|

Lənkəran xanlığının tarixinə dair

1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 0,00 out of 7)
Загрузка...

İradə Məmmədova

 
1747-ji ildə Nadir Şah Əfşarın öldürülməsindən sonra Azərbayjan ərazisində yaranan müstəqil xanlıqlardan biri də Lənkəran xanlığı idi. «İlk Azərbayjan xanlıqlarının meydana çıxması XVII əsrin sonlarına təsadüf edir. O zaman Quba və Talış (Lənkəran-İ.M.) xanlıqları mövjud idi: irsi hakimlər tərəfindən idarə olunan bu xanlıqlar ölkə adlanırdı [2, s.356]». Fikrimizjə, bu xanlıqların ölkə adlandırılması heç də onların müstəqil olduqlarını bildirmir. Məlumdur ki, Səfəvi inzibati bölgüsündə «ölkə»lər bəylərbəyliklərə tabe olan, lakin, ya şah fərmanı ilə təyin olunan bir hakim, ya da hər hansı bir jamaata verildiyindən, yenə də şah tərəfindən səlahiyyətləri təsdiq olunan jamaat bəyi tərəfindən idarə olunurdu. Hər iki halda «ölkə»ni idarə edən şəxsə hakim deyilirdi [5, s.33-34]. Fikrimizi Hajı Zeynalabdin Şirvaninin məlumatı da təsdiq edir: «Talış vilayəti həmişə Azərbayjana və Təbriz bəylərbəyliyinə, bəzən isə Gilana tabe olub. Nadirdən sonra heç kimə tabe olmamışdır [50, s.157]».
Lənkəran xanlığının yaranmasını ilk dəfə F.S.Əsədov tədqiq etmişdir [6; 7]. Lakin müəllif 1703-jü ildən 1747-ji ilədək xanlığın yaranmasını çox konkret vermiş, bir çox hadisələri heç işıqlandırmamışdır. F.Əsədov həmçinin Seyid Abbasın hakimiyyətə gəlməsini Nadir Əfşarın şah elan olunmasından sonraya aid etmişdir. Bizim əldə etdiyimiz məlumata görə isə Seyid Abbas haqqında fərman 1654-jü ildə verilmişdir. Müəllif Seyid Abbasla Mir Abbası qarışdırır, bu dövrdə xanlığın ərazisində hakim olan xanların Rusiya, İran, Osmanlı ilə əlaqələrini işıqlandırmır.
İ.Petruşevski əsərində çox qısa şəkildə bir çox məlumatlar vermişdir [37, s.86-132]. Əldə etdiyimiz və tarixi dövriyyəyə ilk dəfə çıxarılan sənəd və məlumatlara, həmçinin «Rusiya İmperiyası Xariji Siyasət Arxivi» fond 77 və 89-da saxlanılan 1726-1747-ji illəri əhatə edən arxiv sənədlərindən istifadə edərək bu dövrdə bizə qaranlıq qalan və işıqlandırılmayan faktlara aydınlıq gətirməyə çalışdıq. «Rusiya İmperiyası Xariji Siyasət Arxivi»ndə saxlanan sənədlərin surətlərini bizə təqdim etdiyi üçün elmi rəhbərim professor, tarix elmləri doktoru Tofiq Mustafazadəyə dərin təşəkkürümü bildirirəm.
Hələ XIV əsrin I yarısında Həmdullah Qəzvini Talış vilayətindən bəhs etmiş [8, s.87], 1409-ju ildə yazılmış «Fərruxnamei Jamali» əsərinin muəllifi Ramazan ibn Şeyx Əli və bu əsəri fars dilinə 1594-jü ildə tərjümə etmiş Mühüb Əli ibn Əhmədi Lənkəran adını özlərinə təxəllüs kimi götürmüşdülər. Bu da göstərilən dövr¬də Lənkəranın mövjudluğundan xəbər verir. Səfəvilərin Ağqoyunlularla müharibəsi zamanı Talış əmirləri səfəvilərə kömək etmiş, buna görə də qızılbaş əmirləri sırasına qəbul olunmuşdular [47, s.42, 57].


1540-jı ildə Əmir Qubad xanın [51, s.293; 48, s.176], 1590-jı ildə isə Əmir Həmzə xanın şah hakimiyyətinə qarşı üsyanları məlumdur. Ərdəbil hakimi təyin olunmuş Zülfüqar xan qardaşı Əlvənd Sultanı Lənkəranın hakimi vəzifəsinə irəli çəkdi. Lakin Əlvənd xan öz vəzifəsinin ijrasına başlaya bilmədi, çünki «Əmir Həmzə xan Astara və Ləngərkonan (Lənkəran-İ.M) vilayətini, o jümlədən, Şindan qalasını işğal edib, Zülfüqar xan tərəfindən verilmiş hakimliyi ondan aldı [49, s.237-240]».
Bu dövrdə Azərbayjanın şərq hissəsində, Kür çayının sağ sahilində mərkəzi Astara olan feodal malikanəsi yaranmışdı. Babagil məqbərəsinə aid olan sənəddən məlum olur ki, 1551-ji ildə Astara bölgəsinin hakimi Bayandır xan olub [1, f.1, siy.2, iş 302; 48, s.156]. Bayandır xan I Təhmasibin, II İsmayılın və Sultan Məhəmməd Xudabəndənin şahlığı dövrlərində uzun müddət Astara bölgəsinin böyük əmiri olmuş və Astarada yaşamışdır [48, s.141, 267, 269]. Əmir Həmzə xan səfəvi-osmanlı müharibələri zamanı atası Bayandır xana qarşı çıxmış, Astara bölgəsinin idarəsini öz əlinə almışdı. Əlvəndin Lənkəran hakimi təyin olunması xəbərini almış Həmzə xan hökümət qoşunlarına qarşı çıxış etdi. Lakin məğlub oldu və Talış dağlarında tikilmiş Sindan (Şindan) qalasında gizləndi. Qala mühasirəyə alındı və müqaviməti dayandırdı. Həmzə xan Şirvana getdi, oradan da qaçaraq osmanlılara sığındı [3, s.243]. A.A.Bakıxanov bu hadisənin 1593-jü (h. 1001) olduğunu yazır və bildirir ki, Həmzə xan öz nökərləri tərəfindən ovda öldürülüb [22, s.108]. Lakin təəssüf ki, görkəmli tarixçi illəri səhv salır. Çünki İsgəndər Münşi bu hadisənin hijri 1000-ji ildə (19.X/1591-7.X.1592) olduğunu və Həmzə xanın İrandan qayıtdıqdan sonra Şirvanda qaldığını və orada şahın xəfiyyəsi tərəfindən öldürüldüyünü yazır [48, s.304-306]. Bunu Fuməni də təsdiq edir. Onun yazdığına görə Əmir Həmzə üsyanından (1590-jı il) iki il sonra (yəni 1592-ji ildə-İ.M.) şah Abbas onun oğlanları Bayandır (Payəndər) və Sarı xana şəfqət göstərərək Bayandıra Astaranın, Sarı xana isə Morus vilayətinin hakimliyini bağışladı [49, s.240].
Həmzə xanın oğlanları Bayandır xan və Sarı xan ardıjıl olaraq Talışı idarə etmiş və böyük əmirlərin siyahısında olmuşlar. Şaha qarşı Gilan və Talışda kəndlilərin böyük üsyanı zamanı Sarı xan şah ordusunun sipah-saları (baş komandanı) təyin olunmuşdur. O, üsyanı böyük qəddarlıqla yatırmış və buna görə də şah Səfinin yanında böyük hörməti olmuşdur [49, s.240]. İsgəndər Münşi 1628-ji il əmirlərinin siyahısında iki talış qəbiləsinin əmirinin adını çəkir: 1) Sarı xan – Astaranın hakimi; 2) Bədr Sultan – bir neçə talış mahalının hakimi [48, s.762]. Berezinin məlumatına görə Adam Olearinin səyahəti dövründə Astaranın hakimi Sarı xan, mərkəzi isə Astara şəhəri idi [23, s.127]. Həmçinin Lənkəranda qorçubaşının, Qızılağajda Hüseyn Sultanın hakim olduqlarını göstərmişdir [36, s.943-946]. «Təzkürət-ül-mülük»də vilayət hakimlərinin siyahısında Astara, Ujarud, Muğan və Qaraağajın adı çəkilir [14, s.142; 17, s.100]. Petruşevski isə «Təzkürət-ül-mülük»ə əsaslanaraq yalnız iki ölkənin – Astara və Qaraağajın adını çəkir [37, s.132].
Lənkəran xanlarının sülaləsinin əsasını Seyid Abbas qoymuşdur. Seyid Abbasın atası Xalxal mahalının Hir kəndindəndir [9, s.34]. Seyid Abbasın səfəvi nəslindən olduğu bildirilir. Teymurbəy Bayraməlibəyova görə isə Seyid Abbasın nəsil şəjərəsi Məhəmməd peyğəmbərə gedib çatır [21, v.1]. Bunu Səid Əli də təsdiq edir: «Xəlifə Mir Abbas xanın nəsəbi iyirmi səkkiz nəfərin vasitəsi ilə şəhid Zeyd ibn Əli bin Hüseyn ibn Əli Əbu Talibə çatır və kəramətli ulu babalarından biri xəlifə Əlidir [12, s.23]». Ümumiyyətlə, Seyid Abbasın hakimiyyəti illəri və xanlığın əsasının nə vaxt qoyulması haqda həm mənbələrdə, həm də tarixi ədəbiyyatlarda bir-birinə zidd və dəqiq olmayan fikirlər mövjuddur. Belə ki, «Azərbayjan tarixi»ndə [3, s.410] Seyid Abbasın nə vaxt xan olduğu göstərilmir. «Əxbarnamə»də isə bu hadisəni Nadirin hakimiyyəti dövrünə aid edir və onun kasıb bir adamdan Lənkəran xanı səviyyəsinə çatmasını göstərir [9, s.28-29]. Bu isə, tarixi hadisələrlə uzlaşmadığından inandırıjı deyildir. Bu ərazilərdə olmuş rus və xariji səyyahların əsərlərində Seyid Abbasın adı çəkilmir, yalnız Musa xan barədə çox danışılır. Səid Əli əsərində [12, s.23] bu xanlığın əsasının Mir Abbas xan tərəfindən qoyulduğunu və hijri 1064-jü ildə rəbi-əs-sani ayı – (miladi fevral, 1654 – İ.M.) şah Abbas Səfəvinin öz fərmanı ilə onu bura təyin etdiyini yazır. Səid Əli bu fərmanın hal-hazırda (yəni onun dövründə-İ.M.) Seyid Rza bəy Lənkəraninin uşaqlarında olmasını xəbər verir. Bu iki əsər («Əxbarnamə» və «Jəvahirnamei-Lənkəran») arasındakı ziddiyyətlər göz qabağındadır və Seyid Abbasın bu müddət ərzində yaşayaraq xan olması reallıqdan uzaqdır. Belə bir vəziyyətdə Səid Əliyə üstünlük vermək düzgün olardı. Çünki o, Mirzə Əhmədə nisbətən hadisələrə tarixi yönümdən yanaşmış, dövrünün tarixi qaynaqlarından yararlanmış və bəzi hallarda tənqidi münasibət bildirmişdir. Müəllifin fərmanın dəqiq tarixini göstərməsi ilə onun bu fərmanı görməsini ehtimal etmək olar. Bu tarix isə II şah Abbasın hakimiyyəti illərinə uyğun gəlir (1642-1666/1667 [3, s.267]). Səid Əli yazırdı: «Həmin jənab (Seyid Abbas-İ.M.) bu yerlərdə Osmanlılar üzərində qələbə çaldığı günlərdə öz rəhmsiz qılınjı ilə o tayfanı şəhadət dərəjəsinə yetirmişdi [12, s.23]». Deməli, Seyid Abbas osmanlılara qarşı göstəqdiyi rəşadətə görə Səfəvi hökmdarı II şah Abbas tərəfindən Lənkərana xan təyin edilmişdi.
Əxbarnamədə Seyid Abbasın 20 il Ujarud, Dəştvənd və Uluf mahalından ibarət olan Talış vilayətində hakim olduğu yazılır.
F.Əsədov «Talış xanlığı» əsərində yazır ki, Seyid Mir Abbas bəy nəinki Nadirin şah olmasına tərəfdar çıxır, hətta oğlu Seyid Jəmaləddini İran ordusunda xidmət etmək üçün qəbul olmasını da xahiş etmişdir [7, s.14]. O, bu sözləri Səid Əliyə əsaslanaraq yazır. Səid Əlidə isə belə bir jümləyə rast gəlmədik. Zənnimizjə, Seyid Abbas bu qədər yaşaya bilməzdi. Həmçinin digər yerdə F.Əsədov yazır: «Seyid Abbasın müstəqil xanlığı idarə etmə müddəti çox çəkmədi, o, 1749-ju ildə vəfat etdi [7, s.18]». Əgər o, 1749-ju ildə vəfat etmişdisə (Əxbarnaməyə əsasən onun hakimiyyəti 20 il olduğundan), onda 1729-ju ildə hakimiyyətə gəlməli idi. Bu dövrdə isə Nadir şah deyildi. Digər tərəfdən isə rus arxiv sənədlərində Mir Abbas bəyin 1726-jı ildə türklər tərəfindən tutularaq başının kəsildiyi göstərilir [20, SRP, f.77, siy.1, 1726 il, iş 4, v.66; 35, s.104]. F.Əsədov Seyid Abbasın Talışda hakimiyyətə gəlməsi haqda Nadir şahın fərman verdiyini yazır [7, s.16]. Lakin bunu hansı mənbədən götürdüyünü yazmır. Bu mümkün ola bilməzdi. Çünki, birinjisi, arxiv sənədində onun öldürüldüyü yazılır. İkinjisi isə, Səid Əli əsərində Nadir özünü şah elan edərkən (1736) artıq Mir Abbasın həyatda olmadığını yazır [12, s.24]. F.Əsədov professor S.Qmelinə əsaslanaraq yazır ki: «onun hakimiyyəti (Seyid Abbasın) zamanı ərazisi böyük idi. Belə ki, Talış dağlarından başlayaraq Muğana kimi böyük bir ərazini əhatə edirdi [7, s.17]». Bu fikri tarixçi-etnoqraf Musarza Mirzəyev də təkrar edir [13, s.24]. S.Qmelin [26, s.200] İran taxt-tajını tələb edə biləjək şəxslər barədə yazarkən, Şahruxdan başqa Xarlaxanovlar nəsli barədə yazır: «Xarlaxan, əvvəllər Abbasqulu bəy adlanırdı və uzun müddət Talışı və Talış dağlarını idarə etmişdi və bu ərazi Muğandan Kəskərə və Kəsmərə kimi uzanırdı».

Digər tərəfdən, Qmelin Xarlaxanın, yəni Abbasqulu bəyin eyni adlı oğlu olduğunu və bu hadisədən iki il əvvəl Xarlaxanın öldüyünü və onun oğlunun Gilan xanının yanında tərbiyə aldığını yazır. Qmelinə görə, Abbasqulu bəyin 5 qardaşı vardı. Böyük qardaşı Rzaqulu bəy adlanırdı və Talışda (Tavliş) xan idi. Rzaqulu xanın 2 oğlu vardı. 25 yaşı olan və Assan adlanan böyük oğlu Rəştdə yaşayırdı. Ümumiyyətlə, nümunə gətirilən əsərdə üyğunsuzluq çoxdur: Birinjisi, Talış xanları İran dövlətinin taxt-tajına varis ola bilməzdilər. İkinjisi, Xarlaxanların Adil Ənuşirəvan şahın nəslindən olduğunu Qmelin özü yazır. Üçünjüsü, Qmelin səhv də edə bilərdi. O, səfəvi nəslinə aid olan Seyid Abbası səhvən Xarlaxanlara da aid edə bilərdi, və yaxud Seyid Abbasın Xərxətanda yaşamasını səhvən Xarlaxan kimi qələmə verə bilərdi. Lakin maraqlı jəhət onun Abbasqulu xanın adını çəkməsi və eyni adlı oğlunun olmasını deməsidir.
Şah Sultan Hüseynin dövründə verilmiş bir fərmanda isə XVIII əsrin əvvəllərində (h.1115, rəjəb-1703 noyabr – İ.M.) bütün Muğanın Lənkəran şəhəri ilə birlikdə inzibati bölgüyə daxil olaraq Abbasqulu xan adlı hakim tərəfindən idarə edildiyi göstərilir [11, s.37, sənəd № 22]. Puturidzenin tərjümə etdiyi sənədin bir yerində Abbasqulu xan Muğanın hakimi, digər hissəsində isə Lənkəran və digər ərazinin hakimi kimi göstərilir [42, s.108]. Bütün bu məlumatlar bir-birinə zidd və zaman baxımından uyğun gəlməyən faktlardır.
Belə nətijəyə gəlmək olar ki, iki Abbas olmuşdur. Birinjisi Seyid Abbasdır, o, Lənkəran xanlarının sülaləsinin əsasını qoymuşdur. İkinjisi Mir Abbas və ya Abbasqulu xan Seyid Abbasın oğlu olmuş və XVIII əsrin əvvəllərində xan olmuş, 1726-jı ildə türklər tərəfindən öldürülmüşdür. Bunu başqa faktlar da təsdiq edir. Əxbarnamədə Seyid Abbasın yalnız bir bajısı olduğu göstərilir [9, s.28]. Səid Əli isə Qara xanın qısa müddətdə Talışın idarəsini əlinə aldığını və həmişə əmisi oğlanları ilə onun arasında ədavət başlayanda onu söndürməyə çalışdığını yazırdı [12, s.25]. Deməli, Mir Abbas xanın qardaşları olmuşdur. Bir arxiv sənədində [20, SRP, f.77, siy.1, 1726, iş 4, v.66] Mir Abbas bəyin qardaşı Mir Əziz xanın adı çəkilir. Digər yerdə Mir Abbas bəy Rusiyaya öz sədaqətini göstərmək üçün ya öz qardaşını, ya da oğlunu əmanət verməyi təklif edir [20, SRP, f.77, siy.1, 1726 il, iş 4, v.290 arxa]. Deməli, Lənkəran xanı əvvəl Seyid Abbas olmuş, sonra oğlu Mir Abbas (və yaxud Abbasqulu xan) hakimiyyətə gəlmişdir. 1703-jü ildə o, Muğan və Ləngərkünanın hakimi idi. Astarada isə Musa xan hakim idi. Mirzə Əhməd yazırdı ki, Musa xanın Nuşirəvan tayfasından (yəni Adil Ənuşirəvanın nəslindən) olması ehtimalı var [9, s.26]. Yəqin ki, Qmelin [26, s.200] xarlaxanlar barədə yazarkən Musa xanı nəzərdə tutmuşdur. Çünki o, Xarlaxanların da Adil Ənuşirəvanın nəslindən olmasını yazırdı. Musa xan isə Gərgənrud, Asalim, Vilgij, Driğ, Zuvand mahallarından ibarət olan Astara Kürabinda xan idi [9, s.26].
1703-jü ildə bu ərazidə olmuş səyyah Korneli de-Bruinin məlumatına görə: «Bolqarçay öz mənbəyini Talış vilayətindən götürür və bu çayın ətraf ərazisi elə həmin çayın adını daşıyır. Orada yerləşən quldurların karvanları soyması ilə bağlı olaraq uzun müddət bu ərazidən karvanlar keçmirdi. Lakin üç il bundan əvvəl (yəni 1700-jü il-İ.M.) bu ərazinin xanının oğlu şaha başını girov qoyaraq buranı quldurlardan təmizləyəjəyinə and içmişdi. Əvəzində şahdan atasına məxsus əyalətlərin ona verilməsini istəmişdi. Xanın oğlu verdiyi vədi yerinə yetirdi [29, s.46]».
1717-1718-ji illərdə Azərbayjanda olmuş Artemi Volınski Astara, Lənkəran və Qızılağajın adını çəkir, Astarada xanın, Qızılağajda isə sultanın hakim olduğunu deyir [40, s.384-385].
12 dekabr 1717–16 iyun 1718-ji illərdə ingilis səyyahı Jon Bel Astara, Qızılağaj və Lənkəranda olmuş və həmin yerlərin adlarını əsərində çəkmişdir [46, s.640].


1720-ji ilin mayında Xəzər dənizinin öyrənilməsi üçün yenidən yola düşən Verden və Soymonov Astara çayının mənsəbində Astaranın bəyi və yaxud rəisi (yəni hakimi – İ.M.) tərəfindən çox mehribanlıqla və dostjasına qarşılandıqlarını yazırdılar [45, s.49, 168-169, 239]. Lakin onlar buradakı hakimlərin adını çəkmirlər. 1722-ji ildə ruslar Rəşti tutarkən onları oradan çıxarmaq üçün yığılan 15000 nəfərlik iran qoşununa Kəsgər və Astara vəzirləri də köməyə gəlmişdilər [30, s.579]. XVIII əsrin əvvəlində bu ərazilərdə olmuş bir fransız səyyahı Muğan və Talışı sultanlıq adlandırır. Missionerin dayanmalı olduğu bir kənddə əhali səfirin gəldiyini eşidərək, rüsum ödəməmək üçün əmlakları ilə birlikdə oranı tərk edərək gizlənmişdilər [41, s.15].
1723-jü il rusların Xəzərsahili vilayətlərə yürüşü zamanı Lənkəran və Muğanda Mir Abbas bəy, Astarada Musa xan, Qızılağajda isə Bejan Sultan hakim idi. Bakının 1723-jü ildə ruslar tərəfindən işğal olunmasından sonra, avqust ayında Mir Abbas bəy Matyuşkinə məktub yazaraq öz sədaqət və xidmətini təklif edirdi [43, f.9, II şöbə, kitab 63, v.763 arxa]. Ola bilsin ki, o bununla öz güjlü rəqibi olan Musa xanı aradan götürmək istəyirdi.
1724-jü il İstambul müqaviləsinə əsasən Dərbənddən tutmuş Astrabada qədər Xəzərboyu vilayətlər Rusiyanın himayəsinə keçməli idi. Lakin 1722-1735-ji illər ərzində Xəzərboyu vilayətlərin ruslar tərəfindən birinji işğalı zamanı Talış xanları öz mülklərini saxlayırdılar [37, s.132].
1725-ji ildə türklər Ərdəbili tutdular. Dekabrın 23-də general Levaşov türklərdən iki dövlət arasındakı müqavilənin şərtlərinə əməl etmələri və Ərdəbildən əl çəkmələrini tələb etdi. Lakin osmanlı tərəfi nəinki bu tələbi rədd etdi, hətta 1726-jı ildə Astara və Gərgənrudu tutdu. Bu da rusların etirazına səbəb oldu [20, SRT, f.89, siy.1, 1726 il, iş 15, v.78 arxa].
Ərdəbilli Əli paşa Astaranın və Gərgənrudun işğalını belə izah edir: «Bu mahallar üç tərəfin heç birinə tabe olmurdular və türklər tərəfindən işğal olunan ərazilərdən bura çoxlu adam toplaşırdı. Onlar bir yerə toplaşaraq türk qoşunlarına hüjum edirdilər. Türklər də buna son qoymaq üçün adı çəkilən yerləri tutdular [20, SRP, f.77, siy.1, 1726 il, iş 6, v.97 arxa-98]» Anjaq, osmanlıların sərt vergi siyasəti tezliklə əhalinin üsyanına səbəb oldu.
Bu qiyamın başlıja səbəbkarı olan Astara xanı türklər tərəfindən jəzalandırılajağından qorxaraq rus himayəsini axtarmalı oldu [25, s.84]. Bütün bunlar da Astara və ona yaxın əyalətlərin ruslar tərəfindən tutulmasına əlverişli şərait yaratdı.
Qızılağajlı naib (hər halda mətndə səhv getmişdir, Lənkəran hakimi olmalıdır – İ.M.) Mir Abbas bəy Bakıda olan rus komendantlığından vaxtı itirmədən qayıqlarda Sarı adasına kimi bir az qoşun göndərməsini xahiş edir və bildirir ki, rus dəstələri Lənkəranı tutmayınja Mir Abbas bəy Sarı adasında qalajaq [20, SRP, f.77, siy.1, 1726 il, iş 4, v. 290]. Mir Abbas bəy silah və hərbi sursat istəyir və min nəfərlik dəstə topladığını bildirirdi [28, v.274 arxa-277].
Əvvəllər Mir Abbas bəyin qardaşı Mir Əziz xan rusların əleyhinə idi. Mir Əziz xan qardaşına astaralı Musa xanın da türk himayəsinə keçməsini misal gətirərək, onu dilə tutmağa başladı. Tezliklə, iki qardaş arasında yəqin ki, astaralı Musa xanın müəyyən fitnəsi nətijəsində ziddiyyət meydana gəlir. Belə bir vaxtda türklər Mir Abbas bəyi tutaraq qətlə yetirirlər. Bundan sonra Mir Əziz xan qorxaraq rus himayəsini axtarmalı olur. Levaşovun yazdığına görə 1726-jı ilin oktyabrında Musa xan osmanlıların himayəsində idi və onu qorumaq üçün yanında bir neçə osmanlı döyüşçüsü var idi [20, SRP, f.77, siy.1, 1726 il, iş 4, v.66].
Osmanlılar Astaranı tərk etdikdən sonra, Musa xan onların intiqamından qorunmaq məqsədilə, 1726-jı ilin payızında Rəştə, Xəzərsahili vilayətlərdəki rus qoşunlarının baş komandanı Dolqorukinin yanına gələrək Rusiyaya sədaqətli olajağını vəd edib, rus himayəsinə qəbul edilməsini xahiş edir. Əgər ruslar ona kömək edərsə, o, çar xəsinəsinə müəyyən məbləğ ödəməyi boynuna götürürdü [43, f. razryad XV(diplomatik şöbə), iş 38, v. 6].
1726-jı il dekabrın 8-də Məhəmməd Musa xan və onun əyanları Rusiyaya sədaqət andı içdilər. Onu da qeyd etmək lazımdır ki, bu zaman Musa xan Astara və Gərgənrud əyalətlərinin hakimi idi [20, SRP, f.77, siy.1, 1727 il, iş 9, v.102 arxa-103].
Dolqoruki Kəsgərdən tutmuş Salyana qədər Xəzərsahili vilayətləri tutmaq qərarına gəldi. Yanvarda Dolqorukinin yolladığı briqadir Şternştants 500 nəfər əsgərlə Astaraya gəlir. Onun ardınja 300 draqunla birgə Dolqoruki özü oraya (yəni Astaraya) hərəkət edir [25, s.96]. Musa xan onu sevinjlə qarşılayıb, öz hesabına Astarada qala tikməyi vəd etdi. Dolqoruki onu Astara əyalətinin xanı təsdiq edəjək imperator himayəsini vəd etdi. Məhəmməd Musa xan öz növbəsində çar xəzinəsinə Astara və Gərgənrud əyalətlərinin gəlirindən 50 min ödəməyi boynuna gotürdü [20, SRP, f.77, siy.1, 1727 il, iş 9, v.59 arxa-60]. Dolqoruki Astarada qala tikməyi Şternştantsa tapşırır.
Briqadir Şternştants Astaranı ələ keçirdikdən sonra öz qoşunu ilə Lənkərana yönəlir. Lənkəranlı Mir Əziz xan əvvəljə rus hərbi hissələrinin gəlməsinə mənfi münasibət göstərdi [20, SRP, f. 77, siy.1, 1727 il, iş 9, v.169]. Lənkəran hakiminin düşmən mövqeyini öyrənən Şternştants ora öz kazaklarını göndərir, lakin Mir Əziz xan açıq hərbi toqquşmalardan yayınır, yalnız xırda atışmalar baş verir [35, s.106].
Nəhayət, Mir Əziz xan rus qoşunlarına müqavimət göstərə bilməyəjəklərini görüb, Rusiya imperiyasının himayəsini qəbul etdi [38, v.169 və arxa] və hər il 5 min manatdan az olmayaraq xəraj ödəməyi öhdəsinə götürdü [20, SRP, f.77, siy.1, 1727-ji il, iş 9, v.141 arxa].
Dolqoruki briqadir Şternştantsa Astarada və Lənkəran mahalının Jil kəndində qala tikməyi tapşırdı [25, s.97; 20, SRP, f.77, siy.1, 1727ji il, iş 9, v.95]. 1728-ji ildə Dolqorukinin Moskvaya qayıtması ilə əlaqədar olaraq Gilan və Astaranın idarəsi general Levaşova tapşırılır [39, s.40; 24. s.92]. Ruslar Astara, Lənkəran, Müşkür və başqa yerlərdə qala və səngərlər tikirlər [24, s.86].
P.Q.Butkov bu dövrdə Talış əyalətində iki xanın — Lənkəranda Mir Əziz, Qızılağajda isə Musa xanın adını çəkir [24, s.86]. Yuxarıda qeyd etdiyimiz Rusiya arxiv sənədlərində Musa xanın bu dövrdə Astara xanı kimi adı çəkilir. P.Q.Butkov isə onu Qızılağaj xanı kimi göstərir. Yuxarıda verdiyimiz məlumatda Qızılağajın hakiminin Bejan Sultan olduğunu nəzərə alsaq, Butkovun məlumatının yanlış olduğunu deyə bilərik.
General Levaşovun məlumatına görə ərdəbilli Mustafa paşa dəfələrlə astaralı Musa xana mürajiət edərək öz tərəfinə çəkməyə çalışmışdı [20, SRP, f.77, siy.1, 1730-ju il, iş 14, v.123].
Osmanlılar Veysəlin və öz tərəflərinə çəkdikləri digər yerli adamların köməyi ilə Xəzər sahilindəki Rusiya hökümət orqanlarına çoxlu zərər yetirirdilər. Veysəl 1728-ji ildə Astara və digər mahallara bir sıra partizan basqınları etdi [20, SRP, f.77, siy.1, 1730-ju il, iş 14, v.124-126 arxa]. Bu haqda Neplyuyevə məlumat verən Levaşov onun 600-700 nəfərlə Astara əyalətinə hüjum etdiyini yazırdı [20, SRT, f.89, siy.1, 1729-ju il, iş 7, v.77, 232 və arxa].
28 avqust 1730-ju ildə general Famıtsin Dolqorukiyə məlumat verirdi ki, astaralı Musa xan oğlanlarından birini Rəştdə, digərini isə Astarada qoyaraq özü Xalxal sərdarı Məhəmmədqulu xanla birləşib. Jəfər sultan və Gərgənrud hakimi Zərbəli bəy də onlara qoşulublar [20, SRP, f.77, siy.1, 1730, iş 9, v.75; 3, s.375].
Musa xanın özünün təsdiq etdiyinə görə, onun çıxıb getməsinin əsas səbəbi rus generalı Famıtsinin hüdudsuz şübhələri idi [20, SRP, f.77, siy.1, 1730, iş 14, v.225 arxa]. Buradan görünür ki, rus höküməti nəinki yerli feodalların hakimiyyətini məhdudlaşdırır, həmçinin, onlara şübhə ilə yanaşaraq jiddi nəzarət altında saxlayırdılar.
Levaşov imperatriçaya məlumat verirdi ki, Musa xan kazak mühafizə dəstəsinə basqın etmiş, bu zaman 3 adam öldürülmüş və 3-ü yaralanmışdır. Musa xanın özünü isə bu zaman Ərdəbildə, Məhəmmədqulu xanın yanında görmüşlər [20, SRP, f.77, siy.1, 1730, iş 14, v.97 və arxa].

 

 



General Levaşovun məlumatına görə 1730-ju ilin sentyabrında Lənkəran əyalətində və Ərkivan mahalında çoxlu qiyamçılar yığılmışdı. Onlar mayor Vulfun dəstəsi tərəfindən darmadağın edildi [20, SRP, f.77, siy.1, 1730, iş 14, v. 137 arxa].
Bütün Gərgənrud mahalı da üsyan etdiyindən general Famıtsin polkovnik Stupişini 500 nəfərlik dəstə ilə ora göndərdi. 13 dekabrda Astaradan Gərgənruda gələrək, Stupişin bir neçə kəndi yandırdıqdan və üsyançıların çoxlu dəstəsini dağıtdıqdan sonra 3 yanvar 1731-ji ildə Astaraya qayıtdı [25, s.140-141].
Beləliklə, Jənubi Xəzərsahili vilayətlərin üsyan etməsi əhalinin heç də ruslara meyil etmədiyini göstərirdi. 1730-ju ilin sentyabrında Musa xan Astaraya qayıdarkən, Rusiya hakim dairələri onun əhali arasındakı nüfuzunu nəzərə alaraq, yenidən Astaraya hakim təyin etdi [20, SRP, f.77, siy.1, 1730 il, iş 9, v.156 arxa].
1732-ji ilin fevralın 1-də imzalanan Rəşt müqaviləsinə əsasən [20, SRP, f.77, siy.1, 1732 il, iş 5, v.36; 33, s.58; 27, s.196] Rusiya Gilan, Astara və habelə Kür çayından jənubdakı digər torpaqları İrana (Səfəvi dövləti-İ.M.) qaytarmağı öz öhdəsinə götürdü [35, s.124; 24, s.111]. 1735-ji il Gənjə müqaviləsinə əsasən Kür çayından şimalda yerləşən Xəzərsahili vilayətlər Səfəvi dövlətinə qaytarıldı və Rusiya hərbi hissələri bu ərazilərdən tamamilə çıxarıldı.
Səid Əliyə görə Mir Abbas xan javanlıq dövrünə çatdıqda Xərxətan kəndinin və bir neçə digər kəndi idarə edən Əsəd bəy ibn Hüseyn bəy Boradigahinin bajısı Ahu xanımla evlənmiş və bu nigahdan Jəmaləddin Mirzə bəy (Qara xan) doğulmuşdur. Jəmaləddin 18 yaşına çatanda atası vəfat etmiş (rus arxiv sənədinə görə Mir Abbasın 1726-jı ildə türklər başını kəsmişdi [20, SRP, f.77, siy.1, 1726-jı il, iş 4, v.66 arxa] və onun tərbiyəsi ilə dayısı Əsəd bəy məşğul olmuşdur. Nadirin qoşunu Muğan düzünü zəbt edərək Talış əyanlarına xitabən belə bir fərman göndərir: «Bu diyarın böyüklərinin övladlarından beş nəfəri şahın yaxın nökərləri olsunlar». Əsəd bəy bajısı oğlu Jəmaləddin Mirzə bəyi öz oğlu Əli bəylə birlikdə Nadirin hüzuruna göndərir. Jəmaləddin bəyin sifəti qarabuğdayı olduğundan Nadirin məmurları onu Qara bəy deyə çağırırlar. Bu iki nəfər şah ordusunun yüzbaşıları vəzifəsinə təyin olunmuşdular [12, s.23-24]. F.Əsədov «Talış xanlığı» əsərində yazır: «Seyid Mir Abbas bəy nəinki Nadirin şah olmasına tərəfdar çıxır, hətta oğlu Seyid Jəmaləddini İran ordusunda xidmət etmək üçün qəbul olunmasını da xahiş etmişdir. Bundan başqa bajısı oğlu Mirzə bəyi də və digərlərini İran qoşununda xidmətə gətirmişdir [7, s.14]». Səhv göz qabağındadır. Səid Əliyə görə Mir Abbas xan sağ deyildi və oğlunu Nadirin yanına göndərə bilməzdi. Deməli, Jəmaləddini o deyil, dayısı Əsəd bəy göndərmişdi. İkinjisi isə, F.Əsədov Mirzə bəyi Mir Abbasın bajısı oğlu kimi qələmə verməklə yanlışlığa yol verir. Yuxarıda verilən məlumatdan məlum olur ki, Jəmaləddin bibisi oğlu ilə deyil, dayısı oğlu ilə xidmətə getmişdi. Mirzə bəy isə Jəmaləddinin özüdür.
Əli bəy atasının vəfatı səbəbi ilə Nadirin hüzurundakı xidmətdən istefaya çıxmış və ona tabe olan kəndləri idarə etməklə məşğul olmuşdur. Qara bəy isə orduda xidmət etmişdir [12, s.24].
1733-jü ildə Nadir Ərdəbilə gələrək astaralı Musa xana tapşırır ki, o, Şirvanı idarə edən Surxay xana onun Şirvanın hakimi kimi təsdiq edən Şahın verdiyi xəti-şərifi göndərsin. Lakin Surxay xan göndərilən elçini öldürərək Musa xana sərt javab göndərir: «Mən Şirvanı ləzgi şirlərinin qılınjı ilə tutmuşam, nə Bağdadlı Əhməd, nə də başqalarının mənə tələb göndərməyə hüquqları yoxdur [22, s.138]».
1734-jü il iyunun 25-də Nadir Muğandakı üsyanı boğmaq üçün Ərdəbildən keçərək oraya yollandı. Şimali Azərbayjanla Jənubi Azərbayjanın sərhəddində o, dağ dərələrində möhkəmlənmiş astaralalıların güjlü müqavimətinə rast gəldi [18, s.89]. Mirzə Mehdi Astrabadiyə görə: «Astaranın hüdudunda olan meşələrdə yaşayan əhali xoşbəxt xaqanın əmrinə qarşı çıxdı. Ona görə də Astara, Ərdəbil və Gilan hakimlərinə onları jəzalandırmaq tapşırıldı. Dağların meşə, dərə və keçilməz yerlərində gizlənən bu dəstə onları (yəni astaralıları) yaxşı jəzalandırdı [34, s.164]».
Hijri 1147-ji ilin 14 məhərrəm ayında (17 iyun 1734) Nadir Ərdəbildən Muğan tərəfə hərəkət etdi, şahın əmrinə riayət etməkdən boyun qaçıran və sığanajaqlara çəkilən Astaranın və Talışın digər qəbilələrini jəzalandırdı [10, s.83]. Bununla da astaralıların üsyanı yatırıldı.
1745-1747-ji illərdə Lənkəran və Astarada olmuş J.Kuk bu yerləri təsvir edərkən Astara xanı haqqında məlumat verir. Onun məlumatına görə Astara hakimi yeganə hakim idi ki, Nadir şah hakimiyyətə gələndən sonra onun vəzifəsini aşağı salmadı. Müəllifə görə Nadirin Astara hakiminə olan mərhəmətinin səbəbi onda idi ki, Astara hakimi bütün şah tərəfdarları kimi axmaq, ajgöz və alçaq bir adam idi. Onun dövründə bədbəxt əhali həmçinin qəddarlıqdan əziyyət çəkirdi[16, s.409].
Şah Rusiyaya xidmət göstərdiyi üçün Musa xanı və böyük oğlunu edam etməyi əmr etdi. Musa xanın sağ qalan iki oğlu isə narazılıqlarını daxildə gizlətdilər [31, s.77].
Dağıstandakı ixtişaşlar zamanı Nadirin əsgərləri dağıstanlıların hüjumuna tab gətirə bilməyib, geri çəkilib qaçmışdılar. Belə vəziyyətdə Qara xan öz tabeçiliyində olan dəstəsi ilə döyüş meydanına atılmışdı. Bu hərəkət qızılbaşların qayıtmasına və əks hüjuma keçmələrinə səbəb olmuş və dağıstanlılar qaçıb dağılmışdı. Qara bəy bu igidliyinə görə Nadirin lütfünə nail olmuşdu. Nadir həm də sərkərdələrə və qeyrilərə on beş min tümən pul və ənamlar bağışlamışdı. Bu hadisə «Tarixi Nadiri» kitabının hijri 1154-jü il (miladi 1741-ji ilin 14 martından 1742-ji ilin 8 martınadək-İ.M) hadisələrindən bəhs edən hissəsində göstərilmişdir [12, s.24]. Qara bəy öz yüksək xidmətlərinə və bajarığına görə «xan» adına layiq görül¬müş və Qara xanın əsl vətəni olan Talışın Uluf mahalındakı Bədəlan kəndindən məşhur Lekar körpüsünə kimi uzanan torpaqların onun ixtiyarına verilməsi haqqında fərman verilmişdir [12, s.24]. F.Əsədov isə S.Əliyə əsaslanaraq yazır ki: «Habelə o, Bədəlan kəndindən tutmuş məşhur Ləkərə körpüsünə kimi əraziyə və Qara xanın vətəni olan Uluf mahalının da ona verilməsi haqqında fərman vermişdir [7, s.38]». Hər iki jümlə arasında fərq vardır. Belə ki, F.Əsədovun verdiyi jümlədə iki ayrı-ayrı ərazi kimi başa düşülür. Səid Əli əsərinin digər yerində yazırdı ki, bu mahal (Uluf) Lənkəran şəhərinin qədim sərhəddi olan məşhur Lekar körpüsün¬dən başlayaraq Bədəlan kəndinə qədər uzanır [12, s.13]. Əxbarnamənin müəllifi də bunu təsdiq edir: «Miyankuhdan başlayaraq Boradigah, Bədəlan, Lənkəran və bir sıra başqa xırda kəndlər Uluf mahalına daxildir [9, s.27]».
Beləliklə, Nadirin hakimiyyəti dövründə bu əraziləri Musa xan və Qara xan idarə edirdi.
Nadirin hakimiyyəti dövründə onun sərt vergi siyasəti yeritdiyi məlumdur. 1745-ji ilin avqustunda pul jəriməsi ödəmək iqtidarında olmayan təxminən 50 min nəfər, yəni demək olar ki, bütün Talış vilayəti meşələrə və əlçatmaz dağlara qaçdı [20, SRP, f.77, siy.1, iş 11, v.283]. Fikrimizjə, 50 min nəfər şişirdilmiş rəqəmdir. Astara, Lənkəran və bütün Talış dağlarının əhalisi şahdan üz döndərib qiyam etdi [20, SRP, f.77, siy.1, iş 11, v.342 arxa]. Talışda əhalinin üsyanı Nadirin Şəkidəki uğursuzluğundan sonra İran-Türk sərhəddinə qayıtmağa məjbur olması və Türkiyə ilə müharibəylə eyni vaxta düşür [32, s.53]. Göstərilən ərazidən türk sərhəddinə 700 kisə (yük heyvanı) bomba göndərilən zaman 1745-ji il sentyabrın 24-də Kəsgər talışları karvanı əhatə etmiş, yük heyvanlarını almış, bombaları kənara atmışdılar. Belə olduqda Nadir şah Talış vilayətinin feodallarını ələ almağı qərara aldı. Bu məqsədlə 1746-jı il fevralın əvvəlində buraya Məhəmməd bəyin başçılığı ilə 3 minə yaxın adam göndərərək Astara, Lənkəran və digər xanlara, kəndxudalara, yüksək dərəjəli məmurlara əgər onlar könüllü məğlub olarlarsa tam bəraət verəjəyini vəd edir. Belə olduqda feodallar bunu qəbul etdilər. Onlar nəinki özləri idarə etdikləri ərazilərə qayıtdılar, hətta başqalarını da qayıtmağa məjbur etdilər.
Rusiyanın Gilandakı konsulu Bakunin 6 mart 1746-jı il məlumatında yazırdı: «Kəsgər kələntəri Mirzə Vanbəy mosullu Ağalibəy yoldaşları ilə tövbə edərək gəldilər; Astara yaxınlığında isə Astara xanı kəndxuda Nəjəf bəyi və yoldaşlarını tutmuşdur [20, SRP, f.77, siy.1, 1746-jı il, iş 11, v.15 arxa]».
Nadir şah üsyanı yatırtmağa nail olur. 1747-ji ildə Jənubi Azərbayjanda III Sam Mirzənin başçılığı ilə üsyan baş verdikdə Astara xanı bu hərəkatın ən fəal iştirakçılarından olur. 1747-ji ilin iyun ayında Nadir şah sui-qəsd nətijəsində öldürüldükdən sonra Jənubi Azərbayjanda xalq üsyanına başçılıq edən saxta şahzadə III Sam Mirzə daha da fəallaşdı. Sam Mirzə əfşarların qatı düş¬məni olan Astara hakimi ilə ittifaq bağlayıb ətrafına 15 min nəfərə kimi tərəfdar topladı və qoşununu Rəştin üzərinə yeritdi [35, s.151]. Lerxin məlumatına görə Sam Mirzə Astara xanını birinji nazir, onun oğlunu isə sərdar təyin etmişdi [31, s.103].
Konsul Bakuninin məlumatına görə isə astaralıların, muğan, təbriz, ərdəbilli və s. də daxil olduqları yalançı şahzadənin yanına 26 min, indi isə 40 min adam toplaşmışdı [20, SRP, f.77, siy.1, iş 12, v.130 arxa]. Lakin Sam Mirzənin qüvvələri Əmir Aslan xanla mübarizədə məğlub oldular. Bu hərəkat məğlub olduqdan sonra Astara xanı Astaraya qaçır və Nadirin ölümündən sonra onun yerində müvəqqəti taxt-tajı ələ keçirmiş Adil şahın qardaşı Mirzə İbrahimdən əhv olunmasını istəyir. Bildirir ki, bütün bu işləri o Adil şaha qarşı yox, Nadir şaha qarşı edib [20, SRP, f.77, siy.1, iş 12, v.180 arxa].
Bu üsyanlar Nadir dövlətini nəinki zəiflətdi, həmçinin onun süqutuna gətirib çıxardan səbəblərdən biri oldu. Beləliklə, XVIII əsrin 40-jı illərində Azərbayjan ərazisində müstəqil xanlıqlar meydana gəldi [4, s.16]. Bunlardan biri də Lənkəran xanlığı oldu. Nadirin ölümündən sonra Qara xan da (1747) vətəninə qayıdaraq müstəqil xanlığı idarə etməyə başladı. «Qara xan öz alijənablığı və jiddiliyi hesabına dava-şavasız və qısa müddətdə Talışın idarəsini əlinə aldı [12, s.25]».
F.Əsədov məqaləsində Seyid Abbasın Muğan qurultayında iştirak etdiyini və 1747-ji ildə vəfat etdiyini, onun yerinə isə Qara xanın keçdiyini yazır [6, s.60]. Müəllif «Talış xanlığı» əsərində isə yazır: «Seyid Abbasın da müstəqil xanlığı idarə etmə müddəti çox çəkmədi. O, 1749-ju ildə vəfat etdi [7, s.18]». Birinjisi, müəllif Seyid Abbasın ölüm tarixlərini müxtəlif yazır və bunu hansı mənbədən götürdüyünü yazmır. Həmçinin Seyid Abbas nə Muğan qurultayında iştirak edə, nə də 1747-ildə vəfat edə bilərdi. Çünki o, Nadirin Muğanı işğal etməsinədək vəfat etmişdi.
Beləliklə, 1747-ji ildə hakimiyyətə gələn Qara xan xanlığın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək üçün bir sıra tədbirlər həyata keçirdi və xanlığın paytaxtını Astaradan Lənkərana köçürdü.
Göründüyü kimi, Lənkəran xanlığı əvvəllər bir asılı qurum kimi mövjud olsa da, XVIII əsrin ortalarından müstəqil xanlıq kimi öz ərazsini qonşu xanlıqların və dövlətlərin hüjumundan qorumağa çalışmışdır. XVIII əsrin əvvəlinə aid olan sənəddə Abbasqulu xanın Lənkəran hakimi kimi verildiyindən, Qara xanın hakimiyyətinin ilk dövrlərində onun rus arxiv sənədlərində [44, f.52, siy. 1/194, iş 330, v.4], Rusiya İmperiyası Xariji Siyasət Arxivinin [20, f.77, siy.7, iş 160, v.64] və QAKA-nın (Qafqaz Arxeoqrafik Komissiyasının Aktları) bir sıra sənədlərində [19, j.IV, sən.95, 97; j.V, sən.87; j.IX , sən.558] Lənkəran xanlığı adlandığından xanlığın adının Talış deyil, Lənkəran xanlığı adlandırmağı məqsədəuyğun bildik. Burada biz bunu da unutmamalıyıq ki, xanlığın demək olar ki, müasiri olan dahi Azərbayjan mütəfəkkiri M.F.Axundov da onu Lənkəran xanlığı adlandırır. Həmçinin Səid Əli [12] və J.Zeynaloğlu [15, s.76, 78, 98, 99] da xanlığı Lənkəran adlandırırdılar.


MƏNBƏLƏR VƏ ƏDƏBİYYAT
1. Azərbajyan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi arxivi (AMEA Tİ EA).
2. Azərbayjan tarixi. I jild, B., 1956.
3. Azərbayjan tarixi. III jild (XIII-XVIII əsrlər), B., 1999.
4. Babaxanov R. Seyidov F. Hajı Zeynalabdin Şirvani (Böyük səyyah və alim), B., 1961.
5. Ərdəbil livasının müfəssəl dəftəri (araşdırmanın və transliterasiyanın müəllifi Erhan Arıklı). B., 2004.
6. Əsədov F. Talış xanlığının əmələ gəlməsi tarixinə dair. //Azərbayjan Elmlər Akademiyasının xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). 1966, № 2, s.53-60.
7. Əsədov F. Talış xanlığı. B., 1999.
8. Həmdullah Qəzvini. Nüzhətul-qulub (Azərbayjan dilinə tərjümə). // AMEA Tİ EA, inv. 1700.
9. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə (tərjümə Əli Hüseynzadənindir). B., 1975.
10. Mollazadə Hajı Şeyx Həsən Gənjəli. Zübdət-üt-Təvarix (əski əlifba ilə Azərbayjan dilində), Gənjə, 1912.
11. Musəvi T.M. Bakı tarixinə dair orta əsr sənədləri. B., 1967.
12. Səid Əli Kazımbəy oğlu. Jəvahirnamei-Lənkəran (tərjümə Rauf Şeyxzamanlınındır). B., 2000.
13. Talışxanlı Ə. Talışxanovlardan bir nəsil. Xan Sayad. B., 2001.
14. Təzkirət-əl-müluk. Fars dilindən tərjümə Rəhmaninindir. // AMEA Tİ EA, inv. 3614.
15. Zeynaloğlu J. Müxtəsər Azərbayjan tarixi. B., 1992.
16. Sook J. Voyages and travels trough the Russian Empire, Tartary and Part of Kingdom of Persia. Edinburgh, 1770.
17. Tadhkirat al-muluk. A manual of safavid administration (curca 1137/1725), Persia text in facsimile (V.M. Oç.9496), Translated text expalnd by V.Minorsky, London, 1943.
18. Abduraxmanov A. Azerbaydjan vo vzaimootnoşeniəx Rossii, Turüii i İrana v I pol. XVIII v. B., 1964.
19. Aktı sobrannıe Kavkazskoy Arxeoqrafiçeskoy Komissiey (AKAK), t.IV, Tiflis, 1870; t.V, Tiflis, 1873; t.IX, Tiflis, 1883.
20. Arxiv Vneşney Politiki Rossiyskoy İmperii (AVPRİ).
21. Bayramalibekov Teymurbek. İstoriə Talışinskoqo xanstva.// AMEA Əlyazmalar İnstitutunun Elmi Arxivi. D-687-8597.
22. Bakixanov A. Qölistan-i İram. B., 1991.
23. Berezin İ.N. Puteşestvie po Daqestanu i Zakavkazğö, ç.III. Kazanğ, 1850.
24. Butkov P. Q. Materialı dlə novoy istorii Kavkaza. 1722-1803 qq., ç.1, SPb., 1869.
25. Buturlin D. Voennaə istoriə poxodov Rossiən v XVIII stoletii. T.IV, çastğ II, SPb., 1823.
26. Qmelin S.Q. Puteşestvie po Rossii dlə issledovaniə vsex trex üarstv v prirode. Çastğ III, pol.I, SPb., 1785.
27. Doqovorı Rossii s Vostokom. Politiçeskie i torqovıe. Sobral i izdal T.Özefoviç. SPb., 1869.
28. Donesenie qen-poruçika M.A.Matöşkina v Kolleqiö inostrannıx del ot 7 maə 1724q. s prilojeniem 26 pisem na raznıx əzıkax, poluçennıx ot knəza Barətinskoqo iz Baku. // RQADA, f. Qos. Arxiv, d.XV, d. 37, 1724-1726qq., ç.1, ll.274 ob.-277, 2-e prilojenie.
29. İzvleçeniə iz puteşestviə Korneli de-Bröina (perevod s franü. Abezqauz) // AMEA Tİ EA, inv.481.
30. Komarov V. Persidskaə voyna. 1722-1725 (Materialı dlə istorii üarstvovaniə Petra Velikoqo) // «Russkiy vestnik», t. 68, №4, SPb., 1867.
31. Lerx İ.Ə. Svedeniə o vtorom puteşestvii v Persiö v 1745-1747 qq. // AMEA Tİ EA, inv. 490.
32. Mamedova Q.N. Russkie konsulı ob Azerbaydjane (20-60-e qodı XVIII v.), B., 1989.
33. Melğqunov Q.V. Poxod Petra Velikoqo v Persiö.// «Russkiy vestnik», t. 110, 1874 q.
34. Mirza Mexdi xan Astrabadskiy. İstoriə Nadir şaxa. //«Russkaə starina», 1881, t.32.
35. Mustafazade T.T. Azerbaydjan i russko-tureükie otnoşeniə v I treti XVIII v. B., 1993.
36. Oleariy Adam. Podrobnoe opisanie puteşestviə qolştinskoqo posolğstva v Moskoviö i Persiö v 1636,1639, sostavlennoe Adamom Oleariy (perevel s nemeü. Pavel Barsov). M., 1870.
37. Petruşevskiy İ.P. Oçerki po istorii feodalğnıx otnoşeniy v Azerbaydjane i Armenii v XVII-naç.XIX vv. Leninqrad, 1949.
38. Pisğmo Mir Aziz-xana Lenğkoranskoqo k briqadiru Şternhanüu 28 aprelə 1727 q. // AVPRİ (SRP), f. 77, op. 1, 1727, d.9.
39. Potto V. Kavkazskaə voyna v otdelğnıx oçerkax, leqendax i bioqrafiəx, t. I, vıp I, SPb., 1885.
40. Puteşestvenniki ob Azerbaydjane. Pod red. Şaxmalieva. Tom I. B., 1961.
41. Puteşestvie odnoqo missionera («Voyages d’un Missionaire la campagne de Yesus» perevod s franü. Abezqauz) // AMEA Tİ EA, inv. 474.
42. Puturidze V. Tbilisskaə kolleküiə persidskix firmanov, tom I (podqotovka k peçati, perevod, kommentarii i slovarğ M.Todua), Kutaisi, 1995.
43. Rossiyskiy Qosudarstvennıy Arxiv Drevnix Aktov (RQADA).
44. Rossiyskiy Qosudarstvennıy Voenno-İstoriçeskiy Arxiv (RQVİA).
45. Soymonov İ. Opisanie Kaspiyskoqo morə i çinennıx na onom rossiyskix zavoevaniy; əko çastğ istorii qosudarə imperatora Petra Velikoqo. SPb., 1763.
46. Soobhenie puteşestvennikov XIII-XVIII vv. ob Azerbaydjane, tom I, B., 1957 // AMEA TİEA, inv. 3701.
47. Şax İsmail II (k istorii Sefevidov). Valğter Xinü. // AMEA TİEA. Fond 1, opisğ 9, d. 4732.
48. İsgəndər bəy Münşi. Tarixi-Aləm –Arayi-Abbasi. Tehran, h. 1314, hissə I.
49. Əbdülfəth Fuməni. Tarixi – Gilan. Tehran, h. 1329.
50. Hajı Zeynalabdin Şirvani. Riyaz-üs-səyahə. Tehran, h.1339.
51. Həsən bəy Rumlu. Əhsən ət təvarix. Tehran, h. 1349.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
TARİX İNSTİTUTU

ELMİ ƏSƏRLƏR
2007, 23-ci cild

Leave a Reply