|

Müqəddəs İmam Hüseyn hərəminin Bakıdakı tədbirləri davam edir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Ethnoglobus.azın verdiyi məlumata görə, Müqəddəs İmam Hüseyn hərəminin  (MİHH) Azərbaycanda təşkil etdiyi  mədəniyyət həftəsi oktyabrın 9-da davam edib.

 Mədəniyyət həftəsi çərçivəsində  Fatimeyi Zəhra məscidində MİHH-nin Mədəni əlaqələr şöbəsinin üzvü Şeyx Mustafa  Amili və Kərbəladan gələn digər qonaqların iştirakı ilə ilahi şerlər məclisi təhkil olunub.20151009_163449

Şeyx Mustafa  məscidə gələnləri bu gün , yəni İslam təqvimi ilə zülhiccə ayının 25-i Quranın İnsan surəsinin nazil olması münasibətilə təbrik edib. Bu surənin ayələrindən birində İmam Həsən (s.a) və imam Hüseyn (s.a) haqqında deyilir.

Şeyx  bu faktı peyğəmbərin (s.a.s) əhli beytinə Allahın xüsusi diqqəti olması ilə əlaqələndirib.

Daha sonra  dindarlar ilahi şerlərini səsləndiriblər. İmam Əli (s.a) məqbərəsindən gətirilən qırmızı bayraq Həzrəti Zəhra məscidinə hədiyyə edilib.

 Daha sonra qonaqlar Azərbaycan Turizm və menecment Universitetində olub

Tədbiri giriş sözü ilə açan Turizm və Menecment Universitetin “Xidmət mühəndisliyi” fakültəsinn dekanı Dos. Dr. Sevda Vəzirovda qonaqları salamlayaraq bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ölkələrimiz arasında elmi və mədəni əlaqlərin inkişafında mühüm rol oynayır. Sonra Müqəddəs İmam Hüseyn hərəminin mədəni və ictimai şöbəsinin üzvü Şeyx Əli Qəravi Azərbaycan Turizm və menecment universitetinin tələbələri qarşısında «İslamda tolerantlıq. Dində zorakılıq yoxdur» adlı mühazirə ilə çıxış edib. Şeyx Əli çıxışında bildirib ki, İslam yaranandan bəri heç zaman dini təbliğ etmək üçün zordan istifadə etməyib. Məhəmməd peyğəmbərin (s.a.s) bütün savaşları yalnız müdafiə xarakteri daşıyıb. İman və etiqad insanla birgə doğulur və ruhun ehtiyacıdır. İnsan bütün həyatı boyu ruhunun ehtiyacını ödəmək üçün aştarışda olur.

20151009_163436«İnsan ağlı və ruhunun ehtiyaclarını ödəyən bir dini seçir. Ona zorla nəyisə məcbur etmək mümkün deyil. Hətta zor olsa belə , insan qorxudan zahirən dini qəbul edəcək, amma ürəyində isə bunun əksi olacaq.İmam Əli (s.a) bir nəfər yaxınlaşıb deyib ki, mən sənin dinini qəbul etmirəm və sənin ardınca getməyəcəyəm. İmam isə cavabında bildirib ki, mənim sənə münsibətim bununla dəyişməyəcək», deyə Şeyx Əli vurğulayıb. Sonra tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “Dünya mətbuatında və informasiya sistemlərində İslam haqqında elmi araşdırmalar”, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan-İraq mədəni-mənəvi müasibətləri, ihaiyyatçı alim Hacı Atif İsmayılov və s. çıxış ediblər. Sonda İraqlı alimlər tələbələrin suallarını cavablandırıb.20151009_163828

 

 

  

Leave a Reply