|

İran Mədəniyyət Mərkəzi və “Etnoglobus.az” Beynəlxalq olayn analitik mərkəzinin təşkilatçılığı ilə “İslamda multikulturalizm ” mövzusunda konfrans keçirilib.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

multi6Ethnoglobus.az xəbər verir ki, dekabrın 22-də İranın Azərbaycandakı səfirliyinin nəzdində İran Mədəniyyət Mərkəzi və “Etnoglobus.az” Beynəlxalq olayn analitik mərkəzinin təşkilatçılığı ilə  “İslamda multikulturalizm ”  mövzusunda konfrans keçirilib.

Konfransı moderatoru AMEA Şərqşünaslıq İnstitutunun “İran Siyasəti və İqtisadiyyatı” şöbəsinin elmi işçisi,dosent Saleh Dostəliyev tədbiri giriş sözü ilə açaraq Azərbacan prezidentinin 2016-cı ili Multikulturalizm ili elan etməsinin təsadüfi olmadığını qeyd edib.

«Azərbaycan xalqı tarixən multikultural ideyalar ilə yaşayıb və dözümlü olub. Müasir dünyada baş alıb gedən dözümsüzlüyün qarşısında Azərbaycanın tarixi ənənələrə dayanan tolerantlıq nümunəsini dünyaya çatdırmaq vacibdir.»

20161222_145656[1]İran mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi multikulturalizm və tolerantlıq terminlərinə aydınlıq gətirərək onların kökündə dayanan amillərin İslamın əsasını təşkil etdiyini vurğulayıb: » İslam sözu sülh , əmin amanlıq deməkdir. Dinimiz multi 2mütərəqqi , bəşəriyyəti barışığa çağıran bir dindir. “Qurani-Kərim”də multikulturalizmə, tolerantlığa, humanizmə, sülhə və əmin-amanlığa dəvət edən ayələr var. Müasir dünyada İslam adı alltında baş verən ağlasılmaz vəhşiliklərin dinimizə heç bir aidiyyatı yoxdur. İslam günahsız insanların öldürülməsini təbliğ etmir. Müsəlmanlar haqda vəhşi və insan qanına susayan obrazı yaratmaq Qərbdəki dairələrin maraqlarına uyğundur.«

AMEATarix institutu Mədəniyyət şöbəsinin aparışı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Bakı dövlət universitetinin dosenti Nigar Axundova «Multikulturalizm və Azərbaycanın benəlxalq mədəni əlaqələri» mövzusunda çıxışında deyib ki,milli mədəni dəyərlərin qorunması və dünyada geniş təbliği milli maraqların təmin olunması, xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən hazırda xarici mədəni multi4


multi8
siyasət 
anlayışı da dövlət siyasətinin mühüm istiqamətinə çevrilməkdədir.

Saleh Dostəliyev “Azərbaycanlıların multikuturalizm ənənələrinin inkişafında İslamın rolu” mövzunda olan çıxışında Azərbaycanlı millətinin başlıca olaraq Qafqaz, türk və irandilli xalqlardan formalaşdığını qeyd edib.

«Azərbaycan xalqı zərdüştilik və xristianlığı keçərək İslama gəlib.  Azərbaycan ərazisində  ənənəvi yəhudi və xristian icmaları ilə yanaşı bu dinlərdən ayrılan müxtəlif qollar da dinc yanaşı yaşayır . Azərbaycan bu baxımdan dünyaya nümknə olacaq bir ölkədir», -deyə alim vurğulayıb.

Jurnalist-publisist Reyhan Mirzəzadə multikulturalizm ənənələrinin təbliğ olunmasına ehtiyac olduğunu deyib: «İslamın düyaya bəxş etdiyi dəyərləri Qərb 20-ci əsrdə əldə edib. Multikulturalizm insanların bir-birinə qarşı sevgi və dözümlə yanaşması deməkdirsə, İslam dini də məhz bunu təbliğ edir.»multi5

“Etnoglobus.az” Beynəlxalq olayn analitik mərkəzinin direktoru Gülnara İnanc«İslamda dözümlülülk nədir?» adlı çıxışında

 bildirib ki,  Allahın yeni kitabı olan Quran və İslam  dini özündən əvəllki dinləri inkar etmək üzərində formalaşmayıb. Əksinə , xristianlıq və müsəvilikdə müqəddəs sayılan kitabları  təsdiq etməklə, həmin dinlərin varlığını və yaşamaq haqqı olduğunu bəyan edir.

20161222_145557[1]» İnsanın içində üsyanlar, həyatında baş verənlərə qarşı etirazlar hökmrandırsa,özü ilə barış əldə edə bilmirsə, həmin kəs başqalarına qarşı da dözümlü olmayacaq.

«De: «Hərə öz qabiliyyətinə (xislətinə görə) iş görər. Rəbbin kimin doğru yolda olduğunu daha yaxşı bilir». (6. Əl İsra, ayə 84).»,-deyib G.İnanc.

AMEA, M. Füzuli adına Əlyazmalar institutunun böyük elmi işçisi, İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov  «İslamın əvvəlki dinlərlə multukultural münasibətinə müasir baxış» mövzulu çıxışında bunları deyib: «Allah təala buyurur:20161222_150735[1]

“Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Məhəmmədi) öz oğullarını tanıdıqları kimi  ta­nı­yırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”.  Allah bu kəramətli ayədə bizə xəbər verir ki, yəhudi alimləri Məhəmməd peyğəmbərin sifətlərini çox yaxşı bilirlər, lakin onlar bunu gizlədirlər. «

Konfrans müzakirələrlə davam edib.Tədbirdə mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.ru/az.gumilev-center.ru/wp-content/themes/transcript/single.php on line 62