|

Kvant nəzəriyyəsi və DNT

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

https://www.google.ru

Kvant nəzəriyyəsinin atası sayılan Maks Plank 1944-cü ildə elm dünyasını silkələyən bir açlıqlama verib bildirdi ki, bütün ulduzların, DNT-nin və hətta həyatın başlanğıcını götürdüyü bir «matris» mövcuddur. Sonrakı tədqiqatlar Maks Plankın matrisinin – İlahi matrisin doğrudan da mövcud olduğunu sübut etdi. DNT ilə bağlı tədqiqatlar bu matris haqqında daha geniş məlumat əldə etməyə gətirib çıxardı.

Genlər holoqrafik şəbəkədə yerləşən xromosomlardakı spesifik struktur olub, lazer şüalarına bənzər şüalanmaya, həmçinin radio dalğalarına malikdir. Ancaq genin bütün informasiyasının əsasa hissəsi DNT-nin dalğa səviyyəsindədir.

Bildiyimiz kimi, insanın genləri onun psixi və fiziki xüsusiyyətlərini müəyyənləşdirir. DNT gələcək nəsillərə ancaq bu informasiyaları vermir. DNT bir növ «tale kitabı» olub, yalnız keçən nəsillərin təcrübəsi haqqında informasiyanı qoruyub saxlamaqla kifayətlənməyib, müxtəlif emosiyalar keçirən insanın özü tərəfindən davamlı olaraq üzü köcürülür. Belə ki, narahatlıqlarımız, emosiyalarımız, inanclarımız və prinsiplərimiz DNT-zə təsir edərək gələcək nəsillərimizə ötürülür. Lakin 1951-ci ilə qədər genləri nəsildən-nəsilə ötürülən informasiyaların statistik toplusu hesab edirdilər. Ancaq 1951-ci ildə Barbara Mak-Klintok insanın genetik sisteminin dəqiq modelini hazırladı. O sübut etdi ki, «miqrasiya edən genlər» mövcuddur və bunlar stresin təsiri nəticəsində yerini dəyişərək növün mövcudluğunu təmin edir. Tədqiqatçının fikrincə, genetik koda olan (infeksiyalar, viruslar, streslər, ekologiya və s.) ən müxtəlif   «şok təsirlər» genləri yaranmış təhlükə ilə mübarizə üçün yenidənqurmaya məcbur edir.

Bir başqa tədqiqatçı – Qreqq Breyden də DNT insan hisslərinin köməyi ilə sağala biləcəyini göstərir. Q. Breyden özünün məşhur «İlahi matris: zaman, məkan və şüurun gücü» adlı kitabında aparılmış 3 eksperimentdən bəhs edir.

Birinci eksperiment rus alimi, kvant biologiyası sahəsində mütəxəssis Vladimir Poninə məxsusdur. V.Ponin həmkarları ilə birlikdə DNT-nin işıq hissəcikləri olan fotonlara təsirini öyrənmək üçün eksperiment aparır. Eksperimentin gedişində içərisində yeganə maddi obyektlər — fotonlar olan şüşə boruda vakuum yaratdılır və xüsusi ötürücülər vasitəsilə fatonların yerləşmə yeri müəyyənləşdirilir. Fotonlar azad və xaotik şəkildə bütün fəzanı tuturdu. Sonra şüşə boruya insan DNT-si yerləşdirilərək yenidən fotonların yerləşməsini nəzərdən keçirirlər. DNT boruya yerləşdirilən kimi, fotonlar özlərini qəribə bir şəkildə aparmağa başlayır DNT-yə əsaslanaraq müəyyən bir qaydada düzülürlər. Hətta DNT borudan çıxarıldıqdan sonra belə fotonlara DNT tərəfindən verilmiş struktur dəyişmir. Başqa sözlə desək, DNT-nin fiziki hissəsi fiziki olmayan fotonlara təsir etmişdi. Yəni insan da onun DNT-si kimi, kvant səviyyəsində septon sahəsinin köməyi ilə ətraf mühitə təsir göstərə bilər. Yəni laboratoriya şəraitində sübut edilmişdi ki, insan DNT-si ətraf mühiti dəyişdirmək qabiliyyətinə malikdir (yəni biz dəyişdikcə ətraf aləm də bizimlə birlikdə dəyişir).

Q.Breyden bununla əlaqədar olaraq qeyd edir ki, orada yeni enerji sahəsinin, energetik sistemin yarandığını və DNT-nin bu enerji vasitəsilə fotonlarla informasiya mübadiləsi etdiyini etiraf etməliyik. Bu elektrik sahəsi həmin septon sahəsidir.

Hərbçilər tərəfindən aparılmış ikinci eksperimentdən məqsəd insanların emosiyalarının onların DNT-nə təsirini öyrənmək idi. Eksperimentdə iştirak edənlərin DNT nümunələri alınaraq dəyişiklikləri qeydə almaq üçün xüsusi ötürücülər quraşdırılmış otaqda xüsusi kameralarda yerləşdirilir. DNT sahibləri buradan təxminən 100 m. uzaqlıqda idi və onlara güclü emosiyalar yaradan vidiokliplər göstərilirdi. DNT sahiblərində elektrik impulsları ilə ölçülən «emosiya pikləri» yarananda DNT eyni zamanda eyni elektrik impulsları ilə reaksiya verirdi. Nə gecikmə zamanı, nə də siqnal ötürmə zamanı yox idi. DNT impulslarının qalxıb-enmə zamanı dəqiq olaraq onun sahibinin impulslarının qalxıb-enməsi ilə eynizamanlı idi.

Q.Breyden burada da qeyd edir ki, hüceyrələrin informasiya mübadiləsi qabaqlar bəlli olan enerji forması ilə ötürülmür. Bu lokal enerji formasıdır. Bu hər yerdə hər zaman mövcud olan enerjidir.

Birinci eksperimentdə olduğu kimi, bu eksperiment də sübut edir ki, Yer kürəsində olan bütün canlı həyat ümumi septon sahəsi ilə bir-biri ilə bağlıdır. Emosiyaların insan DNT-nə birbaşa təsir etməsi və bu effektin istənilən məsafədə saxlanılması da az əhəmiyyətli deyil.

Q.Breydenin haqqında bəhs etdiyi üçüncü eksperimetn insanların yaşadığı hisslərin onların DNT-yə təsiri ilə bağlıdır. DNT-nin ən qədim forması olan plasenta dəyişiklikləri ölçülə bilən konteynerlərdə yerləşdirilərək eksperiment iştirakçılarına verilir. Əvvəlcədən xüsusi hazırlıq görmüş iştirakçıların keçirdiyi hisslərdən asılı olaraq DNT-nin formasının dəyişdiyi müşahidə edilir. Onlar minnətdarlıq, təşəkkür, sevgi və s. müsbət hislər keçirdikdə DNT-nin gərginliyi azalır və spiral düzələrək uzanırdı. Ancaq iştirakçılar qorxu, qəzəb, məyusluq, nifrət, stres və s. neqativ hislər keçirəndə DNT qıvrılaraq sıxlaşır və qısalaraq bir çox DNT kodlarını söndürürdü. Ancaq onlar yenidən sevinc, sevgi, minnnətdarlıq və s. hislər keçirdikdə əvvəlki halını alırdı. Sonra bu eksperiment HİV-müsbət olan xəstələrlə də aparıldı və məlum oldu ki, onlar sevgi, minnətdarlıq və s. müsbət hisslər keçirəndə orqanizmin müaviməti 300.000 dəfə artır. Bu əmosional dəyişikliklər bizə məlum olan elektromaqnit hadisələrinin hüdudlarını aşıb keçir. Q.Breyden bunu bütün varlığı birləşdirən yeni enerji forması adlandırır.

Bu enerji sıx hörülmüş tor/şəbəkə olub, bütün maddi dünyanı bir-birinə birləşdirir (M.Plankın haqqında bəhs etdiyi ilahi matris). Mahiyyət etibarilə biz bu yaranış toruna — ezoosmos şəbəkəsinə öz vibrasiyalarımız vasitəsilə təsir göstərə bilərik.

Yuxarıda septon sahəsinin və ezoosmos şəbəkəsinin adını çəkdik. Bunlar haqqında qısaca məlumat verək.

Septon sahəsi bütün stasionar Po hissəciklərini vahid tam sistemdə — yalnız 6-cı müstəviyə qədər fəaliyyət göstərən «idarəetmə mərkəzi» kimi, maddi dünyanın «rəhbərlik qərərgahında» birləşdirir. Septon sahəsində real (stasionar)Po hissəcikləri arasında bir an içində informatik əlaqə yaranır. Yəni bu sahədə informasiya bir Po hissəciyindən digər Po hissəciyinə onların ezoosmos şəbəkəsində bir-birindən hansı uzaqlıqda yerləşməsindən asılı olmayaraq bir an içərisində ötürülür. Bu sahədə zaman mövcud deyil. ( daha ətraflı məlumat üçün bax:Анастасия Новых. ИСКОННАЯ ФИЗИКА АЛЛАТРА https://schambala.com.ua/book/iskonnaja-fizika-allatra   ).

Beləliklə, biz özümüz öz reallığımızı yaradırıq, yəni biz hər şeyi öz hisslərimizlə seçirik. Hislərimiz zaman intervalını bütün kainatdakı enerji və materiyanı birləşdirən ezoosmos şəbəkəsi vasitəsilə fəallaşdırır. Kainatın qanununu hamımız bilirik: üzərində diqqətimizi təmərküzləşdirdiyimiz hər şeyi cəzb edirik. Siz diqqətinizi neqativ hisslər üzərində toplaşdıranda sizə həmin bunları verir. Yox əgər diqqətiniz müsbət hisslər üzərində cəmləşirsə, bunları bol-bol, firavancasına həyatınıza daxil edir. Bu zaman siz avtomatik olaraq bütün neqativlərdən uzaqda qala bilərsiniz. Bu ən asan və ən yaxşı müdafiədir. bu yolla biz ətrafımızda nə baş verməsindən asılı olmayaraq təhlükəsizlikdə ola bilərik.

Tədqiqatlar göstərir ki, genlər bizə əbədi həyat bəxş edə bilər. İnsanın nə qədər ömür sürməsi onun özünə bağlıdır. Bu əbədi həyat iksiri gen XX əsrin 90-cı illərində kəşf edildi. Ancaq nə üçünsə ölüm geni adlandırılan bu gen apoptoz mexanizmini tənzimləyir. Apoptoz elə bir prosesdir ki, həyatın özü belə bu proses olmadan mövcud ola bilməz. Mahiyyət etibarilə bu proses həyat qabiliyyəti olmayan hüceyrələri məhv edərək, onların biomaterialını yeni hüceyrələrin yaranmasına verir. Ancaq yaşlı hüceyrənin bu dünyadan getməsi iki proqram əsasında baş verir: birinci halda ölən hüceyrə özünü nəslinə verərək həyatın davamının əsası olur və nüvənin parçalanması zamanı ayrılan güclü enerji ilə yeni hüceyrələri yükləyir, ikinci halda isə hüceyrə nekrozu baş verir. Bu zaman yaşlı hüceyrə ayrılır və çürüyür. Yeni hüceyrənin yaranması üçün heç bir fəaliyyət baş vermir və ölməkdə olan hüceyrə infeksiya daşıyıcısı olub, gələcək xəstəliklərin əsasını qoyur. Tədqiqat nəticəsində məlum olmuşdur ki, hüceyrə öz ölüm formasını özü müəyyən edir və DNT-nin veridiyi dəqiq göstəriş əsasında hərəkət edir. Bu olduqca maraqlıdır. Bu «ölüm ssenarisinin» əsası ölüm genində qoyulmuşdur. Apoptoz genin müstəqil olaraq yerinə yetirdiyi avtomatik proqramdır. Nekroz isə «yatmış» funksiya olub, yalnız DNT-nin komandası ilə oyana bilir. Belə bir komandanı isə DNT ancaq və ancaq uzunmüddətli və davamlı neqativ enerji mövcud olduqda verir. Çünki uzunmüddətli neqativ enerji ilahi matrisə (ezoosmosa) uyğun gəlmədiyindən movcud olmaq haqqını itirir.

Göründüyü kimi, insanın şüurunda neqativ emosiyalar üstünlük təşkil edəndə DNT hüceyrələrə müvafiq komanda verərək nekrozu işə salır və ölən hüceyrələrin böyük bir hissəsi bu «ssenariyə» uyğun hərəkət edir. Ancaq əksinə, insan həyatını mənəviyyat istiqamətində aparanda DNT təzələnmə və yenidənqurma proqramı olan apoptozu işə salır. Yəni əslində qocalma insan üçün təbii olmayan bir prosesdir. Insan ölümə qalib gələ bilər. Bunun üçün insanlar gərəksiz neqativ emosiyalardan, fikirlərdən, düşüncələrdən, hislərdən əl götürməli, mikrodünyalarının (orqanizmlərinin) nədən ibarət olması haqqında fikirləşməli, öz iç dünyalarını və Allahı dərk etməyə doğru ilk addımlarını atmalıdırlar. Beləliklə, bütün maddi dünya (makrodünya və mikrodünya) bir-biri ilə qarşılıqlı əlaqədədir və biz özümüzü tam bir bütöv hesab edib, hər şeyin bizim istədiyimizə uyğun olmasını istəyə bilmərik. Biz bütün maddi dünya ilə — istər canlı və istər cansız vəhdətdəyik. Ancaq belə vəhdəti dərk edib, özümüzü bu vəhdətin bir halqası hesab etdikdə huzura sahib ola bilərik. Ancaq belə bir huzura sahib olduqda Allahla vəhdətdə ola bilərik. Yəni bütün maddi dünya ilə vəhdətdə olduqda Allahla vəhdətdə ola bilərik. Əks halda neqativ emosiyalarımız, mənfi düşüncələrimiz və maddi dünyanın huzurunu pozan istəklərimiz və tələblərimiz maddi dünyanın digər halqalarına (canlı və cansız olmaqla bütün tərkib hissələrinə) zərər yetirdiyindən problemlər və xəstəliklər sorağımıza gələcək. Bəlkə bir gün gələcək ki, insanlar yaşadıqları problemlər və tutulduqları xəstəlikləri üçün utanacaq və bugün geninə-boluna haqqında bəhs etdikləri problemləri və xəstəlikləri ilə bağlı susmağa üstünlük verəcəklər. Bəlkə də bir gün gələcək ki, insanlar üçün problemlər və xəstəliklər uzaq bir xatirə olacaq.

1. https://econet.ru/…/177689-gregg-breyden-bozhestvennaya-matrits..

2. https://www.libfox.ru › Книги › Религия и духовность › Эзотерика

3. https://ru.wikipedia.org/wiki/Мак-Клинток,_Барбара

4. Анастасия Новых. Исконная физика АллатРа.

5. https://schambala.com.ua/book/iskonnaja-fizika-allatra

6. https://ru.wikipedia.org/wiki/Планк,_Макс

Gülzar Bayati

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/1236-dnt-%E2%80%93-emosiyalar-v%C9%99-%C9%99b%C9%99di-h%C9%99yat

 

Tags: ,

Leave a Reply