|

İran mədəniyyəti İslam sivilizasiyasından başlamayıb

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

 İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranda milli dini şüurun cəmiyyətdə yeri, bu iki şüurun birbirini tamamlaması, təzahür formaları kimi məsələləri  «Etnoqlobus» mərkəzinə verdiyi eksklyüziv müsahibəsində şərh edib.

 

İranda milli şüurun formalaşması zamandan başlayıb?


-İranın əhalisinin əksəriyyəti müsəlmandır.İslam yaranandan bəri ölkəmizin bütün xalqları müsəlmanlığı qəbul edib. İranda bundan sonra demək olar ki, qeyri-islami təfəkkür olmayıb. İran Sovet İttifaqı bir dövlət olmayıb ki, orda gah xristianlar, gah da kommunistlər hakimiyyətə gəlsin.
İranda əslrlər boyu müsəlmanlar hakimiyyətdə olub.
Doğrudur, İran tarixinin bəzi dönəmlərində şahlar dövlət siyasətlərində insanların dini təfəkkürünü nəzərə almayıb.
Lakin İran İslam İnqilabından sonra əhali nəinki dini kimliklərini davam etdirdi, həmçinin İslam təfəkkürü dövlətin və siyasətin əsas qaynağına çevrildi.
Etnik baxımdan İranda həmişə müxtəlif xalqlar -türklər, kürdlər, bəluclar, lorlar və digər xalqlar yaşayıb. Bütün bu xalqları birləşdirən amil isə İslam olub.
Tarix boyu İranda heç zaman etnik münaqişələr olmayıb. Məsələn, ərəblər türklərlə, yaxud farslarla kürdlər və sair xalqlar arasında heç vaxt münaqişə baş verməyib.Buna görə də İranda yaşayan xalqlar etnik kimliklərini deyil, dini kimliklərini önə çəkirlər.
«Mən kürdəm, amma müsəlmanam», yaxud, «türkəm, amma müsəlmanam» və sair.

Ölkədə yaşayan xalqlar öz etnik kimliklərini, mədəniyyətlərini qorumaqla yanaşı, özlərini müsəlman hesab ediblər. Həmçinin sünni və şiə müsəlmanlar arasında da heç vaxt nifaq olmayıb. Onlar əmin-amanlıqda yaşayıblar. Ona görə ki, hamı İslam kimi mötədil bir dinə inanıb.

İslam inqilabından sonra İranda hakim olan bu təfəkkür daha da möhkəmləndi və sabitləşdi. Düşmənlərimizin İrana zərbə vurmaq cəhdlərinin uğursuzluğunun səbəbi də elə milli vəhdətdir.
Səddam Hüseynin dünyanın qüdrətli dövlətlərinin köməyi ilə İranın ərəblər yaşayan bölgələrini zəbt etməsinə baxmayaraq, türklər, kürdlər , farslar vətənlərinin işğaldan azad olunamsı üçün vuruşurdu.
Xalqımızın vətənə olan sevisinin əsası müsəlman olmasıdır. Peyğəmbərin hədisinə görə, vətəni sevmək imandandır. İranlılar da buna inanır və riayət edirlər.
İranda 15 xalq yaşayır. Onların ən böyüyü Azərbaycan türkləridir. Ən azsaylı xalqlar isə özbəklər və türkmənlərdir. Kürdlər və lorların da sayı çoxdur.
İran ərazisində xalqlar həm kompakt , həm də qarışıq şəkildə yaşayır. Ölkədə qarışıq izdivaclar da var.
Amma İranda yaşayan xalqlar öz etnik kimliyini arxa plana çəkmir. İranlı ilə danışanda onlar deyir: «türkəm, amma iranlıyam«, «kürdəm, amma iranlıyam» sair. İran milli şüurunda etnik kimliyin yeri necə formalaşıb? Harda, hansı şəraitdə etnik şüur təzahür edir?


-İrandakı adət-ənəənələrə burada yaşayan bütün xalqlar riayət edir. Ölkədə yaşayan bütün xalqlar Novruz bayramı keçirir, 7 sin süfrəsi bəzəyirlər.
Bundan əlavə hər xalqın öz adəti var. Evlənmək adətləri, musiqiləri, dilləri, geyimləri bir-birindən fərqlənir. Müxtəlif xalqların dilində filmlər çəkilir, radio-televiziya proqramları var. İranda yaşayan xalqlar öz milli geyimlərində gəzir və hamı buna hörmətlə yanaşır.
Zərdüştilik nişanı iranlıların qürurudur. İslama qədər iranlılar zərdüşti olub bunu insanların şüurundan çıxarıb atmaq olmur
-Zərdüştilik iranlıların qədim dinidir. Odur ki, zərdüştiliklə bağlı əşyalar,adətlər iranlıların hörmət və qibtə mənbəyidir. Persomolisdə Təxti-Cəmşiddə zərdüştilik nişanını görə bilərsiz. Persopolis qədim İran tarixinin beşiyidir.


İran xalqı İslamla yanaşı 5 min illik qədim mədəniyyəti ilə qürur duyur. Əqidəmizə görə ilk insan hüquqları xartiyasını böyük sərkərdə Quruş dünyanın ilk insan haqları xartiyasının təsis edib.

Türkiyədə Osmanlı mədəniyyəti İslam sivilizasiyasından başlayıb. Odur ki, onların nişanlarında , simvollarında müsəlmanlığın izlərini görərsiz.
Amma İran sivilizasiyası İslamla başlamayıb. Bu səbəbdən də İslamdan öncə olan sivilizasiyalara hörmətlə yanaşırıq. Odur ki, İranda həm İslami, həm də daha qədim sivilizasiyaların izlərini görə bilərsiz.
Etnik şüur daha alt şüurdur. İranlılar müsəlman deyil, xristian da ola bilərdi.

İranlılarda İran sivilizasiyasına mənsubluq şüuru İslam şüuru necə öz əksini tapır. Bunlar arasında sürtünmələr varmı, hansı hansını üstələyir?
— Tarixin heç bir dönəmində iranlı sivilizasiyamız İslami sivilizasiyamız ilə təzada girməsini müşahidə etmədik. İranlılar köküllü olaraq İslamı qəbul ediblər.Tarixdə iranlıların müsəlman olduqdan sonra İslama qarşı çıxış etməyiblər. İran sivilizasiyası ilə İslam sivilizasiyası bir-birinə qarşılıqlı müsbət təsir edib.
Böyük bir filosov alimimiz Mürtəza Mütəhərriyyə «İslam və İranın qarşılıqlı münasibətləri» kitabında bu haqda yazır. İranı tanımaq istəyən bu kitabı oxusun.  İranda yaşayan xalqlar heç vaxt islamın əleyhinə olmayıb. Ayrı-ayrı xalqların müəyyən çıxışları ola bilər, amma bütünlükdə belə bir fakt yoxdur. Məsələn, İmam Əli (ə.s) ən yaxın əshabələri iranlılar olublar. Peyğəmbərin yaxın səhabələrindən biri Səlman Farsi iranlı olub.
İranlılardan Kərbəlada İmam Hüseynlə şəhid olanlar var. İranlılar Misirdə və digər coğrafiyalarda İran sivilizasiyasını təbliğ ediblər. İslam ideologiyası o qədər insanpərvər idi ki,insanlar onu asanlıqla qəbul edirdi.
Səfəvilər dövrü şiəlik və İslamın təşəkkül tapdığı dövrdür. Tarixdə İslama qarşı iranlıların üsyan etməsi faktı ilə rastlaşmazsınız.
İranda İslamla İran sivilizasiyası vəhdətdə olub.İran hökmdarları dindar olmasalar belə, xalqın dəstəyini qazaınmaq üçün özlərini müsəlman kimi qələmə verirdilər.
Pəhləvilərin hakimiyyəti İran müsəlmanları üçün ağır dövr olub. Pəhləvilər qərbəmeylli olduqlarından İslama etiqadları yox idi. Amma onlar belə insanların təzyiqlərinə qarşı dura bilmir və özlərini müsəlman kimi qələmə verirdilər, İmam Hüseyn əzadarlığı mərasimində iştirak edir,Həccə gedirdilər. Onlar bilirdilər ki, iranlılar müsəlmandır və qeyri-müsəlmanlara etimad göstərməz.
Qərbdən İrana gəlib ideologiya yaymaq və çaxnaşma yaratmaq istəyənlərin qarışsına İran alimləri çıxıb.
İraqda Kürdüstan bölgə hökumətinin yaranması, Türkiyənin bir dövlət kimi güclənməsi, Azərbaycan dövlətinin varlığı kimi çağırışların qarşısında İran etnik siyasətində hansı dəyişikliklər edir? Məsələn, Rusiya bölgədə türk amilinin güclənməsini nəzərə alaraq Qafqaz türk xalqları ilə fəal işləyir, İranda da apreldə Türkiyə ilə birgə türk dili ilə bağlı konfrans keçirləcək.
-Biz İranda etnik problemin yaranması təhlükəsini görmürük. Regionun digər ölkələrində mövcud etnik problemlərin İrana da siraət etməsini demək olmaz. İran inqilabının ildönümündə etnik kimliyindən asılı olmayaraq minlərlə insan küçələrə axışaraq İslam inqilabını dəstəklədiklərini nümayiş etdirdilər. Bunun bir səbəbi də odur ki, iran dövləti ölkədə yaşayan müxtəlif xalqların etnik kimliklərinin, mədəniyyətinin, rifahının yaxşılaşması üçün hər şey edir. İranda məsul şəxslərlə xalq arasında qəlbən bağlılır var.
Bu hiss bütün xalqlarla eynidir. İran xalqları bir-birinə bağlı olmasaydı ölkəmizə tətbiq olunan uzunmüddətli sanksiyalar içərçində məhv olardıq. İrana qarşı aparılan 8 illik müharibə bir imtahan idi. Bu sınaqda bütün İran xalqları iştirak edib. İrandan başqa dünyanın heç bir ölkəsinə qarşı belə uzun bir müddətdə və bu şərtlərlə sanksiyalar tətbiq olunmayıb.
Daha az təzyiqə məruz qalan Liviya , İraq, Kuba sanksiyalarda çökdü. Amma İran sanksiyalar dövründə inkişaf etdi. Sanksiyalar dövründə nüvə enerjisini əldə edib, dünyanın 10 nüvə ölkəsindən birinə çevrildik, hərbi potensialımızı gücləndirdik, fəzaya peyk göndərdik. Buna isə milli birlik nəticəsində nail olduq. İranda etnik münaqişələr olsaydı,belə müvəffəqiyyətlərə nail olmazdıq. İranda həm dövlət müxtəlif xalqları himayə edir, həm də xalqlar dövləti himayə edir. Biz hamımız iranlı və həmvətənik. Birlkidə ölkəmizi qururuq. İran xalqları bir-birini sevir.

Gülnara İnanc

Leave a Reply