|

İran bütün regional birliklərdə iştirak edə bilər

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pak Ayin İslamınsesi.az saytına eksklüziv müsahibəsində ölkələrimiz arasındakı münasibətlərə xarici qüvvələrin təsiri, İranın Avrasiya İttifaqına qoşulma şərtləri, ABŞ-İran sülh danışıqlarının perspektivləri barədə danışıb.

-Bu haqda heç bir məlumatım yoxdur. Təbriz Araşdırma İnstitutu İrandakı çoxsaylı tədqiqat mərkəzlərindən biridir. Mən də konfransın keçirilməsi və ləğv olunması barədə mətbuatdan öyrənmişəm. Bu, qeyri-dövlət təşkilatıdır və konfransın hansı məqsədlə hazırlandığını və niyə təxirə salındığını mənə məlum deyil. Adətən ölkəmizdə, xüsilə azərbaycandilli bölgələrdə vətəndaşlarımız Dağlıq Qarabağ mövzusuna həssasdır. Buna görə də, araşdırma mərkəzləri və instiutlar bu mövzu ilə bağlı tez-tez tədbirlər keçirir. Düşünürəm ki, sözügedən konfrans da bu qəbildən olub.

-Mətbuatın fikrincə, konfrans Azərbaycan tərəfin etirazlarından sonra təxirə salınıb.

-Konfrans rəsmi dövlət tərəfindən hazırlanmırdı ki, Azərbaycan tərəfi İrana təzyiq etsin. Sizin dediklərinizi də xəbərlərdən eşitmişəm.

-İran dövləti sizin dilinizlə dəfələrlə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin proqramına malikdir. Amma yalnız tərəflər Tehranın vasitəçiliyinə razı olduğu təqdirdə bu planı açıqlayacaq. Görünür, Azərbaycan tərəfi İranın konkret məqsədlərini bilmədiyi üçün Tehranın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik rolu ilə bağlı ictimai fikir yaratmasına qarşı çıxır.  Siz bu barədə nə düşünürsüz?

-Bununla bağlı bir söz deyə bilmərəm. Bu qeyri-dövlət səviyyəsində olan konfransdır. Əgər planımızı demək istəsək bunu belə bir konfransda etməyəcəyik.

— Bu il 200 yaşı tamam olan «Gülüstan» sülh müqaviləsi ətrafında çoxlu spekulyasiyalar var. Məsələn, ötən ay Moskvada erməni təşkilatlarıın dəstəyilə «Gülüstan» sülh müqaviləsinə həsr olunmuş konfransı açıq-aşkar Azərbaycan-İran münasibətlərinə zərbə vurmağa yönəlmişdi. Bu müqavilənin ölkələrimiz arasında hazırki əlaqələrin qurulmasında yerini necə görürsünüz?

-İran başqa dövlətlərlə bağlanan müqavilələrə riayət edir. Qonşularının ərazi bütövlüyünü, coğrafi sərhədlərini və müstəqilliyini tanıyır. İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
Zənnimcə, üçüncü tərəf vasitəsilə ölkələrimiz arasındakı münasibətlərə təsir etmək mümkün deyil. İki ölkənin əlaqələri stratejidir. Başqa bir ölkədə keçirilən konfransla münasibətlərə xələl vurmaq olmaz.
Təbii ki, İranla Azərbaycanın yaxşı münasibətlərini istəməyənlər var. Ötən ayın sonlarında İstanbulda İran Azərbaycanı ilə bağlı konfrans keçirildi. Orada İranın bölünməsi haqda müzakirələr aparılıb. Tədbirdə Azərbacanın millət vəkilləri də iştirak edib. Azərbaycan dövləti belə konfransların əleyhinədir. Azərbaycan rəsmiləri dəfələrlə bu tip tədbirlərdə danışılanların dövlətin mövqeyi olmadığını bildirilib.

Bildiyimə görə, Türkiyə konfransında iştirak edənlər Azərbaycan ictimaiyyətində tanımış adamlar deyil və onların ictimai fikrə təsiri yoxdur.Həm İran, həm də Azərbacan hökuməti belə məsələlərin ölkələrarası münasibətlərə təsir etmədiyini bildirir.

-Rusiya İranın Avrasiya İttifaqına qoşulmasına maraqlıdır. Artıq Suriya, Hindistan, Türkiyə və Suriya kimi ölkələrin bu İttifaqa qoşulmaq istədiyi barədə məlumatlar var. İranın Avrasiya İttifaqına marağı varmı?

-Avrasiya İttifaqı daha çox MDB ölkələrinin bir araya gətirilməsi məqsədini güdür. İlkin mərhələdə bu ölkələr arasında Gömrük İttifaqı yaradılıb.
Daha geniş miqyasda bu təşkilat Sovet İttifaqının mövcud olduğu dövrlərdə Şərq Bloku kimi tanınan Şərqi Avropa ölkələrinin birliyidir.
Təşkilatın məqsədi Orta Asiya və Qafqaz ölkələrini Şərqi Avropa ölkələri ilə birləşdirməkdir. Amma İran bu regionda yerləşmir.
İran bütün regional birliklərdə iştirak edə bilər. Əgər bununla bağlı İrana təklif olarsa, ölkə rəsmiləri bunu araşdırar.

-Dövlətlər müasir geosiyasi proseslərin qarşısında dura bilmək üçün regional, yaxud transmilli təşkilatlarda birləşməklə təhlükəsizliklərini təmin etməyə çalışırlar…

-Sovet İttifaqı dağıldıqdan sonra birqütblülük yarandığından region dövlətləri ittifaqlarda birləşməyə meyillənib. Ölkələr dünyada sülhün bərqərar olması üçün ayrı-ayrı ittifaqlarda birləşməyin vacibliyini anladılar. Regional ittifaqlarda birləşmək yaxşı ideyadır. Ölkələr təkbaşına, yaxud ikitərəfli əməkdaşlıq çərçivəsində öz təhlükəsizliklərini qoruya bilmir. Bu səbəbdən də müxtəlif təşkilatlarda birləşməyə çalışır.
Xəzər dənizi ətrafında 5 dövlət təkbaşına, yaxud ikitərəfli əməkdaşlıqla öz problemlərini həll edə bilmir. Buna görə də bütün tərəflərlə bu məsələdə əməkdaşlıq etməli olurlar. Bu səbəbdən İran ölkələrin ittifaqlarda birləşməsini dəstəkləyir.

-İran-ABŞ prezidentlərinin təmasları və bəzi bəyanatlar böyük ümidlər yaratdı. Tehran və Vaşinqton arasında barışıq əldə olunarsa, bu bölgədəki hadisələrə necə təsir edəcək?

-34 il ərzində ölkələrimiz arasında pozulmuş münasibətləri sürətlə bərpa etmək mümkün deyil. Prezident H.Ruhaninin Vaşinqton səfərində ABŞ tərəfindən əlaqələrin yaxşılaşdırılması üçün müəyyən addımların atıldığı müşahidə olundu. Amma bir az sonra ABŞ prezidenti Barak Obama İsrail Baş Naziri ilə görüşdə İrana qarşı müharibə planının hələ də gündəmdə olduğunu bildirdi. İran 34 ildir ki, təhdid dilini qəbul etmədiyni nümayiş etdirir.
Zənnimizcə, İsrailin və yəhudi lobbisinin ABŞ hökumətinin siyasətinə təsiri qaldıqca, münasibətlərdə müsbət irəliləyişlərə nail olmaq mümkün olmayacaq. İran müstəqil dövlət kimi özü qərarlar verir. ABŞ isə yəhudi lobbisinin təsiri altındadır və müstəqil qərarlar qəbul edə bilmir.
Buna görə də ölkələrimiz arasında diqqətəlayiq dəyişikliklər baş verə bilməz. Yalnız prosesləri izləməyə davam edəcəyik.

-Elə isə İsraillə birbaşa danışıqlar mümkündürmü?

-İran İsraili dövlət olaraq tanımır. İsrail Fələstin torpaqlarını işğal edib. Onlar bu coğrafiyada qeyri-qanuni dövlət yaradıblar. İran İsraillə hər-hansı əlaqələri ağlına belə gətirmir.
Amma bölgədə bu dövlət var və bu faktla barışmaq lazımdır
— Ümid edirik ki, Fələstin xalqı mübarizəsini davam edib öz torpaqlarını azad edər. Biz vaxtilə düşünmürdük ki, Cənubi Afrikada aparteit rejimi məhv olacaq. İndi isə bu artıq tarixdir. İsrailin də taleyi elə olacaq.

-BP-nin 100 illik enerji ehtiyatlarına malik ölkələr siyahısında Azərbaycan yoxdur, lakin İran burda dördüncü yerdədir. Belə demək olarmı ki, Azərbaycan TANAP layihəsinə Xəzər resurslarının dünya bazarına çıxarmaq üçün tranzit ölkə statusu ilə qoşulur. Elə isə, İranın bu layihədə iştirakı mümkündürmü?

-İran Xəzərdən neft və qaz çıxarmır. Biz yalnız kəşfiyyat işləri aparırıq. İran enerji istehsalını Fars körfəzi vasitəsilə həyata keçirir. Bu, ölkəmizin ehtiyaclarını ödəyir.
Lakin İran Xəzəryanı ölkələrlə neft-qaz layihələrində əməkdaşlıq edir. «Şahdəniz» layihəsində İran şirkətlərindən birinin payı var. Bu əməkdaşlığı davam etdirməyə hazırıq.

Gülnara İnanc

Leave a Reply