|

İnsan əvvəla özünü və həyatını özü dəyişmək istəməlidir.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Psixoloq Gülnara İnancın müsahibəsi GİPA-nın xüsusi kursları çərçivəsində Almaz Mahmudun yazdığı məqalə üçün verilib.

Bir nəfər ürək əməliyyatı keçirib. Ictimai tədbirlərin birində sakitlçilik olan zaman qəfil telefon zəngi olur, kiminsə. Və o səsə səksənir. Ürək döyüntüləri artır və onu dərhal hospitala çatdırırlar. Ürəyində problemlər oluğundan dərhal əməliyyata salınır. Həkimlərin bu ürək əməliyyatının o telefon siqnalı ilə heç bir bağlılığı olmadığını deməsinə baxmayaraq o israr edir ki, məhz o hadisəyə görə, ürəyi xəstə olub. Bunu bir psixoloq kimi necə izah edərdiniz?

— Qəfil hərəkət və səslər bir şeyə diqqət yönəltmiş və hansısa dəyişikliyə hazır olmayan hər kəsdə ürək döyüntülərini artıra bilər. Hətta qəfil yuxudan oyananda belə ürək döyüntülərinizin artdığını müşahidə edə bilərsiz. Qəfil şad xəbər belə insanda ürəy döyüntülərini artırır. Müasir elm bu fikirdədir ki, şiddətli gülüş və sevinc ölümlə nəticələnə bilər.

Həmin şəxs artıq xəstə olduğu üçün onun bütün diqqəti xəstə orqanına yönəlib. Bu vaxt hər kiçik bir taqqıltı və qəfil səslər, hərəkətlər onu diksindirə və xəstə orqanında gərginlik yarada bilər. Xəstə insan psixoloji olaraq daha həssas və kənar təsirlərdər müdafiəsizdir. Amma bu, sözü gedən xəstənin məhz həmin qəfil telefon zəngindən sonra əməliyyat stoluna yatacaq qədər ağıqlaşdığını deməyə əsas vermir.

İlk baxışdan belə görünür ki, həmin şəxsdə ümumiyyətlə xəstəliyin səbəbi psixosomatikdir-həyatında baş verən qəfil hadisələrə hazır deyil, dinamik qərarlar verə bilmir, yaşam tərzinə ani yeniliklər gətirə bilmir, proseslərə yalnız neqativ prizmadan baxır, dəyişikliklərdən qorxur və sair.

Həmin şəxsdəki xəstəliyi yaradan psixosomatik səbəblər götürülməsə, o, hər taqqıltıdan sonra əməliyyat stoluna yatmalı olar.

Bu cür insanlara necə dəstək olmaq olar?

-Danışdığımız nümunədəki şəxs baş verən hər şeydə günahı başqalarında axtarır, üzərinə məsuliyyət götürə bilmir, daim şübhələrlə yaşayır və elə bu səbəbdən də yuxarıda deyildiyi kimi kəskin dəyişikliyə hazır deyil. Belə insan üçün günəşli havanın qəfil külək və yağışla əvəzlənməsi belə psixoloji problem yarada bilər. Çünki o, artıq küçəyə çıxmaq üçün həm paltarını dəyişməlidir, bəlkə də hətta planlarını.

Belə bir insan əvvəla özünü və həyatını özü dəyişmək istəməlidir. Daha dinamik və plastik yaşamalıdır. Əgər biri öz problemlərini qəbul edib dəyişməyə qərar verməsə heç kəs ona kömək edə bilməz. Yetkin insan adətən problemlə illər boyu yaşayır, problem artıq onun xasiyyətinə və həyat tərzinə çevrilir. O, həyat ortamını və xasiyyətini təbii bir hal kimi qəbul edir, fərd öz xasiyyəti ilə eyniləşir. Onun daha bir cizgisi onun özünə qapalı olmasıdır.

Həmin şəxs sosiallaşmalı, cəmiyyətdə çox olmalı, cəmiyyətə yararlı olmalıdır. İnsanın özünə qapanması onu sıxır, insanın energetik bədəni daralır və bu daralmalar fiziki bədənə təsir edərək sıxılmalar (spazmalar) və xəstəlik simptomları yaradır.

Yalnız bu şəxs deyil, ümumiyyətlə hər kəs daha çox havada olmalı, canlı təbiətlə ünsiyyət saxlamalı, cəmiyyətə yaralı olmalıdır. Şəxsiyyət kimi formalaşmaq və xəstəliyə gətirib çıxaran psixoloji baryerləri aşmaq insandakı bir çox xəstəlikləri önləyir və mövcud olanları aradan qaldırır.

-Bir də ictimai yerlərdə qəfil yüksək tonlu telefon zəngləri insanların psxixoloji gərginlik yarada bilər və olarsa qarşısı necə alınmalıdır?

— Qərbdə səs -küylə bağlı hər şey qanunla tənzimlənir. Azərbaycan hələ dünya dövlətlər sisteminə yeni daxil olub. Artıq maşın siqnalları və siqaretlərdən iistifadəyə qadağalar var. Amma telefon siqnalları ilə bağlı belə bir yasaq yoxdur. Amma vətəndaşın daxili tərbiyəsi ona başqalarının hüququna hörmətlə yanaşmağa məcbur etməlidir. Artıq yeni avtobuslarla «telefonlarınızın səsini qısın», «»ucadan danışmayın» kimi qadağanlar var, amma qadağadan və qanundan əvvəl insanın fərdi kimliyi bunları içində qadağan etməli, eqoistik istəklərini cəmiyyətə sırımamalıdır.

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/1160-psixoloq-g%C3%BClnara-inanc—%E2%80%9Cinsan%C4%B1n-%C3%B6z%C3%BCn%C9%99-qapanmas%C4%B1-onu-s%C4%B1x%C4%B1r-v%C9%99-bu-daralmalar-fiziki-b%C9%99d%C9%99n%C9%99-t%C9%99sir-ed%C9%99r%C9%99k-s%C4%B1x%C4%B1lmalar-spazmalar-v%C9%99-x%C9%99st%C9%99lik-simptomlar%C4%B1-yarad%C4%B1r%E2%80%9D

Leave a Reply