|

Иран отмечает День победы Исламской Революции

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...
İran islam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möksün Pakayin İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə bildirib ki, inqilabın qələbə çalması ilə özünəinam və müstəqilliyə söykənən inkişafa yeni bir model formalaşmış və İran İslam Respublikası son 30 ildə Qərbin sanksiyaları və pozucu fəaliyyətlərinə rəğmən  elm və texnologiya sahələrində böyük nailiyyətlər əldə etmişdir.
O, mötəbər elmi və iqtisadi təşkilatların hesabatlarına toxunaraq, əlavə etmişdir: “ İran İslam Respublikası inkişafın çətin mərhələlərindən uğurla keçərək, Hava-Fəza, eləcə də müdafiə elmlərini artırmaqda çəx əhəmiyyətli nailiyyətlər əldə edib.
Pakayin sözlərinə görə, dəniz patrul təyyarəsinin, həmçinin Kruz raketi,pilotsuz təyyarələrin, Kosmik və rabitə peyki daşıyan raketlərin layihələrinin icrasını, eləcə də bəzi elektron cihazların istehsalı yerli mütəxəssilərin nailiyyətidir və kosmik peyk fəaliyyəti və peyk daşıyan raketlərin fəzaya buraxılması sahəsindəki elmi inkişaf göstəricilərinə əsasən İran neçə ildir ki, 11 kosmik ölkənin cərgəsinə daxil olmuşdur.
 İranın Azərbaycandakı səfiri peyk və canlı daşıyan kapsulanın fəzaya göndərilməsini və Hava-Fəza elmi tədqiqatın təkmilləşdirilməsi istiqamətində yeni bir kosmik peykin yer kurəsinin orbitinə çıxarması layihəsinin proqramlaşdırılmasını ölkəsinin bu sahədəki inkişafının nəticəsi kimi hesab edərək, əlavə etmişdir: “ Bəzi ölkələrin səhiyyə sahəsində inkişfına aid BMT-nin verdiyi hesabata görə də İran səhiyyə və cəmiyyətin sağlamlığı sahəsində beynəlxalq standartlara uyğun göstəricilərə nail olub.
O, İranın digər nailiyyətləri kimi dərman preparatların istehsalı və tibbi xidmətlər sahəsindəki inkişfına diqqət çəkərək, bildirb ki, Nano texnologiyalarından istifadə sahəsində də İran çox böyük nailiyyətlər əldə etmiş və Nano dərman preparatlarının istehsalını bunların nəticəsi kimi göstərmək olar.
“ Bu gün İslam İnqilabının qələbəsindən 34 il keçir və bu müddətdə sübuta yetirilib, xarici təhdidlər xalqımızın iradəsini sarsıda bilməmiş və İslam inqilabı əvvəlkidən daha da güclü və inamlı ilahi və insani məqsədlərinə doğru irəliləməkdədir.
“ Bütün dövlətlərə hörmətlə yanaşmaq, qonşularımız və müsəlman dövlətlərlə münasibətləri inkişaf etdirmək bizim xarici siyasətimizin əsas  prinsipləridir və buna əsaslanaraq, Azərbaycan Respublikası ilə bütün sahələrdə inkişafda olan münasibətlər qurmuşuq” deyə, səfir vurğulayıb.

Leave a Reply