İran sandıqdan yeni komanda çıxarır
Gülnara İnanc
İranda bu ilin martında keçirilmiş parlament seçkiləri 2013-cü il prezident seçkilərinin əsasını gücləndirdi. Parlament seçkilərində mühafizəkarların Hamneyiyə bağlı qanadı hakimiyyətdə möhkəmləndirdi və prezident seçkiləri üçün yeni mühit hazırladı.
Azərbaycan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı, Tarix elmləri namizədi Sübhan Talıblı «Qumilyov» mərkəzinə verdiyi eksklüziv müsahibədə İranda parlament seçkiləri, İran—İsrail münasibətlərində Azərbaycan amili mövzusuna şərh verir.
— Hazırki parament heyəti əvvəlkilərdən həm etnik baxımdan, həm ictimai-siyasi baxışları baxımdan, həm də rəhbərə yaxınlığı daxili siyasi qüvvələrin balansı baxımından tamamilə fərqlənir. Bu isə təsirini prezident seçimlərində göstərəcək.
M.Əhmədinejad mühafizəkarların içərisindəki qanadlardan birini təmsil edir. İran prezidentinin ətrafı daraldırılır və onun yerini başqa bir mühafizəkar komanda tutur. Beləliklə, hakimiyyətdə yalnız mühafizəkarlar möhkəmlənir və gələcək prezident seçimlərinə bu komandanın yaxın adamları hazırlanır. Buna görə də gözlənidjiyinə rəğmən İranda yaxınlarda xalq etirazlarını gözlənilmir.
Yaxın zamanda İran hakimiyyətində sandıqda qalmış simalar Tehranın yeni siyasətini nümayiş etdirəcək. Bu əsasən Qərblə manevr , hakimiyyəti möhkəmlətmək üçün istifadə olunacaq.
—İsrail İrana qarşı genişmastablı hərbi əməliyyatların əleyhinə çıxaraq yalnız nüvə obyektlərinin bombalanmasını təklif edir, Ağ Ev isə İsraili bu addımından daşınmağa çalışır. Sizə bu fikir ayrılıqlarının səbəbi nədir?
— Regionda istənilən hərbi əməliyyatın aparılması istər bütünlükdə İran xalqı, istər bölgə üçün təhlükəlidir. Azərbaycan-İsrail münasibətlərinin Azərbaycan-İran və Azərbaycan-Türkiyə münasibətləri üçün çox həssas olması fikri ilə razılaşmaq lazımdır. Tədqiqatlar Azərbaycanın İsraillə imzaladığı hərbi texnikanın alınması haqqında anlaşmada tələskənlik olduğunu göstərir.
İsrail və ABŞ-da müxtəlif qruplar arasında İrana qarşı fəaliyyət taktikasına yanaşma fərqliliyi var. Bəziləri İrana qarşı hərbi əməliyyatların keçirilməsini, bir qisim hakimiyyət dəyişikliyini, digərləri isə iqtisadi təzyiqləri embarqolar vasitəsilə davam etdirməyi təklif edir.
İran vətəndaşı müharibəyə və hər cür ekstremal şəraitə hazırdır.
Bu günə qədər İrana qarşı tətbiq edilən sanksiyalar özünü doğrultmayıb, əksinə ölkə iqtisadiyyatını bu embarqo şəraitinə uyğunlaşdırıb.
Siyasi sanksiyaların da nəticəsi eynidir. İranın nüvə obyektlərini vurmağın üzərində durmaqla İsrail adi vətəndaşları vurmayacağına işarə edir. Amma bu yalançı iddiadır.
Hərbi və nüvə obyektlərinin yaxınlığında yaşayış məntəqələri yerləşir və raketlərin yaşayış məntəqələrinə düşəcəyi ehtimalı yüksəkdir.
İranda da Rusiyadakı kimi bəzi gizli obyektlər əhalinin sıx olduğu yerlərdə qurulub. İsraillə İran arasında qarşılıqlı raket hücumu olacaqsa, bunda mütləq insan və mal tələfatı olacaq. İran çox cəbhədə vuruşan bir ölkədir və istəyir ki, ona qarşı yönələn təhlükənin bütün məntəqəyə yaysın. Münaqişənin yayılma coğrafiyası daha çox marağlı güclərin və dövlətlərin bölgəyə cəlb olunmasına gətirəcək.
Rusiya, Türkiyə kimi bölgə dövlətlərinin də İranla bağlı mövqeləri hələ tam aydın deyil.
Rusiya BMT-nin Təhlükəsizlik Şurasının İranla bağlı sanksiyalara qoyduğu vetoda yalnız İranda hakimiyyət dəyişikliyinə razılıq verdiklərini , hərbi əməliyyatlara qarşı olduqlarını , nüvə obyektləri barədə razılığa gələ biləcəklərini vurğulayıb.
İranın dövlət kimi qüvvətlənməsinə Rusiya da maraqlı deyil, amma islami rejimin saxlanmasında maraqlıdırlar. İrana qarşı olan təzyiqlərdə İran xalqının kimliyini qoruması da ayrıca bir məsələ kimi durur. Müharibə başlayarsa, İranın yoxsa ABŞ-ın, yaxud İsrailin bu işdən qalib çıxacağını, yaxud nəyəsə nail olacağını demək mümkün deyil.
İran rəhbərliyi ona qarşı hərbi planların hazır olduğunu bilir və bu prosesləri özü sürətləndirməyə maraqlıdır. İran ordusu 1979-cu ildən bəri ölkə tarixində ən güclü ordusunu qurub. İran rejimini quran,sevən, onun möhkəmlənməsini istəyən qüvvələr var. İran
ordusunun gücü müasir silahlar, hərbi təlimlər, hərbi sənayenin inkişafı və xaricdən hərbi texnikanın alınmasındadır.
İran İsrailik deyil. Yerüstü hərbi əməliyyatlarla İran xalqının üstünə getmək olmaz.
Qərb İran rejimini devirmək yollarını bilir. Bombalanmış İran Qərbə sərf etmir. Lazım olarsa, Qərb bu yollardan istifadə edib hakimiyyəti dəyişəcək.
—İranda islam hakimiyyəti yaranandan bu günə qədər Tehran və ABŞ arasında davam edən danışıqlarda müzakirə mövzusu nədir?
-ABŞ 1979-cu ildən İrandakı İsveç səfirliyinin vasitəçiliyi ilə Tehranla danışıqlar aparır,
ölkələr arasında mədəni əlaqələr də ölməyib. İran vətəndaşları üçüncü ölkələrdən, o cümlədən Azərbaycandan ABŞ-a getmək üçün istifadə edirlər.
ABŞ-ın Əfqanıstana, İraqa hərbi müdaxiləsində Tehranla danışıqlar apararaq İranın mövqeyi nəzərə alınaraq İran amilindən istifadə olunub.
ABŞ tədqiqatlarında, İranla münasibətlərdə Azərbaycanın və Türkiyənin vasitəçiliyinə ehtiyac yaranmasında Ağ Evin Tehran siyasətində yalnış mövqelər səbəb kimi göstərilir və birbaşa əldaqələrin qurulmasını doğru sayılır. Keçmiş İran prezidenti Rəfsəncani eyni fikri təkrarlayaraq deyirdi ki, zamanı gələndə ABŞ la danışıqları İran xalqı və dövləti vasitəiçlər olmadan aparacaq.
—Azərbaycan İran—İsrail münasibətlərinin mərkəzinə çəkillməsinin səbəbi nədir?
— Tehran Mossadın Azərbaycan ərazisindən keçərək İranın nüvə üzrə alimini qətlə yetirməkdə suçlaması əsaslanmayıb. Terrorçu sənədlərində kimisə öldürməyə getdiyini yazmır. İran kimi qapalı ölkənin ərazisinə daxil olub orada terror aktı törətmək üçün daxildən dəstək alması vacibdir. İran təhlükəsizlik qüvvələrinin də bu məsələdə hansı mövqedə dayandığının da araşdırılmağa ehtiyac var. İran xüsusi xidmət orqanları öz zəif yönlərini aşkarlayaraq etiraf etməlidirlər.
—Rusiya İranın gələcək taleyini həll edən bir açar kimi görülür…
— Rusiya İranla Qafqaz, Orta Asiya istiqamətindəki siyasətində 1988-ci ildə SSRİ prezidenti M.Qorbaçovla İran prezidenti Rəfsəncaninin imzaladığı iki ölkə arasında əməkdaşlığı barədə anlaşmaya əsasən qürür. İranın Ermənistanla hazırda qurduğu əməkdaşlıq da həmin anlaşmaya əsaslanır. Həin anlaşmaya əsasən İran Ermənistana himayədarlıq etməlidir. Eyni anlaşma Dağlıq Qarabağ münaqişəsində tətbiq olunur.
SSRİ-İran münasibətlərində İslam inqilabından sonra genişlənib.