|

İran-Azərbaycan münasibətləri — əbədi dostluq

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İran-Azərbaycan siyasi münasibətləri hələ Sovet İttifaqının dağılmasından çöx əvvəl, Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən başlamışdır. 20 mart 1920-ci il tarixində İran-Azərbaycanla “Dostluq müqaviləsi”iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olmuşdur. Bu tarixi sənədin birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının istiqlaliyyəti İran tərəfindən rəsmi surətdə tanınmışdır.
Müqvilənin 3-cü maddəsində isə iki ölkə arasında siyasi əlaqələrin qurulması və səfirlik səviyyəsində diplomatik nümayəndəliyin açılması qeyd olunmuşdur. Siyasi cəhətdən ciddi əhəmiyyət kəsb edən bu sənəd, “Dostluq müqaviləsi” və komunikasiya-telegraf və commersiya sahəsində razılaşma sənələrinin imzalanması, eləcə də siyasi-iqtisadi, gömrük, poçt və konsulluq konvansiyalarının müzakirəsi məqsədilə müxtəlif nümayəndə heyətlərin qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələri daha da möhkəmlətmişdir.
1920-ci lin əvvələrindən başlayaraq Azərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirliyi İranın bəzi şəhərlərində rəsmi nümayəndəliklərini açmağa başlamış və 4 fevral 1920-ci ildə Məmmədbəy Xəlilov Azərbaycanın Ənzəli şəhərindəki konsul müavini vəzifəsinə təyin edilmişdir. Əslində cənub qonşu ilə əlaqələrin hərtərəfli inkişafı ADC-nin xarici siyasətinin əsas istiqamətlərindən olmuşdur.
Sovet imperiasının tərkibinə daxil edildikdən sonra, Azərbaycan müstəqil siyasət yürütmək imkanından məhrum edildi, İran-Azərbaycan əlaqələri isə Sovet İttifaqının xarici siyasətlərindən asılı vəziyyətə düşərək, Azərbaycan Sosialist Respublikasına Sovet İttifaqının xarici siyasətləri çərçivəsində yalnız iqtisadiyyat və mədəniyyət sahələrinə müdaxilə imkanı verilmişdir. 1968-ci ildən etibarən İranın Bakıdakı baş konsulluğu fəaliyyətə başlamış və Azərbaycan Respublikasının istiqlaliyyətə qovuşduğundan sonra bu konsulluq İran İslam Respublikasının Səfirliyinə çevrilmışdır.
İki xalqın bir-biri ilə yaxınlaşması istiqamətində Sovet ittifaqı dönəmində də bəzi sənədlər imzalanmışdır ki, konsulluq sahəsində İran-Sovet İttifaqı müqaviləsi də belə sənədlərdən biridir. Həmin sənəd sərhədyanı bölgələrin sakinlərinin iki ölkəyə gediş-gəlişini, biznes sərgilərinin keçirilməsini və nümayəndə heyətlərin mübadiləsi prosesini asanlaşdırırdı.
Sovet İttifaqının dağılması zamanı, Azərbaycan Ali Soveti 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqillik layihəsini təsdiqlədi və İran İslam Respublikası isə 12 mart 1992-ci il tarixində Azərbaycan Respublikasının Müstəqilliyini rəsmən tanıdı. Sərhədlər açıldı, gediş-gəliş asanlaşdı, iqtisadiyyat və humanitar sahalərdə əlaqələr möhkəmləndi və İranın Bakıdakı konsulluğu İran İslam Respublikasının səfirliyinə çevrildi.
Iranın o vaxtkı prezidenti cənab Haşimi Rəfsəncani 1991-ci ilin noyabr ayında Tehrandakı cümə namazındakı çıxışında Azərbaycan Respublikasının müstəqilliyinin tanındığını bildirərək, MDB dövlətlərinə yardıma dair əmr vermişdir.
İran Xarici İşlar Nazirliyi 1992-ci il tarixində Azərbaycan diplomatları və vətəndaşlərına köməklik göstərmək və dəstək vermək üçün İran səfirliklərinə xüsusi göstəriş vermişdir. Bu onu göstərirki, Azərbaycanın müstəqilliyinin ilk günlərindən bəri İran bu ölkə ilə münasibətdə müsbət siyasət aparmışdır.
Azərbaycan Respublikasının nümayəndə heyətinin 1991-ci ilin iyul ayında İrana səfəri zamanı tərəflər arasında iqtisadi, ticarət, elmi və texniki sahələr üzrə əməkdaşlığa dair memorandom imzalandı, sonra isə 1991-ci ilin dekabrında İran İslam Respublikasının o vaxtkı xarici işlər naziri Əliəkbər Vilayətinın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə oldu və iki ölkə arasındakı münasibətlərdə konkret fəallıq və inkişaf yarandı.
Təəssüflə Elçibəyin Prezidentliyi dönəmində Xalq Cəbhəsinin bəzi liderlərinin düşünülməmiş çıxışları iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafının qarşısını aldı. Azərbaycan Respublikasında hakimiyyətdə olan və İran-Azərbaycan xalqlarının dostluğunu istəməyən irqçilər ilk gündən bölücülük xarakterli şüarlar səsləndirməklə, KİV-lərdən, ədəbiyyatlardan, rəsmi və qeyri rəsmi orqanlardan istufadə edib bütün sahələrdə anti-iran atmosferin yaratmağa səy göstərirdilər. Lakin İran hakimiyyəti təmkinli davranışla Qafqaz regionu respublikalarının müstəqilliyini tanıyaların ön sırasında yer tutaraq, Azərbaycan Respublikasına iqtisadi, siyasi, hərbi və bütün sahələrdə heçbirköməyini əsirgəməmişdir. əslində, əsasını Azərbaycan Respublikasının müstəqilliyinə hörmət təşkil edən İranın məntiqə uyğun və strateji siyasəti getdikcə sürətlənmişdir.
Lakin bu dönəmdən sonra, İranla münasibətləri normallaşdırma istiqamətində Naxçıvan MR-sı Ali Məclisinin o vaxtkı sədri kimi cənab Heydər Əliyevin əməyi nəticəsində qarşılıqlı münasibətlər yenidən çiçəkləndi və onun anti-iran irqçilərə qarçı olduğundan və Tehranla Bakı arasında dostluq münasibətlərə pozitiv yanaşmasından dolayı münasibətlərin inkişaf prosesi davam etdirildi. O vurğulamışdır: “Bizim əbədi qonşuluğumuz və birgə maraqlarımız münasibətlərimizin yüksək səviyyədə inkişafı üçün təməldir”.
Elə o dövrdə İranla hərtərəfli əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edildi və həmin yanaşmanın nəticəsində İran-Azərbaycan əlaqələri möhkəmləndi, qarşılıqlı səfərlərin sayı artdı və iqtisadi əlaqələrdə isə canlanmış oldu. Azərbaycan Respublikasının mərhum Prezidenti hər zaman İranla əməkdaşlıq, dostluq və qardaşlıq münsibətləri Azərbaycanın xarici siyasətinin prinsipi kimi vurğulamışdır.
“ İnsan üçün qonşu hər zaman qonşudur. Xalq içində bir deyim vardır ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bəzən də deyilirki, qohum uzaqdadır, amma qonşu divarın o biri tərəfində. Böyük şəhərlərdə qonşular bəlkə də bir-birini tanımırlar. Xatirimdədir, gənc vaxtlarımda Naxçıvanda yaşayanda orada qonşular arasında divar vardı, bəzən divarı da götürürdülər ki, ortada divar da qalmasın. Buna görədə, şübhəsiz ki, qonşu ölkə bizim üçün başqa ölkələrdən daha əhəmiyyətlidir”.
Cənab Heydər Əliyevin ali dini rəhbər Ayətullah Xamneyi ilə 26 avqust 1992-ci il tarixli görüşü onun Naxçıvan MR-da rəhbərliyi dövrünün ən mühüm hadisələrindən sayılır. Bu görüşdə İran İslam inqilabının rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının yenidən İslam ümməti ilə birləşməsi sevindirici haldır. O həmçinin İslam düşmənlərinin Azərbaycan Respublikası və müsəlman İranın münasibətlərində səmimilik yaranmasının qarşısını almaq istiqamətində İslam düşmənlərinin müxtəlif təzyiq və təbliğatlarına toxunaraq, əcnəbilərin təzyiqlərinin qarşısında dirənməyin zəruriliyini vurğulamışdır.
Daha sonra cənab Heydər Əliyevin səmimi görüşləri, məntiqə uyğun siyasəti və faydalı fəaliyyəti nəticəsində iki ölkə arasındakı əlaqələr inkişaf etdi və Azərbaycanın qonşularla, xüsusilə də İranla əlaqələrində inkişafı prosesi başlandı.

İran İslam Respublikasının Azrəbaycandakı səfiri Möhsün Pakayin

iranembassy.az

Leave a Reply