|

İran səfirinin mətbuat konfransi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İslamınsesi.az-ın  verdiyi məlumata əsasən, bu gün İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasına rəsmi səfərinin nəticələrinə dair mətbuat konfransı keçirib.

İlk olaraq, İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin, konfrans iştirakçılarını salamlayıb və dəvəti qəbul etdikləri üçün təşəkkür edib.

O, mətbuat konfransının səbəbi kimi Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri və bu səfərin iki ölkə arasında iki tərəfli, həmçinin regional sahədə əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini göstərib.

İlham Əliyevin İrana 3-cü səfərinin olduğunu xatırladan Möhsün Pak Ayin, “Bu səfərin böyük əlamətdar hadisələrindən biri də cənab prezident İlham Əliyevin İran İslam Respublikasının Ali dini Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşü, həmçinin cənab prezident Həsən Ruhani ilə geniş, hərtərəfli müzakirələri oldu.Bu səfərdə iki ölkənin nazirləri tərəfindən 3 anlaşma memorandumu və bir müqavilə imzalandı”- deyib.

Müqavilə Araz çayı üzərində Marazad-Ordubad Su Elektrik Stansiyasının tikilməsi barədə olub. O, su elektrik stansiyasının tikilişinin iki ölkənin elektrik enerjisinə olan tələbatın ödənməsində və Araz çayının suyundan səmərəli istifadəsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Memorandum sazişi fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq barədə olub.

Digər memorandum sazişinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında olduğunu xatırladan səfir iki ölkə gəncləri arasında əlaqələrin inkişafını əhəmiyyətli hesab edib.

Üçüncü memorandumun isə meteorologiya və əlaqədar məsələlərə dair əməkdaşlıq barədə olduğunu qeyd edib.

Möhsün Pak Ayin iki ölkə arasında müştərək iqtisadi komissiya sədrlərinin seçilməsini əhəmiyyətli sayıb. O, bu komissiyanın iran tərəfindən hazırda İranın telekommunikasiya və informasiya texnologiyaları naziri doktor Vaizinin təyin olunduğunu bildirib.

Səfər zamanı Qarabağ probleminin müzakirə edildiyini xatırladan səfir, İranın Azərbaycanın ərazi bütövlüyünü tanıması və dəstəklədiyini vurğulayıb və Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, ədalət prinsipləri əsasında həllindən yana olduğunu qeyd edib.

Leave a Reply