KOB proqramı çərçivəsində layihə başlayıb
Azərbaycan İqtisadiyyat nazirliyinin KOB proqramı çərçivəsində keçirilən müsabiqənin qalibi olmuş «ELTAC Medikl Gözəllik» MMC- nin «Regionlarda və Bakı şəhərində qadınların məşğulluğunun artırılması istiqamətində peşə hazırlığı (kosmetologiya və masaj) kurslarının təşkili layihəsinin Bakı şəhərində keçirilən əyani təlimləri başa çatıb.
Təlimlər onlayn formatda avqust ayına qədər davam edəcək. Layihə Gəncə və Şəmkir şəhərlərində də keçiriləcək. Layihənin məqsədi qadınlara kosmetologiya və masaj təlimlərinin verilməsi və onların bu sahədə işləyə bilməsini nəzərdə tutur.
Layihənin rəhbəri tibb elmləri namizədi, həkim — kosmetoloq Firuzə İsrafilova, koordinatoru «ELTAC Medikl Gözəllik» MMC-nin rəhbəri həkim-kosmetoloq Səbinə İsrafilova-İsmayılova, təlimçilər Sədaqət Bəşirova və Samirə Allahverdiyevadır.