|

MULTİKULTURALİZM VƏ AZƏRBAYCANIN BEYNƏLXALQ MƏDƏNİ ƏLAQƏLƏRİ

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

20161222_150735[1]
Məqalə İranın Azərbaycandakı səfirliyinin nəzdində İran Mədəniyyıt Mərkəzi və “Etnoglobus.az” Beynəlxalq olayn analitik mərkəzinin təşkilatçılığı ilə  “İslamda multikulturalizm ”  mövzusunda konfransı üçün yazılıb.

Azərbaycan Respublikasının multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq mədəni əlaqələrinin inkişafında mühüm yer tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ilin noyabrın 6-da Bakıda keçirilən «Dinlər arası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru» Beynəlxalq konfransda demişdir ki, «…bütün dünyada dinlərarası münasibətlər yeni müstəviyə qalxsın». Bu gün Azərbaycanda dinlərarası dialoq inkişaf edir və beynəlxalq mədəni əlaqələrdə əsas yer tutur.

Azərbaycan dövləti hazırda dünyada gedən siyasi, iqtisadi, mədəni proseslərdə layiqincə təmsil olunur. Ölkədə həyata keçirilən mütərəqqi dəyişikliklər, milli-mənəvi dirçəliş, fəal xarici siyasət kursu dövlətimizin dünyaya daha sürətlə inteqrasiya olunacağına, milli maraqlarımızın təmin ediləcəyinə, Ermənistanın təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünun bərpa olunacağına əminlik yaradır. Bu məqsədlərə nail olunmasında mədəniyyət amili mühüm əhəmiyyət  kəsb edir. Beynəlxalq münasibətlərdə cərəyan edən proseslər sübut edir ki, hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi, iqtisadi, geosiyasi, diplomatik resurslarla yanaşı mədəni resursları, dünya ictimaiyyətinə göstərə biləcəyi intellektual və mənəvi-mədəni təsir imkanları ilə də müəyyən edilir. Həmin resurslar ənənəvi milli kimliyimizi və özünəməxsusluğumuzu qorumaqla yanaşı ümumdünya mədəni proseslərinə uğurlu inteqrasyia olunmaq üçün baza rolunu oynayır.

Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısıdır, həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir. Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir.

Milli mədəni dəyərlərin qorunması və dünyada geniş təbliği milli maraqların təmin olunması, xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən hazırda xarici mədəni siyasət anlayışı da dövlət siyasətinin mühüm istiqamətinə çevrilməkdədir. Bu siyasət vasitəsi ilə dövlətlər dünyada gedən müxtəlif xarakterli proseslərə təsir göstərmək imkanı əldə edirlər.

Xarici mədəni siyasət, beynəlxalq mədəni əməkdaşlıq, çoxtərəfli mədəni əlaqələr hər bir dövlətin xarici siyasət sahəsində müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsinin mühüm formasıdır.

Azərbaycanın beynəlxalq mədəni əməkdaşlığının əsasları bir çox milli və beynəlxalq normativ-hüquqi aktlarla, o cümlədən mədəniyyət haqqında Azərbaycan Respublikası ilə qanunu ilə tənzimlənir. Qanuna görə dövlət və özəl mədəniyyyət təsisatları, yaradıcı təşkilatlar ölkənin beynəlxalq əməkdaşlığının həyata keçirilməsində iştirak edə bilərlər. Hər bir mədəniyyət təsisatının müvafiq beynəlxalq təşkilatlara  daxil olmaq, öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüquq Qanunla təsbit olunur.[1] Qanunvericilikdə  nəzərdə tutulmuş hallar istisna olmaqla, mədəniyyət sahəsində beynəlxalq əlaqələrin hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.

Mədəniyyət haqqında Azərbaycanın milli qanunvericilik sistemi beynəlxalq mədəni əlaqələrin inkişafını, milli mədəniyyətin xaricdə yayılması və təbliğini, mədəniyyət sərvətlərinin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafını, xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələrin yaradılmasını, onların mədəni və mənəvi ehtiyaclarının ödənilməsini, ümumiyyətlə beynəlxalq mədəni əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.

Beynəlxalq mədəni əməkdaşlıq mədəniyyət, incəsənət, elm, təhsil, kütləvi informasiya vasitələri, gənclər mübadiləsi, idman, turizm, nəşriyyat, muzey, kitabxana işi sahələrindəki əlaqələri, həmçinin müxtəlif ictimai təşkilatlar, yaradıcılıq qurumları, ayrı-ayrı şəxslər arasında əlaqələri özündə birləşdirir. Hazırda Azərbaycan dövləti öz xarici siyasətində BMT-nin, YUNESKO-nun digər beynəlxalq təşkilatların beynəlxalq əməkdaşlığa dair sənədlərinə istinad edir.

Multikulturalizm, beynəlxalq mədəni əlaqələr eyni zamanda dövlətin mədəniyyət siyasətinin də tərkib hissəsidir.

Beynəlxalq humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, multikulturalizm siyasətini həyata keçirilməsi, Azərbaycanın bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı mədəni əlaqlərinin genişləndirilməsi hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindən biri hesab edilir. 2003-cü ildən sonra Azərbaycanın beynəlxalq mədəni münasibətlərdə yeri və rolu daha da artmış, ölkəmiz bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etmişdir.

2016-cı il Azərbaycan Respublikasında «Multikulturalizm ili» elan olunub. Bu haqda Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir. «Tarixi ipək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəratində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativ olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edidməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir».[2]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi və teatr festivalları və müsabiqələri keçirilir.

Onların sırasında D.Şostakoviç Festivalı, Q.Qarayev adına müasir musiqi festivalı, Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Rostropoviç Festivalı, Karvan Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Saz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Vokalçıların Bülbül adına musiqi Müsabiqəsi, Karvan Beynəlxalq Musiqi Layihəsi, Beynəlxalq Teatr konfransı, Beynəlxalq Teatr festivalının İpək yolu mərhələsi, «Muğan Aləmi» Muğan Festivalı və başqa beynəlxalq incəsənət tədbirlərinin keçirilməsi Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafına öz müsbət təsirini göstərmiş, mədəniyyətlər arasında dialoqun genişlənməsində mühüm rol oynamışdır.

Azərbaycan təsviri sənətinin dünyada tanıdılması sahəsində də mühüm işlər görülür. Azərbaycan rəssamlarının əsərləri bir çox ölkənin nüfuzlu sərgi salonları, muzey və qalereyalarında nümayiş etdirilmişdir. 2007-ci ildə ilk dəfə olaraq Ümumdünya  Təsviri Sənət sərgisində (İtaliyanın Venesiya şəhərində) Azərbaycan Pavilyonu təşkil edilmiş, 2009, 2011, 2013-cü illərdə ölkə rəssamlarının əsərləri yenidən orda nümayiş etdirilmişdi. 2007-ci ildə Bakıda «Alminium» Beynəlxalq Müasir İncəsənət Bienno»sı təşkil edilmiş, burada 30-a yaxın ölkənin 100-dək incəsənət xadimi iştirak etmişdi. Azərbaycanın beynəlxalq və milli təşkilatlarla təsviri və dekorativ sənət sahəsində əməkdaşlıq əlaqələri genişlənir, onlar tərəfindən təşkil edilən tədbirlərdə Azərbaycan incəsənətinin nümayəndələrinin iştirakı təmin edilir. Bu, hər şeydən əvvəl, Azərbaycan incəsənətinin görkəmli əsərlərinin dünyada daha yaxından tanıdılmasına, Azərbaycan xalqının dünya inciləri ilə tanış olmasına xidmət edən məqsədyönlü siyasətin tərkib hissəidir.

Azərbaycan kinosunun dünya ekranlarına çıxması üçün «Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2007-ci  il tarixli Sərəncamında və xüsusən 4 avqust 2008-ci ildə Prezident tərəfindən təsdiq edilmiş «Azərbaycan  kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair» Dövlət Proqramında konkret tədbirlər planı nəzərdə tutulmuşdur.

Proqramda kino sahəsində beynəlxalq əlaqələrin dövlətin himayəsi altında inkişaf etdirilməsi və bunun üçün dövlət büdcəsindən məqsədli vəsaitin ayrılması, kino xadimlərinin beynəlxalq ikitərəfli və çoxtərəfli kino layihələrində iştirak etməsi, dünyanın aparıcı kino şirkətləri ilə müştərək film istehsalının təşkil edilməsi, Azərbaycanda keçirilən beynəlxalq kinofestivalların nüfuzunun və səmərəliliyinin artırılması kimi vəzifələr müəyyənləşdirilmişdi. Bu vəzifələrin yerinə yetirilməsi nəticəsində Azərbaycanın kino sənətini və mədəniyyətini dünyada layiqincə təbliğ və təmsil etmək imkanlarının genişləndirilməsi təmin olunacaqdır.[3]

Ölkəmizin beynəlxalq mədəni əlaqələrinin genişlənməsində muzeylər, kitabxanalar və digər mədəniyyət sahələri də böyük rol oynayır. Müxtəlif mədəniyyət sferalarının beynəlxalq mədəni əməkdaşlığa cəlb olunmasında Azərbaycan Respublikası Prezidentinin imzası ilə qəbul edilmiş Dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. Məsələn, 2008-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü iləlrdə inkişafı üzrə Dövlət Proqramında milli kitabxana sisteminin dünyanın müasir kitabxana-informasiya qurumları ilə kitab, təcrübə mübadiləsinin genişləndirilməsi bu sahədə dövlətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.[4]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2013-cü il tarixli sərəncamı ilə M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının 90 illiyi geniş qeyd olunmuş, tədbirlər çərçivəsində Avropa Milli Kitabxanaları Konfransının 24-cü görüşü keçirilmişdi. 50 ölkənin nümayəndəsinin iştirak etdiyi konfransda müasir informasiya cəmiyyətinin inkişaf perspektivləri müzakirə edilmiş, bir neçə ölkənin kitabxanası ilə qarşılıqlı əməkdaşlıq sazişi imzalanmışdı. Avropa Kitabxanalar Assambleyaları Əməkdaşlıq Təşkilatının XV iclası da həmin günlər Bakıda keçirilmişdi.[5]

Multikulturalizm siyasəti, Azərbaycan mədəniyyətinin dünyada təbliğində beynəlxalq mədəni əməkdaşlığının səmərəli formalarından biri  qarşılıqlı mədəniyyət günlərinin keçirilməsidir. Ölkə Prezidentinin təşəbbüsü sayəsində 2006-cı ildən sonra bir çox xarici ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında, Almaniyada, Ukraynada, Misirdə, Kubada, Mərakeşdə, Qətərdə, İordaniyada, Danimarkada, əksər MDB ölkələrində Azərbaycan mədəniyyəti günləri keçirilmiş, ölkəmizdə isə həmin ölkələrin mədəniyyət günləri təşkil olunmuşdur. 2010-cu ildə İran və Azərbaycan tarixində ilk dəfə olaraq İran İslam Respublikasında Azərbaycan mədəniyyət günləri keçirilmiş, bu tədbir iki qonşu xalq arasında mədəni əməkdaşlığın genişlənməsində mühüm rol oynamışdır. Həmin ildə Azərbaycanda Gürcüstan Mədəniyyət günlərinin keçirilməsi, iki dost və qardaş ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə və mədəniyyətlərarası dialoqun inkişafına böyük təkan vermişdi.[6]

İslam dünyasının tərkib hissəsi olan Azərbaycan Respublikası islam ölkələri ilə  həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mədəni əlaqələrin genişlənməsinə çalışır, bu sahədə həyata keçirilən bütün beynəlxalq forum və tədbirlərdə yaxından iştirak edir.

2007-ci ilin noyabrında  Liviyanın Tripoli şəhərində «İslam dünyasında mədəniyyət siyasəti: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması» mövzusunda  təşkil olunmuş İKT-yə üzv  dövlətlərin mədəniyyət nazirlərinin V konfransında  Müsəlmanların İnkişaf və Sivilizasiya  Missiyası üçün  Mədəni həmrəylik strategiyası», «Üzv dövlətlərdə aparılan mədəniyyət siyasətinin yeniləşməsi və beynəlxalq dəyişikliklə uyğunlaşdırılmasına dair Fəaliyyət Planı» və s. mühüm sənədlər imzalanmışdır. Konfransda AR MTN hazırladığı «İslam dünyası üçün mədəniyyət strategiyasının Azərbaycan Respublikasında tətbiqi üzrə Milli Məruzə» təqdim olunmuşdur. Konfransda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti qətiyyətlə pislənilmiş, qəbul edilmiş qətnaməyə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən unikal İslam abidələrinin məhv edilməsi, yaddaşdan silinməsi və erməniləşdirilməsinə yönəldilmiş təcrübəsini rədd edən, onların mühafizəsini və müdafiəsini tələb  edən xüsusi bənd salınmışdı. Qətnamədə həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə yaradılmış «Gənclər Sivilizasiyaların Alyansı Naminə» Mədəniyyətlərarası gənclər hərəkatını dəstəklənir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın 2008-ci ildə Bakıda İSESKO və YUNESKO ilə birlikdə «Mədəniyətlərarası dialoqda qadınların roluna dair I Beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanırdı. Konfransın mühüm qərarları arasında İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransının 2009-cu ildə Bakı şəhərində keçirilməsi və Bakının 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi oldu.[7]

Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009 Mədəniyyət ilinin 2009-cu il fevralın 18-də açılışı olmuş, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İSESCO-nun baş direktoru Ə.Q.Əl-Tuveyeri və başqaları çıxış etmişlər. İlboyu davam etmiş tədbirdə 100-dən çox milli və beynəlxalq tədbir keçirilmişdir. Mədəniyyət ili çərçivəsində Bakıda  «Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi»nin davamlılığını təmin etmək məqsədilə İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. Konfransda 40 ölkədən və 17 beynəlxalq təşkilatdan nümayəndə iştirak etmişdi. Konfransın  qəbul etdiyi qətnamədə işğal edilmiş Azərbaycan ərazilərində İslam irsinin məhv edilməsi ilə həyata keçirilən vandalizm hərəkətləri pislənilmiş, BMT-nin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən dərhal və qeyri-şərtsiz yerinə yetirilməsi tələb olunmuşdu. Tədbirdə İslam ölkələri mədəniyyət nazirləri konfransına ikiillik sədrlik Azərbaycan Respublikasına keçməsi, İslam Mədəniyyətlər Paytaxtları Proqramının davam etdirilməsi ilə bağlı müzakirələrdə Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu.

Azərbaycan prezidenti İlham Əliyev YUNESKO ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlət başçisi bu mötəbər təşkilatla  qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq 2005-ci ilin sentyabrında xüsusi sərəncam imzalamışdır.[8] Bu addım  iki tərəf arasında əməklaşlığın daha da  genişlənməsinə, ölkəmizin, təşkilatın xətti ilə keçirilən proqram  və layihələrində daha da  fəal iştirak etməsinə  təkan vermişdir.

Mədəniyyət sahəsində  əsas prioritet maddi və qeyri maddi  irsin qorunması təşkil edir. Bu, ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələdir.  Dövlətimiz xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrimizin qorunması, onların  dünyada öz adı və ünvanı ilə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparır. Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycanın bir sıra maddi və mənəvi sərvəti artıq YUNESKO-nun Maddi mədəni İrs siyahısına daxil edilmişdir.

Multukulturalizm siyasəti, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inferqrasiyasında  beynəlxalq aləmdə  tanıdılmasında M.Əliyevanın  rəhbərlik etdiyi Heydər Əliyev  Fondunun  çoxşaxəli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.  Bu gün  Fond beynəlxalq səviyyədə  mədəniyyətlər  arasında   dialoqda yaxından iştirak edir,   mədəni əməkdaşlığın genişlənməsi məqsədi ilə bir sıra proqramların təşəbbüskarı və təşkilatı  rolunda  çıxış edir. Fondun eqidası altında həm Azərbaycanda, həm də ölkədən kənarda bir sıra beynəlxalq forumların keçirilməsi bunun bariz nümunəsidir. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam, aşıq sənəti və başqa  milli sərvətlərimiz YUNESKO-nun “Şah əsərlər” siyahısına daxil edilmişdir. YUNESKO ilə əməkdaşlıq çərçivəsində  Fondun dəstəyi ilə müxtəlif dünya şəhərlərində Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının görkəmli nümayəndələrinin yubileylərinin təşkili, festivalların keçirilməsi və s. tədbirlər ölkəmizin  mədəniyyətlərarası ünsüyyətin inkişafına verdiyi dəstəyin nümunəsidir.

Fondun YUNESKO ilə əlaqələri də yüksələn xətlə inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ilə YUNESKO-nun baş direktoru Əbdüləziz Əl-Tüveyci  iki təşkilat arasında 5 illik əməkdaşlıq protokolu  imzalamışlar. [9]

İslam ölkələri arasında mədəni əlaqələrin  inkişafında xidmətlərinə görə Mehriban xanım Əliyeva İSESKO-nun xoş məramlı səfiri  yüksək adına  layiq görülmüşdür. Heydər Əliyev Fondunun mədəniyyətlərin dialoqunun  inkişafında gənclərin, qadınların  rolunun artırılması istiqamətində  gördüyü işlər mühüm əhəmiyyət kəsb edən məsələlərdir.  Bu baxımdan Fondun himayəsi ilə 2007-ci ilin noyabrında  Bakı şəhərində «Gənclər sivilizasiyaların Alyansı naminə» Beynəlxalq konfrans və 2008-ci ilin iyununda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun  genişləndirilməsi” mövzusunda Bakı Fondu xüsusi qeyd olunmalıdır. Sivilizasiyaların dialoqu da daxil olmaqla, müxtəlif sahələrdə  geniş miqyaslı və fədakar fəaliyyətinə görə 2006-cı ildə M.Əliyeva dünyanın ən mötəbər beynəlxalq  mədəni-humanitar təşkilatlarından biri olan YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Mədəniyyəti  “Müasir cəmiyyətin bir çox problemlərini həll edəcək  universal  vasitə» layihə adlandıran Mehriban Əliyeva dünyanın mədəni irsinin qorunub saxlanılmasını olduqca  vacib vəzifə hesab edir.[10]

Azərbaycan Respublikasının Prezidenti İlham Əlihyevin  təşəbbüsü ilə 2008-ci ilin dekabrında  Bakıda “ Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında   davamlı inkişafında və  sülhün əsasıdır”  mövzusunda konfransın keçirilməsi mədəniyyətlərarası  inkişafın mühüm hadisə oldu. 48 dövlətin və 10 beynəlxalq təşkilatın başçısının iştirak etdiyi konfransın  Bakıda keçirilməsi, ölkə  başçısının dünyada mədəni əməkdaşlığın  genişlənməsində Azərbaycanın rolunu daha da artırmaq istiqamətində  göstərdiyi fəaliyyətin nəticəsi idi.

2016-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin  25 illiyinin keçirilməsi  ölkənin mədəni əlaqələrinin genişlənməsinə öz təsirini göstərdi. Ölkə   prezdentinin  müvafiq Sərəncamına[11] uyğun olaraq, ölkə daxilində və xarici də  mədəniyyətimizin təbliği  və tanıdılması məqsədi ilə  silsilə tədbirlər həyata keçirilmiş, yubiley ili  mədəniyyət günlərinin, festivalların, müsabiqələrin  təşkili,  mədəniyyət kollektivlərinin  qostrolları ilə tarixə düşmüşdü.[12]

2011-ci ilin aprelində Bakıda Ümumdünya Мədəniyyətlərarası Dialoq Forumunun həmin ilin oktyabrında isə multikulturalizm problemlərinə həsr edilmiş Forumun keçirilmişdir.

2016-cı il Bakıda Beynəlxalq Humanitar  Forumu keçirilmişdir. Forumda bir-neçə istiqamətlər üzrə «dəyirmi masa»lar təşkil etmişdir:*

  1. Multikulturalizmin müxtəlif modelləri nəzəriyyədən humanist təcrübəyə doğru;
  2. İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qournmasının önəmi davamlı inkişafın əsası kimi;
  3. Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu;
  4. Davamlı inkişaf və ekoloji sivilizasiya;
  5. Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər;
  6. Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları.

2016-cı il Bakıda  keçirilən Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın dünya mədəniyyətlərarası dialoqda önəmli rolunu bir daha təsdiq etdi.

[1] Мядяниййят щаггында Азярбайъан Республикасынын Гануну. 25 декабр 2012-ъи илдя тясдиг олунмушдур. //www/ president. Az./ articles/7392.

[2] www. President.az/articles/17437.

[3] Азярбайъан киносунун 2008-2018-ъи илляр цзря инкишафына даир Дювлят Програмы. Азярбайъан Республикасы Президентинин 4 август 2008-ъи ил тарихли Сярянъамы иля тясдиг олунмушдур.

[4] Азярбайъан Республикасында китабхана-информасийа сащясинин 2008-2013-ъц иллярдя инкишафы цзря Дювлят Програмы. Азярбайъан Республикасы Президентинин 2008-ъи ил 6 октйабр тарихли Сярянъамы иля тясдиг едилмишдир.

[5] Азярбайъан гязети, 2013, 21 сентйабр.

[6] АР МТН-нин иллик щесабаты. 2010-ъу ил, 2011, с. 68-69.

[7] АР МТН бешиллик фяалиййятиня даир щесабат. 2006-2010, Б., 2011, с. 4.

[8] www. mfa qov az /content| 556/

[9] www/Щeydar-aliyeв- foundation. аz.

[10] Mədəniyyətimizin вə mədəni  инъilərimizin hamısı. Bakı,  Nurlar, 2007, 422с., s.29.

[11] Azərbaycan Respublikasının dövlət müstəqilliyinin  bərpasının  iyirminci  ildönümü haqqında  Azərbaycan Respublikası Prezidentinin  21 yanvar 2011-ci il tarixli Sərəncamı. “Azərbaycan” qəzeti. 2011. 22 yanvar.

[12] ARMTN-nin 2011-ci ilə dair hesabatı. www mct. qov. Az.

* bakuform.az/

Axundova Nigar

Tarix üzrə fəlsəfə doktoru, dosent

Leave a Reply