|

İran regional sülh üçün bir köməkçi ola bilər

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1,00 out of 7)
Загрузка...

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayinin «Etnoqlobus»  Beynəlxalq onlayn informasiya analitik mərkəzinə  eksklüziv müsahibəsi.

 

Nədən ABŞ israrla İranla münasibətlərin tənzimlənməsinə can atır? Bunda Evin hansı  regional qlobal maraqları var?

 

-ABŞ İranla münasibətlərini normallaşdırarkən öz mənafeyini qoruyur.  İran İslam İnqilabı qələbə çalandan sonra uzun illərdir Ağ Ev bölgədə öz maraqlarını istədiyi kimi həyata keçirə bilmir.  İran regionda böyük ölkələrdən biridir və onun rolunu danmaq olmaz. İran dünya ölkələri üçün  70 milyon əhalisi olan böyük  bir bazardır. Xarici sərmayədarlar üçün böyük bir potensiala malikdir, xüsusilə enerji və neft sahhəsində. İran hazırda inkiaşf etməkdə olan ölkələrdəndir.

 

İran quruculuq mərhələsindədir və bu sahədə işləri ölkə mütəxəssisləri həyata keçirir. Xarici sərmayədarldar da bu sahədə iştirak edə və qazanc götürə bilərlər. ABŞ isə baş verənləri müşahidə edir.

İran siyasi məslələrdə də regionun qüdrətli dövlətlərindəndir. Odur ki, bölgədəki münaqişələr bizim iştirakımız olmadan həll oluna bilməz.

 

Əslində İran regional sülh üçün bir köməkçi ola bilər. ABŞ-ın Əfqanıstanda, İraqda, Yaxın Şərqdə problemləri var. Regionda ən böyük güc sahibi olan dvölətlərdən biri olan İranı unutduqları üçün bu münaqişələr həll olunmur.

 

Mədəniyyət sahəsində də  İran dünyadakı İslam dövlətlərinə və müsəlman xalqlara təsir edə bilər. Bütün bu xüsusiyyətləri nəzərə alaraq dünya ölkələri, o cümlədən ABŞ İranla münasibətlərini tənzimləmək istəyir.

 

Biz belə düşünürük ki, amerikalılar İranla münasibətlərini nizamlamaqda davamlı siyasət yürütmürlər. Odur ki, İran xalqı və dövləti Birləşmiş Ştatlara etimad göstərmir. Çünki sionist lobbisi və onların tərəfdarları ABŞ hökumətində hələ də nüfuza malikdirlər. Yəhudi lobbisi ABŞ-ın İranla münasibətlərini istəmir və buna istənilən şəkildə mane olur.

 

İran-ABŞ əlaqələrinin istiləşməsi İsrailin təcrid olunması deməkdir. Obama administrasiyası isə mövcud maneələri azaltmaq istəyir, amma müşahidələr göstərir ki,  bu sahədə elə bir ciddi nəticələr əldə olunmayıb. Biz bir az gözləməliyik.

 

Qərblə nüvə məsələsində gərginlik səbəbindən İran xarici siyasətində  bəzən istəmədən belə Rusiyanın oyununu oynamalı olur.   İranQərb yaxınlaşmasından  bölgə dövlətləri, o cümlədən Rusiya itirəcək?

-İran-Rusiya əlaqələri strateji xarakter daşıyır. Biz düşünmürük ki, Rusiya İranın Qərblə münasibətlərinin tənzimlənməsindən narahat olsun. Türkiyədə bizim yaxın qonşumuzdur. Bu iki ölkə ilə sıx müanasibətlərimiz var. İran-Qərb münasibətlərinin istiləşməsi bizim bu ölkələrlə də əlaqələrimiz möhkəmlənməsinə xidmət edir. Bizim qonuşlarımızla olan münasibətlərimizə bu məsələ heç bir ziyan gətirmir.

Bu cür yanaşmalar medianın fərziyyəsidir. İranın potensialı və imkanları dünyanın bütün ölkələri ilə tamhüquqlu əlaqələr qurmağa imkan veriri və bu zaman  üçüncü ölkəyə heç bir mənfi təsir etmir.

Əfqanıstan və Pakistanla da əlaqələrimiz var. Bu iki dövlət arasında əlaqələrin pis olmasına rəğmən bizim onlarla münasibətimiz genişdir. Pakistanla Hindistan arasında da uzun illərdən bəri davam edən münaqişə var. Lakin İranın bu iki qonşusu ilə dost münasibətlər qurmasına mane olmur. Bizim dostluğumuz başqa ölkələrə mənfi təsir göstərmir. Bu səbəbdən də bizim Qərblə yaxınlaşmağımız və əlaqələrimiz yaxşılaşması üçüncü ölkələrə mənfi təsir göstərməyəcək.

İranın daxilində Qərblə yaxınlaşmalara müxalif olan qüvvələr varmı onlar bunu ilə əsaslandırırlar?

-Hər bir ölkənin xarici siyasət kursun bəyənməyən qrupların olması təbiidir. Dediyim kimi İran hökuməti ABŞ-la əlaqələrin nizamlanmasına etimad göstərmədiyi üçün daxildəki ictimai-siyasi qüvvələr də bu məsələyə xoş yanaşmır.

ABŞ bu illər ərzində İrana qarşı münasibətləri onu iranlıların düşməninə çevirib. Ölkədəik bütün cinahlar bu məsələdə həmrəydir. Bu səbəbdən də gözlyirik ki, ABŞ etimad yaratmaq üçün hansı addımları atacaq. Nüvə danışıqları İran-ABŞ əlaqələri üçün yaxşı bir sınaqdır. Baxaq görək, ABŞ bu sınaqdan üzüağ çıxacaq , ya yox. Əgər Vaşinqton nüvə danışıqlarında təzyiqlərə uymasa və dövlət  mənafeyini qorusa, biz də irəli doğru addım atmaq məsələsinə baxarıq. Hal-hazırda nüvə proqramı sahəsində ABŞ-la danışıqlar aparırırq. İran bu yolun hara gedəcyini gözləyirik.

Bu günlərdə İran prezidenti Həsən Ruhani nüvə məsələlrində Tehranın bir addım da geri çəkilməyəcəyini elan edib. Əgər belədirsə, tərəflər arasında razılaşma necə əldə oluna bilər?

-Sülməramlı nüvəyə sahib olmaq hər bir dövlətin haqqıdır. Biz bu mövqeyimizdən bir addım da geri çəkilməyəcəyik. Lakin qərblilər İranın nüvə proqramından silah əldə etmək üçün istifadə etdiyini iddia edir. Biz isə bunu təkzib edirik.  İran nüvə silahı əldə etməyə çalışmadığını sübut etməyə hazırdır. Danışıqlar nüvə proqramından imtina etmək demək deyil. Müzaikrələrin məqsədi beynəlxalq qanunlar əleyhinə çıxış etmədiyimizi və nüvə enerjisi yaratdığımızı sübut etməkdir. Beynəlxalq Atom Enerji təşşkilatı ilə hər cür əməkdaşlığa hazırıq.  Etimad yaratmaq üçün razılaşmada əldə olunmuş digər mərhələləri də keçə bilərik.

Bölgə dövlətlərinin əksəriyytəində nüvə silahı varsa, nədən İran daim atomu yalnız dinc məqsədlər üçün istifadə etdiyi sübut etməyə çalışır. Atom silahından imtina etmiş Ukraynanın acı aqibətini görürük

-İran nüvə silahının güvənlik yaratdığını düşünmür.  Əgər belə idisə, bu halda İsrail ən təhlükəsiz ölkələrdən biri olmalı idi. Yaxud keçmiş Sovet İttifaqı dağılmamalı idi. ABŞ bu qədər nüvə silahı ilə İraq, Suriya, Əfqanıstanda öz mənafeyini qoruya bilərdi.

Ukraynadakı hadisələr isə  nüvə silahı ilə bağlı deyil. İranın təhlükəsizlik doktrinasına əsasən, nüvə silahı ölkənin güvənliyini qoruya bilməz. Nüvə silahımız yoxdur. Amma 30 ildir ABŞ-ıq qarşısında durmuşuq.  İranın atom silahı yoxdur,amma Sovet İttifaqı və Qərbin dəstəklədiyi Səddamla vuruşduq və torpaqlarımızın bir qarışnı da vermədik.

İran sülhpərəst ölkədir. Düşünürük ki, nüvə silahı sülhə əngəldir. Bütün dünya ölkələri nüvə silahını məhv etməlidir. İslam dini də nüvə silahını qadağan edir. İranın İnqilab rəhbəri Ayətullah Xamneyi  nüvə silahına sahib olmağı haram elan edib.

Şüarımız budur: «Nüvə enerjisi bütün ölkələr üçün, eüvə silahı heç kəs üçün.»

Ukrayna hadisələri ortaya bir həqiqəti qoyduböyük güclər dünyada özlərini istədikləri kimi aparır. Amma digər tərəfdən bəşəriyyətdə bütün dövrlərdə imperiyalar olub. Nədən indi ABŞın, yaxud Rusiyanın dünyanı silah gücünə idarə etməsinə, işğalçılıq siyasətinə təəccüblə yanaşırıq, Məgər Roma, İran, Osmanlı, Ərəb, Fransa sair imperiyalar dünyanı eyni qaydalarla idarə etmirdimi?

-İran dövləti başqa ölkələrin ərazilərini işğal edən, onları öz təsiri altına almaq istəyən heç bir dövlətin əməlini dəstəkləmir. İstər bu, keçmişdə olsun. İstər indi.

ABŞ, İngiltərə və Fransanın Afrika ölkələrini istismarına qarşıyıq.İslam inqilabı etdik ki, dünyadakı zalım sistemlərə qarşı mübarizə aparaq. Keçmişdə hər hansı imperatorlar səhv edibmə, biz onları təkrar etməli deyilik.

Bu arada Azərbaycanla İran arasında münasibətlərin istiləşməsinin yeni bir nəzərə çarpacaq mərhələsi başlandı.  Bunun Ukrayna hadisələrii fonunda baş verməsi diqqət çəkdi. Məncə, Azərbaycan bu qarışıqlıqda cənub cinahının etibarlı olmasına  çalışır. Siz düşünürsüz?

-İran-Azərbaycan əlaqələri bir gecədə yaxşılaşmayıb və onun Ukrayna məsələlri ilə heç bir əlaqəsi yoxdur.  Azərbaycanda işlədiyim müddətdə qarşılıqlı anlaşılmazlıqları aradan qaldırmağa və əlaqələrmizin yaxşılaşdırılmasına çalışmışam. Bir ildən artıq bir müddətdə nəzərə çarpacaq nailiyyətlər əldə etdik, yüksək rütbəli dövlət nümayəndələrinin qarşılıqlı səfərlərinin baş tutduğunu gördük.

Bütün bu səylərin nəticəsidir ki, hər iki ölkə başçısı fevral ayında Davosda görüşdü. Prezidentlərimiz əlaqələrin genişləndirilməsinə qərar verdi.   Cənab Ruhaninin dəvətnaməsi İ.Əliyevə təqdim edəndə Ukrayna məsələsi gündəmdə deyildi. Azərbaycan prezidenti İ.Əliyevin İrana səfəri və digər uğurlu nəticələr son illər ölkələr arasında diplomatik  əlaqələrin nəticəsidir.

Rusiya mətbuatının yazdığına görə, İran Ermənistana çox ucuz məbləğdə qaz satmaq barədə razılaşma əldə edib. Əgər  həqiqətən bu, belədirsə, bu siyasəti İranın bölgədə nüfuzunu genişləndirmək Rusiyanın gücünü zəiflətmək cəhdi kimi dəyərləndirmək olarmı?

-Bu məlumat doğru deyil. İranın Ermənistanla heç bir qaz müqaviləsi yoxdur. Bəzi müzaikrələr olub, amma son nəticələr yoxdur.

Ukraynadakı hadiəslərə İranın mövqeyi necədir?

-Ukraynadakı hadisələrin tezlkilə həll olunacağına ümid edirik. Dünyanın heç bir yerində münaqişələrin qızışmasını və qan tökülməsini istəmirik. İstəmirik ki, Ukrayna yeni bir Suriyaya çevrilsin. Zənnimizcə, qarşı tərəflər və böyük güclər müzakirələr aparmalı və çıxış yolu tapmalıdır. Ümumilikdə biz Ukrayna münaqişəsinin hərbi güc yolu ilə həllini istəmirik. Eyni halda sanksiyaların münaqişənin həlli vasitəsi olduğunu da düşünmürük. İran 10 ildir blokada və sanksiyalara məruz qalıb. Amma sonda Qərb yenə də  müzaikrə yolunu seçdi. Ukrayna məsələsində də indidən dialoq yolunu seçməlidirlər.

 Gulnara Inanc

Leave a Reply