|

LETTERS TO THE EARTH — YER KÜRƏSİNƏ MƏKTUBLAR

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...
LETTERS TO THE EARTH — YER KÜRƏSİNƏ MƏKTUBLAR
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Təhsil nəşriyyatında çapdan çıxan Nirıman Qasımoğlunun tərtib etdiyi kitab “Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth” (“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar”) adlanır. N.Qasımoğlunun İngiliscə tərtib etdiyi kitabın mətnində Britanyanın məşhur ictimai və din xadimi, Cəngavər orderi daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu James Jones-la (Ceyms Cons) 2006-ci ildən bu yana aralarında internet üzərindən gedən məktublaşmaları, məktublara istinad edilən bəzi çıxışları, eləcə də şəxsi dostluqlarına aid məqamlar yer alır.
Kitabda Bibliyada və Oxuda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə necə işıqlandırılır, hər iki dini ənənəni eko-teologiya müstəvisində hansı dini qənaətlər və düşüncələr yaxınlaşdırır kimi mətləblərə toxunulur.

Leave a Reply