|

İslam partiyası bölgələrdə aktiv işləyir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Gülnara İnanc, «Etnoqlobus» Beynəlxalq İnformasiya və analitik mərkəzin və Rusiya «Lev Gumilyov» mərkəzinin Bakı nümayəndəliyinin direktoru

Azərbaycan İslam partiyasının sədrəvəzi Hacı Elçin Manafovun Turkishnews.com amerikan-türk sayti üçün eksklüziv müsahibəsi.

-2012-ci ilin yekunlarını Azərbaycan dindarları üçün necə dəyərləndirərdiniz?

-Ötən il Azərbaycan dindlarlarına qarşı təzyiqlərlə yadda qaldı. Rəsmi dairələrin atdığı addımlar ölkədə İslamın məhdudlaşdırılmasına yönəlib. Onlarla dindar, o cümlədən İslam partiyasının üzvləri həbsxanalardadır. Prezidentin əvf fərmanı ilə ilin sonunda 6 dindarın azad olunmasına baxmayaraq, hələ də həbsdə saxta ittihamlarla mühakimə olunan onlarla dindar var. Bu çox təəsüfləndlirici haldır.

Rəsmilər İslamın düşməni olmadığını deyir, amma aparılan siyasət bunun əksini göstərir. Azərbaycan İslam partiyasının lideri Mövsüm Səmədov hələ də həbsxanadadır. Ciddi rejimdə saxlanılmaqla bərabər, ona dini ayinlərin keçirməsinə, mətbuat və internetdən istifadə qadağan edilib. Hicaba qadağa hələ də qaldırılmayıb. Bu isə dindarların narazılığına səbəb olur.

Ötən ildə həbsxanada Vaqif Abdullayev vəfat etdi. Hacı Vaqifin ixtiyar yaşında həbsə düşməsi səhv idi. Hacı Vaqif məhkəmədə ona qarşı heç bir ittiham olmadığını demişdi. Onun birbaşa təzyiq, yaxud xiffətdən ölməsinin fərqi yoxdur- fakt fakt olaraq qalır.

Bunlara baxmayaraq, ümidimizi itirmirik. Situasiyanın dəyişəcəyini düşünürük. Qarşıda prezident seçkiləri gəlir. Düşünürəm ki, rəsmilər məsələni müzakirə edib siyasəti dəyişəcəklər. Hicab məsələsinin də müsbət həll olunacağına ümidvaram.

Ölkə başçısı müsəlmandır və İslam təssübkeşi olduğunu bildirir. Həm ölkə daxilində, həm də xarici səfərlərimizdə ölkə başçısının dindarlara qarşı təzyiqlərin başında durduğuna inanmadığımızı deyirik. Düşünürəm ki, baş verənlər ya bəzi məmurların özbaşınalığı, yaxud kənar qüvvələrin təsiri ilə baş verir.
Azərbaycan xalqının adət-ənənələrinin əksəriyyəti İslam dini ilə bağlıdır. Xalqımız bu adətləri tarixin müxtəlif mərhələlərində, o cümlədən Sovet dövrünün təzyiqləri və qadağaları altında qoruyub saxlayıb.

İqtidar özünün sakit idarəçiliyini istəyirsə, İslama arxalanmalıdır. Xalqın seçdiyi insanlar dövləti idarə edir. Onların vəzifəsi isə xalqa xidmət etməkdir. Vətəndaşların inamına, etiqadına yad münasibət göstərmək yalnış yanaşmadır. Dindarlar ölkədə yaranmış belə bir vəziyyətdən narazıdır.

-Təzyiq İslama qarşı deyil, siyasi İslama və onun fəaliyyətinə qarşıdır…

-Görünür İslamın inkişafından narahatlıq var. Ötən ilin sonunda AİP-in 20 illik yubileyinin keçiriləcəyi şadlıq evinin adminsitrasiyası ilə öncədən razılaşdırılmasına baxmayaraq, son anda tədbir xəbərdarlıq olmadan qadağan edildi. Təzyiqlərin İslamın siyasiləşməsinə qarşı olduğunu düşünmürəm.
AİP-lə əlaqəsi olmayan şəxslər belə həbs olunub. Yaxın dostlarımız, məktəb və institut yoldaşlarımız belə partiyanın adını çəkməyə, bizə yaxın durmağa qorxurlar. Dindarlar daim həbs olunmaq qorxusu altındadır.
Nəinki siyasi fəaliyyətlə məşğul olan dindarları, minbərdən moizə edənləri, məsciddə işləyənələri, zahiri dini əlamətlər daşıyanları belə həbs edirlər.

Əvvələr müəssisələrdə çalışan dindarlar İslama yaxınlıqlarını açıq göstərirdilərsə, indi onlar etiqadlarını gizlətməyə çalışırlar. Xeyriyyəçiliklə məşğul olan dindarlar belə həbs olunub.

-«Yaşıllar», «Ədalət» və Cəmiyyət və İnkişaf partiyaları dinyönümlü blok formalaşdırır və cəmiyyətdə formalaşan dindar təbəqənin etimadını qazanmağa çalışırlar. AİP bu bloka qoşula bilərmi?

-Bu blokun əsl niyyəti yalnız özlərinə məlumdur. Blokun prezident seçkiləri qabağı yaradılması, canfəşanlıq göstərilməsi şübhə doğurur. Belə bir blok əvvəlcədən yaransaydı daha məntiqə uyğun olardı.
AİP-in fəaliyyəti Azərbaycan dövlətçiliyinə arxadır. Biz Azərbaycan dövlətinin qüdrətləməsində maraqlıyıq, həmişə bu məqsədə xidmət edən qüvvələrinin çağırışına cavab vermişik. Əgər sözügedən blok dövlətçiliyimizə xidmət edəcəksə, onlara qoşula bilərik.

-Rusiya ideoloqları ölkə prezidenti V.Putinin siyasi müstəviyə keçirdiyi avrasiyaçılıq ideologiyasının dini dəyərələr, o cümlədən İslami əsaslarla formalaşdırılmasının mümkünlüyünü irəli sürürlər…

-İslam dini bəşəriyyətin nicatı üçün ən gözəl yoldur. Məncə bu yaxşı fikirdir. Yaponiyada artıq belə bir fikir formalaşıb ki, ölkə yüksək iqtisadi inkişaf nail olduğu halda, bütpərəstlik bu çağırışlara cavab vermir. Tokioda keçirilən tədbirlərdən birində İslam bəşəri din kimi dəyərləndirilib.
İslam dininin böyük bir coğrafi məkanın insanlarını bir araya gətirmək potensialı var.

-AİP-in baş məclisində dindarların prezident seçkilərində iştirakı müzakirə olunub. Dindarlar prezident seçkilərində iştirak edəcəkmi?

— AİP-in tarixində ilk dəfə olaraq ölkəmizdə Islam siyasi ideologiyasının zəruriliyinin vətəndaşların hüququ kimi ortaya qoyulub.

AIP president seçkilərinə ciddi hazırlaşır, bölgələrdə dindarlarla aktiv iş aparılır. Dindarların prezident seçkilərində iştirakı üç şəkildə ola bilər – AİP-in namizədini dəstəkləmək, seçkiləri boykot və uyğun namizədə səs vermək.

AİP-in namizədinin president seçkilərinə qatılması həmin ərəfədə müəyyənləşdiriləcək.

Leave a Reply