|

Kazanda Dünya azərbaycanlılarının həmrəylik günü qeyd olunub

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

Dünya Azərbaycanlıları Konqresinin yeni yaranmış Tatarıstan nümayəndəliyi  həmrəylik bayramı münasibəti ilə  Kazanda ilk möhtəşəm tədbirini keçirib .

Dekabrın 29-da Kazanda «AURA» restoranında Dünya Azərbaycanlıları Konqresinin yeni yaranmış Tatarıstan nümayəndəliyinin təşkilatçılığı ilə Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təntənəli bayram şənliyi keçirilib.
Qeyd etmək yerinə düşər ki, belə möhtəşəm bayram şənliyini Kazanda yeni yaranmış DAK Tatarıstan nümayəndəliyinin ilk tədbiridir.
Bayram tədbirində DAK Tatarıstan nümayəndəliyinin həmsədrləri, üzvləri, eləcə də Kazanda yaşayan azərbaycanlılar – alimlər, hüquqşünaslar, həkimlər, iş adamları, həmçinin yerli sakinlər – tatarlar və digər xalqların nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DAK Tatarıstan nümayəndəliyinin İdarə heyətinin üzvü Fikrəddin Əzizov iştirakçılara bu bayramın tarixi, günümüzdəki əhəmiyyətindən danışıb və yeni yaranmış Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyi barədə ətraflı məlumat verib.


Sonra DAK Tatarıstan nümayəndəliyinin sədri Sərraf Kərimov qonaqları Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edərək təşkilatın 2015-ci ildəki fəaliyyətindən, keçirəcəyi tədbirlərdən danışıb.
S.Kərimov 2014-cü ilin uğurlu keçdiyini söyləyib: «DAK Tatarıstan nümayəndəliyi yaranıb, təşkilatın təşəbbüsü ilə bir sıra layihələr həyata keçirilir. Günbəgün DAK Tatarıstan nümayəndəliyi üzvlərinin sayı artmaqda davam edir. Bu gün keçirdiyimiz tədbirdə 100-dən çox həmvətənlərimiz iştirak edir. Bu qısa müddətdə DAK Tatarıstan nümayəndəliyi Kazanın ali təhsil müəssisələri, ictimai birlikləri ilə ilk əməkdaşlığını edib. Bütün bunlar Tatarıstanın müxtəlif guşələrindən olan azərbaycanlı gənclərə, isdedadlı peşə sahiblərimizə, ziyalılarımıza, idmançılarımıza dəstək olamaqdır».
Daha sonra Nümayəndəliyin həmsədrləri və digər qonaqlar çıxış ediblər.
Bayram tədbirinin bədii hissəsi Azərbaycandan dəvət olunmuş incəsənət adamlarının iştirakı ilə davam edib. Sintizatorda Elman bəyin, zərb alətlərində Fərman bəyin müşaəti ilə mahnı və muğamları müğənni Səadət xanım meyxana və qəzəlləri isə gənc meyxanaçı Vidadi ifa edib. 
Sonda kollektivin bədii rəhbəri, Azərbaycanda tanınmış aparıcı Aydın müəllim tədbirin nə qədər gözəl, tədbirə gələn bütün iştirakçıların nə qədər səmimi olduqlarını xüsusi vurğulayıb.
Tədbirdə Bakıdan gələn musiqiçilərimizlə yanaşı Kazanda yaşayan azərbaycanlı olan istedadlı uşaqların ifasında da mahnılar oxunub, şeirlər səslənib.

kaz-az.com

Leave a Reply