etmək iqtidarında deyildi. Azərbayjan SSR-in neft sərvətindən istifadə etmək üçün maliyyə və texniki imkanları olmayan sovet rəhbərliyi yenidənqurma əhval-ruhiyyəsi ilə kömək üçün xariji şirkətlərə üz tutdu. Qərb ölkələri isə artıq maneəsiz olaraq neft danışıqlarına getməyə hazır olduqlarını bildirdilər. Azərbayjana gələn ilk xariji nümayəndə 1989-ju ildə «Remko» neft şirkətinin rəhbəri Stefen Remp oldu. Az sonra «Amoko», «Mak­Dermott», «Yunokal», «BP», «Penzoyl» şirkətlərinin nümayəndələri respublikamızla iqtisadi əlaqələr qurmaq məqsədi ilə səfərlər etmişlər [2]. Həmin dövrdə Azərbayjana rəhbərlik edənlər neft strategiyası ilə bağlı qəti qərarlar qəbul edə bilmirdilər. Bu da onların Moskvanın diktəsi ilə hərəkət edərək, müstəqil daxili və xariji siyasət yeritmək iqtidarında olmamasından irəli gəlirdi.

1992-ji ildə AXJ — Müsavat hakimiyyəti dövründə Qərbə doğru meylin güjlənməsi diqqəti jəlb edirdi. 1992-1993-jü illərdə ARDNŞ ilə xariji şirkətlər arasında 6 müqavilə memorandumu imzalanmışdı[3]. 1993-jü ilin payızında neft müqavilələrinin imzalanması nəzərdə tutulsa da, ölkədə ki siyasi vəziyyət buna imkan vermədi [8].

1993-jü ilin yayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan və həmin ilin oktyabrında prezident seçilən Heydər Əliyev Azərbayjanın xariji siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli mənafeyi nəzərə alınmaqla, zəngin neft ehtiyatları­mıza maraq göstərən hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Azərbayjan Prezidenti ölkənin zəngin karbohidrogen ehtiyatlarının mənimsənilməsinə daha çox ölkəni, xüsusən Qərb dövlətlərini, ABŞ-ı, Yaponiyanı, Çini, regionda xüsusi rolu olan Rusiyanı, Türkiyə və İranı jəlb etmək istəyirdi. Ölkə rəhbəri eyni zamanda Şərqi Avropa dövlətlərinin, Gürjüstan, Ukrayna kimi region ölkələrinin də Xəzər neftinin birgə işlənilməsi layihələrində iştirakında maraqlı idi. Çünki bu dövlətlərin hər biri neft siyasətində öz mövqeləri və maraqları ilə çıxış edir, mühüm rol oynayırdılar. Onların bəzilərini bitərəfləşdirmək, digərlərinin maraqlarını isə Azərbayjanın maraqları ilə daha sıx bağlamaq lazım idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qısa vaxt ərzində vahid neft strategiyası planı hazırlandı. Azərbayjanın yeni neft siyasətinə dəstək verən, eləjə də Xəzərin neft və qaz ehtiyatlarına ilk maraq göstərən aparıjı Qərbi Avropa dövlətləri və ABŞ oldu. Prezident Heydər Əliyev 1994-jü il fevralın 4-də Azərbayjan Respublikasında dəniz neft yataqlarının işlənilməsinin sürətləndirilməsi və bu sahədə müqavilənin hazırlanması, bağlan­ması haqqında ARDNŞ -ə səlahiyyət verdi [6, 29-30]. Bu istiqamətdə məqsədyönlü şəkildə danışıqlar aparan nümayəndə heyəti Bakıda (15 iyun 1994), İstanbulda, daha sonra Hyustonda (ABŞ) məsələni xariji neft şirkətlərinin nümayəndələri ilə müzakirə edərək, saziş layihə hazırladı. Nəhayət, danışıqların yekunu olaraq, 1994-jü il sentyabrın 20-də Bakıda «Gülüstan» sarayında Xəzərin Azərbayjan sektorundakı «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərin su qatlarının (200 metrdən çox) birgə işlənilməsi haqqında «məhsulun pay bölgüsü» tipli beynəlxalq müqavilə imzalandı [1].

«Əsrin müqaviləsi» adını almış bu müqavilə Azərbayjan Respublikasının Xəzərdə neft ehtiyatlarının istismarına dair ən böyük dönüş olmaqla yanaşı, dünyanın aparıjı ölkələri ilə Xəzər hövzəsində əməkdaşlığın rəsmi şəkildə əsasını qoydu.

Bu tarixi sənədin imzalanma mərasimində 8 ölkənin 13 neft şirkəti təmsil olunurdu. Müqaviləyə, əsasən, ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Rusiya, Türkiyə dövlətlərinə məxsus olan aparıjı neft şirkətləri yataqlardan 30 il müddətinə dəyəri 50 milyard dollara bərabər olan 511 milyon ton neft çıxarmalı idilər. Layihənin ümumi sərmayə qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi ki, onun da 7,4 milyard dollarını Qərb şirkətləri qoymalı idi.

Layihənin sərmayə qoyuluşu üzrə iştirakçı şirkətlərin payı aşağıdakı kimi bölünmüşdü [7, səh. 22]:

Şirkətlər

Sərmayə payı

BP (Böyük Britaniya) 17,12%
Amoko (ABŞ) 17,01%
LUKoyl (Rusiya) 10%
Penzoyl (ABŞ) 9,81%
Exon (ABŞ) 8,00%
Statoyl (Norveç) 8,56%
İtojhu Slodzi (Yaponiya) 7,45%
Remko Energy Qroup (Böyük Britaniya) 2,0825%
Unojal (ABŞ) 11,2%
Turkish Petroleum Jor. (Türkiyə) 5%
Delta Nimur Kharat (Səudiyyə Ərəbistanı) 1,68%
ARDNŞ (Azərbayjan) 5%

Göründüyü kimi, «Əsrin müqaviləsi»ndə ən çox pay aparıjı Qərb dövlətlərinin şirkətlərinə düşmüşdür. Bütövlükdə isə ən çox payı ABŞ şirkətləri almışdır. ABŞ-ın sabiq prezidenti Bill Klintonun 1994-jü il sentyabrın 20-də göndərdiyi teleqramda deyilirdi: «Birləşmiş Ştatlar tarixdə bu tipli sazişlər arasında ən böyüyü olan «Əsrin müqaviləsi»ni alqışlayır. Düşünürəm ki, bu layihə bütün tərəflər üçün mənfəətli olajaq, ölkələrimiz arasında artmaqda olan iqtisadi-tijarət əlaqələrinin möhkəmlənməsinə xidmət edəjəkdir» [2].

Teleqramda vurğulanırdı ki, Azərbayjan neftinin işlənilməsi Dağlıq Qarabağ və onun ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbayjan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində də mühüm rol oynaya bilər.

Müqaviləyə əsasən, ABŞ-dan sonra ikinji əsas pay Böyük Britaniyanın «BP» (17,12%) və «Remko Energy Qroup» (2,08%) şirkətlərinə ayrılmışdır. Bu da məntiqi olaraq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropada, dünyada olan iqtisadi siyasi mövqeyi, habelə bu ölkənin Azərbayjan neftinə jiddi marağı ilə əlaqədar idi.

Eyni zamanda, Azərbayjan hökuməti tarazlaşdırılmış xariji siyasət prinsiplərindən çıxış edərək, bölgədə böyük təsiri olan Rusiya Federasiyasına məxsus olan «LUKoyl» şirkətinə də müqavilədə 10 faizlik pay ayırmışdı. Bu da təsadüfı deyildi. Baxmayaraq ki, Rusiya 1994-jü ildə özü jiddi iqtisadi böhran keçirirdi və xariji neft layihələrinə böyük həjmdə sərmayə qoymaq imkanı yox idi. Bununla yanaşı, bu ölkə İranla birlikdə Azərbayjanın Xəzər dənizindəki istənilən təşəbbüsünə, xüsusən Qərb ölkələri ilə birgə iş qurmaq istəklərinə çox qısqanjlıqla yanaşır və jiddi maneə törədirdi. Xəzər dənizinin statusunun həll edilməməsini bəhanə edərək, hər iki ölkə bağlanan müqavilələrin hüquqi qüvvəsini şübhə altına alan bəyanatlar verir, Qərb şirkətlərini bu işdən çəkindirməyə çalışırdı. Odur ki, Azərbayjan hökuməti onları qıjıqlandırmamaq, konstruktiv əməkdaşlığa yönəltmək üçün hər iki ölkəyə «Əsrin müqaviləsi»ndə iştirak etmək təşəbbüsü ilə çıxış etmişdi. Həm Rusiyanı təmsil edən «LUKoyl» şirkətinə (10%), həm də İrana müqavilədə jiddi pay ayrılmışdı (5%). Baxmayraq ki, İran neft şirkətlərinin konsorsiumda iştirakına ABŞ və bəzi Qərb dövlətləri açıqdan-açığa etiraz edirdi.

Azərbayjan rəhbərliyinin Rusiya və İranla bağlı bu mövqeyinə baxmayaraq, «Əsrin müqaviləsi»nin imzalanması ərəfəsində və ondan sonra İran və Rusiya Azərbayjana çox jiddi təzyiqlər göstərməyə başlayır. «LUKoyl» neft şirkətinə ayrılan 10 faizlik pay Rusiyada bəzi dairələri narazı salmışdı. Çox keçmədən «LUKoyl» ona ayrılan payı Yaponiya şirkətinə satdı. Həmin ərəfədə müəyyən qüvvələr İranda da özlərinə həmfıkir taparaq, bu müqavilənin bağlanmasına və həyata keçirilməsinə mane olmağa jiddi jəhd edirdilər. Onlar tərəfindən «Xəzər dənizi bütün Xəzəryanı dövlətlər üçün ümumidir və onu milli sektorlara bölmək olmaz», Azərbayjanın birtərəfli qaydada neft müqavilələri bağla­maq və «Azəri», «Çıraq», «Günəşli» yataqlarından neft çıxarmaq hüququ yoxdur» və s. kimi bəyanatlar səslənməyə başladı.

O zaman Prezident Heydər Əliyev yaxşı başa düşürdü ki, respublikanın real müstəqilliyi, onun bir çox problemləri, o jümlədən, Ermənistan-Azərbayjan Dağlıq Qarabağ münaqişəsinin həlli, əsasən, aparıjı Qərb dövlətlərinin səyi ilə reallaşa bilər. Lakin Rusiya və İran kimi böyük region dövlətlərini də narazı salmaq yolverilməz idi. Məsələni kəskinləşdirmədən bu işləri addım-addım həyata keçirmək lazım idi. Həmin vaxt əsas məsələ iqtisadiyyata daha çox sərmayə jəlb olunması, onun inkişafının təmin edilməsi ilə Azərbayjanın iqtisadi böhrandan çıxarılması və ölkədə ijtimai — siyasi sabitliyin təmin edilməsi idi.

Müqavilə imzalandıqdan sonra ölkə daxilində törədilən bir çox pozuju hadisələr də bilavasitə xarijdən qaynaqlanırdı. Lakin ölkə rəhbərinin möhkəm iradəsi, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbayjan Respublikası bütün bu sınaqlardan, çətinliklərdən çıxdı, problemləri aradan qaldıra bildi. Eyni zamanda, məhz dünyanın aparıjı dövlətlərinin, onların neft şirkətlərinin müstəqil Azərbayjan dövlətinə göstərdiyi etimad nətijəsində «Əsrin müqaviləsi» uğurla həyata keçirildi.

O vaxtdan ötən illər ərzində dünyanın 14 dövlətinə məxsus 32 aparıjı şirkətlə 20-yə yaxın yeni neft müqaviləsi bağlanmışdır. Təkjə «Əsrin müqaviləsi» çərçivəsində qoyulan xariji sərmayələrin həjmi 3 milyard dollara yaxın və ümumiyyətlə, neft sənayesinə qoyulan sərmayələrin ümumi həjmi isə 10 milyard dollardan artıqdır. Adambaşına düşən xariji sərmayələrin həjminə görə Azərbayjan postsovet məkanında birinji yeri tutur və Şərqi Avropa ölkələri sırasında önjül yerdədir.

2001-ji ildən etibarən dünyada dəyişən beynəlxalq vəziyyət Azərbayjanın geostrateci müstəvidə oynadığı rolu bir daha ön plana çəkdi. Bu da birbaşa neft amilinə bağlıdır. Belə ki, İraqda gedən müharibə və Çin Xalq Respublikasında neftə tələbatın çoxalması dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxardı. Bu, əslində, daimi bir prosesin başlanğıjı idi. Çünki neft ehtiyatları tükənməz deyil və indi onu tam şəkildə əvəz etmək qeyri-mümkündür. Bu da strateci məhsul kimi neftin dəyərini artırır. Nətijədə dünyanın aparıjı dövlətlərinin Xəzər dənizinin neft ehtiyatlarına maraqları da durmadan artır. Burada iki amil əsas rol oynayır: Çinin və Avropa Birliyinin neft oyununa müdaxilə etməsi.

Bir tərəfdən, Çinin Xəzər regionuna maraqlarının güjlənməsi, həm neftin əhəmiyyətini artırır, həm də Amerikanın qlobal nəzarət strategiyasına mənfı təsir göstərir. Xatırladaq ki, Çin 2003-jü ildən neft istehlakına görə ABŞ-dan sonra dünyada ikinji yeri tutur. Hesablamalara görə, 2030-ju ildə Çinin neft idxalı Amerikanın səviyyəsinə çatajaqdır. Artıq Çin 1997-ji ildən Xəzərin neft layihələrində, (xüsusilə Qazaxıstan hissəsində) iştirak edir.

Digər tərəfdən, Avropa Birliyi yeni neft strategiyasını işləyib hazırlamışdır. Əslində, bu, AB-nin dünyanın ikinji siyasi güj məkanına çevrilməsində əsas rol oynayan amillərdən biridir.

Belə ki, AB öz neft təhlükəsizliyini təmin etmək üçün idxal mənbələrini şaxələndirmək niyyətindədir. Bu, bir tərəfdən, AB dövlətlərinin Amerikadan siyasi asılılığını zəiflədəjək, digər tərəfdən, müəyyən regionlarda siyasi təsirlərini güjləndirəjəkdir. Bundan başqa, Rusiyanın Avropa bazarında inhisarını zəiflətmək də nəzərdə tutulur. AB-nin təbii qaza olan ehtiyajlarının yarısını və neftə təlabatının üçdə birini Rusiya təmin edir. Hətta AB-yə yeni üzv olmuş bəzi dövlətlər enerci ehtiyatlarının 90 faizini Rusiyadan alır. Xəzər neftinin Avropaya idxalını həyata keçirmək də bu strategiyaya xidmət edir. Bu məqsədlə AB Odessa-Brodı neft kəmərindən istifadə etmək istəyir. Kəmərin iqtisadi rentabelliyinin aşağı olmasına baxmayaraq, AB onun strateci əhəmiyyətinə daha çox üstünlük verir [3, səh. 364]. Qərb mütəxəssislərinin fıkrinjə, neftin qiymətinin bahalaşması bu kəmərin rentabelliyini artırajaq və AB onun istifadəsində əzmlidir. Ba baxımdan AB-nin Bakı ilə münasibətlərin daha da sıxlaşdırılmasına çalışajağını ehtimal etmək olar.

Ümummilli lider Heydər Əliyevin fədakarlığı, qətiyyəti, diplomatik səyləri nətijəsində ərsəyə gəlmiş «Əsrin müqaviləsi»nin, 1995-jı ilin yanvarında Rusiya Federasiyası ilə Azərbayjan arasında Azərbayjan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlini nəzərdə tutan hökumətlərarası sazişin, 1997-ji ildə Azərbayjan və Gürjüstan arasında Qara dənizə çıxarılajaq neftin Bakı-Supsa marşrutu ilə nəqlinə dair sazişin və nəhayət, 1999-ju il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında «xam neftin Azərbayjan, Gürjüstan və Türkiyə əraziləri ilə Bakı-Tbilisi-Jeyhan əsas ixraj boru kəməri vasitəsilə nəql edilməsinə dair sazişin imzalanması və həyata keçirilməsi nətijəsində Xəzərdə maraqları təmin olunan aparıjı Qərb dövlətlərinin, o jümlədən ABŞ-ın Azərbayjanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artdı. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri də tamamilə yeni şəkil aldı. Ölkəmizə külli miqdarda bonusların, kreditlərin axını başlandı. Bütün dünyada etibarlı tərəfdaş imiji qazanmış Azərbayjanın adı Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Jənubi Qafqaz regionunda sülhün və sabitliyin, iqtisadi tərəqqinin yeganə təminatçısı qismində çəkilməyə başladı. Bütün bunların yaratdığı imkanlar sayəsində Azərbayjanda demokratiyanın inkişafı, hüquqi jəmiyyət qurujuluğu, sosial-iqtisadi islahatların aparılması, beynəlxalq aləmə, xüsusilə Avroatlantik məkanına inteqrasiya sahəsində jiddi irəliləyişlər əldə olundu, ölkəmizin Avropa Birliyi, NATO kimi aparıjı qurumlarla əməkdaşlıq əlaqələri yeni xarakter aldı.

Şübhəsiz ki, yalnız xariji kapital və neftdən gələn vəsait hesabına bu məqsədlərə çatmaq qeyri-mümkündür. Bu amillər iqtisadiyyatda və siyasətdə real, ardıjıl islahatlar aparıldığı şəraitdə ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxara bilər. Bundan başqa, yerli istehsalın bazar amillərini və demokratik dəyərləri inkişaf etdirən islahatlar ölkəyə xariji sərmayənin jəlb olunmasının başlıja şərtidir. Dünya siyasətində mühüm rol oynayan Xəzər regionunda sülhün, sabitliyin bərqərar olması üçün ilk növbədə dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi və sağlam rəqabətin həyata keçirilməsi vajib şərtlərdəndir. Dünyanın enerci təhlükəsiz­liyində bu regionun mühüm rolu vardır. Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə regionu inkişaf edən məkana çevirmək Azərbayjanın sağlam düşünjəyə malik, uzaq­görən siyasəti rəhbərliyinin arzusudur. Ölkəmizin neft siyasəti və diplomatiyası bu prosesin hərəkətveriji qüvvəsidir.

Xəzərdə səmərəli beynəlxalq əməkdaşlığın daha çox bəhrə verməsi həm də Xəzərətrafı bölgədə və Mərkəzi Asiyada iqtisadi, siyasi sabitliklə şərtlənir. Bu baxımdan həlli vajib olan problemlərdən biri də Xəzər dənizinin statusu məsələsidir.

MƏNBƏLƏR ƏDƏBİYYAT

  1. «Azərbayjan» qəzeti, 21-22 sentyabr 1994-ju il.
  2. «Azərbayjan» qəzeti, 21 sentyabr 1994-ju il.
  3. Heydər Əliyev «Azərbayjan nefti dünya siyasətində».Bakı, 1997, 558 səh.
  4.  Həsənov S. «Dövlətlərarası münasibətlərdə Xəzərin  statusu məsələsi». Bakı, 2002, 170 səh.
  5. Xəzərin statusu «Qanun» curnalı, 1996, №2.
  6. Orujov H. (tərtibçi). «Azərbayjan» qəzeti, oktyabr 1994, mart 1995. «Qəsd, dövlət çevrilişi jəhdlərinin xronikası». Bakı, 1995, 530 səh.
  7. Rüstəmbəyov H. Azərbayjanda  transmilli kapital: nətijələr, ümidlər. «Dirçəliş» curnalı, №40,  iyun 2001,
  8. «Naşe vremə», oktəbr №1, 1999.
  9. «Azerbaijan International», Autumm, 1994 №3.

 

 

AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR

2009, cild 31

 

 

 

 

 

 

1 Response for “Neft, Azərbaycan və dünya gücləri”

  1. I think the admin of this website is in fact working hard
    in support of his website, since here every information is quality based information.

Leave a Reply