|

İşğalçılıq strategiyasının iflası və Qüds gününün rolu

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Qüds gününü Qarabağ günü-də adlandırmaq olar, çünki bu gün əslində içşğalçılıq əyehhinə elan olunmuşdur və bu o deməkdir ki Qüds-i Şərifin və məzlum Qarabağın azad olunacağı gün yaxındır.

 

Hər il Beynəlxalq Quds günü dünyada milyonlarla müsəlman İsrailin işğal etdiyi Fələstin ərazilərinin azad edilməsi çağırışlarını bir daha təsdiqləmək və Təl-Əviv rejiminin Fələstin xalqına qarşı təcavüz aktlarını rədd etmək üçün mitinqlər keçirir.

 

Ancaq bu il, İranda koronavirus pandemiyası səbəbiylə küçə nümayişləri ləğv edildi və onlayn hadisələrlə əvəz olundu.

 

 

İşğalçılıq strategiyasının iflası və

Qüds gününün rolu

 

Beytül-müqəddəs şəhəri Məscid-ül-Əqsa-nın bu şəhərdə yerləşməsi səbəbindən ilahi vəhy baxımından və müsəlmanların nəzərində çox böyük dəyərə malikdir. Bu şəhər çox bərəkətli bir yer olub, böyük ilahi peyğəmbərlərin yaşadığı və peyğəmbərlik məqamına çatdığı məkan, müsəlmanların ilk qibləgahı və xüsusilə də Məhəmməd Rəsululahın (s.ə) göylərə merac etdiyi yerdir. Beytül-müqəddəs müsəlmanlarla yanaşı yəhudilər və xristianlar üçün də dini baxımdan çox böyük əhəmiyyətə malikdir. Lakin bu şəhərin bu qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, müsəlmanların ilk qibləgahı olan Qüdsi-Şərif bu gün sionistlərin əlindən qan ağlayır. Hamıya məlumdur ki, Fələstin xalqı uzun illərdir  torpaqlarının işğalından irəli gələn saysız-hesabsız çətinliklərlə üz-üzədirlər və bunun nə demək olduğunu qaçqınlıq həyatının acısını dadmış insanlar daha yaxşı başa düşürlər. Məzlum və səbrli Fələstin xalqı illərdir ki, müsəlmanların Beytül-müqəddəsin sionistlərin işğalından azad olunması üzrə qəti addımını səbrsizliklə gözləyir. Xoşbəxtlikdən İmam Xomeyni (r.ə) tərəfindən müdriklik və uzaqgörənliklə  dünya Qüds günü elan olunması və İİR-in Ali Rəhbəri tərəfindən müqavimət cəbhəsinə verilən hərtərəfli dəstək nəticəsində, Qüdsün azad olunması idealı bu gün həmişəkindən daha çox gerçəkləşməyə yaxındır.

Sionist xristianlar iddia edirlər ki, İsa peyğəmbər (s.ə), müqəddəs kitaba etiqadı olanların şəhəri olan Yerusəlimə (Qüdsə) qayıdaraq və Yerusəlimdə Davud taxtına əyləşərək dünyada sülh və ədalətlə hökmranlıq eləməyi əhd eləmişdir. Onlar İsa peyğəmbərin (s.ə) qayıdaraq gələcək dünyanı idarə edəcəyi barədəki etiqadlarını həyata keçirmək məqsədilə bu əqidədədirlər ki, müsəlmanların, Beytül-müqəddəsdəki iki məscidi yəni “Əqsa” və “Səxra” məscidləri müqəddəs kitab əhli olan insanlar tərəfindən dağıdılmalı və onun yerində Süleymanın məbədi və ya heykəli qoyulmalıdır.

Sionistlər, bu batil inanca əsaslanaraq və ABŞ-ın və bəzi digər dövlətlərin dəstəyi sayəsində 70 ilə yaxındır ki, Fələstində müsəlmanlara qarşı ən rəzil cinayətlərə əl atırlar, elə dəhşətli cinayətlərə ki, tarix boyu yaşamış ən qəddar cinayətkarları belə kölgədə qoymuşdur.

Sionistlərin zülmünə qarşı mübarizə və məzlum Fələstin xalqına dəstək verilməsi hətta İslam inqilabından əvvəl də islam dünyasının ən böyük alimlərindən olan İmam Xomeyninin (r.ə) düşüncələrinin əsas sütunlarından birini təşkil edirdi. İran İslam inqilabının qələbəsindən sonra isə İmam Xomeyni (r.ə) Qüdsün və Fələstinin  azad olunması məqsədilə mübarək Ramazan ayının hər son cümə gününü Qüds günü adlandırdı. İmam bu günü İslam günü, Allahın Rəsulunun günü,  İslamın və İslam qanunlarının bərpası günü kimi, islam səfərbərliyi günü və məzlumların zalımlara qarşı mübarizəsi günü kimi elan etmişdir. Elə bu tərif əsasında da Qüds gününü eyni zamanda Qarabağ günü də adlandırmaq olar, çünki Qüds günü əslində içşğalçılıq əyehhinə elan olunmuş bir gündür.

Qüds gününün elan olunması və bundan irəli gəlmiş islam oyanışı sayəsində bu gün sionist rejim böyük bir daxili böhranla üz-üzə qalmış və dünya xalqları arasında şəxsiyyət və etibarını əldən vermişdir. Qəsbkar İsrailin məğlubiyyəti və onun zəifləyərək yoxa çıxması aşkar bir prosesə çevrilmişdir.

İşğalçılığın strateji məğlubiyyəti

 

İmam Xomeyninin (r.ə) dünya Qüds günü elan olunması təşəbbüsü dörd onillikdən sonra öz səmərəsini verməyə başlamışdır. Buna misal olaraq Sionist rejimin özünün son müharibələrində, özü də islam ölkələri ilə yox, “Həmas”, Livandakı “Hizbullah” və s. kimi təşkilatlarla qarşıdurmada uğradığı məğlubiyyətləri göstərmək olar. Bu siyasi təşəbbüsün ən mühüm nəticələrindən biri də budur ki, sionist rejim özünün mövcudluğundan 70 il sonra belə dünyanın böyük dövlətlərinin, o cümlədən ABŞ-ın və müxtəlif ölkələrdəki güclü yəhudi lobbisinin hərtərəfli dəstəyinə baxmayaraq, özünü normal və hörmətə layiq bir ölkə kimi qəbul etdirə bilməmişdir  və əslində bu rejim dünya ictimai rəyində və xüsusən də islam ölkələrinin ictimai fikrində qanunilik baxımından çətin vəziyyətlə üz-üzədir və bu rejimin müxtəlif  ölkələrdəki səfirlikləri yalnız gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində öz fəaliyyətlərini həyata keçirə bilirlər. Hətta ABŞ-ın özünün bu rejimdəki  səfirliyini Təl-Əvivdən Beytül-müqəddəsə köçürməsi kimi bəzi passiv və qanunsuz hərəkətləri də nəinki İsrailə heç bir kömək etməmişdir, hətta müsəlmanların bu rejimdən narazılıq və qəzəbini daha da artırmışdır.

Dünyanın azadlıqsevər insanları mübarək Ramazan ayının hər son cümə gününün gəlişi ilə kütləvi şəkildə İsrail əleyhinə nümayişlərdə iştirak etməklə və Qüds gününü qeyd etməklə özlərinin sionistlərə qarşı qəzəb və nifrətini nümayış etdirirlər. Dünyanın “COVİD-19”  adlı yeni bir bəla ilə üz-üzə qaldığı bu günkü günlərdə islam ölkələrinin və hətta qeyri-islam ölkələrinin də xalqları virtual məkanda və müxtəlif KİV-lərdə sionistlərin işğalçılığına və zülmünə öz etirazlarını ifadə etməklə, bildirirlər ki, sionist virusu korona vurisindan dəfələrlə daha təhlükəlidir.

Sonda bunu qeyd etmək istərdik ki, İmam Xomeyninin (r.ə) dünya Qüds günü elan olunması barədəki strateji qərarının dərinliyi həqiqətdə işğalçılığın strateji məğlubiyyətinin labüd olduğunu sübuta yetirmişdir. Bu üzdən də islam dünyasının ictimai fikri və islam ölkələrinin xalqları özlərinin hətta bir qarış olsa belə torpağının işğala məruz qalması ilə barışa bilmirlər ki, bu, islam dünyası torpaqlarının, o cümlədən  Qüds-i Şərifin və məzlum Qarabağın azad olunacağı günün yaxında olduğundan xəbər verir.

Tags:

Leave a Reply