|

DUANIN GÜCÜ

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

     molitvaƏn çətin zamanlarımızda,əlimiz yerdən-göydən üzüləndə,pənah aparacağımız kimsə olmayanda içimizdə sonsuz acı,ağrı və dərd  ümid dolu nəzərlərimizi  qeyri-iradi səmanın dibsiz boşluğuna yönəldib ulu Yaradandan yardım istəyirik.

Dua etmək – Tanrıya ulaşmanın ən sadə yoludur.Ağrı və acılar isə bizə yalnız o böyük Yaradana təvəkkül edə biləcəyimizi xatırladır.İnsanlar ən ibtidai zamanlardan etibarən gözəgörünməz,əlçatmaz və hər şeyə qadir bir varlığın mövcudluğu inancında olmuşlar,ən müxtəlif ayinlərlə ona itaət etdiklərini göstərmiş,ondan yardım istəmiş və onun dərgahına əl açıb dua etmişlər.

Dua etmək  günlük yaşamımızın istənilən anında görməli olduğumuz ən önəmli işdir – problemsiz zamanlarda bizə verdiyi hər şey üçün şükürlər etməmiz,çətin anlarımızda son ümidimizi onda görüb,ondan yardım istəməmiz gərəkir.Bəşər tarixinin bütün dövrlərində,hətta bugünkü texnika və yüksək texnologiyalar      dövründə, inanclarından asılı olmayaraq,insanlar hətta ən kiçik problərinin həlli üçün belə dua etmişlər.Çox zaman da bu duaların həqiqətə çevrildiyinin şahidi oluruq.

Məntiqi baxımdan duanın həqiqətə çevrilməsi  sürəsində özünəməxsus bir proses baş verir.Bu proses nədən ibarətdir?

Maddi dünyadakı problemlərimizin səbəbi,daha doğrusu, mənbəyi ruhumuzdadır – doğru olmayan hisslər, fikirlər və düşüncələr,yanlış davranışlar və reaksiyalar və s. Dua edərkən ruhumuzdakı əksikliklər,çatışmazlıqlar aradan qalxır,ruhumuz inkişaf edir və problemlər aradan qalxır.Fəlsəfə terminlərinin dili ilə desək,səbəb nəticə yaradır və səbəb olmayınca nəticə yoxdur.

Bu nə cür baş verir?

Dua ən yüksək enerji növünü – ilahi enerjini oyandırır,yəni içimizdəki ilahi enerjini Tanrının enerjisinə doğru istiqamətləndirir,bizi bu enerjiyə biləşdirir və nəticədə hisslərimizdəki,fikirlərimizdəki,davranışlarımızdakı yanlışlıqları  dərk edib dəyişdirməmizə,ruhumuzun doğru olanı seçməsinə və doğru yolla irəliləməsinə gətirib çəxarır.Doğru hisslər,fikirlər və davranışlar yalnış hisslər,fikirlər və davranışların doğurduğu problemlərimizin yox olmasına səbəb olur.

Qısa zamanda insanın hiss,fikir və davranışlarının belə yüksək sürətlə dəyişə bilməsi təəccüblü ola bilər.Bəlkə duanın belə bir qüdrətə malik olduğunu hiss etməyə bilərik.Çünkü yalnız insan ruhunun duyduğu maddi,fiziki olmayan bu enerjini insanın maddi olan ağlı ilə dərk etməsi mümkün deyildir.Buna görə də yalnız dua edərkən  bu qüdrətli ilahi enerjiyə qovuşa,onu duya və ondan yararlana bilirik.Yəni dua etmək – ancaq bir şeylər istəmək deyil,eyni zamanda ilahi enerjiyə qovuşmaq,içimizdə yaranmış ilahi enerji boşluğunu doldurmaqdır.Ən önəmlisi budur.                                                                                                                          2.

Son  zamanlar psixoloq və parapsixoloqlar «zehnin gücü» haqqında müxtəlif nəzəriyyələr söyləmiş,əsərlər yazmışlar.Ancaq onlar ikinci,daha doğrusu,birinci gücü yaddan çıxarırlar – duanın gücünü.Bu iki güc bir-biri ilə sıx əlaqədə olub insanla Tanrının təmas xətti,bağlanma nöqtəsidir.Duanın gücü,yəni ilahi enerji olmadan zehnin gücünə ulaşmaq mümkün deyil.Daha doğrusu,zehnin gücünə ulaşmanın yolu Tanrıya ulaşmaqdan,Onun enerjisi ilə çulğalaşmaqdan keçir.Maddi olanı əldə etmək üçün ilahi olana sahib olmaq,onun bir parçası olduğunu dərk etmək lazımdır.Sonsuzluğa qədər əhatəli və heç bir şeylə müqayisə edilə bilməyəcək dərəcədə qüdrətli olan ilahi enerjidə əriyib yox olmadan,maddi və məhdud (hər insanın ömrü qədər) olan zehnin gücünü idarə etmək mümkün deyil.

Tədqiqatçıların fikrincə,insan qüdrət və enerjisinin ancaq yüzdə birindən istifadə edir,qalan doxsan doqquzu isə hədər gedir.Bunun da əsas səbəbi insanın lazımınca iç dünyasına – ruhuba dazil ola bilməməsi və beləliklə də qüdrətli enerji mənbəyinə,yəni onu yaradana ulaşa bilməməsidir.Buna görə də  demək olar ki,zehn – ikili xarakterə malik olub maddi dünya ilə görünməz dünya arasında bir keçiddir.

Niyə dua belə bir qüdrətə malikdir? Son illərdə tədqiqatçıların və psixoloqların apardığı araşdırmaların nəticəsi duanın möcüzəli bir qüdrətə malik olduğunu sübut edir.Lakin ilahi qanunların fəaliyyətini və bu fəaliyyətin nəticəsini asanlıqla dərk etmək mümkün deyildir.İlk baxlşda adama elə gəlir ki,maddi dünya üçün özünəməxsus təbii qanunlar mövcuddur.Görünməz dünyanın isə öz  qanunları vardır. Əslində isə yalnız ilahi enerjidən yararlanan görünməz dünya ilə maddi dünya arasında keçid,rabitə rolu oynayan ruh və zehn maddi dünyanı hərəkətə gətirmək,dəyişdirmək,hətta yerlə yeksan etmək qüdrətinə malikdir.

Niyə dua bu qədər təsirli ola bilir? Çünkü dua etmək görünməz dünyanın qünunlarını hərəkətə gətirir.Bu sırada ayrılan ilahi enerji ruha və zehnə təsir göstərir.Dua prosesində güclü axın şəklində gələn ilahi enerjinin təsiri nəticəsində ruhda baş verən dəyişikliklər bu enerjinin ətrafa yayılmasına və ətrafdakı proseslərə təsir göstərməsinə səbəb olur. Daha dorusu, dua edərkən ayrılan enerji və bu enerjinin gücü,öncə də dediyimiz kimi, yalnış (ilahi  qanunlar baxımından) və problemlərə gətirib çıxaran hiss,düşüncə və davranışlardan yaxa qurtarmağa kömək edir. Ruhumuzdakı yalnış hiss,düşüncə və davranışlardan qurtulduqdan sonra (yəni problemin mənbəyi aradan qülxdıqdan sonra) hər şey yoluna düşür.Və bu zaman insan ağlında yer ala bilməyən şeylər baş verir. Və bu zaman möcüzə başverir – duanın mğcüzəsi.

Əgər insanlar duanın möcüzəsini dərk edə bilsələr,dünyada baş verən dəhşətli hadisələr,xəstəliklər,təhlükəli ölüm silahları,qətllər,müharibələr və s. Bir əfsanəyə çevrilər.

3.

Bəziləri etiraz edib belə bir möcüzə görmədiklərini söyləyə bilərlər.Burada çox mühüm bir nöqtəyə işarə etmək lazımdır. Dualar o zaman möcüzə yarada bilər ki,bütün təvəkkülümüz Tanrıya olsun,bütün maddi dünya mənasını itirmiş olsun,dua edərkən ilk və sonamacımız Tanrıya ulaşmaq olsun.Bu anda insan zahirən maddi dünya ilə bağlı bir şey üçün dua edir.Əslində ruhumuz onu yaradana ulaşmaq,içərisindəki ilahi enerji boşluöunu doldurmaq istəyir. Önəmli olan bir şeyi də əlavə etmək lazımdır ki,dualar davamlı olmalıdır.Psixoloqlar bir maraqlı nöqtədə təkid edirlər ki,davamlı dua edən insanların xarakterində və həyatında müsbət dəyişikliklər baş verir.

Psixoloq B.Qraham yazır ki,bütün ruhu ilə duanın gücünü dərk etməmiş insan heç yaşamamışdlr.Bu doğrudan da belədir.Duadan sonrakı şadlıq,sevinc hissini,ruhi sakitlik,»yerdən üzülmək» və ruhani dünyaya yaxınlıq duyğusunu dərk edənlər bunları bir daha yaşamaq üçün dəfələrlə duaya üz tuturlar.Dua etdikcə onun gücü və möcüzəsi də aşkarlanır.Davamlı dua etmək xarakteri dəyiçdirir,ruha sakitlik verməklə ən çətin şəraitlərdə və çıxılmaz vəziyyətlərdə səbirli olmağa və düzgün seçim yapmağa,dünyanı və insanları daha gözəl görməyə kömək edir.

Dua etdikcə,gündəlik həyatınızda onun möcüzələrini gördükcə ona daha çox bağlanacaq,ilahi enerjini və bu enerjinin nəticəsi olan ilahi sakitliyi əldə edəcəksiniz.

 

         GÜLZAR     BAYATI 

 

 

 

 

 

 

 

Leave a Reply