|

İranlı rejissor Leyla Novruzi : “Baş qəhramanın ana dili türkcə olduğundan filmi türkcə çəkdik”

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

leyla novruzi 2İranlı qadın yazar və rejissor Leyla Novruzi milliyyətcə azərbaycanlıdır. O, həyatının böyük hissəsini filmə və ədəbiyyata həsr edib. İndiyədək bir hekayə və iki şeir kitabı işıq üzü görmüş Leyla Novruzi həm də iki qısa filmin və son günlər geniş müzakirə olunan “Mən İsmətəm” sənədli filminin rejissorudur. Azərbaycan dilində çəkilmiş “Mən İsmətəm”, daim heyvanları qoruduğu və onlara himayədarlıq etdiyi üçün ətrafdakı insanların mənfi münasibətinə məruz qalmış təbrizli bir qadının həyatından bəhs edir. Xanım Novruzi İranda qadınların filmdə və ümumən yaradıcı həyatda yeri, son günlər meydana çıxmış Azərbaycan dilində film çəkmək ənənəsi və İran qadınının gündəlik həyatda üzləşdiyi çətinliklər barədə fikirlərini bizimlə bölüşür.

“Baş qəhramanın ana dili türkcə olduğundan filmi türkcə çəkdik”.

— Leyla xanım lütfən bizə bir qədər yazar və rejissor kimi gördüyünüz işlərdən bəhs edin.
— Mən on ilə yaxındır ki hekayə, şeir, ssenari və s. yazıram. Bu illər ərzində üç kitabım nəşr olunub. Bir hekayə və iki şeir kitabı.
Film sahəsində də aktrisa, fotoqraf, dekorator və s. kimi çalışmışam. Həmçinin iki qısametrajlı filmin də rejissoruyam. Üçüncü filmim “Mən İsmətəm” adında ilk sənədli filmimdir ki, bu yaxınlarda bitib və onunla festivallarda iştirak etməyə hazırlaşırıq.

leyla novruzi 1— Kənardan baxanda İran cəmiyyətində kişilərin qadınlar üzərində bir üstünlüyü hiss olunur. Halbuki siz İranda qadın rejissorsunuz. İranda qadın rejissorlar çoxdurmu? Yaradıcı sahədə işləyərkən qadın-kişi fərqi nə dərəcədə hiss olunur?
— İranda güclü qadın rejissorlar, aktrisalar, yazarlar var. Məncə, yaradıcı sahədə işləmək üçün təkcə yaxşı fikirlər lazımdır. Qadın, kişi fərq etməz. Ancaq etiraf etməliyik ki, İranda yaradıcı qadınlar kişilərdən daha çox problemlərlə üzləşirlər…

— Bu yaxınlarda Təbrizli Bəhmən Ərk və Bəhram Ərk qardaşlarının Azərbaycan dilində çəkdikləri “Soyuq” filmi İranda nümayiş olundu. Quzey Azərbaycanda yaşayanlar üçün İranda azərbaycanca filmin yayımlanması xeyli gözlənilməz xəbər oldu. Sizin filminiz də Azərbaycan dilindədir. İranda azərbaycanca filmlər əvvəllər də çəkilirdimi, yoxsa bu yeni yayılmış bir haldır?leyla novruzi 7
— Ərk qardaşlarının filmi İran Azərbaycanı üçün böyuk bir hadisədir və filmimizə yenidən can verdi. Bizim azərbaycanlılar arasında güclü rejissorlar var ki, illərdir ana dilimizdə, yəni türkcə film çəkiblər və yaxşı mükafatlar da qazanıblar. Lakin bu danılmazdır ki, son illərdə rejissorlarımız arasında ana dilimiz türkcədə film çəkmək həvəsi artıb. Qeyd etməliyəm ki, bu filmlərin böyük hissəsi qısametrajlı filimlərdir, çünki sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər.
leyla novruzi 3» Bütün ürəyiylə heyvanları sevən bir qadın təsəvvür edin”.

— Filminizi azərbaycanca çəkmək arzusu necə yarandı? Axı, farsca olsaydı, yəqin İranda daha çox yayılardı. Bu özünüzü daha yaxşı ifadə edə bilmək üçün idimi?
— Mənim çəkdiyim sənədli filmin baş qəhrəmanı İsmət GüneyAzərbaycanda yaşayır, ana dili türkcədir və film gerçək həyatda baş verən hadisələrə əsaslandığı üçün qəhrəman öz dilində danışmalıdır, əks halda bu sənədli film olmazdı. Qəhrəmanın gerçək həyatını əks etdirərək filmi daha təsirli hala gətirmək mümkündür.

— Filminiz qadın və heyvan hüquqlarına qarşı həssaslığı ifadə edir. “Mən İsmətəm” filmini çəkmək ideyası necə yarandı? Niyə, məhz, İsməti filminiz üçün mövzu seçdiniz?
— Bu filmin mövzusunu cənab Məhəmməd Əlimuradi təklif etdi və İsmət xanımın bir neçə fotosunu yolladı. İsmətin həyatı mənə çox maraqlı gəldi. Təsəvvür edin: bir qadın bütün ürəyiylə heyvanları sevir və onları öz himayəsi altına almaq üçün böyük çətinliklərə dözür. Məncə, İsmət həm uşaqlarına, həm də sahibsiz heyvanlara anadır. Biz öz müşahidələrimizdə qadınların, ümumiyyətlə, heyvanları bəsləməklə maraqlandığını görmüşük, amma bütün qadınlardan fərqli olaraq İsmət xanımın həyatı heyvanlara başdan-başa sevgidən və məhəbbətdən ibarətdir. Onu yaşadan bu sevgi həm də bizim filmimizə güc verdi.

“Yaradıcı sahədə işləmək üçün təkcə yaxşı fikirlər lazımdır”

— İranda sənədli film çəkərkən nə kimi çətinliklərlə üzləşdiniz? Ümumiyyətlə, sənədli film çəkməyin çətinlikləri nələrdir?
— Sənədli film çəkərkən çəkilişə nə zaman başlayacağın əvvəldən məlum olmur, digər yandan professional dekorasiyalardan faydalanmaq imkanı da olmur. Bu səbəbdən dolayı sənədli film hər zaman daha çətin başa gəlir. Biz bu filmi tamamilə qeyri-peşəkar avadanlıqlarla çəkmişik. Məsələn, filmi foto çəkmək üçün nəzərdə tutulmuş “Canon 60” fotokamerası ilə çəkmişik. Elə səs avadanlıqlarımız da kifayət qədər qeyri-peşəkar idi. Əlbəttə, sənədli film çəkilişində bunlara icazə verilir, amma dəstəyimiz olsaydı, bir çox problemlərimizi ortadan qaldırardıq.
Bu cür sənədli filmləri çəkərkən gərək filmin baş qəhrəmanı ilə birgə küçədə-bayırda gəzəsən, millətin baxışlarına və sözlərinə təhammül edəsən. Əlbəttə ki, çəkiliş zamanı Təbriz xalqının sevgisini və anlayışını gördüyümüzü də qeyd etməliyik.


leyla novruzi 5“Filmimizin baş qəhrəmanı əməlləriylə sübut etdi ki, qadın heç də zəif cins deyil”

— Adətən, İran filmlərində tez-tez qadın faciələrinə rast gəlirik. İsməti İran qadınlarının çoxunun ümumi obrazı saymaq olarmı? Yəni İranda sırf zəif cinsdən olduğu üçün kişilər tərəfindən mənfi münasibətə məruz qalmaq ənənəsi nə qədər yayğındır?
— Filmimizi çəkməkdə məqsədlərimizdən biri bu stereotipi sındırmaq idi. İsmət xanım öz əməlləriylə sübut edir ki, qadın zəif cins deyil, “Mən İsmətəm” filmində baş qəhrəman qadın olmaqdan daha çox heyvan sevərliyinə görə bir sıra insanlar tərəfindən əziyyətə məruz qalır.

— Keçmişdə İranda qadınların cəmiyyətdə basqılara, ayrıseçkiliyə məruz qalması haqda çoxlu xəbərlər alırdıq. Yaxın dövrdə isə İranda modernləşməyə doğru bir açılım başlanıb. Bəs indi İran qadınlarının durumu necədir, qadınlar öz haqlarını qoruyarkən hansı məhdudiyyətlərlə qarışılaşırlar?
— Diqqətlə müşahidə etdikdə İran qadınlarının üzləşdiyi bir çox məhdudiyyətlərdə, məhz, qadınların özlərinin günahkar olduğu görünür.
Cəmiyyətin basqısı nə qədər olursa olsun, o cəmiyyətdə bir qadın öz istəklərinin arxasınca gedə bilər, məsələn musiqi ifa edə bilər, maşın sürə bilər, elmlə məşğul ola bilər. Son söz olaraq onu deyim ki, qadının yolunu açan tək şey onun cəsarəti və düşüncəsidir.leyla novruzi 6

Söhbətləşdi: Namiq Hüseynli

http://xeber365.com/article/155/23310/    (video burada)

Leave a Reply