|

İslam partiyasında parçalanma cəhdləri

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 

 

 

GÜLNARA İNANC

 

Azərbaycan İslam Partiyasının sədri (AİP) Mövsüm Səmədovun həbsindən sonra partiyadaxili sürtünmələrin, narazılıqların başladığı deyilir.

Oktyabr ayında keçiriləcək partiyanın qurultayı öncəsi  partiyanın daxilindəki radikal mövqeli qrupların mötədil siyasət yürüdən hazırki rəhbərdiyə qarşı qiyam qaldırmaq cəhdləri müşahidə olunur.

AİP-in sədrəvəzi Elçin Manafov «Baku Post» qəzetinə müsahibəsində qurumun ətrafında dolanan şaiyələri şərh edir.

 

AİP-nın daxilində ixtilafların olması barədə keçmiş partiya üzvlərinin verdiyi açıqlamalar həqiqətə uyğündurmu?

 

-Partiyadan ayrılan bəzi şəxslər daxilimizdə nifaq yaratmağa cəhd edirlər. Amma bunların heç biri həqiqətə uyğun deyil. Onların provakasası partiyanın işini daha nizamlı və ağıllı qurmatımıza təkan verir. Onların məqsədi partiya daxilində nifaq salmaq və parçalamaqdırsa, buna nail olmurlar.

 

AİP daxilində parçalanma yaratmaq cəhdlərinin qurultay öncəsi baş verməsi qurultayda problemlərin olacağına işarə edir.

 

-Qurultayda fikir ayrılıqları olsa belə, bu problemlərdən deyil, demokratiyanın olmasından xəbər verir. Partiya üzvlərinin hamısı eyni düşünə bilməz. Hər kəs öz namizədliyini irəli sürə bilər, hadisələrə mövqeyini bildirər.

 

AİP-də Azərbaycandakı digər siyasi partiyalardan fərqli olaraq şəffaflıq, demokratiya güclüdür, partiya rəhbərliyi dəfələrlə seçki vasitəsilə dəyişib. Buna görə də qurulitayda ixtilaflar gözlənilir və bu tamamilə təbiidir.

Mənimlə partiyanın siyasi məsələlər üzrə müavini Akif Heydərli, yaxud partiya funksioneri Rövşən Əhmədli arasında heç bir nifaq yoxdur. Biz çox yaxınıq. Fikir ayrılıqlarının olması isə demokratiyaya, şəffaflığa işarədir. Bizə qarşı təxribat aparanlar ya öz təşəbbüsləri, ya da kiminsə fitvası ilə bu yolu tuturlar.

 

M. Səmədovun həbsindən sonra AİP daxilində liderlik uğrunda mübarizə getdiyi cəmiyyətdə, o cümlədən dindarlar arasında müzakirə olunan mövzulardandır?

 

-Parçalanma qətiyyən yoxdur, yalnız yaxşı mənada rəqabət ola bilər. Bu isə tamamilə təbiidir. Hər kəs AİP sədri yükünün altına girmir. Mən özümü də buna layiq bilmirəm. Amma bu vəzifə mənə tapşırıldığı üçün onu ləyaqətlə icra eləməyə çalışıram. Başqa birinin potensialı kifayət edərsə, niyə də öz namizədliyini irəli sürməsin. Partiya funksionerləri arasında heç vaxt vəzifə davası olmayıb.

Aramızda işin aparılmasında fikir ayrılıqları ola bilər, onları isə biz müzakirələrlə həll edirik. Üzvlərimizdə qüsurumuz, səhvlərimiz ola bilər. Bu məsələlər də həll olunur.

 

Opponetləriniz hazırki partiya rəhbərliyinin siyasəti nəticəsində dindarların siyasi ruhu soyudub, onlara mitinqlərə çıxmağa icazə vermədiyiniz ilə bağlı ittihamlar qədər həqiqətə uyğundur?

 

-Biz şəraitə, zaman uyğun hərəkət edirik. Bu vaxta qədər siyasətimizи məşvərətlə апарырыг. Hər bir adımımızın izahı var. Biz çoxsaylı dindarları mitinqlərə çıxara bilmişik. İndi isə çoxsaylı mitinqlər, etiraz aksiyalarının vaxtı deyil.

 

Təzə Pir məscidinin həyətində «Qüds günü» ilə bağlı aksiyalarımız olurdu. O vaxt hökumətin bununla bağlı mövqeyi başqa idi. İndi situasiya dəyişib, artıq yalnız azsaylı qruplarla etiraz aksiyaları keçirmək olar.

Dindarların ruhunu öldürdüyümüzdə ittiham edənlər bizimlə olsaydılar Hacı Vaqifin dəfn mərasimini iştirakçılarının nə düşündüyünü eşidərdilər. Əgər cəmiyyət buna hazır olarsa, biz hər bir aksiyanın önündə getməyə hazırıq.

 

Qurultayda radikal qrupların yeni bir İslam partiyası yaratmağa can atması mümkündürmü?

 

-Hər bir iş Allahın razılığı ilə baş tutur. Kim İslamın adına iş görmək istəsə, o, gec-tez ifşa olunacaq. Radikallıq doğru yol deyil. Buna görə də biz ağıl, təmkin yolu seçmişik. Mən fərd kimi başqa bir mövqe tuta bilərdim. Amma tutduğum mövqedə cəmiyyət qarşısında məsuliyyət daşıyıram. Azərbaycanda İslamın inkişafında biz də məsuliyyət daşıyırıq.

 

Bəzi siyasi partiyalar cəmiyyətin etimadığı doğrutlmadığı üçün  cəmiyyətdə dindarlar və qeyri dindarlar gözünü bizə dikib. Qurultay qabağı fəaliyyətimiz artıb, bu isə bəzi qüvvələri narahat edir.

 

Leave a Reply