|

İstanbulda Bəstəkarlar Forumu çərçivəsində Pikə Axundova-Talıblının ustad dəsrləri keçirildi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

pikeAzərbaycan Bəstəkarlar ittifaqının üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar-pinanoçu Pikə Axundova-Talıblı 2010-cu ildə İstanbul şəhəri Mimar Sinan Güzel Sanatlar Universitesi Devlet Konsenvuatrında solo konsert proqramı ilə çıxış etmişdir. Bu il isə adı çəkilən təhsil müəssisəsində keçirilən Bəstəkarlar Forumuna dəvət almışdır. Bundan əlavə “Musiqişünaslıq” kafedrası tərəfindən də iki seminar təklifi də alan bəstəkar 16,17 və 18 noyabr 2015-ci il tarixlərində  Mimar Sinan Güzel Sanatlar Universitesi Devlet Konsenvuatrının tələbə, maigistr, doktorant və müəllim heyəti qarşısında seminar-dərslər keçirmişdir.

Birinci seminar Musiqişünaslıq kafedrasının rəhbərliyinin təklifi ilə bəstəkarın müəllimi Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuşdur. Seminarda Pikə Axundova-Talıblı bəstəkarın yaradıcılığı üzərində geniş təhlillər apararaq, onun müxtəlif janrlarda yazdığı əsərləri auditoriyaya dinlətmişdir. Prof. Gülper Refig, xüsusilə bəstəkarın yaradıcılığından doğan böyük heyrət hisslərini ifadə etmişdir. Seminar bütün dinləyicilərin böyük marağına səbəb olmuş və öz dilləri ilə desək, onları Azərbaycan musiqisinin sehrinə salmışdır.

17 noyabr tarixində isə Bəstəkarlar Forumu çərçivəsində Pikə Axundova-Talıblının ustad dəsrləri keçirildi. Burada bəstəkarlıq kafedrasının müdiri, prof. Hasan Uçarsu, müəllimlər Mehmet Nemutlu, prof. Gülper Refig və s. iştirak edirdilər. Forum iştirakçılarının istəyi ilə Pikə Axundova öz əsərlərini onlara dinlətdi. Bəstəkarın Fortepiano konserti, Simfoniyası və bir sıra kamera-instumental əsərləri forum iştirakçılarının böyük marağına səbəb olaraq alqışlarla qarşılanmışdır. Forumda bəstəkarlıq kafedrası tələbələrini narahat edən yaradıcı insanın musiqi dili, iş prosesi, onun qarşısında duran yaradıcı problemlər və s. üzərində geniş diskussiyalar aparılmışdır. Forumda məruzəçi Azərbaycanda bəstəkarlıq məktəbi, gənc bəstəkarların təhsili, tədris proqramı və bu kimi məsələlər ətrafında söhbətlər aparmışdır. İki saatdan artıq keçən ustad dərs tələbələrdə böyük təəssuratlar yaratdı və onları narahat edən bir çox suallara cavab tapdılar.

pike forum18 noyabr tarixində isə bəstəkarın Azərbaycan musiqi tarixinə həsr olunmuş seminarı keçirilmişdir. Burada Pikə Axundova-Talıblı Azərbaycanda şifahi-professional ənənəvi musiqi, Bəstəkarlıq məktəbinin yaranması, onun keçdiyi inkişaf yollarını geniş təhlil etmişdir. Hər bir bəstəkarın əsərlərini də auditoriyaya dinlədən bəstəkar tələbə və müəllimlərin bu əsərlərdən dogan geniş təəsuratlarını sözlə ifadə edə bilmədiklərini xüsusilə qeyd etdi. Mühazirə prosesində danışılan hər bir mövzunu özləri üçün qeyd edən tələbələr seminardan sonra da Azərbaycan musiqisi haqqında informasiyalar əldə etmək istəklərini bildirdilər.

Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliği, son zamanlar bu yolda görülən işlər haqda da söhbətlər açıldı. Müəllim və tələbələr uzun seminardan heç də yorulmadıqlarını və Azərbaycanın zəngin mədəni irsi haqda geniş məlumat aldıqlarını söylədilər.

Qeyd edək ki, bəstəkar Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə bu səfəri gerçəkləşdirmişdir.

 

Leave a Reply