|

İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general  Əhməd Əli Qudərzi Nəmin şəhərində İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirmişdir:
— İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur.
— Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmamış və hər iki tərəf bağlanmış müqavilələrə riayət etmişdir.
— Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur.  Ərdəbil regionu təhlükəsiz regiondur.
—  Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İran İslam Respublikasının sərhədləri tam təhlükəsiz vəziyyətdədir.

Leave a Reply