|

Həsən Ruhani vədinə əməl edir

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

İran İslam Respublikasının Xarici İşlər Naziri Cavad Zərifin ərəb ölkələrinə səfəri başa çatıb. Zərifi səfər çərçivəsində Səudiyyə Ərəbistanı, Livan, Qətər, İraq və Suriya dövlət rəsmiləri ilə görüşüb. İran diplomatik idarəsinin rəhbərinin Yaxın Şərq səfərinin təfərrüatlarını İslaminsesi.az saytı üçün politoloq Tofiq Abbasov cavablandırıb.

-İran Xarici İşlər Nazirinin son günlər Yaxın Şərq ölkələrinə səfəri hansı məqsəd daşıyır?

-İranın yeni prezidenti Həsən Ruhani öz səlahiyyətlərini icra etməyə başlayandan sonra ölkənin siyasətində böyük dəyişikliklər olacağını bildirmişdi. Bu isə İrannın xarici siyasətindəki mövcud gərgin məqamları və tendensiyaları aradan qaldırmaq niyyətilə bağlıdır.
Rəsmi Tehranın əsas qayəsi qonşu dövlətlərlə xoş münasibət qurmaq və bölgədə sabitliyi bərqərar etməkdən ibarətdir. İranın yeni hökuməti öz siyasətini həyata keçirməyə başladıqdan sonra bunun həqiqət olduğu məlum oldu. Yəni sözlər və vədlər əməllərlə təsdiq olunur. İran Xarici İşlər Nazirinin Yaxın Şərq ölkələrinə səfəri buna sübutdur. İran hər vasitə ilə bölgədə olan gərginliyi aradan qaldırmaq istəyir.

İran müəyyən mənada bölgənin aparıcı dövlətlərindən biridir. Ona görə də rəsmi Tehran qonşu dövlətlərə qarşı heç bir iddiası olmadığını bildirmək istəyir. Burda əsas məqam İranın  öz tarixi rəqiblərinə şans vermək istəməsidir. Çünki onlar qonşu dövlətləri İrana qarşı qaldıra bilərlər. Məhz bu səbəbdən də İran diplomatları fəal hərəkət edir.

-Bu səfərlərin müsəlman dünyasının birliyinə müsbət təsiri olacaqmı?

-Türkiyə, Pakistan, Malaziya, İndoneziya və Səudiyyə Ərəbistanının İslam dünyasında xüsusi hörməti var. Bu dövlətlər müsəlman aləmində aparıcı rola malikdir. Ancaq burada əsas rolu texnologiya oynayır. İran isə texnologiyanın inkişafına görə müsəlman ölkələri arasında birinci sıradadır. Bu isə bəzi ölkələrdə, o cümlədən ərəblərdə qısqanclıq hissi yaradır.
Hesab edirəm ki, müsəlman dünyasına stabillik və aramlıq lazımdır. Bunu isə qarşılıqlı əməkdaşlıqla yaratmaq olar. Hər halda prezident Ruhani çox ləng şəkildə də olsa buna nail olur.

C.Zərifinin bölgəyə səfəri İran-ABŞ münasibətlərinin yumşaldığı dövrə təsadüf etməsini necə şərh edərdiniz?

-ABŞ siyasi elitasının arxasında duran yəhudi lobbisinin əsas qayəsi rəsmi Vaşinqtonun Fars Körfəzində yerləşən bəzi xəbis dövlətlərlə münasibətlərinin müsbət axarda davam etməsindən ibarətdir.
Başqa bir tərəfdən isə ABŞ İranı özünə əsas rəqib saysa da, strateji baxımdan Ağ Evin əsas rəqibi Rusiya və Çindir. Ona görə də ABŞ Fars Körfəzində çox böyük donanma saxlayır. İranla barışıq əldə olunacağı təqdirdə isə həmin donanma mütləq körfəzdən çıxacaq.
1979-cu ildə İranda İslam inqilabı baş verən zaman yeni hakimiyyət 52 ABŞ diplomatını 44 gün girov saxlamışdı. Həmin ideoloji qarşıdurmada ABŞ uduzdu. İndiyə qədər də ABŞ bu boşluğu doldura bilməyib.
Odur ki, İranın yeni hakimiyyətinin ABŞ-la yaxınlaşma niyyəti şübhəsizdir. Bu səbəbdən də ABŞ prezidenti Bark Obama İrana qarşı sərgilənən sərt siyasətin dayanmasını istəyib. Lakin yəhudi lobbisi bu məsələdə etirazını bildirərək İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını tələb edir.
Hesab edirəm ki, ABŞ İranı taktiki hədəfində saxlayır və 50 il üçün layihələr hazırlayır.

Əmir

Leave a Reply