|

Əmirəli Lahrudinin 90 illik yubileyi keçirilib

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Avqustun 13-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Demokrat Firqəsinin (ADF)  sədri Əmirəli Lahrudinin 90 illik yubileyi keçirilib.

Tədbiri giriş sözü ilə açan ADF sədr müavini Rəhim Hüseynzadə yaşadığı evin divarlarını Xiyabani, Səttarxan və Pişəvərinin şəkillərinin bəzədiyini qeyd edərək, onların amallarını ürəyində daşıdığını deyib. O, daha sonra iştirakçılara Lahrudinin həyatı və fəaliyyəti ilə tanış edib.

Arayış: Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lari kəndində anadan olub. 1943-jü ildə Hizi Tudeyi İran təşkilatına  üzv ololub.  1944-ci ildə partiyanın şərqi Meşkin  mahal komitəsinin sədri kimi çalışıb.

Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub.

Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba  təşkilatında davam etdiib.

1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib.

Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ji ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) ijraiyyə heyətinin üzvü seçilmişdir.

Eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.

Yubilyarı təbrik edən arasında tanınmış şərqşünas Solmaz Tolhidi, Azad Demokratlar partiyasının funksioneri TapdıqAbbas, Azər Həsrət, oftalmoloq Validə Zöhrabova, Azərbaycan Tibb Universitetinin müəllimi Ədilə Çernik-Bülənd, İran Xalq partiyasının mərkəzi komitəsinin üzvü Məhəmməd, Dədə Qorqud cəmiyyətinin sədri Eldar İsmaylov, tanınmış aktyor Həsən Cəbrayılov, folklorçu alim Əli Şamil, ADF-nin  Şirvan və Zaqatala bölmələrinin sədrləri, Siyasi pənahəndələr (mühacirlər) cəmiyyətinin üzvləri, ölkənin ictimai-siyasi xadimələ olub.

S.Tolhidi Lahrudinin 21 Azər hərəkatının fəallarının birinin övladı olduğuna diqqət çəkib.

«Pişəvəri hökuməti çökəndən sonra Şimali Azərbaycana köçməli olan  iranlıların böyük bir nəsli yetişib», -deyib Tolhidi.

H.Cəbrayılov Pişəvəri hökumətinin himninin sözlərini cənublu Etimad, musiqisini isə Azərbaycan bəstəkarı Cahangir Cahangirovun bəstələdiyinə diqqət çəkib.

İştirakçılar ayaq üstə Novruz Feyzullayevin ifasında həmin himni dinləyib. Sonda Əmirəli Lahrudi qonaqlara minətdarlığını bildirib. Yubilyar hədiyyələr və «Dədə Qorqud» mükafatı təqdim olunub.

Leave a Reply