|

İsrailin «Safadi» və Azərbaycanın «Etnoqlobus» mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...


12285787_1077318935651551_1187050609_n

Noyabrın 24 –də  İsrailin «Safadi»  Beynəlxalq Diplomatiya və İnformasiya mərkəzinin Qafqaz üzrə nümayəndəliyi və «Etnoqlobus» (ethnoglobus.az)  Beynəlxalq onlayn inofrmasiya analitik mərkəzi arasında əməkdaşlıq memorandumu  imzalanıb.

Əməkdaşlığı nəzərdə tutan Məramnamə Bakıda «Safadi» mərkəzinin ofisində baş tutub.  Memorandumu «Safadi»   mərkəzi tərəfindən Aleks Şapiro Suliman «Etnoqlobus» mərkəzi tərəfindən isə Gülnara İnanc imzalayıb.

Memorandum İsrail və Azərbaycanda humanitar səpkili tədbirlərin , o cümlədən təcrübə mübadiləsinin aparılması,  birgə konfransların, seminarların, mühazirələrin keçirilməsini nəzərdə tutur.

 

«Safadi»  Beynəlxalq Diplomatiya və İnformasiya mərkəzinin Qafqaz üzrə nümayəndəsi , sülhməramlı səfir Aleks-Şapiro Suliman bildirib ki, əməkdaşlıq  çərçivəsində  İsrail və Azərbaycan arasında əlaqələrin genişlənməsinə dəstək verəcək tədbirlərin keçirilməsi də öngörülür:

«Müasir dünyada baş verən aqressiv çağırışlar fonunda Azərbaycan və yəhudi xalqları arasında qarşılıqlı hörmət və etimadın güclənməsinə ehtiyac var. Bu səbəbdən də Azərbaycanın İsraildə, İsrailin Azərbaycanda tanınması üçün mütəmadi tədbirlərin keçirilməsi şərtdir.  Bu işdə İsrail və Azərbaycandakı diasporaların da imkanından qaynaqlanmağa, onların fəaliyyətini sinxronlaşdırmağa  ehtiyac var», -deyib Şapiro-Suliman.

 

«Etnoqlobus» mərkəzinin direktoru, gkspert Gülnara İnanc öz növbəsində bildirib ki,

təcrübə mübadiləsinin aparılması siyasi, ictimai və sosial araşdırmaların daha dərin və tutumlu olmasına imkan yaradır.

 

«Dövrümüzdə güclü informasiya axını fövqündə saxta və həqiqi məlumatların bir-birindən fərqləndirilməsi çətinləşir. Bu baxımdam ictimai fikrə təsir edəcək hər bir məlumatın analizi onun müxtəlif müstəvilərdən araşdırılmasını tələb edir. Odur ki, bu qəbil əməkdaşlıqlar ictimaiyyətə çatdırılan məlumatların dərinləşdirilməsinə xidmət edəcək. “Etnoqlobus” yarandığı gündən etibarlı mənbə kimi dunya ekspert aləminə çıxdığı üçün bü qəbil əməkdaşlıqlar daha samballı və diqqət çəkən araşdırmalar ortaya qoymağa imkan verəcək”,-deyə Gülnara İnanc bildirib.

Tədbirdə KİV və Qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Leave a Reply